Zikr, yoxsa təfəkkür?

 
Təfəkkür möminin həyatında çox mühüm yerə malikdir. Ancaq bunu qavramaq üçün təfəkkürün nə demək olduğunu bilmək lazımdır. Təfəkkürün ilk şərti müəyyən biliyə malik olmaqdır. Cahillərin təfəkkürü quru bir təxəyyüldən ibarətdir və tədricən bezginliyə səbəb olur, daha sonra insan onu mənasız görməyə başlayır. Odur ki, ilk növbədə, təfəkkür edilən mövzunu bilməli, yəni əvvəlcədən müəyyən qədər məlumata sahib olmalıdır.

Xəyalpərəst deyil, mütəfəkkir...

Ay və ulduzların dövranını, insanlarla əlaqəsini, vücudumuzu təşkil edən zərrələrin hərəkətini bilmək təfəkkür yolunda bir addım sayılır, ay və günəşin hərəkətini seyr edib, kainatın valehedici gözəllikləri qarşısında şairanə ilhamlarla coşmaq isə təfəkkür deyildir. Bu cür düşünən, xəyallara dalan məlul, tənha və qərib bir çox naturalist şair var. Onlar mütəfəkkir deyil, mənəvi dünyasını və qəlbini itirmiş, ürəyini Mefistoya vermiş xəyalpərəstlərdir.

Bəzən onlar da düşünüb kainatın gözəlliyindən bəhs edirlər. Dünyəvi gözəllikləri elə mükəmməl təsvir edirlər ki, onların dilində sanki cənnətin gözəlliklərini dinləyirsiniz. Suların şırıl-şırıl axmasını, yağışın şırhaşır yağmasını, ağacların pıçıltısını, quşların zümzüməsini elə nəqş edirlər ki, oxuyarkən özünüzü cənnətin ortasında görürsünüz. Ancaq bu, təfəkkür olmadığı kimi, qəlbi və ruhi həyat üçün də bir məna ifadə etmir. Belə insanlar bir addım da irəliyə gedə, təntənəli pərdənin o üzünə keçə bilməmişlər. Məhz bu cür təfəkkürün heç bir faydası yoxdur. Nə qədər dərin xülyalara dalırlar dalsınlar, insan belə bir təfəkkürdən müsbət bir şey götürmür.

Yuxarıda da qeyd etdiyimiz kimi, təfəkkür üçün, ilk növbədə, ümumi biliyə malik olmaq lazımdır. Bəşəriyyətin hazırkı elmi səviyyəsini də nəzərə alsaq, insan bu bilikdən yararlanaraq yeni sintez və təhlillər aparacaq, onların dərinliyinə varacaq və fərqli nəticələr əldə edəcəkdir. Bu nəticələrdən faydalanaraq yeni nəticələr əldə edəcək, təfəkkürdə dərinləşəcək, təktərəfli təfəkkür mərhələsindən çoxtərəfli təfəkkür mərhələsinə keçərək, hərtərəfli təfəkkürə nail olacaqdır. Bütün bunlar isə məlumatlı olmaqdan asılıdır. Biliksiz insanın təfəkkür etməsi mümkün deyil. Bunun üçün çoxlu kitab oxumaq vacibdir. Növbəti mərhələdə isə təfəkkürün yol və üsulunu öyrənmək, ən sonda da şəriəti- fitriyyəni (yaradılış qanunları) mütaliə etmək lazımdır ki, sabit və mükəmməl düşünmək mümkün olsun.

İnsan bir saat düzgün təfəkkür etsə, ərkanı-imaniyəsi (iman əsasları) dərinləşər, qəlbində Allah sevgisi, ilahi məhəbbət oyanar. Beləcə, zövqi-ruhaniyə çatıb, uca aləmlərə pərvaz edər.

İnsan məhz belə bir təfəkkürlə elə məqamlara çatır ki, ona yüksəlmək üçün, bəlkə də, min il ibadət etmək lazımdır. Bu şüur və anlayışla Allaha yönəlməyən bir insan min il bir yerdə dayansa da, düşünüb təfəkkür etməmişsə, onun birsaatlıq təfəkkürlə əldə olunan məqamlara çatması mümkün deyildir. Ancaq bu, o demək deyil ki, minillik ibadət boşa gedir. “Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun əvəzini görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir” (”Zilzal” surəsi, 99/7-8) ayəsində keçdiyi kimi, hər kəs əməlinin qarşılığını görəcəkdir. İbadət edən insan ibadət borcunu ödəmiş olsa da, təfəkkürdən hasil olan dərinliyi əldə edə bilməz. Bu cür təfəkkür minillik ibadətə bərabərdir.

Təfəkkürün bəhrəsi - zikr

Bəzi vird (dua) və zikrlər də təfəkkürü inkişaf etdirir. Ancaq bu vird və zikrlərin dilimizə kifayət qədər tərcümə olunub-olunmaması barədə məlumatım yoxdur. Ancaq ərəbcə mətnlərə baxanlar bu sətirlərdə insanı təfəkkürə səsləyən bir çox ifadənin olduğunu görəcəklər. Bu mətnlərə azca göz gəzdirənlər Şazəli kimi, kainatın zərrələri ilə Allahı zikr edən insanlarla qarşılaşacaq, Şahi-Geylani kimi kainatın zərrələrini, hətta daha kiçik hissəciklərini təsbeh muncuqları kimi çevirənlərlə rastlaşacaq və o sətirləri oxumaqdan doymayacaqlar. Ərəb dilini bilənlər, bəlkə də, bunlardan daha çox faydalanacaq. Ancaq bilməyənlər də bu mətnləri oxuyarkən çox şey hiss edəcəklər.

