Ən maraqlı 6 psixoloji effekt

 
Ən maraqlı 6 psixoloji effekt

1. "Romeo və Cülyetta" effekti
Valideynlərin və ya digərlərinin onları ayırmaq cəhdləri sayəsində, iki insanın bir-birinə cəlbediciliyinin artmasıdır.

2. "Göz şahidi" effekti
Sizə kömək lazım olanda orada nə qədər çox insan olarsa, yardım etmək ehtimalının bir o qədər az olmasından ibarət olan fenomendir. Əvvəllər bu şəhər mühitində baş verən dehumanizasiya əlaməti kimi qəbul edilmişdir. İndi isə bu effektin ümumi olması məlumdur. Əslində, nə qədər çox insan olarsa, onların hər biri başqa birisinin kömək edəcəyini düşündüyü üçün, beləliklə, heç bir yardım olmur.

3. "Çətin əldəolunan" effekti
Öz sosial seçimlərində daha çox tələbkar olan insanların, asan əldəolunanlara nisbətən daha çox arzuolunan olmasından ibarət olan sosial psixologiyadakı bir fenomendir. Bu incə bir effektdir.

4. "Pigmalion" effekti
(Pygmalion effect) "Mifologiyaya görə, Piqmalion bir qadın heykəli yaratdı və ona elə bir sevgi göstərdi ki, Afroditin müdaxiləsi ilə, heykəl bir canlıya çevrildi və onun sevgisinə cavab verdi. Özünü reallaşdırma kəhanətinə görə də, nəyi gözləsək, onun reallaşma ehtimalı daha yüksəkdir (Rosenthal və Jacobson, 1968)."
Termin Jorc Bernard Şounun pyesindən götürülüb. "Öz-özünə peyğəmbərliyin" sinonimi kimi işlənir. Bu anlayış ilk dəfə Robert Rosenthal və Lenor Jekobson tərəfindən, müəllimlərin şagird davranışına olan gözləntilərinin təsirini təsvir edən kitabında istifadə olunmuşdur. Orijinal araşdırma, müəllimlərin gözləntilərinin və şagirdlərin İQ göstəricilərinin qiymətləndirilməsinin manipulyasiyasından ibarət idi. Müəllimlər 18 müxtəlif sinifdən təsadüfi seçilmiş şagirdlərin 20%-inin təhsil nəaliyyətlərində qeyri-adi yüksək potensiala malik olduqlarını təsvir etmişdilər. Barəsində yüksək gözləntilər formalaşan kiçik sinif şagırdlərinin, ümumi İQ göstəricilərində və düşünmə qabiliyyəti (reasoning IQ) göstəricilərində əhəmiyyətli artım müşahidə edilmişdir.

5. "Zeigarnik" effekti
İlk dəfə rus psixoloq Bluma Zeigarnik tərəfindən 1972-ci ildə "Yarım qalmış işlər, tamamlanmışlardan daha asan və dəqiq xatırlanar." deyilərək təsvir edilən, bitməmiş əlaqələrimizi niyə davamlı xatırladığımızı, yarım qalan eşqlərimizi niyə unuda bilmədiyimizi, üçüncü günündə evə geri dönmək məcburiyyətində qaldığımız tətillərin niyə daha cazibədar göründüyünü aydınlaşdıran təsirdir. Bu effekt pedaqogikada və incəsənətdə istifadə edilir.

6. "Halo" effekti
İlk təəssürat hər vaxt əhəmiyyətlidir. İş görüşmələrində də. Bəlkə də qapıdan girdiyimiz ilk anda, o bir neçə saniyədə insan qaynaqları mütəxəssisləri bizimlə əlaqədar qərarlarını verir. Jestlər, mimikalar, bədən hərəkəti, əli necə sıxdığınız ilk təəssüratların meydana gəlməsinə köməkçi olur. Bir adamı ilk gördüyünüzdə əldə etdiyiniz anlıq təəssüratın, o adamı qiymətləndirməmizdə daha sonrakı mühakimə təməlini meydana gətirməsinə də "halo təsiri" deyilir. Yəni qarşınızda bu təsirin altında qalan birisi varsa ən başda təsir etdiniz, etdiniz. Yoxsa işiniz çətindir.
Bir insanın sahib olduğu müsbət ya da mənfi xüsusiyyətlərinin, onunla əlaqədar ümumi bir mühakimənin meydana gəlməsinə və digər xüsusiyyətlərinin də bu çərçivədə qiymətləndirilməsinə halo təsiri deyilir. Jest, mimika, bədən hərəkəti və ya bədənə əks olunan psixoloji vəziyyətlər insanlarda ilk təəssüratların meydana gəlməsinə köməkçi olur. Başqa sözlə, halo təsiri ilk təəssüratların digərini qəbul etmədə əhəmiyyətli bir istinad nöqtəsi meydana gətirməsi mənasını verir. Əgər birisini ilk dəfə çox məlumatlı bir insan hesab etmiş isək, bu ön mühakiməmiz o adamın digər bütün əlaqələrində də qiymətləndirmədə ölçü olur. Yeni məlumatlar əldə etmədikcə, o insanı həmişə məlumatlı olaraq görməyin davamlı olması ehtimalı yüksək olur.


Geri dön

Samir_Wuvalan

  • 24 oktyabr 2013 03:10
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
MEQALE UCUN SAGOLUN

ayka2

  • 19 oktyabr 2013 22:07
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
тщк
[hide][/hide] wink

Banned549678

  • 19 oktyabr 2013 15:25
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkürlər...))

ღ★Yağmur★ღ

  • 18 oktyabr 2013 21:46
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Hekayəyə görə təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

GUNI

  • 18 oktyabr 2013 19:26
  • Məqalə: 0
  • Şərh: 6492
  • Bal:
{awards}
hmmm twk,..............

--------------------

Xanim Zehra

  • 18 oktyabr 2013 17:24
  • Məqalə: 19
  • Şərh: 3267
  • Bal:
{awards}
__________Thank you__________

^^Nazli^^

  • 18 oktyabr 2013 16:14
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
twklerrrrrrrrrrrrrrrr

--------------------

melek_19

  • 18 oktyabr 2013 14:41
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmmmmm

--------------------

Nara Neznakomka

  • 18 oktyabr 2013 13:33
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
.1... "Romeo və Cülyetta" effekti
Valideynlərin və ya digərlərinin onları ayırmaq cəhdləri sayəsində, iki insanın bir-birinə cəlbediciliyinin artmasıdır.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

PSIXOPATKA

  • 18 oktyabr 2013 13:27
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
OXUYACAM TWK...........

--------------------

✵Дорогой✵

  • 18 oktyabr 2013 10:58
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler

Bash Belası

  • 18 oktyabr 2013 09:17
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Maraqli xebere gore saol...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 61
Cəmi: 89

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 385
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}