Hər məlhəmi hər yaraya dərmanmı sanırsan?!

 
Hər məlhəmi hər yaraya dərmanmı sanırsan?!


İnsan üstün tərəfləri ilə birlikdə qüsurları da çox olan bir varlıqdır
Ona qədər heç bir canlı köksündə bu qədər ziddiyyət bəsləməmişdir. O, Cənnətlərin səmasında qanad çırpıb pərvaz edərkən, gözlənilməz sapmaları ilə cəhənnəmin ən qorxunc çuxuruna qədər enə bilən bir müəmmadır. Onda uçurumlaşan bu qorxunc eniş və yoxuşlar arasında münasibət axtarmaq da bihudədir. Çünki insan oğlunda səbəblər, nəticələr tamam fərqli istiqamətlərdə hərəkət edir.

Bəzən tarladakı taxıl zəmisi kimi dayanmadan yatıb-qalxar; bəzən heybətli bir çinara bənzəsə də, devrilər və bir daha ayağa qalxa bilməz. Mələkləri qibtəyə saldığı anları az olmadığı kimi, şeytanları utandıran davranışları da az deyil insan oğlunun.

İstedadında bu qədər enişlər və yoxuşlar olan insan üçün günah əsas olmasa da, müqəddərdir, yəni bir növ qaçılmaz kimidir. Kirlənmə arizi-soyla, yəni irslə deyil, sonradan olsa belə, gözləniləndir. Kirlənib fitrətini ifsad edən, yəni pozan belə bir varlıq üçün əfv hər şeydir.

Əfv diləmə, əfv umma və əldən çıxan fürsətlər üçün fəryad etmə, idrak və şüur işi olması etibarilə nə qədər qiymətlidirsə, əfv etmə də bir o qədər, hətta ondan daha böyük bir ucalıq və fəzilət işidir. Əfvi fəzilətdən, fəziləti də əfvdən ayrı düşünmək mütləq səhvdir. “Kiçikdən qüsur, böyükdən əfv” zərbi-məsəlini bilməyən yoxdur. Və nə qədər də yerində deyilib!

Əfv edilmə bir ruhi abadlıq, özünə qayıdış və yenidən özünü dərk etmə deməkdir. B
una görə də, Rəhməti Sonsuzun dərgahında ən sevimli davranış, hərəkət bu qayıdış və axtarış düşüncəsi və bu düşüncənin verdiyi həyəcan içində yaşanmış həyatdır.

Canlı-cansız bütün varlıq əfvi insanla tanıdı. Haqq-Təala insanda əfvediciliyini göstərdiyi kimi, əfv etmənin gözəlliyini də onun qəlbinə nəqş etdi. İlk insan, insanlıq fitrətinin gərəyi yanlışlıqla özünə bir zərbə endirərkən, vicdanında duyulan hiss, bir inilti və yalvarış, bu fəryada səmadan qopub gələn də bir əfv idi...

İnsanlıq ilk atası ilə əldə etdiyi bu hədiyyəni ümid və təsəlli kimi əsrlərlə mühafizə etdi. Hər xətasında o sehirli taxtın üstünə minərək, günahların xəcalətindən və ümidsizlikdən yüksəlib Sonsuz Rəhmətə çatdığı kimi, başqalarının işlədiyi günahlara qarşı da onu gözünə pərdə etmə alicənablığını göstərdi.

Əfv edilmə ümidi sayəsində insan, üfüqünü bürüyən qara buludların arxasındakı aləmə yüksəlib dünyasını aydın görmə imkanını əldə edər. Əfvin yüksəldici qanadlarından xəbərdar olan talelilər həyat boyu ruhlara fərəh verən bu zümzümə içində yaşarlar.

Əfv edilməyə könül vermiş bir insanı əfvedicilikdən uzaq düşünmək mümkün deyildir. O, əfv edilməni sevdiyi kimi, əfv etməni də sevir. Xətalarının qəlbdə alovlandırdığı iztirab atəşindən xilas yolunun əfv kövsərlərindən doya-doya içməkdə olduğunu bilənin əfv etməməsi mümkündürmü..?

