Nə qədər demək olar,dırnağını yemə - Araşdırma

 

Nə qədər demək olar,dırnağını yemə - Araşdırma


Dırnaqyemə vərdişindən əziyyət çəkənlər, hələ də, var


İnsanların əksəriyyəti ömründə bir dəfə də olsa dırnaqlarını yeyir. Belə ki, mütəxəssislərin fikrincə, öz dırnağının "dadına" baxmayanlar "nadir" insanlardan hesab olunur. Bir çoxları dırnaq yeməyi tərgitsə də, bu pis vərdişdən əl çəkə bilməyənlər də var. Virus mənbəyi olan dırnaqlar insan orqanizmində ciddi fəsadlar yarada bilir. Azyaşlı uşaqların orqanizmində isə bu təhlükə ikiqat artır. Belə ki, daim əli ağzında olan uşaqlar normadan 3 dəfə artıq mikrob udmuş olur.

"Şeytan balalarını dırnaqda gizlədir"

Dırnaq yeməyə 3 yaşından başlayan Günay Quliyeva 27 yaşı olmasına baxmayaraq, bu pis vərdişi tərgidə bilməyib. Həmsöhbətim bildirdi ki, o dırnaqlarını özündən asılı olmadan yeyir: "Valideynlərim pis vərdişdən əl çəkməyim üçün əllərindən gələni edirdilər. Hətta uşaq vaxtı anam deyirdi ki, şeytan öz balalarını dırnağın içində gizlədir. Anamın bu sözündən sonra bir müddət dırnaq yeməmişdim. Lakin məktəbə başlayandan sonra yenidən dırnaq yeməyə başladım". Həmsöhbətim bildirdi ki, onun mədə-bağırsağında daim problemlər olub və həkimlər bunun qarşısının alınması üçün dırnaq yeməyi qadağan ediblər.

Qurd yumurtalarının yuvası

Terapevt Məlahət Abbasova qəzetimizə açıqlamasında bildirdi ki, dırnaqlar orqanizmdə ən çirkli yerlərdən hesab olunur: "Əllərimiz hər zaman ətraf mühitlə təmasda olduğu üçün dırnağın altına mikroblar, ən əsası isə qurd yumurtaları toplanır. Bu səbəbdən dırnaq yeyən insanlarda, xüsusilə də uşaqlarda ilk növbədə mədə-bağırsaq sisteminə infeksiyaların düşməsi və qurd yumurtalarının dırnaq vasitəsilə orqanizmdə inkişaf etmə qorxusu yaranır. Qurd invoziyaları insan orqanizmində qorxulu fəsadlar yaradır. Təsadüfi deyil ki, qorxulu xəstəliklərdən sayılan qurd xəstəliklərinə ən çox dırnaqlarını yeyən uşaqlarda rast gəlinir".

M.Abbasovanın sözlərinə görə, belə fəsadların qarşısını almaq üçün körpəlikdən uşaqların barmaq əmmə və dırnaq yemə vərdişlərini tərgitmək lazımdır: "Uşaqlar barmaq əmməyə lap körpəlikdən vərdiş edir. Əmzikləri olmayanda barmaqlarını əmzik sanırlar və əmməyə başlayırlar. Daha sonra uşaq barmaq əmməkdən dırnaq yeməyə keçir. Bu halı uşaqlarda mümkün qədər tərgitdirmək lazımdır".

Terapevt bildirdi ki, dırnaq özü keratin maddəsindən ibarət olduğu üçün əl təmiz olsa belə onu yeməyin fəsadları qaçılmazdır. Çünki, əllər nə qədər yuyulsa da dırnağın altına toplanan mikroblar yuyulmur.

