Dəryadan bir damla (6-cı hissə)

 
Dəryadan bir damla (6-cı hissə)

Əziz İslam Peyğəmbəri Məhəmməd ibni Abdullahdan (s.ə.a.s) soruşdular:-"Sənə nazil olan dində tərkidünyalıq varmı"? Sonuncu Peyğəmbərimiz (s.ə.a.s) buyurdu:-"Biz, tərkidünyalığı Həcc ilə əvəz etdik".
Bu yazım, bu gün Moskvadan və bir neçə gündən sonra doğma vətənimizdən Allah evinin ziyarətinə yola düşən əziz müsəlmanlara ərməğan və hədiyyə olsun. Allah bütün arzusunda olanlara qismət etsin. Amin !!!
Allahımız, insanı öz Rəbbini tanımaq, ona sevgi və məhəbbət bəsləmək üçün yaratdı. Yalnız və yalnız Allahı tanımaq və sevmək vasitəsi ilə insan , öz Xaliqinə çatır və Rəbbinə ünsüyyət şərəfinə nail olur. Amma Allah sevgisinə və Allaha yaxınlıq şərəfinə, nəfsi istəklərin çirkabında qəhr olan və nəfsi istəklər bataqlığında qərq olan insan , heç zaman yetişə bilməz. Buna görə də Allah, dinimizdə nəfsi paklaşdırmaq və onun istəklərindən uzaqlaşmaqdan ötrü vacib əməllər qərar verib. Məsələn, namaz insanı pisliklərdən uzaqlaşdırdığı halda, oruc isə insanı, nəfsi istəklərə qalib edən bir vasitədir. Zəkat və xumus insanın qəlbindən mal sevgisini çıxartdığı halda, cihad isə insana, Allah yolunda candan keçmə dərsini öyrədir. Gördüyümüz kimi hər bir vacib əməlin özünəməxsus funksiyası vardır. Və digər vacib əməl , həmən xarakterə malik deyildir.
Həcc , İslam dinində yeganə vacib əməldir ki, bütün funksiyaları özündə cəmləyir. Məhz bu prizma və cəhətdən, mübarək hədislərə əsasən həcc əməlinin, bütün əməllərdən üstün olması bildirilir.
İndi qayıdıram yuxarıda qeyd olunan mübarək hədisə. Tərkidünyalıq və Həcc . Keçmiş dinlərə və həmçinin İslama mənsub olan bəzi insanların düşüncəsinə əsasən, insan yalnız və yalnız dünyadan uzaqlaşmaq yolu ilə Allaha yaxınlaşa bilər. Yəni-əsl hədəfə yetişə bilər. Amma əziz Peyğəmbərimiz Məhəmməd (s.ə.a.s) buyurur ki, həcc əməlindən böyük tərkidünyalıq ola bilərmi ??!! Həcc əməlini icra edərkən, Allahdan başqa hər bir şey unudulur, ondan başqa nə varsa insan gözündə kiçilir. Məgər bu, "şirin və gözəl" tərkidünyalıq deyilmi ??!!
Allah evinin əzəmətini görən, o əzəməti dərk edən insan , Allahdan başqasında əzəmət və böyüklük axtararmı ??!!! Yaradılmışların ən şərəflisi olan insanıın , daşlardan hörülmüş bir evin başına dolanması, Allahın qüdrət və əzəmətinin nişanəsi deyilmi ??!!! Deməli şərəf və ləyaqət, qüdrət və əzəmət yalnız Allaha məxsusdur. Onun istək və iradəsi ilə şərəf və ləyaqət əldə olunur, onun seçdiyi və bəyəndiyi ilə qüdrət və əzəmət hasil olur.
Həccin hər bir əməlinin hikmət və fəlsəfəsini izah etməyə vaxt yoxdur. Amma bir əməlinin hikmətini , siz əzizlərə çatdırıram.
EHRAM....(Həcc libası).
Gərək tikili olmasın. Hər hansı bir tikişlə tikilibsə , ehram batil olur. Nə üçün? Nədir bu hökmün mənası ?!
Tikiş-məhdudiyyətdir, sərhəddir, maneədir. Allahımız biz insanlara əmr edir ki, insan, bütün məhdudiyyətləri sındır ! Bütün maniələri aradan götür ! Məhdudiyyətin hər bir növünü aradan qaldır, insan ! Qorxu məhdudiyyətini, sevgi məhdudiyyətini, nəfsi məhdudiyyətləri və sairə.....
Dahi şair Seyyid Nəsimi deyir:-
"Ey bülbülü qüdsü , nə giriftari qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə".

Yəni-ey insan, nə vaxta qədər nəfsi istəklər "qəfəsində" əsir olacaqsan ? O qəfəsin "tikişlərini" sındır, Allahın sorağına get !!!!
İlahi, bizə Həcc və Həccin mərifətini nəsib elə !!!!


Geri dön

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 1 noyabr 2013 16:55
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
məqaləyə görə tşk

--------------------

ღ★Yağmur★ღ

  • 29 oktyabr 2013 16:37
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN sizdən

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Samir_Wuvalan

  • 26 oktyabr 2013 02:43
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

--------------------

Roya_____

  • 25 oktyabr 2013 15:36
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
teşekkurler

Samir_Wuvalan

  • 25 oktyabr 2013 00:31
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
ALLAH Razi Qalsin

--------------------

ღNəmLi kiprikღ

  • 23 oktyabr 2013 16:13
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Allah razi olsun....

Samir_Wuvalan

  • 23 oktyabr 2013 02:24
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
İlahi, bizə Həcc və Həccin mərifətini nəsib elə !!!! Amin

--------------------

AyliN BunyaminovA

  • 22 oktyabr 2013 22:16
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
CoX SaGoLuN

--------------------
ܨܓܓܨܓܓ✍

Nara Neznakomka

  • 21 oktyabr 2013 14:51
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Əziz İslam Peyğəmbəri Məhəmməd ibni Abdullahdan (s.ə.a.s) soruşdular:-"Sənə nazil olan dində tərkidünyalıq varmı"? Sonuncu Peyğəmbərimiz (s.ə.a.s) buyurdu:-"Biz, tərkidünyalığı Həcc ilə əvəz etdik".

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Banned549678

  • 21 oktyabr 2013 14:13
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagol ureyim cox ama coox sagol

Bash Belası

  • 21 oktyabr 2013 12:28
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah Razı Olsun...

Elza Hüseynli

  • 21 oktyabr 2013 07:14
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsun

^^Nazlı Şeytan^^

  • 20 oktyabr 2013 23:52
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
Allah razi olsun

✵Дорогой✵

  • 20 oktyabr 2013 23:38
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH Razi Qalsin

ღLovelyღ

  • 20 oktyabr 2013 23:07
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

melek_19

  • 20 oktyabr 2013 22:25
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

romantik_awk

  • 20 oktyabr 2013 22:01
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
Əziz İslam Peyğəmbəri Məhəmməd ibni Abdullahdan (s.ə.a.s) soruşdular:-"Sənə nazil olan dində tərkidünyalıq varmı"? Sonuncu Peyğəmbərimiz (s.ə.a.s) buyurdu:-"Biz, tərkidünyalığı Həcc ilə əvəz etdik".

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}