Həkim xəbərdarlıq edir: uşaqlarınızı evdən buraxmayın

 
Həkim xəbərdarlıq edir: uşaqlarınızı evdən buraxmayın

Uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus-infeksiyası yayılıb

“Sentyabr-oktyabr aylarında Azərbaycanda havaların qəfildən dəyişməsi nəticəsində uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus-infeksiyası yayılıb”. Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib. Belə ki, havaların soyuması, həmçinin məktəblərin və bağçaların işə başlaması nəticəsində soyuqdəymə xəstəlikləri, virus-infeksiya çoxalmağa başlayıb.

İnfeksion virusların yayılmasının əsasən mövsümlə bağlı olduğunu qeyd edən N.Quliyev “Kaspi”yə açıqlamasında bildirib ki, epidemiya halına keçməsə də, uşaqlar arasında xəstəliyin yayılmasının artımı bir neçə gün davam edib:

“Soyuqdəymə xəstəliklərinə virus xəstəlikləri də aid edilir. Bədənin soyuduğu və maddələr mübadiləsinin zəiflədiyi zaman bu, baş qaldıra bilir. Digər halda orqanizmin özü-özünü müdafiə qabiliyyəti daha güclü olur. Sentyabrın ortalarından oktyabrın əvvəlinədək havaların soyuması, uşaqların kollektivdə – məktəbdə, bağçalarda cəmləşməsi, onların bir-biri ilə sıx təmasda olması nəticəsində kim virusa yoluxmuşdusa, onlarda xəstəlik başlanır. Kollektivlərdə bir uşaq xəstələnən kimi digərlərini də asanlıqla bu virusa yoluxdurur. Keçən ay ərzində biz uşaqlar arasında soyuqdəymənin artması vəziyyətini müşahidə etdik. Amma onlar qrip virusları tərəfindən törədilməmişdi. Çünki adenoviruslar, rinoviruslar və s. kimi minlərlə virus var. Bunlardan bir qismi indi bir qədər azalıb".

Baş pediatrın sözlərinə görə, əslində, bu viruslara böyüklər də yoluxurlar, amma uşaqlar yoluxmaya daha həssasdırlar: "Uşaq toxuması zərifdir. Xüsusən də immun sistemi formalaşmayan uşaqlar daha az bakterial və virus mənşəli infeksiyalarla təmasda olurlar. Müəyyən infeksion agentlərə qarşı yaşadıqca onda immunitet yaranır. Amma körpə uşaqlarda bu immunitet formalaşmır. Onların toxumaları zərif olduğuna görə, iltihaba, yoluxmaya meylli olurlar. Virus infeksiyaları onların nəfəs yollarında, selikli qişalarında tez zamanda artıb çoxalır və iltihab törədir". Virus xəstəlikləri başdan-başa təhlükə olduğu üçün baş pediatr valideynləri ehtiyatlı olmağa çağırıb: "Viruslar çox təhlükəlidir. Amma onların özündən çox, törətdiyi fəsadlar daha qorxuludur. Uşaq viruslara yoluxur, onda rinit başlanır, asqırır, burun ətrafı iltihablaşır, maye axır, eyni zamanda, təsir əsəb sisteminə keçir və miningial əlamətlərə meydan açır. Nəticədə serroz meningit əlamətlər yaradır. Bəzən bu fonda ağır pnevmoniya xəstəliyi inkişaf edir. Ona görə də valideynlər bilməlidirlər ki, övladları kəskin respirator virus infeksiyasına yoluxublarsa, xəstəliyin özü qorxulu olmasa da, törətdiyi fəsad çox qorxuludur. Əslində, virus infeksiyası orqanizmdə bir həftə ərzində baş verir. İltihab başlanır, sonra da geriyə qayıdır. Bəzən ağır fəsad törəyir. Valideynlər xəstələnən kimi övladlarını evdə saxlamalı, məktəbə buraxmamalı, sahə həkiminə və tibb mütəxəssisinə müraciət etməlidirlər".

