Sevgi Hekayesi

 
Sevgi Hekayesi

Virtual aləmdən,xəyal dünyasından uzaq olan bir qız günlərin bir günü boş vaxtını keçirmək üçün müəyyən bir əyləncə axtarışına çıxır.Və əylənmək məqsədilə çata daxil olur.Gün ərzində vaxtının bir qismini çatda keçirərək tətilinə rəng qatmış olur.Təsadüf nəticəsində qızın daxil olduğu çat bir neçə günlüyünə bağlanır.Əyləncəli anlarını başqa çatda keçirən qız bir gənclə tanış olur.Elə ilk dəqiqələrdən dil tapan bu gənclər 2 saatlıq söhbətdən sonra sağollaşarkən oğlan qızdan bir də nə vaxt bu çatda olacağını soruşur.Qız başqa çatda oturduğunu deyir.Lakin nə qədər cəhd göstərsə də çatın adını oğlana çatdıra bilmir.Günlər,aylar keçir.Qız adəti üzrə çatda oturduğu günlərin birində həmin oğlanla qarşılaşır.Oğlan 2 aydan bəri onu axtardığını deyir.Qız həmin anda onu tanıyır,lakin biruzə vermir.Bir müddət söhbət etdikdən sonra onu xatırladığını deyir.Elə ilk söhbətlərində oğlanın sözləri qızın yaddaşına həkk olmuşdu.Çox yaxşı dil tapırdılar,amma qız virtual dünya deyib söhbətin üstündən keçirdi.Bir müddət sonra oğlan qızı sevdiyini söyləyir,təbii ki,qız inanmır.Çünki ünsiyyət qurduqları mühit buna imkan vermirdi.
Sevgi Hekayesi

Həm də qızın əli sevgidə yanmışdı.Uzun müddət ünsiyyətdə olan bu gənclər bir-birinə çox bağlanırlar,hətta qız çata yalnız ona görə daxil olur.Günlər,aylar bir-birini izləyir,artıq tətil başa çatır.Abuturiyent olmağa hazırlaşan gənclər virual aləmdən uzaqlaşmalı olular.Dərslər, əlavə hazırlıqlar bunu tələb edirdi.Bir müddət əvvəl oğlan öz nömrəsini qiza vermiş,ən azından gecələr sms yazmağını xahiş etmişdi.Amma qız buna cəsarət etmirdi,nədən və ya kimlərdənsə çəkinirdi.Mövcud olan şərait gəclərin 3-4gün tamamilə uzaqlaşmasına səbəb olur.Qız dözməyib nəhayət oğlana sms yazır.Və onu sevdiyini deyir.Tam 4 ay smsləşib virtual əlaqələrini davam etdirən gənclər YENİ İL ərəfəsində görüşməyi qərara alırlar.Görüş baş tutur.10-15 dəqiqə davam edən görüşdən sonra tərəflər sağollaşıb ayrılırlar.Bu dəfə növbə gənclərin bir-birində oyatdıqları təsuratı söyləməyə çatmışdı.Qız belə qərara gəlir ki,oğlanı bəyənmədiyini etiraf edib oğlanda yaratdığı təsuratı tam dəqiqliyi ilə öyrənsin.Oğlan da öz növbəsində qızı bəyənmədiyini bildirir.Pis vəziyyətdə qalan qız əsl fikirlərini gizlədib ayrılmağı təklif edir.Şərtlər çox ağır idi.Çünki tam 4ay idi ki,onlar bir-birilərinin smsi ilə yatıb səhərləri bir-birinin smsi ilə oyanırdılar.Əlbəttə ki,imkan olduqca telefonla da əlaqə saxlayırdılar.İndi isə ayrilmali idilər.Həmin gecəni qız səhəırə kimi yata bilmədi.Saat 5-ə işləmiş telefonu götürüb oğlana sms yazdi.Düzü umidsiz idi,cavab gözləmirdi.Amma...Amma sms-ə cavab gəldi.Oğlanın cavablarından görünürdü ki,artıq o həqiqətləri olduğu kimi qəbul etmişdi...