Pis vərdişlərin yaranma səbəbləri

Mütəxəssislər dırnaq yemə vərdişlərinin psixoloji problemlərlə əlaqəli olduğunu da bildirirlər. Türk alimləri hesab edir ki, dırnaq yemək vərdişi sıx qayğıları olan və yaşadığı çətinliklərin öhdəsindən gələ bilməyən insanlarda daha çox baş qaldırır. Eyni zamanda, həyatında boşluq və əskiklik hiss edənlərdə də belə vərdiş müşahidə oluna bilər.
Psixoterapiya Mərkəzinin uşaq psixoloqu Günel Məhərrəmova bizimlə söhbətində bildirdi ki, dırnaq yemə vərdişi xüsusilə 3-5 yaşında olan uşaqlar arasında geniş yayılıb. Bu vərdişin yaranma səbəbləri haqqında danışan psixoloq bildirdi ki, bunu tərgitmək üçün valideyn övladına təzyiq göstərməməlidir: "Uşaqlar arasında yayılan bu vərdişlər ümumiyyətlə, uşağın hər hansı bir narazılığı ilə bağlı olur. Altını islatmaq, dırnaq yemə, barmaq əmmə və digər fobiyalar uşaqda gərginlikdən, narahatçılıqdan yaranır. Dırnaq yemək isə uşağın həyatında müxtəlif səbəblərlə bağlı ola bilər. Bunlardan birincisi yamsılamaqdır. Uşaq öz əhatəsində kimdəsə bu vəziyyəti görür və təqlid etməyə başlayır. İkinci hal narazılıqla bağlı olur. Məsələn valideynləri arasında hər hansı konfliktlər olduqda, uşağı həddən artıq qorxutduqda, uşağa qarşı ciddi olduqda, uşağı avtoritar rejimdə saxladıqda, ona kifayət qədər sevgi, diqqət göstərmədikdə azyaşlılarda narazılıqlar yaranır. Üçüncü hal isə inkişaf mərhələsidir. Uşağın ilkin tələbatı sorma-əmmə tələbatıdır. Öncə o, ana südünü əmir. Bu, onun həm fiziki, həm də əmmə tələbatını ödəyir. Bəzən uşaq həmin mərhələni düzgün formada keçə bilmir. Bu mərhələ düzgün formada keçilməyəndə gələcəkdə uşaq öz fiksasiyasını göstərir. Məsələn, bu zaman uşaq tox olduğu halda ya çox yemək istəyir, ya da əlinə nə keçirsə ağzına salır. Barmağını ağzına aparır, eyni zamanda da dırnaq yeyir".

Dırnaq yeməyi necə tərgitməli?


Uşaqlarda dırnaq yeməyin qarşısının necə alınması haqqında məlumat verən psixoloq bildirdi ki, əgər bu, vərdiş halını alırsa, tərgitmək çox çətin olur: "Dırnaq yemə varsa öncə buna səbəb olan hadisələri təyin etmək lazımdır: " Məsələn, valideyn uşağa deyir ki, dırnağını yemə və yaxud dırnağını yeməməsi üçün onu qorxudur. Belə hallar düzgün deyil. Çünki bunu edən zaman biz öncə uşağın diqqətini ora yönəldirik. Bunun heç bir xeyri olmur, o, dırnağını daha çox yeməyə başlayır. Buna görə də əvvəlcə səbəbi tapmaq, sonra onu aradan qaldırmaq lazımdır".

Qeyd edək ki, statistikaya görə, dırnaqyemə vərdişi uşaqlarda təxminən 3-4 yaşlarında formalaşır. Bu yaşda körpələrin 33 faizində sözügedən vərdişə təsadüf olunur. Həddi-buluğa çatmış insanların da 40-45 faizində dırnaqyemə probleminin daşıyıcılarına rast gəlinir.


Geri dön

Samir_Wuvalan

  • 15 noyabr 2013 23:55
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
"Şeytan balalarını dırnaqda gizlədir"

Dırnaq yeməyə 3 yaşından başlayan Günay Quliyeva 27 yaşı olmasına baxmayaraq, bu pis vərdişi tərgidə bilməyib. Həmsöhbətim bildirdi ki, o dırnaqlarını özündən asılı olmadan yeyir: "Valideynlərim pis vərdişdən əl çəkməyim üçün əllərindən gələni edirdilər. Hətta uşaq vaxtı anam deyirdi ki, şeytan öz balalarını dırnağın içində gizlədir. Anamın bu sözündən sonra bir müddət dırnaq yeməmişdim. Lakin məktəbə başlayandan sonra yenidən dırnaq yeməyə başladım". Həmsöhbətim bildirdi ki, onun mədə-bağırsağında daim problemlər olub və həkimlər bunun qarşısının alınması üçün dırnaq yeməyi qadağan ediblər.

