Belə adam məsələni kəsər atar

 
Belə adam məsələni kəsər atar


“Əşəreyi-mübəşşərə” sağlığında Peyğəmbərimiz tərəfindən (sallallahu aleyhi və səlləm) cənnətlə müjdələnən on səhabəyə verilən ümumi addır. Əsəreyi-mübəşşərəyə daxil olan səhabələr: Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Osman, Hz. Əli, Hz. Talha ibn Übeydullah, Hz. Zübeyr ibn Avvam, Hz. Əbdürrəhman ibn Avf, Hz. Sad ibn Əbi Vəqqas, Hz. Əbu Übeydə ibn Cərrah və Hz. Səid ibn Zeyd (radiyallahu anhum əcməin).

Bir məqamı xatırlatmaqda fayda var: Allah Rəsulunun səhabeyi-kiramdan sırf bu on nəfərə “cənnətliksən” deməsi bu insanların bütün əməllərində doğru yola sadiq olduğunu vurğulamaq üçündür. Bu, mühüm bir məsələdir. Əslində bütün möminlər cənnətə girəcək, amma sözügedən on səhabənin “cənnətlik” ünvanına layiq görülməsi müstəsna bir iltifatın və onlara verilən qiymətin göstəricisidir. Digər səhabələr bu çərçivəyə, xüsusi mahiyyətdə deyil, ümumi mənada daxildirlər.

Çətin günlərdə arxa-dayaq olanlar

Əvvəla, hər kəsin üz döndərdiyi ərəfədə onlar Allah Rəsuluna və Qurana arxa-dayaq oldular. Zərrə qədər işıq ucunun görünmədiyi, beş-altı ayənin nazil olduğu çətin bir dövrdə bu uca həqiqətə dayaq olmaq böyük bir fəzilətdir.

İlk müsəlmanlardan Hz. Əbu Bəkrin səyləri nəticəsində Hz. Osman, Səid ibn Zeyd və daha sonra Sad ibn Əbu Vəqqas İslamı qəbul etdilər. Hz. Əli, Əbu Übeydə ibn Cərrah və Sad ibn Əbu Vəqqas da Allah Rəsulunun yanında yer alan ilk müsəlmanlardandır. Hz. Sad ibn Əbu Vəqqas on səkkiz yaşında gözünə günah dəyməmiş, anasının israrlarına rəğmən: “Ana ölsən də, mən könül verdiyim bu həqiqətdən, amaldan dönən deyiləm!” - deyən böyük səhabədir. Hz. Əbu Bəkir o dövrün ağır şəraitini belə təsvir edir: “Ölümü gözə almadan nə çölə çıxmağa, nə də bir yerə girməyə cəsarət etməzdik!”

İkincisi, bu səhabələr İslamiyyət yoluna necə qədəm qoydularsa, o yolu eləcə də başa vurdular. Yəni onlar ömür boyu Allah Rəsuluna sadiq yaşadılar, Ona arxa oldular, duyğu və düşüncələri zərrə qədər də dəyişmədi.

Göy üzünün zülmətə qərq olduğu, zərrə qədər də ümid işığının olmadığı bir dövrdə onlar əsla ümidsizliyə düşmədilər. Vətəni, ailəni qoyub hicrət etmək vaxtı çatanda bir an belə tərəddüd etmədən əmrə boyun əydilər. Mədinədə: “Biz birinci müsəlman olduq. Mədinəli müsəlmanlardan daha üstünük” - demədilər, əksinə məhviyyətlə, təvazö ilə daha da ucaldılar.

Bəli, Əşəreyi-mübəşşərə öz ləyaqət və qədirbilənliyini ömür boyu itirmədi. Onlar son nəfəsə qədər yüksəldikləri zirvədə dayanmış və heç vaxt dünya malına baş əyməmişdilər. Ticarəti çox yaxşı bilən bu Cənnətməkanlar bir müddət sonra Mədinənin ən varlı insanları olsalar da, heç vaxt dünyaya bağlanmadılar, paklıq və təvazökarlıqlarını qoruyub saxladılar. Lazım gələndə Hz. Osman beş yüz baş yüklü dəvə, Hz. Əbdürrəhman ibn Avf isə bütün mal-mülkünü Allah yolunda infaq etməklə hər kəsə nümunə oldular.