Məhz bu şəkildə hər kəs vird və zikrlə təfəkkürünü inkişaf etdirmiş, Cənabi-Allahla irtibatını möhkəmləndirmiş olur. Nə bilmək olar, bəlkə, biz də belə insanlara baxıb özümüzü yeniləcəyik. Allah içimizi-çölümüzü islah etsin!

Məziyyətin varsa, özündə qalsın!

Cənabi-Allah hər bir insana fərqli qabiliyyət və keyfiyyətlər vermişdir. Bəzilərinə nitq qabiliyyəti vermişdir: belə insanlar məramlarını olduqca gözəl çatdırırlar. Bəziləri də davranış və hərəkətləri ilə çox cazibədar görünüb diqqəti cəlb edirlər. Belə insanların davranışları qarşı tərəfin İslamiyyətə marağını artırır. Elələri də var ki, ilahi eşq və həyəcanla coşub-daşır, amma nitq qabiliyyəti yoxdur. Müxtəlif məsələləri çatdırmaqda çətinlik çəkirlər.

Allah hər insana fərqli bir məziyyət vermişdir və insan bu məziyyətini Verənin yolunda istifadə etməlidir. Nitq qabiliyyəti olanlar haqq-həqiqəti insanlara çatdırmalı, təşkilatçılıq qabiliyyəti olanlar işlərini nizam-intizama salmaqla bu karvanda iştirak etməli, imkanı olanlar da maddi dəstək verməlidir... Allah bəzi insanlara da bu xüsusiyyətlərin heç birini deyil, eşqlə coşub-daşan bir qəlb vermişdir.

Əshabi-kiram arasında belələri də vardır. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onlar haqqında “Allaha and içsələr, Allah onların andını yerə salmaz” deyirdi. O dövrdə insanlar bir çətinə düşər-düşməz, Allah Rəsulunun təqdir etdiyi bu səhabələrin başına toplaşıb dua istəyərdilər.

İnsan Allahın bəxş etdiyi bu məziyyətləri mümkün qədər gizlətməlidir. Zira bu məziyyətlər nə qədər gizli qalsa, görülən işlərin bərəkəti bir o qədər artar.

Bəli, insan iddialı olmamalıdır. Məsələn, gözəl danışıq qabiliyyəti olanlar “əgər vəz versəm, söhbət etsəm, insanlardan doğru yola gələn mütləq olacaq” kimi fikirlərdən uzaq olmalıdır. İnsan məziyyətinə görə qürurlanmamalı, özünü başqalarından üstün görməməlidir, “Mən olmasam, bəlkə də, insanlar həqiqətləri daha yaxşı görərdilər” duyğu və düşüncəsi ilə hərəkət etməlidir.

Maddi vəziyyəti yaxşı olan və malını Allah yolunda infaq edən insanlar isə belə deməlidir: “Allah mənə imkan verdi. Mən bu mal-mülkün nəzarətçisi, əmanətçisiyəm və onu Rəbbimin yolunda sərf edirəm. Əgər O, mənə bu hissi verməsəydi, malımı Onun yolunda sərf edə bilməzdim! O, mənə həm mal-mülk, həm də o mal-mülkdən vermək, verdiyindən də zövq almaq hissini bəxş etdi. Ona minlərlə şükürlər olsun”.

Xülasə, insan məziyyətlərini nümayiş etdirməməli, onları xafa turabı (gizlilik torpağı) altında saxlamalı, bir mənada torpaq olmalıdır. Sədi “Torpaq ol ki, gül bitirəsən” sözləri ilə bu həqiqəti necə də gözəl ifadə edir!


Geri dön

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 1 noyabr 2013 15:29
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
məqaləyə görə tşk bacı

--------------------

ღ★Yağmur★ღ

  • 29 oktyabr 2013 16:45
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN bacı

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Samir_Wuvalan

  • 23 oktyabr 2013 02:38
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
ALLAH razı olsun

AyliN BunyaminovA

  • 23 oktyabr 2013 01:17
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Teshekkurler

--------------------
ܨܓܓܨܓܓ✍

PSIXOPATKA

  • 20 oktyabr 2013 11:55
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

Nara Neznakomka

  • 19 oktyabr 2013 15:45
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Xəyalpərəst deyil, mütəfəkkir...

Ay və ulduzların dövranını, insanlarla əlaqəsini, vücudumuzu təşkil edən zərrələrin hərəkətini bilmək təfəkkür yolunda bir addım sayılır, ay və günəşin hərəkətini seyr edib, kainatın valehedici gözəllikləri qarşısında şairanə ilhamlarla coşmaq isə təfəkkür deyildir. Bu cür düşünən, xəyallara dalan məlul, tənha və qərib bir çox naturalist şair var. Onlar mütəfəkkir deyil, mənəvi dünyasını və qəlbini itirmiş, ürəyini Mefistoya vermiş xəyalpərəstlərdir.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 oktyabr 2013 14:36
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH razı olsun aşkımnan...))

--------------------

Banned549678

  • 19 oktyabr 2013 13:51
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Təşəkkürlər serHlercun ALLAH razi olsun...))

melek_19

  • 19 oktyabr 2013 12:32
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

мυsLiмαηκα

  • 19 oktyabr 2013 12:02
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Allah razi olsun wirin bacişim)))

✵Дорогой✵

  • 19 oktyabr 2013 11:53
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH Razi Qalsin

Roya_____

  • 19 oktyabr 2013 11:15
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun bıdenem

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 19 oktyabr 2013 10:36
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Allah Razu olsun

--------------------
(^_*)

^^Nazlı Şeytan^^

  • 19 oktyabr 2013 10:34
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ღ★Yağmur★ღ

  • 19 oktyabr 2013 10:06
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 52

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}