Bir az detektivlik: elə bilirsiniz hər psixoloq ağıllıdır?

 
Bir az detektivlik: elə bilirsiniz hər psixoloq ağıllıdır?

Son vaxtlar psixoloqa getmək dəb halını alıb. Hətta televiziyada yayımlanan əksər verilişlərə də psixoloqlar ekspert qismində dəvət olunurlar. Lakin mütəxəssislər bildirirlər ki, pasiyentlər psixoloq seçərkən ehtiyatlı olmalıdırlar. Belə ki, işinin peşəkarı olmayan psixoloq nəinki pasiyentə kömək edə bilməyəcək, o, həm də pasiyenti pis vəziyyətdə qoyacaq.
Ortayaşlı Rəhilə Quliyevanın sözlərinə görə, onun psixoloq köməyinə ehtiyacı var. Amma ətrafdakıların reaksiyasından utandığı üçün psixoloqa getmir: "Həyat yoldaşımla münasibətlərim çox pisdir. Artıq boşanmaq üzrəyik. Bir-birimizlə mübahisə edir, bununla da uşaqlarımıza psixoloji zərbə vururuq. Səbəb isə həyat yoldaşımın çox qısqanc olmasıdır. Son vaxtlar isə səbəbsiz qısqanmaların sayı daha da çoxalıb".Gənc Rauf Babayev isə psixoloqların köməyinə inanmadığını bildirib. Onun dediyinə görə, insanın özündən başqa ona heç kim kömək edə bilməyəcək. Həmsöhbətimizin fikrincə, psixoloqlar, əksinə, insanın vəziyyətini daha da pisləşdirə və onu özlərindən asılı vəziyyətə sala bilərlər.Psixoloji konsultasiyalara gedən Mədinə Kərimova isə ehtiyac olduqda psixoloqa getməyi məsləhət görür. Belə ki, dediyinə görə, o, özü psixoloqun köməyi ilə bir çox problemlərdən asan çıxış yolunu tapıb.Psixoloq Jalə Həmidlinin sözlərinə görə, əgər ilk görüşdən psixoloq ürəyinizcə deyilsə, onun yanına konsultasiyaya getmək məsləhət deyil: "Konsultasiya emosional baxımdan çox ağır bir prosesdir. Belə ki, insan başqasına, hətta yaxın adamına deyə bilmədiyini psixoloqa danışmalı olur. Bu zaman hər ikisinin əsas məqsədi xəstənin problemlərinin nədən qaynaqlandığını tapmaq və ona kömək etməkdir. Bunun üçün də psixoloq xəstənin daxili aləmini açmağa, onu danışdırmağa çalışır. Psixoloji konsultasiya adi söhbətə bənzəmir. Konsultasiya zamanı insan çox həyacanlanır, bəzən özü də danışdıqca probleminin nə olduğunu anlayır. Bu səbəbdən də konsultasiyaya getmək çətindir və hər adam ürəyini açıb onu narahat edən məqamlar, problemlər barədə danışa bilmir. Xüsusilə də, psixoloqa etibar etmirsə, bu proses çətinləşir".Adətən psixoloq seçərkən insanlar diqqət yetirirlər ki, konsultasiya zamanı özünü yaxşı hiss etsinlər. Bu səbəbdən də ilk növbədə psixoloqu bir mütəxəssis kimi deyil, insan kimi qiymətləndirirlər: "Çoxu buna əmindir ki, psixoloq yaxşı insandırsa, deməli, yaxşı da mütəxəssisdir. Amma əksinə də ola bilər. Ona görə ki, pasiyentlər çox vaxt konsultasiyanın gedişatını subyektiv qiymətləndirirlər. Onlar bəzi psixoloqları konsultasiya zamanı çox susduqları, bəzilərini isə çox danışdıqları, çox sual verdikləri üçün suçlayırlar" deyən müsahibimiz əlavə edib ki, əgər psixoloq sizdə yaxşı insan təəssüratını yaratmırsa, bu, onun qeyri-peşəkar olduğunu göstərmir: "Belə ki, bəzən pasiyentlər mükəmməllik axtarışında olaraq psixoloqun bacarıqlarını, biliyini düzgün qiymətləndirə bilmirlər. Bəzən isə pasiyentin yaxşı mütəxəssisi belə pisləməsi, əslində konsultasiyaya getməmək üçün uydurduğu bəhanədir. Ona əslində kiməsə ürəyini açmaq, həyacanları ilə bölüşmək çətin gəldiyi üçün bu qərara gəlib. Bəzən isə xəstə müalicə olunmaq üçün mütəxəssis köməyinə ehtiyac duysa da, öz hərəkətlərini, davaranışını və fikirlərini dəyişmək, onları obyektiv qiymətləndirmək istəmir. Ona mübarizə aparmaq çox çətin görünür, ona görə də konsultasiyaya getmək istəmir. Günahı isə psixoloqda görür. Bu cür fikirləşən insan istənilən psixoloqu və psixiatrı pis mütəxəssis kimi qiymətləndirəcək".Pasiyent çətinlik çəkdiyi, bəzi məsələlərlə bacarmadığı üçün psixoloqa müraciət edir. O, psixoloqa bütün ümidlərini bağlayır və ona yalnız psixoloqun kömək edəcəyini düşünür. Onlar arasında güclü bağlılıq yaranır. Bu səbəbdən də psixoloq seçərkən ehtiyatlı olmaq lazımdır. Psixoloq öz təsirindən sui istifadə edəndə isə pis psixoloqa çevrilir. Ona görə ki, psixoloq müalicə etdiyi pasiyentin üzərində hökmranlıq etmək qabiliyyətinə malikdir. O hətta pasiyentin yaxınlarından daha çox ona təsir edə bilir. Bu isə onunla izah olunur ki, pasiyent psixoloqda öz xilasını görür və mübarizəsiz onun yönləndirdiyi istiqamətə doğru yönəlir. Düzdür, bunu bütün pasiyentlərə şamil etmək olmur.Psixoloqun peşəkarlığını şübhə altına alan digər amil onun savadının olmamasıdır. Psixologiya çox dərin bir elmdir və bu haqda bilikləri olmayan şəxs psixoloji problemləri olan insanların problemlərini təhlil edib onlara kömək edə bilməz.Psixoloqun təcrübəsizliyi də müalicənin effektini azaldır. Psixoloqun əsas vəzifələrindən biri də pasiyentinin dediklərini başqa şəxslərə danışmamaqdır. Bununla yanaşı, psixoloqun pasiyentlə dostluq və ya sevgi münasibətləri yaratmağa da ixtiyarı yoxdur. Bu qaydalardan heç olmasa birinin pozulması psixoloqun peşəkarlığını sual altına atır.
J.Həmidlinini dediyinə görə, psixoloqa müraciət etməzdən əvvəl, onun barədə maraqlanmaq lazımdır: "Əgər onun yanına müalicəyə gedən insanları tanıyırsınızsa, iş metodu barədə həmin adamdan soruşun. Onun haqqında insanların nə danışdığına fikir verin. Psixoloqla ilk görüşünüz zamanı isə onun harada təhsil aldığını və iş təcrübəsi barədə maraqlanın".