Öndə gedənlərə vəfalı olmaq

Hər bir xeyirli işdə bayrağı ilk qaldıran və ruhunun ilhamını hər tərəfə hayqıran insanlar heç vaxt unudulmamalıdır, unudulmamışdırlar da. Bu gün də elədir. İman və Quran yolunda can qoyan və bu xeyirxah işə bayraqdarlıq edən insanlar məşəqqətlərə qatlanaraq bayrağı bu günədək dalğalandırmışlar. Bu insanlar sayəsində hər şeyin yoluna düşdüyünü eşidir və daha da rahat oluruq. İnşallah, bizdən sonra gələnlər daha da rahat olacaq və bəlkə də, bizi xeyirlə yad edəcəklər.

Bəli, gələcək nəsillər onlara yol açan “ilk”ləri daima xeyirlə yad edəcəklər ki, bu, həm də Quranın bizə öyrətdiyi ədəbdir. “Onlardan sonra gələnlər (başda mühacirlər və qiyamətədək bütün möminlər):” Ey Kərim Rəbbimiz! Bizi və bizdən əvvəlki mömin qardaşlarımızı bağışla! İçimizdə möminlərə qarşı heç bir kinə yer vermə! Duamızı qəbul buyur, ya Rabbənə, çünki Sən Raufsan, Rəhimsən! (Şəfqətin və ehsanın sonsuzdur).” (“Həşr” surəsi, 59/10) ayəsi bu həqiqəti dilə gətirməkdədir.

Burada Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) həyatına dair bir mövzunu Quranın köməyi ilə izah etməyə çalışdıq. İman və Quran yolunda xidmət edən hər bir hərəkatın, fəaliyyətin öndərləri olmuşdur. Onların uca adı qəlblərimizə və yaddaşlarımıza əbədi həkk olunmalı və daima hörmətlə yad edilməlidir.

Allah bu dava uğrunda məhbəsə atılanları, əzab-əziyyət çəkənləri, kənd-kənd, qəsəbə-qəsəbə sürgün edilənləri unutmur və bizim də unutmamağımızı istəyir. Onların qədrini bilmək, daima xeyirlə yad etmək borcumuzdur. Rəbbimiz bizlərə yaxşı izlər qoymağı nəsib etsin ki, gələcək nəsillər tərəfindən hörmətlə yad olunaq...

Dini mövzulara laqeyd yanaşmaq olmaz

İslamın hər hansı bir əmrinə riayət etməmək küfr deyil, amma ən kiçik əmri belə əhəmiyyətsiz saymaq küfrdür. Ayəni və ayənin hökmünü inkar edən kafir olar.

Hədisin mütəvatir (sağlam, şübhəsiz, hər tərəfdən təsdiq edilmiş) olmasının inkar edilməsi ilə bağlı alimlərin müxtəlif fikirləri var. Çox ehtimal ki, mütəvatir bir hədisdə keçən həqiqəti inkar edən və ya ona laqeyd yanaşan şəxs də kafir olar. Əlfazi-küfrdən (küfr sözlər) bəhs edən İmam Birqivinin “Təriqəti-Məhəmmədiyə” adlı əsərini Bəriqə adı ilə şərh edən İmam Xadimi deyir:

“Peyğəmbərimizdən açıq nəslə (sübut, dəlil) nəql edilən xüsuslar bir yana, zəif belə olsa, Ona istinad edilən bir şeyi əhəmiyyətsiz görən şəxs kafir olar. Məsələn, “Peyğəmbərimizin filan şeydən xoşu gələrdi”, - deyəndə kimsə: “Onun xoşu gələ bilər, amma mənim xoşuma gəlmir”, - desə, küfrə girər. İnsanın həmin şeydən xoşu gəlməyə bilər. Ancaq Peyğəmbərimizə aid edilən bir xüsusiyyətə göstərilən belə bir münasibət Allah Rəsuluna laqeydlik olduğu üçün insanı küfrə aparar.”

Bir də Peyğəmbərimizin şəxsən verdiyi bir hökm haqqında: “Xeyr, elə deyil, belə olmalıdır!” - deyən şəxs də küfrə girər. Ancaq bunu da qeyd edim ki, belə məsələləri çox qurdalayıb insanların küfrə düşməsinə səbəb olmamaq lazımdır. Allah qorusun! Şəri meyarlar olmadığına görə, əksəriyyət belə məsələlərdə küfrə girə bilər. Hər şeydən əvvəl əqidə qüvvətləndirilməlidir. Bəli, dini duyğu və düşüncə möhkəmlənməlidir ki, insanlar dinə aid bir məsələ haqqında danışanda həddən artıq həssas olsunlar, xəta işləmək qorxusundan tir-tir əssinlər.

