Həyatdan dad almaq

 
Həyatdan dad almaq

Dadsız-duzsuz bir həyatınızmı var?
Həqiqətən həyatın bir dadı vardırmı?
Həyatdan dad almaq nə deməkdir?
Həyatdan dad alınarmı?
Ya da həyata dad verilərmi?


Həyatımızın müxtəlif dövrlərində fərqində olaraq, ya da olmayaraq özümüzə bu və buna bənzər suallar vermişik. Lakin nə qəribədir ki, cavabını tapmamız lazım olan suallar kateqoriyasından qəbul etmədiyimizdən olsa gərək üzərində çox da düşünmədən gündəlik həyatın keşmekeşinə təslim edərik onları…

Halbuki həyata məna qatan, bizim suallarımıza tapdığımız cavablar deyilmi?

O halda gəlin birlikdə həyatın dadı vardırmı? sualının cavabını tapmağa çalışaq...

Günəşin dünyanı işıqlandırmadan əvvəl, ruhumuzu işıqlandırmağa başladığı, günün o ilk işıqları bizə həyatın dadını xatırlatmazmı? Cırcır böcəyinin ürəyimizi titrədən nəğmələri, qərənfilin, kəklik otunun bizi bizdən alan qoxusu…

Həyatdan dad almaq


Həyatın dadı -

Başımızı söykəməyi unutduğumuz ana ürəyidir… Bəlkə də öpüb də başımıza qoyduğumuz ata əli…

Uşaqların səsidir bəlkə də həyatın dadı, ürəyimizi verərək dinlədiyimizdə… Bəlkə də sevdiyimizin əlimizdəki əlidir, onun əlini "əl" olaraq görmədiyimizdə…

Başın səcdədə, ürəyin qiyamda olmasıdır… Mədəni ac buraxarkən, ruhun doyurulmasıdır, Vicdanın içimizdəki səsi, Allahın içimizdəki nəfəsidir…

Küçələrdə yatan uşaqlar üçün ümid olmaqdır… Döyüşdə qolu qopan uşaqların qolu, atasız qalanların gözyaşı, anasız qalanların ürəyi olmaqdır…

Həyatdan dad almaq...
Həyatdan dad almaq

Başqası üçün əl açıb dua etməkdir… Qonşumuzla paylaşdığımız bir qab yeməkdir… Keçmişdə qalan lakin köhnəlməyən, azalmayan dostlara bir salam göndərməkdir…

Bəzən gülməkdir, yuxuda gülən uşaq saflığında...Bəzən əlimizdəki alma şəkəri, səmadakı uçurtmamızdır…

Göyərçinin ayağına bağladığımız eşqimizdir həyatın dadı, bəlkə də şüşəyə qoyub okeana buraxdığımız ümidimiz…

Kitabın qoxusunu axtarmaqdır uşağımızın qoxusunu axtarar kimi… Kitabların səhifələri arasında yox olduqca var olmaq paradoksudur… Kitablarda itdikcə özünü tapmaq, özün qalaraq özünü çoxaltmaqdır…

Gülün qırmızısını görəcək gözlərə sahib olmaqdır… Bəlkə də evimizdə bişən yeməyin qoxusunu hiss etmək, əsən yelin bədənimizdəki toxunuşlarını hiss etmək, sevgilimizin ürək atışlarını duymaqdır… Sevgiyə talib olmaqdır, sevgilidən qarşılıq gözləmədən…

Ən qiymətli olana, ən qiymətli bildiyimiz şeylərimizdən vermədən dəyərimizin arta bilməyəcəyinin şüuruna çatmaqdır…

Həyatdan dad alanlar, həyata və başqalarına dad verərlər… Başqasına dad verə bilmirsək, bu bizim həyatdan dad almadığımız deyilmi?...



Geri dön

L_SimuS

  • 20 yanvar 2011 23:10
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
TEWEKKUR YAZIYA GORE

Ulya

  • 20 yanvar 2011 22:36
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
winked love

CrazyGirl

  • 20 yanvar 2011 21:39
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Həyatdan dad alanlar, həyata və başqalarına dad verərlər… Başqasına dad verə bilmirsək, bu bizim həyatdan dad almadığımız deyilmi?...


Başqasına dad verə bilmirsək, bu bizim həyatdan dad almadığımız deyilmi?...

--------------------
Sən varsansa həyat çox gözəl!

nilayka

  • 20 yanvar 2011 17:32
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
thank you..

--------------------

YazYamuru

  • 20 yanvar 2011 16:09
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
belay recourse belay

--------------------



AskZede

  • 20 yanvar 2011 16:04
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
Cox Sagolun Xebere Gore
love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 36

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}