Qurandakı insanlar kimlərdir?

 
Qurandakı insanlar kimlərdir?

Qurani-Kərim təsvir etdiyi hadisələrin mərkəzinə konkret bir şəxsi qoymur.
Aşağıdakı ayələr hər bir insan və ya müəyyən tiplər üçün keçərli davranış, inanc və aldanış şəkillərini özündə əks etdirir: “İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi.” (“Yunus” surəsi, 10/12)

Diqqət edəndə, ayə bu və ya digər bir şəxsə deyil, ümumi mənada insana xas bir xüsusiyyəti ortaya qoyur və bu tip insanların xarakterini çox gözəl bir üslubla dilə gətirir.

Bəli, insan bir ziyana düşəndə, məsələn, oğlu, qızı və ya həyat yoldaşı vəfat edəndə, bağ-bağçasına zərər dəyəndə, işləri alt-üst olub iflasa uğrayanda dayanmadan Rəbbinə dua edir.

Allah onun başına gələn müsibəti və zərəri aradan qaldıranda, işlərini təkrar səhmana salanda özünü elə aparır ki, elə bil, dünən müsibətə məruz qalan, əl açıb Allaha dua edən, yana-yana Mövlaya üz tutan o deyildi.

Nemətdən harınlayan tiplər

Qurani-Kərim başqa bir ayədə bu tip insanla bağlı buyurur: “İnsana bir nemət verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər...” (“İsra” surəsi, 17/83)

Allah ona nemət lütf edir, o isə əvəzində bu bəxş edilmiş nemətləri sırf səbəblərin və ya öz əməlinin bəhrəsi hesab edir.

Əslində Quranın mükəmməl şəkildə təsvir etdiyi bu insan tipi ilə hər əsrdə qarşılaşmaq mümkündür. Bəli, verilən nemətlər haqqında danışanda:“Bunları öz elmimlə əldə etmişəm” (“Qəsəs” surəsi, 28/78) deyən insanların sayı heç də az deyil.

Quran o nurlu ifadələri ilə bir başqa insan tipini də təsvir edir: “... Ona bir pislik üz verdikdə isə ümidsizliyə düşər!” (“İsra” surəsi, 17/83)

Əslində bu, kafirə xas xüsusiyyətdir. Çünki ümidsizlik kafirin şüarı və onun bariz əlamətidir. Bəli, azacıq zərərə məruz qalan kimi ümid dünyası alt-üst olan bir insan, əlbəttə, kamil mömin ola bilməz.

Quranın təsvir etdiyi müxtəlif xarakterli insanlar arasında özünü nümayiş etdirən və təşəxxüs satan tiplərə də rast gəlirik: “Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Əslində onlar paltar geydirilmiş dirəklər kimidir! Hər bir qışqırığın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər.” (“Munafiqun” surəsi, 63/4)

Burada Quran xəyanətkar bir tip təsvir edir. Bu, evdə-bayırda bir cür, insanlar içində başqa cür hərəkət edən, gah orada, gah burada görünən bir tipdir. Bu cür insanlar hər səs-küydən hürkür, zərər gəlməsindən qorxurlar. Bu tip o qədər qorxaqdır ki, qulağına yavaş bir səs və ya bir qışqırtı gəldimi, yaxud da göy guruldadımı, şimşək çaxdımı, təşvişdən ürəyi ağzına gələr. Zəifliyini və ağciyər olduğunu gizlədə bilmir, dərhal yaxasını ələ verir.

Görmədiyi işlərlə öyünürlər

İndi də Quranın onların iç üzünü necə ortaya qoyduğuna baxaq: “Sanma ki, etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələr əzabdan xilas olacaqlar. Onları şiddətli bir əzab gözləyir!” (“Ali-İmran” surəsi, 3/188)

Ayədə də gördüyünüz kimi, bu tip insanlar həm etdiyi əməllərə görə alqış, tərif gözləyir, həm də görmədikləri işlərin öz adlarına çıxılmasını istəyirlər. Belələrinin gördüyü işlərdə bircə məqsədi, bircə dərdi var ki, o da xalqın alqışını qazanmaqdır.

Quranın təsvir etdiyi bu riyakar tipə də baxın: “İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik,” - deyirlər.” (“Bəqərə” surəsi, 2/8)

Quranda təsvir edilən bu tip insanlar zahirən inansalar da, tərəfdarları ilə baş-başa qalanda tamamilə başqa cür davranırlar. Belələri: “Allaha və axirətə iman gətirdik”, - desələr də, əslində nə Allaha, nə də axirətə iman etmişlər. Bəzi insanlar: “Mən də Allaha inanıram, atam mollaydı, babam hafizdi, nənəm gündə beş vaxt namaz qılırdı ...”, - deyirlər. Halbuki əsas məsələ baba, nənənin əməli deyil, insanın özüdür... Bəli, əsas məsələ atanın molla olması deyil, qəlbin İslami həyəcanla coşmasıdır.

Bu tip insanlar sabit istiqamətə, düşüncəyə malik olmurlar. Ağac kimi torpağa kök salmadıqlarına, boy atıb göyə ucalmadıqlarına, qol-budaq atmadıqlarına görə heç vaxt meyvə də verməzlər. Belələri mənafeyi üçün gah orada, gah burada olur, gah möminlərin yanında, gah da kafirlərin arasında görünürlər.