Bəli, bu düşüncəni insanlara mənimsətmək lazımdır. Laqeyd, qeyri-ciddi insanla dinin təfərrüatına aid məsələlərdən danışmaq olmaz. Belə adam məsələni kəsər atar, zəlalətə düşər. Çünki onun dərdi daha böyükdür, böyüyü qoyub ikinci dərəcəli mövzularda mübahisə etmək isə əksnəticə verər.

Belə adam məsələni kəsər atar


Geri dön

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 20 noyabr 2013 00:25
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
Müəllifə təşəkkürlər...

--------------------

ღNəmLi kiprikღ

  • 2 noyabr 2013 22:05
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
Twkler meleyim ellerine sagliq:)

Roya_____

  • 2 noyabr 2013 20:22
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 2 noyabr 2013 12:50
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
məqaləyə görə tşk

--------------------

ღ★Yağmur★ღ

  • 29 oktyabr 2013 16:23
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Şərhlərə görə təşəkkür

Samir_Wuvalan

  • 28 oktyabr 2013 03:34
  • Məqalə: 62
  • Şərh: 12207
  • Bal:
{awards}
Dini mövzulara laqeyd yanaşmaq olmaz!

✵Дорогой✵

  • 28 oktyabr 2013 02:04
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
ALLAH Razi QAlsin

Samir_Wuvalan

  • 28 oktyabr 2013 01:53
  • Məqalə: 62
  • Şərh: 12207
  • Bal:
{awards}
Məlumata görə təşəkkürlər.

ღ★Yağmur★ღ

  • 27 oktyabr 2013 15:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Şərhlərə görə təşəkkürlər

Banned456

  • 27 oktyabr 2013 14:02
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
ALLAH razi olsun

Samir_Wuvalan

  • 26 oktyabr 2013 01:17
  • Məqalə: 62
  • Şərh: 12207
  • Bal:
{awards}
Coooooox SaGolun

♛ღ.ςԿαςτλหßαค.ღ♛

  • 26 oktyabr 2013 00:29
  • Məqalə: 67
  • Şərh: 6003
  • Bal:
{awards}
Allah Butun insanlarda Razi oLSUn insanlarda Allahdan Razi Olsun Amin

--------------------
(^_*)

Banned456

  • 25 oktyabr 2013 18:34
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
ALLAH razi olsun cooox ama cox sagolun deyerli meqaleye gore

-chanel-

  • 25 oktyabr 2013 17:53
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
ALLAH RazI oLSuN

Roya_____

  • 25 oktyabr 2013 10:27
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

Samir_Wuvalan

  • 25 oktyabr 2013 01:40
  • Məqalə: 62
  • Şərh: 12207
  • Bal:
{awards}
ALLAH razi olsun

LeyLaşKa

  • 25 oktyabr 2013 00:23
  • Məqalə: 6
  • Şərh: 251
  • Bal:
{awards}
ALLAH razi olsun

Qaranliqda_tek

  • 24 oktyabr 2013 22:22
  • Məqalə: 31
  • Şərh: 2527
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

Samir_Wuvalan

  • 24 oktyabr 2013 21:49
  • Məqalə: 62
  • Şərh: 12207
  • Bal:
{awards}
Allah razi olsun...

melek_19

  • 24 oktyabr 2013 20:56
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun.............

--------------------

ღ★Yağmur★ღ

  • 24 oktyabr 2013 20:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Şərhlərə görə minnətdaram

Samir_Wuvalan

  • 24 oktyabr 2013 19:41
  • Məqalə: 62
  • Şərh: 12207
  • Bal:
{awards}
tewekkurler..

✰ ♥..Золушка..♥ ✰

  • 24 oktyabr 2013 18:59
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
tewekkurler..

✵Дорогой✵

  • 24 oktyabr 2013 18:32
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
ALLAH Razi Qalsin

SeL_cAn

  • 24 oktyabr 2013 18:14
  • Məqalə: 19
  • Şərh: 962
  • Bal:
{awards}


Dini mövzulara laqeyd yanaşmaq olmaz!!!


--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

✰_DeLNoLiNi_✰

  • 24 oktyabr 2013 18:01
  • Məqalə: 156
  • Şərh: 5824
  • Bal:
{awards}
Allah razi olsun caniM.

--------------------
[
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 22
Cəmi: 46

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}