Üstəlik bağışlanma yolunun əfv etməkdən keçdiyi məlumdursa... Əfv edənlər əfvə məzhər olar. Bağışlamağı bilməyən bağışlanmaz. İnsanlara müsamihə yolunu kəsənlər insanlığını itirmiş canavarlardır. Bir dəfə öz günahına baxıb xəcalət çəkməmiş bu insanlıqdan uzaq “insanlar” heç vaxt əfvedicilikdəki bu uca həzzi, zövqü dərk edə bilməyəcəklər.

Hz. Məsih (ə.s.) daş-qalaq edilməyə aparılan bir günahkar qarşısında əli daşlı izdihama belə səslənmişdi: “İlk daşı heç günahı olmayan atsın!” Bu ifadədəki incəliyi anlayan hansı insan daşqalaq ediləsi vücudu varkən, başqasını daşlamağa cürət edər? Kaş həyatını başqalarının günahlarını müzakirə etməklə keçirən günümüzün talesizləri bunu anlaya idilər..!

Mücrim (günahkar) cəzalandırılar və cəzalandırmada şəfqət daxil, heç bir uca duyğu, fərmanı yüksək yerdən verilən bu hökmün icrasına mane ola bilməz. Lakin kin və nifrətimizin məhkum etdiyi şəxsləri topa tutmağa dair bir hökmün olduğunu iddia etmək də qeyri-mümkündür. Düzü, biz mənliyimizdəki bütü bir Hz. İbrahim (ə.s.) cəsarəti ilə yıxmadıqca nə nəfsimiz üçün, nə də başqaları üçün heç vaxt məqsədəuyğun qərar verməyə qadir ola bilməyəcəyik...

Əfv, insan övladı ilə gün üzünə çıxmış və onunla kamillik qazanmışdır. Buna görə də, ən Uca Qamətdə (s.ə.s.) ən geniş əfvetməyə şahid oluruq.

Kin və nifrət isə xəbis ruhların insanlar arasına səpdiyi Cəhənnəm toxumlarıdır. Yer üzünü cəhənnəmə çevirən bu kin və nifrət körükləyənlərə müqabil, min bir böhran içində məchullara sövq edilən insanımızın imdadına əfvediciliklə can atmalıyıq. Geridə qoyduğumuz bu bir-iki əsr əfv bilməzlərin, müsamihə tanımazların öyümələri ilə ən kirli və xoşagəlməz hala gətirildi. Gələcəyə də bu nəsibsizlərin hökm edəcəyini düşündükcə ürpərməmək qeyri-mümkündür.

Buna görə də, bugünkü nəsillərin öz övlad və nəvələrinə ən böyük hədiyyəsi “əfv etməni” öyrətmək olacaq. Ən kobud davranışlar, ən ürəkbulandırıcı hadisələr qarşısında belə əfv etməni... Lakin ruhu qabalaşmış, vicdanı ağrı-acı çəkdirməkdən zövq alan insana bənzər varlıqların əfv edilməsini düşünmək də, əfv etmə anlayışına qarşı bir hörmətsizlikdir. Bəli, onları əfv etmək həm əlimizdən gəlməz, həm də bu insanlığa qarşı böyük bir hörmətsizlik olar. Belə bir hörmətsizliyi məqbul görəcək və göstərəcək birini də tanımırıq.

Müəyyən bir keçmişə malik düşmənçilik təlqinləri altında yetişən bir nəsil, içinə düşdüyü qaranlıq dünyalarda arenaların dəhşət və vəhşətini seyr etdi. İllərin laqeydliyi və səhv təlqinləri altında ikinci bir fitrət qazanmış bu nəsli, bir sel və tufan halına gəldiyi bu dəqiqələrdə barı anlaya bilsəydik! Əfsuslar olsun! Hanı o bəsirət...

Əfvin və tolerantlığın bir çox yaramıza məlhəm olacağına inanırıq. Yetər ki, bu səmavi silah, dilindən anlayanların, əsl sahiblərinin əlində olsun. Yoxsa indiyə qədər, sağalmaq üçün etdirdiyimiz səhv müalicələr qarşımıza bir çox əks nəticə çıxaracaq və bizi çaş-baş salacaq.