Quran konkret şəxslərin deyil, müəyyən tiplərin xüsusiyyətini təsvir edir.

“Bunları öz elmimlə əldə etmişəm” ayəsi bu cür nankorların xarakterini simvolizə edir ki, onlara da hər dövrdə rast gəlmək mümkündür.

Quranın üzə çıxardığı digər tip isə, etdiyi əməllərə görə sevinən və görmədiyi işlərə görə təriflənməkdən ötrü ürəyi gedən insanlardır.

Mütəfəkkir insanlar

Quranın təriflədiyi insan tipləri arasında “mütəfəkkir” tipinin ayrı yeri vardır. Bu insanlar ömrünün hər anını ən dərin duyğu və düşüncələrlə bəzəyir, bircə saniyənin də hədər getməsinə razı olmur və onu səmərəli istifadə edirlər. “Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılışı haqqında düşünərlər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (“Ali-İmran” surəsi, 3/191)

Bəli, həyatını təfəkkürlə süsləyən bu insanlar yatanda, duranda, yeyəndə, içəndə daim düşünür; səbəb-nəticə, əsər-müəssir, Xaliq-məxluq arasındakı əlaqələri dərindən öyrənir və mərifətullah ümmanında yelkən açır, göylərin və yerin yaradılışına, onlardakı o lirik ahəngə, mükəmməl nizama ibrətlə baxır və bu təfəkkür sayəsində “Heç bir şey sahibsiz və qayəsiz deyildir” qənaətinə varırlar.

Müxtəlif kosmik sistem və qalaqtikaların heyrətamiz quruluşundan tutmuş yer üzündəki məxluqatın hikmət, məsləhət və faydasına qədər bu möhtəşəm varlıq aləminə baxıb heyran olur və: “Ya Rəbbim! Bütün bunları Sən əbəs yerə yaratmamısan. Hər şeydə Haqqa aparan bir yol və hər şeydə Haqq isminin bir təcəllisi var”, - deyirlər. Sonra da: “Allahım! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” (“Ali-İmran” surəsi, 3/191) niyazı ilə Ona üz tuturlar.

Quran bu insanları təsvir edərkən gözümüz önündə keçən dövrlərin hər parçasına Mövlanın adını nəqş edən bir insan tipi canlanır. Vaxtının zərrəsini də hədər etməyən, hər anını Haqq şüuru ilə bəzəyən, beləcə hər anını fəal və yüksək əhval-ruhiyyə ilə keçirən bu insan əsl mütəfəkkir tipidir. Cansız və vücudsuz zaman möminlərin Allaha aid mənaları ona işləməsi sayəsində cana gəlir, iman və gözəl əməllər sayəsində də sonsuz aləmdə əbədi bir mənzərəyə çevrilir.


Geri dön

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 20 noyabr 2013 00:30
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
Müəllifə təşəkkürlər...

--------------------

Roya_____

  • 2 noyabr 2013 20:55
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 2 noyabr 2013 00:03
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə tşk

--------------------

ღ★Yağmur★ღ

  • 29 oktyabr 2013 16:24
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN bacı

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Samir_Wuvalan

  • 29 oktyabr 2013 03:00
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
Dəyərli məqaləyə görə təşəkkürlər.

ღ★Yağmur★ღ

  • 28 oktyabr 2013 22:08
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Dəyərli məqaləyə görə təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✵Дорогой✵

  • 28 oktyabr 2013 02:25
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH Razi Qalsin

Banned1

  • 27 oktyabr 2013 09:56
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ALLAH razi olsun

Samir_Wuvalan

  • 26 oktyabr 2013 02:32
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
Allah Razı Olsun..

ღ★Yağmur★ღ

  • 25 oktyabr 2013 15:00
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Roya_____

  • 25 oktyabr 2013 11:05
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun canımmm

Samir_Wuvalan

  • 25 oktyabr 2013 01:43
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
ALLAH Razi Qalsin

Banned549678

  • 24 oktyabr 2013 14:34
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Cooox saGolun ALLAH hamimizdan razi olsun

✵Дорогой✵

  • 24 oktyabr 2013 14:15
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH Razi Qalsin

PSIXOPATKA

  • 24 oktyabr 2013 11:32
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

melek_19

  • 24 oktyabr 2013 03:06
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Qaranliqda_tek

  • 24 oktyabr 2013 00:30
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

Samir_Wuvalan

  • 23 oktyabr 2013 23:31
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
Allah razı olsun

ღNəmLi kiprikღ

  • 23 oktyabr 2013 22:10
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler ureyim:)

Nara Neznakomka

  • 23 oktyabr 2013 21:46
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Qurani-Kərim başqa bir ayədə bu tip insanla bağlı buyurur: “İnsana bir nemət verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər...” (“İsra” surəsi, 17/83)

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

✰ ♥..Золушка..♥ ✰

  • 23 oktyabr 2013 21:20
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
Canim menim ALLAH SENDEN rRAZI OLSUN..

Roya_____

  • 23 oktyabr 2013 20:46
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun bidenem=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}