Hyundai-dan yenilənmiş Sonata

 
  • 16.10.2013, 16:37
  • Bölmə: Avto
  • Müəllif: Okush
Hyundai-dan yenilənmiş Sonata

“Hyundai” şirkəti Şimali Amerika bazarı üçün 2014-cü ildə sedan “Sonata”-nı yeniləyib. Cənubi Koreya mühəndislərinin sözlərinə görə avtomobil 50-dən çox yeni və ya təkmilləşdirilmiş sistem, o cümlədən bəzi vizual dəyişikliklər alıb.

Bu modelin bir neçə variantlarının işlənməsi və komplektasiyaları daha zəngin olub və bu da alıcıları sevindirəcək bir haldır.ABŞ-da “Hyundai Sonata 2014”-ün qiymətləri 21350 dollardan başlayacaq, ən zəngin modifikasiyanın qiyməti isə 28650 dollar olacaq.

Orta ölçülü sedan yeni dizaynlı radiator barmaqlığı, 17 və ya 18 düymlük fərqli tökmə disklər, yenidən işlənmiş arxa bamper, işıqdiodlu arxa fənərlər və opsional ksenon qabaq işıqlar alıb. “SE” və “Limited” modifikasiyalı avtomobillərin salonlarında dəri sükan, 8-düymlük sensor displeyi olan üçüncü nəsil naviqasiya sistemi, audiosistemi və radionu idarəetmə blokunun yeni rəng bəzəyi, arxa görünüş kamerası, görünüşü dəyişilmiş cihazlar lövhəsi, o cümlədən “SE” variantında karbon işləmələr və “Limited” variantında ventilyasiya olunan oturacaqlar peyda olub. Sözsüz ki, bu yeniliklər “GLS” mərhələsinin başlanğıcında opsiya olacaq.

Hyundai Sonata” yeni amortizatorları olan optimallaşdırılmış asma və təkmilləşdirilmiş səs və vibrasiya izolyasiyası, o cümlədən sürücüyə yardım edən yeni elektron sistem (bu sistemə şinlərdəki hava həcminə nəzarət və sükanın və asmanın idarə olunması daxildir) alıb. 2.0T mühərrikli “SE” yüksək dövrlərdə elə də kobud səsi olmayan qaz buraxma sisteminə malikdir.

Güc aqreqatları dəyişilməyib – 190 a.g. olan 4-silindrli 2.4-litrlik atmosferli və 274 a.g. olan 2.0-litrlik turbo mühərrik. Hər iki mühərrik “Shifttronic” funksiyası olan 6-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Mühərriklərin hər ikisi 100 km məsafəyə orta hesabla 8 litr yanacaq sərf edir. Yenilənmiş “Hyundai Sonata”-nın Avropada nə vaxt satılacağı hələlik məlum deyil.

Hyundai-dan yenilənmiş Sonata

Hyundai-dan yenilənmiş Sonata

Hyundai-dan yenilənmiş Sonata

Hyundai-dan yenilənmiş Sonata

Milli.az


Geri dön

Samir_Wuvalan

  • 25 oktyabr 2013 01:16
  • Məqalə: 62
  • Şərh: 12208
  • Bal:
xəbərə görə təşəkkürlər...

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 oktyabr 2013 12:36
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
məqaləyə görə tşk

--------------------

ღ★Yağmur★ღ

  • 17 oktyabr 2013 19:57
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Məlumata görə təşəkkürlər

Banned456

  • 17 oktyabr 2013 10:54
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
TesheKkurLer^^

✵Дорогой✵

  • 17 oktyabr 2013 00:40
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
Meqale ucun tewekkur

_Awka Padnowka_

  • 16 oktyabr 2013 20:21
  • Məqalə: 0
  • Şərh: 764
  • Bal:
{awards}
normalni......

--------------------
Agilli ol Wekerim :*

PSIXOPATKA

  • 16 oktyabr 2013 19:34
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
Tewekkur. . .

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 16 oktyabr 2013 18:39
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
Zor mawindi fellow

--------------------
(^_*)

Roya_____

  • 16 oktyabr 2013 17:15
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tesekkurler

✰ ♥..Золушка..♥ ✰

  • 16 oktyabr 2013 17:05
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
3cu werh menden. wink

^^Nazlı Şeytan^^

  • 16 oktyabr 2013 16:49
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
ikiinci werhde menden:))

мυsLiмαηκα

  • 16 oktyabr 2013 16:41
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
İlk werh menden...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 11
Qonaqlar: 38
Cəmi: 73

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 44
Cəmi: 586
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 113
 
MiSS HaPPy)
Xəbərləri: 21
Cəmi: 31
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 424
 
ஐ Payiz ஐ
Xəbərləri: 12
Cəmi: 12
 
AyliN BunyaminovA
Xəbərləri: 11
Cəmi: 402
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
Arzu_zadeh
Xəbərləri: 6
Cəmi: 134
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}