Namazı bu cür qılmayın

 
Namazı bu cür qılmayın

Bir nəfər öz əməllərini riyadan heç cür təmizləyə bilmirdi. Bütün ibadətlərini, savab işlərini qeyri-səmimi şəkildə, ya kiminsə xoşuna gəlmək, ya mənfəət əldə etmək, ya da camaatın gözündə hörmət qazanmaq naminə edirdi.

Özü də bu xasiyyətdən əziyyət çəkirdi. Amma nə qədər çalışırdısa, riyakarlıq mərəzindən qurtula bilmirdi. Bir gün qət etdi ki, hamının nəzərindən uzaqda, tənha bir bucaqda ibadət edib Allaha yalvarsın, Allahdan ixlas və səmimiyyət diləsin. Qərara aldı ki, gecə şəhər kənarında yerləşən, heç kimin gedib-gəlmədiyi, baxımsız qalmış məscidə getsin və orada səhərə kimi ibadətlə məşğul olsun. Burada onu narahat edəcək, niyyətinə xələl gətirəcək kimsə olmamalı idi.

Gecəyarı heç kimə demədən həmin məscidə gəldi. Hava soyuq idi, yağış yağır, ildırım çaxırdı. Həmin adam özünü məscidə yetirib içəri girdi, düz mehrabın qabağında canamazını yerə sərib ibadətə başladı. Bir azdan qapının cırıltı ilə açıldığını eşitdi. Kimsə məscidə girmişdi. Qapı namaz qılanın arxasında yerləşdiyindən kimin gəldiyini görə bilmirdi; bunun üçün namazını pozub qiblədən dönməli idi.

Əslində bu, ona heç lazım da deyildi. Məsciddə ondan başqa kiminsə olduğunu bilmək kifayət edirdi. Öz-özünə düşündü: “Yəqin ki, bu adam indi mənim namazımı seyr edir. Sabah bütün şəhərə xəbər yayılacaq ki, mən necə dindar adamam; bu havada, gecəyarı, kimsəsiz məsciddə ibadət edirəm. Sabah hamı məni tərifləyib alqışlayacaq”. Riyakar abid bunu düşünüb namazlarını daha artıq şövqlə qılmağa davam etdi. Qiraəti xüsusi bəlağətlə oxuyur, rüku və səcdələri qəsdən uzadır, zikr deyib təsbeh çevirir, dua edirdi. Xülasə, bildiyi bütün ibadətləri icra etməyə çalışırdı. Namaz qıldıqca xoşhal olur, sabah eşidəcəyi tərifləri düşündükcə sevinirdi...

Bu minvalla gecə keçdi, sübh açıldı. Hava işıqlananda məscidin içərisi də aydınlaşmağa başladı. Riyakar abid sübh namazını da bütün "dəsgahı" ilə qılıb qurtarandan sonra canamazını yığışdırıb ayağa qalxdı. Məscidin qapısına yaxınlaşanda nə qədər o tərəf-bu tərəfə boylandısa da, heç kimi görmədi.

Lap qapının ağzına çatanda kandarda büzüşüb yatmış bir pişik balası ilə rastlaşdı. Anladı ki, gecə məscidin qapısını cırıltı ilə itələyib açan bu pişik balası imiş. Heyvancığaz yağışdan, ildırımın gurultusundan məscidə pənah gətiribmiş. Riyakar abid iki əli ilə başına vurub dedi: “Mən öz namazlarımın niyyətində insanları Allaha şərik edirdim, yalnız Allah üçün qılmalı olduğum namazı insanlardan ötrü qılırdım. Bundan xilas olmaq üçün bu məscidə gəldim. Amma sən demə, bütün gecə boyunca Allaha insanı yox, bir heyvanı şərik qoşmuşam”.

XVIII əsrdə yaşamış məşhur alim Seyyid Nemətullah Cəzairi belə bir əhvalat nəql edir:

Bir nəfər eşidir ki, əgər adamın xalis niyyətlə qıldığı iki rükət namaz qəbul olsa, o adam cəhənnəm alovundan amanda qalar. Həmin şəxs Kufə məscidinə gedir ki, orada iki rükət namaz qılsın, bununla da günahlarını bağışlatsın. Məscidə daxil olub namaz qılmağa başlayır. Əvvəlcə hər şey yaxşı gedirdi. Amma namazın ortasında ağlına belə bir fikir gəlir:

Bu ətrafda yaşayan və mənim kimi səhərlər iki rükət sübh namazı qılan adamlar görəsən yuxudan necə oyanırlar? Axı, bu məscidin minarəsi yoxdur ki, müəzzin buradan azan verib camaatı oyatsın? (O zamanlar Kufə məscidi minarəsiz idi). Bunun ardınca düşünür ki, əgər burada minarə tikilsə, görəsən, onun daşını, qumunu, kəcini haradan gətirmək olar?