Sevgi Hekayesi

2 gün keçdikdən sonra hadisələrin gedişi ilə razılaşmayan qız əsl duyğularını olduğu kimi oğlana çatdırır.Heç ümid etmədiyi halda əlaqələrini dava etdirməyi qərara aldılar.2ay keçdi.Bəzi günlər bir-birinə can deyib can eşidər,bəzi hallarda küsülü olar,bəzi hallarda isə oğlan müəyyən dövr üçün uzaqlaşmağı təklif edər,bəzi hallarda isə əlaqələrini dost kimi davam etdirməyi təklif edərək qızı həyatdan küsdürərdi.Yenidən görüşməyi qərara alırlar.Qızın tək bir dərdi var idi.Özünü oğlana bəyəndirmək və öz duyğularına qarşılıq almaq.Bu dəfə gənclərin görüşü NOVRUZ bayrami ərəfəsinə təsadüf edir.İlk baxışdan hər şey normal görünürdü.Amma yenə də hər şeyi korlayan oğlan olur.Qızı bəyənmədiyini deyib əlaqələrini dostdan da yaxın bir məvhum kimi davam etdirmələrini təklif edir.Qız razı olmur.Çünki sevgili kimi gördüyü birinə DOST deyə müraciət edə bilməzdi.Söhbətlərinin sonunda oğlan hər şeyin zarafat olduğunu deyir.Qız üçün gözlənilməz bir hal idi.Heç təsəvvürünə də gətirməzdi ki 1saatdan çox davam edən söhbətləri məhz belə nəticələnə bilər.Amma sevindirici hal idi.Növbəti bir ay yarimi çox sakit,.diqqət,qayğı,qarşılıqlı sevgi və hörmətlə başa vurdular.Növbəti görüş vaxtı təyin olundu.Bu dəfə digər iki görüşdən fərqli olaraq daha uzun müddət bir yerdə oldular.Amma sanki oğlan nədənsə narazi idi.Qız bütün günahi özündə görür,baş verənləri öz hərəkətləri ilə əlaqələndirirdi.Müəyyən məqamlarda bu fikir doğru idi.Hardasa qürur,əyilməzlik hissi aralarında münaqişə baş verməsinə səbəb olurdu.Bir-birilərini çox incidirdilər.

Sevgi Hekayesi

Qız fikirləşirdi ki,ayrılıq hər şeyi həll edə bilər.Ona görə də ayrılmağı təklif etdi.Oğlan heç etiraz etmədi.Edilən təkliflə razılaşdı.Qız hiss edirdi ki,oğlan ona qarşı soyuyub.Bir daha buna əmin oldu.Qarşılıqlı razılaşıb ayrıldılar.Səhəri gün qız bütün gün məktəbdə özünə gələ bilmədi.Partasıni kənara çəkib iki dərsi durmadan,lal-dinməz ağladı.Sinifdə iki ən yaxın dostu var idi.Hətta onlarla belə danışmaqdan imtina edirdi.Dərsin sonunda qiz dostlarınım birindən xahiş etdi ki,əyər bir gün mənə nə isə olsa mütləq və mütləq ona çatdırarsan ki,onu həyatımdakı hər şeydən çox sevirəm.Söhbəti kənardan eşidən qızın digər dostu onun nə demək istədiyini başa düşdü.Nece lazımdısa danladı.Amma qız fikrindən daşınmadı.Dostu söz verdi ki,sabah ona həyatına son qoya biləcək dərman gətirəcək.Verdiyi sözün üstündə durdu.Dərmanları gətirdi.Qız çəkinmədən dərmanları götürdü.Hətta o bir dəfə də özünə qəsd etməyi gözə almışdı.Bu dəfə də ölümü gözə almışdı.Amma dostları buna imkan vermədi.Qız yalnız bir cümləni təkrar edərək onlardan uzaqlaşdı. ...MƏN ONSUZ YAŞAYA BİLMİRƏM...
Hal-hazırda gənclər bir müddətdi ki ayrıdılar.Hər ikisi öz həyatını yaşayır.Amma necə?Onu isə bir ALLAH bilir.....


Geri dön

::..ONSLAUGHT::..

  • 16 mart 2011 00:24
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
Teshekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Ulya

  • 25 fevral 2011 17:59
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekur

Made_In_Bakinka

  • 2 fevral 2011 02:35
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
Sitat: AskZede
Demisem Deyirem Deyecemde

tez tez di yadinnan cixar... wink

tesekkurler eziyyete hormet

L_SimuS

  • 20 yanvar 2011 23:02
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TEWEKKUR EZIYYETE GORE

CrazyGirl

  • 20 yanvar 2011 21:43
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Sitat: AYSE17
AYSE17 ( ) »

TWK XEBERE GORE MARAQLIDI


--------------------
Sən varsansa həyat çox gözəl!

neners

  • 20 yanvar 2011 20:54
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}

1. Birinci sirr - Sevmək düşünməkdir




- Sevgi düşüncədən başlayır
- Biz özümüzü düşüncələrimizdə əks etdiririk. Və sevgi haqqındaki düşüncələrimiz bizim sevgimizi və sevgi münasibətlərimizin yaradıcısıdır.

2. İkinci sirr- Sevmək hörmət etməkdir




- Bir insanı sevmək üçün əvvəlcə ona hörmət etməyi bacarmaq lazımdır.
- Bundan əvvəl isə özünə hörmət etməyi bilməlisən.

3. Üçüncü sirr - Sevmək özündən hədiyyə verməkdir




- Əgər siz xəyal etdiyiniz ( arzusunda olduğunuz ) sevgini qazanmaq istəyirsinizsə əvvəlcə öz sevginizi verməyi bacarmalısınız. Sevginizi nə qədər çox versəniz, bir o qədər çox sevgi alacaqsınız.
- Sevmək - heç bir qarşılıq gözləmədən özündən sevdiyinə pay verə bilməkdir.
- Sevginin gizli sirri ondadır ki, heç vaxt ondan nə ala biləcəksiniz deyə düşünməyin, hər zaman sevdiyinizə nə verə biləcəyinizi düşünün.

