Nəfsə qarşı ən böyük cihad odur

 
Nəfsə qarşı ən böyük cihad odur


Hər ibadətin özünəməxsus yeri və çəkisi vardır. Möminin bütün mükəlləfiyyətləri - üsuldan füruya, əsas mövzulardan ikinci dərəcəli məsələlərə qədər bütün ibadətlər ahəng içindədir və bir-birilə ziddiyyət təşkil etmir. Namaz və orucsuz cihadın bir mənası olmadığı kimi, cihadsız namaz da əsl mahiyyətindən uzaqdır. Bəli, bunların hər biri əl-ələ, çiyin-çiyinə vermiş qübbə daşları kimidir.

Əqidə də belədir: imansız İslamiyyət mümkün olmadığı kimi, İslamiyyətsiz iman da natamamdır. İnsan imanın əsaslarına qəlbən inanmalıdır ki, həqiqi müsəlman olsun. Bir insan kamil imanı olmadan İslamiyyətin əmrlərini yerinə yetirərsə, bir müddət sonra ya özü, ya da nəsli bu yoldan dönər. Həm iman, həm də əməl kamil olmalıdır. Əməllə tamamlanmayan iman tədricən zəifləyib sıradan çıxa bilər. Odur ki, cihadla namaz bir-birindən ayrılmamalıdır. Səhabeyi-kiram həm Allah yolunda cihad edər, həm də namaz qılardı. Çünki namaz Allaha verilən əhdü-peymanı gündə beş dəfə təkrar etmək, cihadla birlikdə digər vəzifələr isə kamilliyə çatmağa çalışmaqdır. Əslində insan gündə beş dəfə deyil, beş yüz dəfə əhdü-peymanını təzələsə, çox deyil. Bəli, ancaq bunun sayəsində insan eşq, şövq, səmimiyyət və ixlasla cihad vəzifəsini yerinə yetirmə anlayışına yiyələnir.

Səlati-xövf

Qurani-Kərimdə saləti-xövf (qorxu namazı) təfərrüatlı şəkildə izah olunur. Bu namaz bir həqiqətə toxunur: düşmən səni ox yağışına tutsa da, döyüşün qızğın vaxtı olsa da, namazınını tərk etməməlisən. Bəli, düşmənin atdığı oxların kölgəsində belə namazı qılacağıq, üstəlik camaatla... Belə ki, ordunun bir hissəsi düşmənlə vuruşanda bir hissəsi imamın arxasında namaza durur. İmamın arxasında birinci rükəti qılanlar ikinci səcdədən sonra namazdan çıxıb döyüş meydanına qayıdır, düşmənlə üz-üzə dayananlar isə yerlərini onlara verib imamın arxasında namaza qoşulurlar. İmamla bir rükət qıldıqdan sonra təkrar döyüşə qayıdırlar. Birinci dəstə isə qayıdıb yenə imama qoşulur, namazı qiraətsiz tamamlayaraq salam verib yerlərinə dönürlər. İkinci dəstə təkrar gəlib namazı qiraətlə tamamlayır. Beləcə, hər iki dəstə də iki rükət namaz qılmış olur.

Bəli, müharibə meydanında belə namaz qılınmalı, Allah unudulmamalıdır. Bu uğurlu və bərəkətli vəzifəni sırf Allah-Taala əmr etdiyi üçün yerinə yetirməlidirlər. Bəli, namazla mücahidə (cihad) ayrılmazdır. Səhabə qana batmış paltarı ilə, qılıncı ilə düşmən qarşısında namaz qılırdı. Allah da buna görə daima onların dadına çatırdı. Odur ki, bu gün Onun köməyini görmürüksə, səbəbini Allahla (cəllə cəlaluhu) münasibətdə axtarmaq lazımdır.

Hazırda gecə ibadətinə yad, danışmaqdan başqa bir şey bilməyən insanlar var... Halbuki bizim ən çox sağlam ruha, təmiz qəlbə, mənəvi paklığa ehtiyacımız var. Quran “Siz öz qeydinizə qalın!” (“Maidə” surəsi, 5/105) deyir. Allah ilahi riza üçün ibadət edən və Ona ehtiram göstərən qullarını sevər. Rahatlığa düşkün insanlar “Mən Allahın quluyam, Allahın buyruğunu yerinə yetirirəm” desələr də, üsyandan əl çəkməzlər.

