Abituriyentlər

 
Abituriyentlər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-cu ildə ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanında fizika fənnindən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlilini başa çatdırıb.

Komissiyadan APA-ya verilən məlumata görə, test tapşırıqları orta məktəb kursunun mexanika, molekulyar fizika və termodinamika, elektrodinamika, optika, kvant fizikası, atom və nüvə fizikası bölmələrini əhatə edib. Təhlil göstərib ki, abituriyentlərin əksəriyyəti “Mexanika” bəhsində “Statikanın əsasları”, “Molekulyar fizika” bəhsində “Termodinamikanın əsasları”, “Elektrodinamika” bəhsində “Elektrostatika”, ”Sabit elektrik cərəyanı”, “Elektromaqnit induksiya hadisəsi”, “Elektromaqnit rəqsləri və dalğaları” mövzularına dair test tapşırıqlarına ya zəif cavab verib, ya da onlardan imtina edib.

Bununla yanaşı, abituriyentlərin müəyyən hissəsi faktoloji materiala əsaslanan düstur vahid və cihaza aid tapşırıqlara daha yaxşı, fiziki hadisə və proseslərin mahiyyətinin açılmasına yönəlmiş, biliklərin tətbiqini tələb edən və məntiqi düşüncəyə əsaslanan qrafik, keyfiyyət və hesablama tipli tapşırıqlara isə nisbətən zəif cavab verib.

Təhlil göstərib ki, fizikadan ənənəvi olaraq, abituriyentlərin bir qisminin zəif nəticə göstərməsi əsasən üç amillə bağlıdır. Bunlar abituriyentlərin ümumi riyazi bilik səviyyələrinin zəif olması, fiziki hadisə və proseslərin mahiyyətini dərk edə bilməməsi, məktəblərin maddi-texniki bazalarının aşağı səviyyədə olmasıdır.

Abituriyentlərin bir qismi fiziki kəmiyyətlərin ölçülməsi üçün istifadə olunan cihaz və vasitələr, onların iş prinsiplərinə aid test tapşırıqlarına da cavab verməkdə çətinlik çəkir. Bu nəticə bilavasitə respublikanın orta ümumtəhsil məktəblərində fizika laboratoriyalarının maddi-texniki bazasının aşağı səviyyədə olması ilə əlaqədardır.

Laboratoriya dərslərinin keçirilməməsi, təcrübələrin aparılmaması, praktiki işlərin yerinə yetirilməməsi ona gətirib çıxarıb ki, abituriyentlərin böyük əksəriyyəti ən adi cihazların nəinki iş prinsipini, hətta nə üçün, hansı kəmiyyəti ölçmək üçün istifadə olunduğunu da bilmir. Əksər abituriyentlər iki və daha çox fiziki hadisənin mahiyyəti ilə bağlı biliklərin istifadə edilməsinə dair test tapşırıqlarına cavablarda da kobud səhvlərə yol verib və ya onları cavablandırmaqdan imtina edib. Bunun əsas səbəbi kimi tədris prosesində fənlər arasında, eləcə də fizikanın müxtəlif bölmələri arasında əlaqələrin öyrənilməsinə kifayət qədər fikir verilməməsi göstərilib. Digər bir səbəb isə abituriyentlərin riyazi bilik səviyyələrinin zəif olmasıdır. Bu, özünü əsasən qrafik, hesablama və keyfiyyət tipli test tapşırıqlarının həllində göstərir. Abituriyentlərin əksəriyyəti məhz lazımi riyazi çevrilmələrdə səhvlərə yol verir, düsturlardan parametrləri düzgün təyin edə bilmir.

TQDK abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarına dair metodiki tövsiyə hazırlanması və tövsiyənin “Abituriyent” jurnalının ikinci sayında dərc edilməsini qərara alıb.


Geri dön

RoMaNTiK SerSeRi

  • 12 fevral 2012 00:24
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
4OXXXXX QEWENGDIR .....!YAZAN ELLERIVIZ VAR OLSUN ..MARAQLIDIR!

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

ZEHRA

  • 22 mart 2011 18:37
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
twk xebere gore

YazYamuru

  • 21 yanvar 2011 03:33
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
OOOOOOOOOFFFFFFFFFF BU İMTAHANLARRRRRRR ÖLMƏK İSTƏYİRƏƏMMMM!!!!!!! belay

--------------------



L_SimuS

  • 20 yanvar 2011 22:20
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
MEN 3 OLMUWAM)))

TEWEKKURLER EZIYYETE GORE

,,kepenek,,

  • 20 yanvar 2011 21:05
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
mence fizika hasand fendir.

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

clever

  • 20 yanvar 2011 18:10
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
mende abituriyentem deye bileremki,tewekkur xebere gore wink

Doktor

  • 20 yanvar 2011 13:39
  • Məqalə: 9
  • Şərh: 695
  • Bal:
{awards}
mence fizikadan 4cu qrupun suallari cox dusundurucu idi.men de o qebulda istirak etmisdim.en zeif yazdigim fizika oldu.

--------------------

kikiki

  • 20 yanvar 2011 13:19
  • Məqalə: 1
  • Şərh: 19
  • Bal:
{awards}
abuutuuuuruuuuuyyeeeeeennt fffflllloooodddd 6666666000000000 saaaannnnniiiiiyeeeee ggggoooozzzdddddeeeeeyyyyiiiiinnn

--------------------
Futbol bir ölüm-dirim məsələsi deyil. Ondan daha çox önəmlidir

_PESSIMIST_SINDY_

  • 20 yanvar 2011 13:05
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
MENCE 2010 CU IL QEBULU RAHAT OLDU,SUALLARDA ELE DE CETIN DEYILDI,FIZIKA DA NORMAL IDI.

--------------------
" NOTHING IS PERFECT "

Lindo

  • 20 yanvar 2011 12:31
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
tesekkurler mence fizika maraqli fenndi cox da cetin deyil .

Street Love

  • 20 yanvar 2011 12:27
  • Məqalə: 8
  • Şərh: 132
  • Bal:
{awards}
twk xebere gore

--------------------
LoVe YoU
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 22
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}