Bunun xərci nə qədər olacaq? Başlayır minarənin hündürlüyünə uyğun olaraq, lazım olan daşın, qumun və sairənin miqdarını hesablamağa. Sonra fəhlələrin zəhmət haqqısını da bura əlavə edir. Minarəni hansı şəkildə tikməyi, gövdəsini hansı naxışlarla bəzəməyi, şərəfəni (müəzzinin durduğu meydançanı) necə hazırlamağı da fikirləşir. Bütün işə sərf ediləcək vaxtı da müəyyən etməyi unutmur. Bir də ayılır ki, artıq namazın salamını söyləyib qurtarıb. Öz-özünə deyir: “Mən bura namaz qılmaq üçün gəldiyimi düşünürdüm, amma sən demə, minarə tikmək üçün gəlmişəm”.


Geri dön

ღNəmLi kiprikღ

  • 2 noyabr 2013 22:17
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
Twkler meleyim ellerine sagliq:)

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 1 noyabr 2013 16:47
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

Samir_Wuvalan

  • 30 oktyabr 2013 01:42
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
Tewekkurler

ღ★Yağmur★ღ

  • 29 oktyabr 2013 16:41
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər hər birinizə

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

ღ★Yağmur★ღ

  • 28 oktyabr 2013 23:50
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Dəyərli şərhlərə görə təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Samir_Wuvalan

  • 25 oktyabr 2013 01:54
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
ALLAH razi olsun

ღ★Yağmur★ღ

  • 24 oktyabr 2013 21:00
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Şərhlərə görə minnətdaram

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

ღNəmLi kiprikღ

  • 23 oktyabr 2013 16:16
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Allah razi olsun....

Samir_Wuvalan

  • 23 oktyabr 2013 02:29
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
Allah razi olsun

AyliN BunyaminovA

  • 22 oktyabr 2013 23:14
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
CoX SaGoLuN

--------------------
ܨܓܓܨܓܓ✍

ShoKKi_MoKKi

  • 21 oktyabr 2013 21:43
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
AllaH Razı Olsun Bitanem feel

--------------------

Banned549678

  • 21 oktyabr 2013 17:23
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun cox sagol Meley bacim

Elza Hüseynli

  • 21 oktyabr 2013 08:05
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsun

:..GIZEMLI..:

  • 20 oktyabr 2013 23:53
  • Məqalə: 28
  • Şərh: 3335
  • Bal:
{awards}
Meqaleye gore Tesekkurler

PSIXOPATKA

  • 20 oktyabr 2013 22:24
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Cox gozel twk.ALLAH RAZI OLSN

--------------------

Haziran Gecesi

  • 20 oktyabr 2013 15:51
  • Məqalə: 2
  • Şərh: 225
  • Bal:
{awards}
Allah razi olsun

selbow

  • 20 oktyabr 2013 15:48
  • Məqalə: 0
  • Şərh: 184
  • Bal:
{awards}
allah razi olsun

lady anna

  • 20 oktyabr 2013 15:31
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

melek_19

  • 20 oktyabr 2013 14:45
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun.Allah qilinan namazlari edilen dualari qebul etsin.Amin
cox gozel meqale idi.

--------------------

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 20 oktyabr 2013 14:41
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------
(^_*)

^^Nazlı Şeytan^^

  • 20 oktyabr 2013 14:26
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
Allah razi olsun

Roya_____

  • 20 oktyabr 2013 14:14
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

ღNəmLi kiprikღ

  • 20 oktyabr 2013 14:11
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Allah razi olsun.Allah butun namaz qilanlarin namazlarin,dualarin qebul etsin,Bizimkilerde icinde olmaqla winked

✵Дорогой✵

  • 20 oktyabr 2013 13:51
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Tewekkurler

Qaranliqda_tek

  • 20 oktyabr 2013 13:48
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
ilk serh menden tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 36
Cəmi: 57

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}