4. Dördüncü sirr - Sevmək dostluqdur




- Təmiz sevgiyə sahib olmaq üçün əvvəlcə həqiqi dostluğa sahib olmaq lazımdır.
- Sevmək bir-birinə baxmaq deyil, sevmək həyata bir yerdə eyni gözlə baxmaqdır.

5. Beşinci sirr - Sevmək toxunmaqdır




- Toxunma - sevginin ən böyük göstəricilərindən biridir - maneələri aradan qaldıran və münasibətləri möhkəmləndirən.
- Toxunma - fiziki və mənəvi ruh halını dəyişərək insanları sevgiyə daha çox bağlayır.
- Toxunma - cismin dərmanı, ürəyin atəşidir. Sevdiyini qucaqlamaq üçün qollarını açdığın zaman ona ürəyini açırsan.

6. Altıncı sirr - Sevmək azadlıq verməkdir





- Əgər bir insanı sevirsinizsə azadlığını əlindən almayın.
Əgər o sizi həqiqətən sevirsə harda olur olsun və nə olur olsun sonda sizin yanınıza qayıdacaq və sizinlə olacaq, əgər bunun əksi olarsa, demək ki, o sizin deyil və heç vaxt da olmayıb.
- Ən güclü sevgilərdə belə insan bir az da olsa öz azadlığını istəyir.
- Sevib xoşbəxt olmaq istəyirsənsə qorxulardan azad olmağı bacarmalısan.

7. Yeddinci sirr - Sevmək ünsiyyətdir




- İnsan düzgün ünsiyyət qurduğu an həyat daha gözəl olur.
- Sevmək - sevdiyin insanla düzgün ünsiyyət qurmağı bacarmaqdır.
- Sözlərinizlə, hərəkətlərinizlə sevdiyiniz insana onu sevdiyinizi və ona dəyər verdiyinizi göstərin.
- Heç vaxt bu möcüzəli 3 kəlməni deməkdən çəkinməyin: "Mən Səni Sevirəm"
- "Sevirəm" sözünün müqəddəsliyini və saflığını həqiqətən sevəcəyiniz insan üçün qoruyub saxlayın.
- Və sevdiyinizi sabah sizinlə olmayacaqmış kimi sevib qədrini bilin.


8. Səkkizinci sirr - Sevmək sədaqətdir





- Sevginizin səmimi və saf olmasını istəyirsinizsə sevdiyiniz şəxsə hər zaman sadiq qalın, bu sizin düşüncələrinizə və münasibətlərinizə müsbət təsir göstərəcəkdir.
- Əbədi sevgiyə sahib olmaq istəyirsinizsə hər zaman bu sevgiyə sadiq qalmağı bacarın.

9. Doqquzuncu sirr - Sevmək hisslərini göstərə bilməkdir




- Aşiq olduğunuz zaman keçirdiyiniz hisslər sevginizi sönməyə qoymayan atəşdir.
- Sevgi hissi insanda hər zaman ruh yüksəkliyi və xoş əhval-ruhiyyə yaradır.

10. Onuncu sirr - Sevmək etibar etməkdir




- Etibar etmək - sevgi münasibətlərində ən mühüm rola malik olan hissdir. Etibar hissi olmayan insan hər zaman şübhə içində yaşayır və qarşısındakı insanın da həyatını zəhərləyir.
- Tam etibar etmədiyin birini sevmək mümkün deyil.

Sevmək möhkəmcə bağlanmaqdır, sarılmaqdır, toxunulduğu an ürək döyünməlidir.
Bunun adı eşqdir, xoşbəxtlikdir, ümiddir, səadətdir . . .

nilayka

  • 20 yanvar 2011 20:31
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
yaxsidir sag ol

--------------------

Cici-Kiz

  • 20 yanvar 2011 19:48
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Sonadek oxudum, ona gore virtualda hec vaxt elaqeleri bu hedde catdirmaq lazim deyil. Men buna sevgi yox, bagliliq deyerdim. Virtual alem sadece imormasiya vasitesi olmalidir deye dusunurem, basqa cur olmamalidir. Tesekkurler!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

AskZede

  • 20 yanvar 2011 19:03
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
Ela Xeber Idi Coooox Xosuma Geldi Men Virtualdan Baslayan Hec Bir Sey Ugurlu Ola Bilmez Bunu Demisem Deyirem Deyecemde Twk
love

--------------------

Cin_Bala

  • 20 yanvar 2011 18:51
  • Məqalə: 2
  • Şərh: 56
  • Bal:
{awards}
super...twklerr love

YazYamuru

  • 20 yanvar 2011 16:41
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
TŞK ƏZİYYƏT ÇƏKMİSƏN MÜƏLLİF smile

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 36

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}