Fikri vəsvəsə

 
  • 16.10.2013, 10:49
  • Bölmə: İslam
  • Müəllif: ceci
Fikri vəsvəsə

Vəsvəsəlik - şeytanın tələlərindən biridir. Ancaq eyni halda təbii bir məsələdir ki, əgər ona düzgün yanaşılarsa, rahatlıqla həll olar. Əlbəttə diqqət etmək lazımdır ki, onun müalicəsi zaman alacaqdır. Gərək yavaş-yavaş, tədricən olsun. (Tebyan)
Məsumlardan (ə) başqa insanların əksər hissəsi fikirlərində, əqidələrində, əməllərində vəsvəsəyə düçar olurlar. Gah Allahın varlığına şəkk edərlər, gah rəhmətinə şəkk edərlər, yaxud əhkam məsələlərində şübhəyə düşərlər. Bu insanlar Allahdan yardım diləyərək, səbir və müqavimətlə bu hisslə mübarizə aparar və öz adi həyatlarına qayıdarlar.

Vəsvəsə ilə mübarizə üçün atılan ilk addım - onun kökünü tapıb, mənşəyini tanımaqdır. Bəzi vəsvəsələrin mənşəyi dini məsələləri yanlış anlamaqda və düzgün təhlil edə bilməməkdədir. Bu zaman agah insanlara sual verməklə və onlarla bu zəif nöqtələr haqqında danışmaqla həmin səhvimizi aradan qaldıra bilərik.

Etiqadda iki cür şəkk olur: biri müvəqqətidir ki, yəqinin zəminəsidir. İkincisi isə daimi və həmişəlikdir. Daimi şəklər ruhun xəstəliyidir. İnsanı və cəmiyyəti təhlükəyə atar. Ona görə də diqqətlə müalicə olunmalıdır. Yəqin və elm insan ruhuna rahatlıq verər və təkamül etdirər. Ancaq şəkk və şübhə isə iztiraba gətirib çıxardar və insanı təkamüldən saxlayar. Ona görə də İslam dini şəkki şirkə bərabər tutmuşdur. Filosoflar ona görə əqidələrdəki şəklərlə mübarizə aparır və xəstəliyi müalicə etməyə çalışırlar.

Ancaq o şəklər ki, yəqinin zəminəsidir, qeyri-mümkün deyildir, bəlkə ağlın və fikrin büluğa başlamasının nişanəsidir. Belə ki, insan cismi büluğa çatdığı kimi, fikir və əqidə cəhətdən də büluğa çatır. Fikri büluğ cismi büluğ çağından başlayır, 40 yaşına qədər davam edir. Molla Sədra bu fikirdə idi ki, insanda ilk əvvəl maddi və cismi büluğ başlayır. Ancaq ruhi və mənəvi büluğ cisim kamil olandan sonra inkişaf etməyə başlayır.
Belə görünür ki, cavanlarımızın bu yaşda şəkk və şübhəyə düşmələrinin səbəbi bu nöqtəyə qayıdır. Yəni, büluğ çağında ağıl da fəaliyyət göstərməyə başlayır. Çünki indiyə qədər onun bildikləri maddi məsələlər idi. Mənəvi məsələlər haqqında anlayışı yox idi və ya kamil deyildi.

Büluğ çağı ağlın təkamülə tərəf irəliləməsinin başlanğıcıdır. İstəyir ki, öz əqidəsinin dərinliklərinə nüfuz etsin və hər şeyi öyrənsin. Ona görə də çox sayda sualla rastlaşır. Ancaq biz demirik ki, bu, yaxşı bir şeydir və müalicə olunmamalıdır, xeyr. Bəlkə onu demək istəyirik ki, bu cür vəsvəsələrdən qorxmaq lazım deyildir. Diqqətlə və nigaran olmadan müalicə oluna bilər.
Bunu qeyd etmək lazımdır ki, şəkk və şübhə halına görə nigaran olmaq hissi, ruhun sağlam olmasının nişanəsidir. Hədislərin buyurduğu kimi, xalis imanın əlamətidir. Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ey Rəsulallah! Mən həlak olmuşam”. Həzrət Peyğəmbər (s) buyurdu: “Şeytan sürətlə gəldi və sənə dedi ki, kim səni xəlq etmişdir və sən dedin ki, Allah. O, sənə dedi ki, bəs Allahı kim xəlq etmişdir?”. Kişi dedi: “Düzdür, ya Rəsulallah!”. Həzrət (s) buyurdu: “Bu, xalis imandır”.
Bəzi vaxtlar günah əqidəni süstləşdirər və vəsvəsəyə salar. Bu zaman Allaha yalvararaq, günahlarımıza görə istiğfar edərək, bu vəsvəsədən nicat tapa bilərik.
Bəzi vaxtlar isə zəif iman və öz nəfsinə etimad etməmək vəsvəsəliyə səbəb olar. Ona görə də imanı gücləndirib, özünə inamı artırmaq lazımdır.