--------------------

ღNəmLi kiprikღ

  • 2 noyabr 2013 21:37
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler meqaleye gore....

Roya_____

  • 2 noyabr 2013 12:20
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tewekkurler

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 1 noyabr 2013 17:11
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə tşk

--------------------

Samir_Wuvalan

  • 29 oktyabr 2013 14:22
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkürlər

--------------------

ღ★Yağmur★ღ

  • 29 oktyabr 2013 14:17
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Roya_____

  • 25 oktyabr 2013 15:24
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
teşekkurler

Samir_Wuvalan

  • 23 oktyabr 2013 17:49
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
{awards}
Xebere Gore SaGoL

--------------------

AyliN BunyaminovA

  • 22 oktyabr 2013 20:07
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Xebere Gore SaGoL

--------------------
ܨܓܓܨܓܓ✍

^^Nazlı Şeytan^^

  • 21 oktyabr 2013 17:08
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
Beyendiyiniz uchun tewekkurler

мυsLiмαηκα

  • 21 oktyabr 2013 16:36
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
demey olar ekseriyyet usaqda bu alişqanliq var .. mende de usaq vaxti vardi .. :)

Nara Neznakomka

  • 21 oktyabr 2013 14:43
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Şeytan balalarını dırnaqda gizlədir"

Dırnaq yeməyə 3 yaşından başlayan Günay Quliyeva 27 yaşı olmasına baxmayaraq, bu pis vərdişi tərgidə bilməyib. Həmsöhbətim bildirdi ki, o dırnaqlarını özündən asılı olmadan yeyir: "Valideynlərim pis vərdişdən əl çəkməyim üçün əllərindən gələni edirdilər. Hətta uşaq vaxtı anam deyirdi ki, şeytan öz balalarını dırnağın içində gizlədir. Anamın bu sözündən sonra bir müddət dırnaq yeməmişdim. Lakin məktəbə başlayandan sonra yenidən dırnaq yeməyə başladım". Həmsöhbətim bildirdi ki, onun mədə-bağırsağında daim problemlər olub və həkimlər bunun qarşısının alınması üçün dırnaq yeməyi qadağan ediblər.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

winxclub_bloom

  • 21 oktyabr 2013 14:31
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
maraqliydi

--------------------

Banned549678

  • 21 oktyabr 2013 13:54
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Məqaləyə görə saol...

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 21 oktyabr 2013 11:37
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Tewekkurlerrrrr

--------------------
(^_*)

PSIXOPATKA

  • 21 oktyabr 2013 10:27
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
TESEKKUUURR MARAQLIDI

--------------------

Bash Belası

  • 21 oktyabr 2013 08:36
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Məqaləyə görə saol...

ღNəmLi kiprikღ

  • 21 oktyabr 2013 07:17
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Ay he men tam yemis kimi olmur disdiyib tupururdum xixi evde parmaqalrima vururdular:) feel wink

✵Дорогой✵

  • 20 oktyabr 2013 23:21
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Meqale ucun tewekkur

Masal perisi

  • 20 oktyabr 2013 22:07
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
tws ama dirnaqlarima qiya bilmerem:)

melek_19

  • 20 oktyabr 2013 21:55
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
hm wukur Allaha mende bele bir problem olmayib

--------------------

ღ★Yağmur★ღ

  • 20 oktyabr 2013 21:13
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Xəbərə görə təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Gun--ka

  • 20 oktyabr 2013 21:12
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
men de balaca olanda o qeder dirnagimi yemiseeem)))indi yadima duwende ureyim bulanir)))

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

-Kralica-

  • 20 oktyabr 2013 21:05
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tewekkurler

--------------------




Elza Hüseynli

  • 20 oktyabr 2013 20:43
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Tewekkurlerrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}