İlahi eşqin nəhayəti – Təva

 
İlahi eşqin nəhayəti – Təva

Allah evinin başına dolanmaqla onlar Uca Yaradana öz sonsuz məhəbbətlərini izhar edirlər

Həcc mövsümündə Kəbə evinin ətrafında dolanan ağ geyimli zəvvarlar təvafı yerinə yetirirlər. Təvaf – Kəbə evinin ətrafında yeddi dövrəyə deyilir. Təvaf edən hacılar öz ibadətlərini kamilliyə yetişdirirlər. Allah evinin başına dolanmaqla onlar Uca Yaradana öz sonsuz məhəbbətlərini izhar edirlər.

Həcc – həyat dərsləri ilə dolu bir proqramdır. Müxtəlif ayinləri kamil şəkildə yerinə yetirən müsəlman nəinki mənəvi ləzzətlərə nail olur, həmçinin öz fərdi maraqlarını unudaraq böyük bir ümmətin parçası olduğunu dərk edir. Məhz bu məqsədlə də müsəlmanlar ehram bağlamaqla eyni libas geyinirlər. Ehram geyərkən zəvvar təlbiyə deyir. Necə ki namazda Təkbirətül-ehramı (“Allahu Əkbər”) deməklə insan namaza başlamış sayılır, təlbiyə deməklə insan ehram halına girmiş olur. Təlbiyə isə aşağıdakı sözlərdən ibarətdir: “Ləbbəyk, Allahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk. İnnəl-həmdə vən-nimətə ləkə vəl-mulk, la şərikə ləkə ləbbəyk”. Yəni “Sənə itaət edirəm, ey şəriki olmayan! Həqiqətən həmd, nemət və hər şeyin mülkü Sənə məxsusdur. Ey şəriki olmayan, Sənə tabe oluram!” İnsan təkəbbürdən, xudbinlikdən və dünya mənfəəti arzusundan uzaqlaşaraq, təmsil etdiyi ümmətin maraqlarını önə çəkir.

Həccin ən cəlbedici ayinlərindən biri təvaf sayılır. Uzaq yoldan Məkkəyə gələn Allah qonaqlarının Məscidül-Hərama özlərini yetişdirmələri, təşnə insanın suya çatmasına bənzəyir. Həzrət İbrahimə (ə) Kəbə evini inşa etmək əmr olunan gündən bu məkan həmişə insanların ziyarət və ehtiram yeri olub. Tarix boyu İlahi mərifət əldə etmək üçün insanlar Kəbəyə tərəf can atıblar. Müqəddəs Kəbə evi Məscidül-Həramın mərkəzində yerləşən kub formasında tikilmiş bir məbəddir. Onun üzərinə qızıl hərflərlə Quran ayələri həkk olunmuş qara parça atılıb.

Qiblənin, yəni Kəbənin əzəməti insanları heyrətə gətirir. Şövqlə dayanmadan təvaf edən zəvvarlar bütün dünyəvi bağlılıqlardan və nəfsani istəklərdən azad olaraq ürəkdən “Ləbbeyk, Allahummə Ləbbeyk!” (İlahi, Sənə tabe oluram!) deyə nida edirlər. Qəlbin dərinliklərindən çıxan bu sözlər Yaradanla məxluq arasında bütün maddi pərdələri yırtır və bəndəni öz Rəbbinə qovuşdurur. Sanki, bu ümmətin ürəyi də “Allah! Allah!” deyə döyünür. Təvaf sona çatdıqdan sonra “İbrahim məqamı” arxasında iki rəkət namaz qılmaq vacibdir.

Həccin digər vacib əməllərindən biri də səydir. Səy Səfa ilə Mərva dağları arasındakı yolu yeddi dəfə getməyə deyilir. Rəvayətə əsasən, Həzrət İsmayıl (ə) su istəyərkən anası Həzrət Hacər (s) su axtarmaq üçün bu iki dağ arasında qaçıb. Daha sonra Həzrət İsmayıl (ə) ayaqlarını yerə vurmağa başlayır və həmin yerdən Zəm-zəm bulağı qaynayır. Hazırda da hacılar əsrlər öncə Həzrəti Hacərin (s) və İsmayıl peyğəmbərin (ə) ayaq basdığı bu torpaq üzərində qaçır və Allahın müti bəndələrinin əziyyətlərini yad edərək bu hissləri özləri yaşamağa çalışırlar.

Milyonlarla müsəlmanın öz qiblələri ətrafında dolanmalarının, Səfa və Mərva arasında səy etmələrinin, əlbəttə ki, bir sirri var. İlahi eşqi nümayiş etdirən təvaf həmçinin Muhəmməd (s) ümmətinin vəhdətinin, bir cəbhədə, bir fikirdə, bir hərəkətdə olmasının rəmzidir. Məzhəbindən, irqindən, milliyətindən, cinsindən asılı olmayaraq Məscidül-Hərama daxil olan zəvvar qeyri-ixtiyari olaraq Kəbənin ətrafında dolanan izdihamlı axına qoşulur. Eyni zamanda təvaf və səy ictimai fəallığa, insanın və müsəlman cəmiyyətinin Allah yolunda daim hərəkətdə olmasına işarə edir. İnsan anlamalıdır ki, həmişə hərəkətdə olmalıdır, onun hər əməli Allah üçün olsa, ömrü uzun bir təvafa bənzəyər.

Yalnız maddiyyatdan qaçan insan mənəviyyat əldə edə bilər. Həccin çətinlikləri Allah yolunda çəkilən əziyyətləri insan üçün şirinləşdirir. Buna görədir ki, Həcc həm Quranda, həm Sünnətdə çox mühüm bir ibadət kimi zikr olunur. Quran buyurur: “Onun yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu küfr (inkar) edərsə, (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!”


Geri dön

ღ★Yağmur★ღ

  • 29 oktyabr 2013 16:50
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
ALLAH RAZI OLSUN sizdən

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Samir_Wuvalan

  • 23 oktyabr 2013 02:41
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
Allah razı olsun

AyliN BunyaminovA

  • 23 oktyabr 2013 01:48
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Teshekkurler

--------------------
ܨܓܓܨܓܓ✍

ღLovelyღ

  • 20 oktyabr 2013 12:27
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Banned549678

  • 19 oktyabr 2013 14:25
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagolun

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 oktyabr 2013 14:03
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə tşk

--------------------

✵Дорогой✵

  • 18 oktyabr 2013 21:24
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH Razi Qalsin

Nara Neznakomka

  • 18 oktyabr 2013 20:57
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

ღNəmLi kiprikღ

  • 18 oktyabr 2013 20:26
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler Allah razi olsun...

PSIXOPATKA

  • 18 oktyabr 2013 19:33
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

melek_19

  • 18 oktyabr 2013 19:13
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
gozel xeberdir.
Allah razi olsun

--------------------

ShคмKiʀKค

  • 18 oktyabr 2013 17:56
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
cox sag ol urem gozel xeberdi)))

Elza Hüseynli

  • 18 oktyabr 2013 17:38
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUNNNNNNNNNNNNNN

Roya_____

  • 18 oktyabr 2013 17:35
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
ilk werh menden =) Allah razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 28
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}