“Bil illəti, et sonra müdavətə təsəddi: Hər məlhəmi, hər yarəyə dərmanmı sanırsan.” (Ziya Paşa)

(Əvvəl xəstəliyi bil, sonra müalicəyə başla. Hər məlhəmi hər yaraya dərmanmı sanırsan?!)


Geri dön

ღNəmLi kiprikღ

  • 2 noyabr 2013 22:19
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
Twkler meleyim ellerine sagliq:)

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 1 noyabr 2013 15:40
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə tşk

--------------------

Samir_Wuvalan

  • 24 oktyabr 2013 03:01
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
Teshekkurler

--------------------

AyliN BunyaminovA

  • 23 oktyabr 2013 00:53
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Teshekkurler

--------------------
ܨܓܓܨܓܓ✍

PSIXOPATKA

  • 20 oktyabr 2013 12:16
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Oxuyacam.twk

--------------------

ღ★Yağmur★ღ

  • 20 oktyabr 2013 09:01
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Şərhlərə görə təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✵Дорогой✵

  • 20 oktyabr 2013 01:58
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Meqale ucun tewekkur

winxclub_bloom

  • 19 oktyabr 2013 20:35
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
meqayechun twkr

--------------------

Gun--ka

  • 19 oktyabr 2013 19:05
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
“Bil illəti, et sonra müdavətə təsəddi: Hər məlhəmi, hər yarəyə dərmanmı sanırsan.” (Ziya Paşa)

(Əvvəl xəstəliyi bil, sonra müalicəyə başla. Hər məlhəmi hər yaraya dərmanmı sanırsan?!)

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

melek_19

  • 19 oktyabr 2013 15:41
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
meqale ucun tewekkurler

--------------------

ღNəmLi kiprikღ

  • 19 oktyabr 2013 15:39
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Bəzən tarladakı taxıl zəmisi kimi dayanmadan yatıb-qalxar; bəzən heybətli bir çinara bənzəsə də, devrilər və bir daha ayağa qalxa bilməz. Mələkləri qibtəyə saldığı anları az olmadığı kimi, şeytanları utandıran davranışları da az deyil insan oğlunun.

Nara Neznakomka

  • 19 oktyabr 2013 15:30
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Əfv diləmə, əfv umma və əldən çıxan fürsətlər üçün fəryad etmə, idrak və şüur işi olması etibarilə nə qədər qiymətlidirsə, əfv etmə də bir o qədər, hətta ondan daha böyük bir ucalıq və fəzilət işidir. Əfvi fəzilətdən, fəziləti də əfvdən ayrı düşünmək mütləq səhvdir. “Kiçikdən qüsur, böyükdən əfv” zərbi-məsəlini bilməyən yoxdur. Və nə qədər də yerində deyilib!

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 19 oktyabr 2013 15:10
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
tewekkurler

--------------------
(^_*)

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 oktyabr 2013 14:49
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə tşk ömrüm

--------------------

Zazam

  • 19 oktyabr 2013 14:32
  • Məqalə: 0
  • Şərh: 1095
  • Bal:
{awards}
twkler maraqliydi

--------------------
♥♥♥Agilli olub dunyanin derdini cekmekdense,, kankret deliyem qoy dunya menim derdiimi ceksin:P♥♥♥

♥Hemiwe neyese gore uZulende atam bu cumleni deyir mene: ba$ini dik tut $ehZadem yoxsa tacin duwer..!

✰_DeLNoLiNi_✰

  • 19 oktyabr 2013 14:17
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
meqaleye gore twk caniM

--------------------

^^Nazlı Şeytan^^

  • 19 oktyabr 2013 14:10
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

Roya_____

  • 19 oktyabr 2013 13:56
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurler

вคɴค iкiмizi คɴlคт ❤

  • 19 oktyabr 2013 13:51
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
tewekkurler

Haziran Gecesi

  • 19 oktyabr 2013 13:50
  • Məqalə: 2
  • Şərh: 225
  • Bal:
{awards}
tesekkur edirem meqaleye gore

Banned549678

  • 19 oktyabr 2013 13:32
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkürlər MeleYim meNim...))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}