Həsrət

 
Həsrət


Gözyaşları həsrət dolu sinələrə axan iztirab damlalarıdır.
Həsrət hicranla yanan ruhun içdən-içə sızlanışıdır. Ona nə qısır ifadələriylə dil nə də ən parlaq bəyanlar tərcüməçi ola bilər.
Yalnız duyğulu bir könül həsrətin yanğısını bütünlüklə hiss edə bilər.
Hiss dolu bir könlün sahilini həsrət dalğaları insafsızca döyər və çırpınışlarında ruhdan bir parça qoparıb yeni hücumlara hazırlanarlar. İradəsi qüvvətli olanlar çəlikdən ruhlarıyla buna müqavimət göstərsələr də, zəif yaradılışlı olanlar, yavaş-yavaş əriyib gedərlər.

Həsrət

Ümidsiz gözləyişin hüsranı ruhlarda fırtınalar qoparar. Vüsalın şəfəqini gözləyən bir könüldə isə həsrət, ilıq bir məltəm kimi əsər və ülvi duqğuları cücərdər.
Bir də gerçəkdən könül veriləcək “Dilarə” tapmamış, ağılları və ruhlarıyla keçici ‐ fani məhbublara bağlananlar vardır ki, vəziyyətləri ürəkağrıdıcıdır.
Hər doğuş arxasında bir çox həsrət dolu könüllər buraxaraq qüruba meyl edir. O zaman ruh “Leyla” deyə arxasından qaçılan xəyalların yerinə “Mövla” deyib könlünü həqiqət əsintiləriylə dolduracaqdı.

Həsrət

Gözyaşları, həsrətin ən həzin tərcüməçisidir. Üfüqün arxasındakı məhbub üçün üfüqdə boğulan həsrət dolu gözlər dərin bir kədər içində hicrana gömülərlər. Belə ki, doğru olmayan bir yol ilə bir məqsədi təqib edən kimsə çox vaxt hədəfinin əksini şillə olaraq yeyər. Allah qəlbin batinini iman, mərifət və məhəbbət üçün yaratmışdır. Zahirini isə digər şeylər üçün hazırlamışdır. Cinayətkar ehtiras qəlbi deşər, bütləri içinə soxar. Bu isə qeyrətullaha toxunar və onu məqsədinin tərsi ilə cəzalandırar.
Qəlb platonik eşqlərin açdığı dərin yaraları müalicə üçün məcazi məhbublarla əlaqəsini kəsir; vicdan belə “müqəddəs” bir məhbubu axtararaq məcazi eşqi həqiqi eşqə inqilab etdirər:
Batmaqla itən bir məhbub gözəl deyildir. Çünki: “Zəvala məhkum olan həqiqi gözəl ola bilməz. Əbədi eşq üçün yaradılan və aynəl-Saməd (heç bir şeyə ehtiyacı olmayan, hər şeyimizlə ona möhtac olduğumuz zatın aynası) olan qəlb ilə sevilməz və sevilməməlidir!..”


Geri dön

_RONALDO_

  • 14 may 2011 21:40
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
twk edirem maraqli xeber ucun

--------------------

_RONALDO_

  • 3 may 2011 20:54
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
twk edirem maraqli xeber ucun

--------------------

Ulya

  • 25 fevral 2011 18:30
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
tesekkur

R_O_M_A

  • 22 yanvar 2011 21:26
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
GOZEL SOZLERDIR TEW

--------------------

Kisa_Kiss

  • 20 yanvar 2011 17:18
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
winked и вам спс

--------------------

anar_98

  • 20 yanvar 2011 12:00
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
love Məhəbbət cox vaxt ağlı olanların ağlını alır, ağlı olmayanlara ağıl verir.

L_SimuS

  • 20 yanvar 2011 01:13
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler eziyyete gore
<><><><><><><><>
:::::::::::::::::::::::::::::::
<><><><><><><><>

YazYamuru

  • 19 yanvar 2011 22:11
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
MƏNDƏ HƏSRƏT YOX İNSANLAR MƏNİ İNCİTDİYİ GÖZ YAŞLARIDIR HƏYATIN PİSLİKLƏRİDİR belay

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 35
Cəmi: 55

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}