Bu vəsvəsələrdən necə xilas olaq?
İnsan əgər boş olarsa, belə fikirlər sorağına çox gələr. Ona görə də çalışın ki, düzgün bir proqramınız olsun. Bu proqram bütün gündüzünüzü və gecənizin bir hissəsini doldura bilsin. Mütaliə, ev təmizliyi, dostlara yardım etmək, idman və s. ilə məşğul olun. Nə zaman boş olsanız, özünüzü məşğul etməyə bir şey tapın.
Nə zaman pis fikirlər sorağınıza gəlsə, fikrinizi başqa bir məsələyə cəm etməyə çalışın. Əgər sizdən əl çəkməsə, deyin: “Qurtar”. Sonra da başqa bir şey fikirləşməyə çalışın. Əksər halda bu vəsvəsələr insanı Allahdan uzaq salır və ibadəti unutdurur. İnsan gərək belə hücumlara qarşı laqeyd olsun və onun yerinə Allahı zikr edib, xilqət haqqında düşünməyə çalışsın. Özünüzə təlqin edin ki, mən bu şəklərdən xilas ola bilərəm. Öz əqidəmə tamamilə inanıram.
Allah bu nəcib işdə cəmi insanlara yardımçı olsun.


Geri dön

Samir_Wuvalan

  • 23 oktyabr 2013 02:51
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
ALLAH RAZI OLSUN

ღ★Yağmur★ღ

  • 16 oktyabr 2013 15:05
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

melek_19

  • 16 oktyabr 2013 14:24
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

-chanel-

  • 16 oktyabr 2013 14:10
  • Məqalə: 136
  • Şərh: 6230
  • Bal:
{awards}
_________________ALLAH RaZI oLSuN_________________

Nara Neznakomka

  • 16 oktyabr 2013 13:11
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Büluğ çağı ağlın təkamülə tərəf irəliləməsinin başlanğıcıdır. İstəyir ki, öz əqidəsinin dərinliklərinə nüfuz etsin və hər şeyi öyrənsin. Ona görə də çox sayda sualla rastlaşır. Ancaq biz demirik ki, bu, yaxşı bir şeydir və müalicə olunmamalıdır, xeyr. Bəlkə onu demək istəyirik ki, bu cür vəsvəsələrdən qorxmaq lazım deyildir. Diqqətlə və nigaran olmadan müalicə oluna bilər.
Bunu qeyd etmək lazımdır ki, şəkk və şübhə halına görə nigaran olmaq hissi, ruhun sağlam olmasının nişanəsidir. Hədislərin buyurduğu kimi, xalis imanın əlamətidir. Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ey Rəsulallah! Mən həlak olmuşam”. Həzrət Peyğəmbər (s) buyurdu: “Şeytan sürətlə gəldi və sənə dedi ki, kim səni xəlq etmişdir və sən dedin ki, Allah. O, sənə dedi ki, bəs Allahı kim xəlq etmişdir?”. Kişi dedi: “Düzdür, ya Rəsulallah!”. Həzrət (s) buyurdu: “Bu, xalis imandır

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Banned549678

  • 16 oktyabr 2013 12:28
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

ღNəmLi kiprikღ

  • 16 oktyabr 2013 12:24
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Belə görünür ki, cavanlarımızın bu yaşda şəkk və şübhəyə düşmələrinin səbəbi bu nöqtəyə qayıdır. Yəni, büluğ çağında ağıl da fəaliyyət göstərməyə başlayır. Çünki indiyə qədər onun bildikləri maddi məsələlər idi. Mənəvi məsələlər haqqında anlayışı yox idi və ya kamil deyildi.

★Angelocka★

  • 16 oktyabr 2013 12:04
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 16 oktyabr 2013 12:00
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

✵Дорогой✵

  • 16 oktyabr 2013 11:57
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Həzrət Peyğəmbər (s) buyurdu: “Şeytan sürətlə gəldi və sənə dedi ki, kim səni xəlq etmişdir və sən dedin ki, Allah. O, sənə dedi ki, bəs Allahı kim xəlq etmişdir?”.

^^Nazlı Şeytan^^

  • 16 oktyabr 2013 11:44
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
Vəsvəsəlik - şeytanın tələlərindən biridir. Ancaq eyni halda təbii bir məsələdir ki, əgər ona düzgün yanaşılarsa, rahatlıqla həll olar. Əlbəttə diqqət etmək lazımdır ki, onun müalicəsi zaman alacaqdır. Gərək yavaş-yavaş, tədricən olsun. (Tebyan)
Məsumlardan (ə) başqa insanların əksər hissəsi fikirlərində, əqidələrində, əməllərində vəsvəsəyə düçar olurlar. Gah Allahın varlığına şəkk edərlər, gah rəhmətinə şəkk edərlər, yaxud əhkam məsələlərində şübhəyə düşərlər. Bu insanlar Allahdan yardım diləyərək, səbir və müqavimətlə bu hisslə mübarizə aparar və öz adi həyatlarına qayıdarlar.Allah razi olsun

Roya_____

  • 16 oktyabr 2013 11:30
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun bacım

PSIXOPATKA

  • 16 oktyabr 2013 11:17
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Allah bu nəcib işdə cəmi insanlara
yardımçı olsun.

--------------------

xata azerin

  • 16 oktyabr 2013 10:56
  • Məqalə: 0
  • Şərh: 393
  • Bal:
{awards}
ALLAH razi olsun

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 16 oktyabr 2013 10:56
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
(^_*)
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}