N.Quliyev qeyd edib ki, valideynlərin bir qisminin ev şəraitində uşaqlarına inyeksiya etmələri də təhlükəlidir: "Valideynlər bilməlidirlər ki, tibbi işçisi olmaq üçün illərlə oxumaq, xüsusi məktəblər keçmək lazımdır. Çünki bu sahədə o qədər xırda nüanslar var ki, həkim olmayanlar bunu bilmirlər. Texniki cəhətdən təkcə inyeksiya etməklə heç nə bitmir. Sonra elə ağır fəsad çıxır ki, valideyn çıxılmaz vəziyyətə düşür. Buna görə də vaxtında tədbir görülməlidir. Uşaqların geyimi, qidalanması mövsümə uyğun yerinə yetirilməlidir”.

Baş pediatr mövsümü viruslara qarşı peyvəndin tələb olunmadığını da bildirib: "Amma elə peyvənd olunan xəstəliklər var ki, onları da viruslar törədir. Məsələn, qızılca, suçiçəyi, karotit və s. xəstəlikləri də viruslar yaradır və bunlara qarşı peyvənd olunmalıdır. Amma qrip, paraqrip, adenovirus, rinovirusa qarşı bir qayda olaraq peyvənd edilmir. “Çünki peyvənd immunitet törətmir. Müvəqqəti effekt verir və sonra da itir. Digər tərəfdən, viruslar o qədər sifətlərini dəyişirlər ki, onların birinə qarşı immunitet yaradanda gələn dəfə həmin virusda mutasiya baş verdiyini görürsən. İmmunitet yaratmaq mümkün olmadığına görə xəstəliyin müalicəsi prosesində tədbirlər görməyə məcbur oluruq”.

Baş pediatr infeksion virusların uşaq ölümünə səbəb olduğunu da istisna etmir: "Adenovirus, rinovirusa yoluxan uşaqlara normal nəzarət olunmasa və sistematik müalicə aparılmasa, ağır fəsadı meningit yarada və uşağın ölümünə səbəb ola bilər”. N.Quliyev infeksion virusların yayılması ilə bağlı telekanallarda maarifləndirici proqramların çoxalmasına ehtiyac olduğunu da qeyd edib: "Təəssüf ki, özəl televiziyaların çoxu kommersiya reklamlarına üstünlük verirlər. Ancaq özəlliyindən və dövlət kanalı olmaqdan asılı olmayaraq, uşaqlarla, vətənlə bağlı problemləri növbəyə qoymaq, pulla ölçmək olmaz. Bu cür verilişlər mütəmadi yayımlanmalıdır ki, insanlarda da maariflənsinlər və təhlükəni hiss etsinlər”.


Geri dön

Samir_Wuvalan

  • 25 oktyabr 2013 02:53
  • Məqalə: 62
  • Şərh: 12318
  • Bal:
məqaləyə görə tşk

--------------------

ღ★Yağmur★ღ

  • 23 oktyabr 2013 18:34
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Xəbərə görə təşəkkür

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 oktyabr 2013 12:19
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə tşk

--------------------

✵Дорогой✵

  • 17 oktyabr 2013 00:49
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Tewekkurler

PSIXOPATKA

  • 16 oktyabr 2013 19:21
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Allah korpelerımızı qorusn

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 16 oktyabr 2013 17:14
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
xebere gore sagol

love%messi

  • 16 oktyabr 2013 15:47
  • Məqalə: 24
  • Şərh: 1715
  • Bal:
{awards}
Uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus-infeksiyası yayılıb

“Sentyabr-oktyabr aylarında Azərbaycanda havaların qəfildən dəyişməsi nəticəsində uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus-infeksiyası yayılıb”. Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib. Belə ki, havaların soyuması, həmçinin məktəblərin və bağçaların işə başlaması nəticəsində soyuqdəymə xəstəlikləri, virus-infeksiya çoxalmağa başlayıb.

İnfeksion virusların ya

--------------------

★Angelocka★

  • 16 oktyabr 2013 15:21
  • Məqalə: 118
  • Şərh: 8882
  • Bal:
{awards}
tesekkurler melumata gore

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

^^Nazlı Şeytan^^

  • 16 oktyabr 2013 15:18
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
Hec mende cixmayacam:)

melek_19

  • 16 oktyabr 2013 14:15
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
xeber ucun tewekkur

--------------------

Roya_____

  • 16 oktyabr 2013 13:43
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
şerhler ucun twk^^

Banned549678

  • 16 oktyabr 2013 13:41
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Cooooox SaGol=)

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 16 oktyabr 2013 13:40
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Ilk wehr mennen:)

--------------------
(^_*)
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 45
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}