Əməlin varsa, danış!

Həqiqi möminə gəlincə, o, Allahın əmrlərini yerinə yetirməyi dini təbliğdə insanlara təsir etmək baxımından bir əsas kimi qəbul edir. Çünki Allah “Məndən həya et, ya İsa!” əmri ilə Hz. İsaya belə xəbərdarlıq etmişdir. Yəni “İnsanları işlədiyin əmələ çağır, yoxsa, Allahdan utan!” deməkdir. İnsanın əsas vəzifəsi ilk öncə mükəlləfiyyətləri yerinə yetirmək, sonra da yeri gəldikcə insanları bu gözəlliklərə təşviq etməkdir. Belə insan başqalarından misal çəksə də, bir mənada həmişə öz əməllərindən danışır. Bəli, bir insan, məsələn, təhəccüd namazını qılmırsa, bu namazı qılmağa başlamadan kiməsə məsləhət verməyə utanmalı, ürpərməlidir. Çünki belə insan faydasız yerə çənə döyür, kiməsə təsir edəsi deyil. Həmçinin “Həftədə iki gün - bazar ertəsi və cümə axşamı oruc tutun!” demək üçün ilk öncə özü buna əməl etməlidir. Çünki Allah-taala “Etmədiyini, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?” (“Saf” surəsi, 61/2) ayəsi ilə bir mənada “Utanmırsınız?!” deyir.

Odur ki, namazı təbliğdən ayırmaq olmaz. Cihad mühüm fərzlərdən biri olduğu kimi, nəfsə qarşı ən böyük cihad da namazdır. Allah Rəsulu döyüşdən qayıdarkən “Kiçik cihaddan böyük cihada dönürük!” buyurur. Səhabə böyük cihadın nə olduğunu soruşanda Peyğəmbərimiz: “Nəfslə cihad” cavabını verərək ən böyük cihadın nəfslə olduğunu bildirir. Namaz qılmayan isə nəfsinə məğlub olmuş sayılır.

Heç vaxt unutmayaq və yaddan çıxarmayaq ki, sözün qarşıdakı insana təsiri Allahla irtibatdan asılıdır. Çünki sözləri hüsnü-qəbul etdirən (gözəl qarşılatdıran) Allahdır. Mömin hərəkət və davranışları ilə Allaha layiqli qul olmaqdan başqa bir ideal və məqsədi olmadığını göstərməlidir ki, Allah (cəllə cəlaluhu) da onu müvəffəq etsin.

Kiçik şeylərdəki böyüklük

Haqq-Taalanın ümuru-xəsisə ilə, yəni kiçik şeylərlə məşğul olması Onun adına nöqsan gətirməz. Əksinə, böyüklərlə yanaşı, kiçik icraatlar da Allahın böyüklüyüdür.

Elə böyüklər var ki, gözləri təkcə böyükləri görür. Dolayısilə, yalnız böyüklərlə məşğul olur, kiçikləri görmür. Məsələn, bir marşal orduda təkcə zabitlərlə təmasdadırsa, bu mükəmməl təmas sayılmır. Böyüklük odur ki, hərdənbir onbaşının səviyyəsinə də tənəzzül edəsən, ona da qulaq asasan. Bəzən əsgərlərin arasına girib onlarla həmsöhbət olasan. Beləcə əsgərlərin arasına girib varlığını onlara hiss etdirər, əsgərlər də ondan məmnun qalar ki, bu da onun zabitlərlə yanaşı, sıravi əsgərlərə də dəyər verdiyini göstərir. Böyüklüyün əsas cəhəti məhz budur.

Allahın Zatının şəriki olmadığı kimi, rübubiyyətinin də ortağı yoxdur. Hər şeyə istiqamət verən, icraatını aparan Əhad və Vahid olan Allahdır. Nüvənin ətrafında elektron və protonları hərəkət etdirən bilavasitə Odur. Qanunlar izafi və nisbidir. Sistemi quran və qanunları qoyan Allahdır.