Geri dön

Samir_Wuvalan

  • 19 noyabr 2013 23:54
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
məqaləyə görə tşk..

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 1 noyabr 2013 22:22
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə tşk

--------------------

ღ★Yağmur★ღ

  • 26 oktyabr 2013 17:04
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Məlumata görə təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Samir_Wuvalan

  • 26 oktyabr 2013 01:35
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
xeber ucun twk..

Roya_____

  • 25 oktyabr 2013 13:02
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
teşekkurler bıtanem

Samir_Wuvalan

  • 23 oktyabr 2013 13:41
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
tewekkurler..

Qaranliqda_tek

  • 23 oktyabr 2013 10:46
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

Nara Neznakomka

  • 22 oktyabr 2013 21:37
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Son vaxtlar psixoloqa getmək dəb halını alıb. Hətta televiziyada yayımlanan əksər verilişlərə də psixoloqlar ekspert qismində dəvət olunurlar. Lakin mütəxəssislər bildirirlər ki, pasiyentlər psixoloq seçərkən ehtiyatlı olmalıdırlar. Belə ki, işinin peşəkarı olmayan psixoloq nəinki pasiyentə kömək edə bilməyəcək, o, həm də pasiyenti pis vəziyyətdə qoyacaq.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

PSIXOPATKA

  • 22 oktyabr 2013 20:49
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Mende delı psıxoloqlardanam xaxa.ama meslehet gorurem ınsanlarn psıxoloqa getmeynı

--------------------

melek_19

  • 22 oktyabr 2013 19:15
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
hm tewekkur meqaleye gore

--------------------

ღNəmLi kiprikღ

  • 22 oktyabr 2013 18:56
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
twkler......

✰ ♥..Золушка..♥ ✰

  • 22 oktyabr 2013 18:51
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
meqaleye gore sagol

✵Дорогой✵

  • 22 oktyabr 2013 18:47
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
TeSHeKKuRLeR

Roya_____

  • 22 oktyabr 2013 18:22
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
teşekkurler ureyım^^

AyliN BunyaminovA

  • 22 oktyabr 2013 18:18
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
TeSHeKKuRLeR

--------------------
ܨܓܓܨܓܓ✍

BaNTiKLi_CiCiWKa:)

  • 22 oktyabr 2013 18:10
  • Məqalə: 45
  • Şərh: 4260
  • Bal:
{awards}
tewekkurleeer

--------------------

Banned549678

  • 22 oktyabr 2013 17:53
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Cox saGolun^^

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 22 oktyabr 2013 17:43
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
oxumadim bagiwla(

--------------------
(^_*)

ShคмKiʀKค

  • 22 oktyabr 2013 17:41
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
cox sag ol..:)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 15
Cəmi: 33

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}