Bəli, hər bir icraat Allaha aiddir. Düşüncə dünayamızı hərəkətə gətirəndə bunu qavraya bilirik, başa düşür və görürük ki, təbiət və səbəblər bu icraata zərrə qədər qarışsa, hər şey alt-üst olar. Allah nə kiçik, nə də böyük dairədə şərikə razıdır, o cümlədən kiçiklərdən də mərhəmətini əsirgəmir.

Məsələnin bir cəhəti də budur: Kiçik məxluqatın elə möcüzəvi xüsusiyyət və sənəti var ki, buna əksər böyüklərdə rast gəlmək mümkün deyil. Mikrob, bakteriya böyük məharətə malikdir, incə, zərif işlər görür. Diş bakteriyası əlindəki linglə dişə yaxınlaşıb, öz məharətini göstərməyə başlayır. Bu vaxt lingin səsini eşidən başqa bir mikrob gəlib ona yoldaşlıq edir. Dişə hakim olmaq üçün bir koalisiya qurub onun axırına çıxırlar. Bu işi bir fil görə bilməz.

Odur ki, məharət və sənətkarlıq böyüklük və kiçikliklə bir mənada tərs mütənasibdir. Bəli, görənlər üçün Allahın sənəti kiçiklərdə daha barizdir. Bir hüceyrəni mikroskop altında qapı qədər böyütsək, hüceyrənin DNT və RNT-sinə daxil olsaq, elə möcüzəvi proseslərə şahid olacağıq ki, bunu nə filin boy-buxununda, nə də xortumunda görə bilməzsiniz.


Geri dön

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 20 noyabr 2013 00:36
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
Müəllifə təşəkkürlər...

--------------------

ღNəmLi kiprikღ

  • 2 noyabr 2013 22:11
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler meleyim ellerine sagliq:)

Roya_____

  • 2 noyabr 2013 21:01
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 1 noyabr 2013 21:54
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH razı olsun ömyümnən tongue

--------------------

Samir_Wuvalan

  • 30 oktyabr 2013 01:38
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ღ★Yağmur★ღ

  • 29 oktyabr 2013 16:34
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN sizdən

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Samir_Wuvalan

  • 26 oktyabr 2013 01:37
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
tewekkurler :)

--------------------

Roya_____

  • 25 oktyabr 2013 13:13
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

Samir_Wuvalan

  • 25 oktyabr 2013 01:47
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

ღ★Yağmur★ღ

  • 24 oktyabr 2013 20:56
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Şərhlərə görə minnətdaram

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

QEBIRDENmesaj

  • 23 oktyabr 2013 15:49
  • Məqalə: 3
  • Şərh: 258
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
~♥~Adını statusuna yazmaq istədim, amma "Paylaş" yazısını görəndə fikrimdən döndüm... Çünki "Sən Yalnız Mənimsən!"~♥~

Samir_Wuvalan

  • 23 oktyabr 2013 02:17
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
Allah razi olsun twk

--------------------

Nara Neznakomka

  • 22 oktyabr 2013 21:44
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Tewekkurler^^ Allah RAZI OLSUN!

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

HEYAT HESRETOVA

  • 22 oktyabr 2013 20:27
  • Məqalə: 1
  • Şərh: 115
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
:::: )))))

melek_19

  • 22 oktyabr 2013 19:26
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ღNəmLi kiprikღ

  • 22 oktyabr 2013 19:22
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Сəлати-хöвф

✵Дорогой✵

  • 22 oktyabr 2013 19:00
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH Razi Qalsin

✰ ♥..Золушка..♥ ✰

  • 22 oktyabr 2013 18:58
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

Roya_____

  • 22 oktyabr 2013 18:34
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
AllaH Razı Olsun

AyliN BunyaminovA

  • 22 oktyabr 2013 18:30
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
CoX SaGoLuN

--------------------
ܨܓܓܨܓܓ✍

Banned549678

  • 22 oktyabr 2013 18:08
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsun meleyim cox sagol

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 22 oktyabr 2013 17:36
  • Məqalə: 67
  • Şərh: 6077
  • Bal:
{awards}
Allah Razi Olsun Amin

--------------------
(^_*)
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 45
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}