Həyatın dayandığı yer

 
Həyatın dayandığı yer

Həyatın dayandığı yerdə dayanırıq bəzən.
Həyatmı orada dayanır, yoxsa biz oraya gəlincəmi dayanırıq da əslində həyat dayandı sanırıq.
Ruhumuz köhnəlir, əsla hiss etdiyimiz yaşda ola bilmirik.
Təxirə salmaq günü qurtarır, dünəni unutdurur.
Amma sabahı batırır...
Özümüzlə döyüşmənin xaricində bir şey etmirik.
Özümüzlə mübarizəmiz bitmir heç bir zaman.
Həyatın özünə çatmaq yerinə, qabığını qırmağa çalışırıq.
Bəzən dişlərimizin arasında sıxırıq, sıxırıq, sıxırıq.
Həyatın dayandığı yerdə dayanırıq.
Həyat bəzən çox mənasız bir yerdə dayanır.
Hər gün keçirdiyimiz təkamül, bir rəssamın fırçasının hər vuruşunda şəklin fərqli bir yerə getməsi kimi bizi başqa bir yerə sovurur.
İnsan olmanın ən böyük dəyər olduğunu, Allahın daha ana rəhminə düşmədən bizə bu xəzinəni bəxş etdiyini anlamırıq.
Yaradılmışların ən üstünü, ən şərəflisi, ağ-appaq bir kağız kimi gəlirkən dünyaya, özünü palçığa bulaşdırmaqdan əsla çəkinmir.
Asan çirklənirik, izi qalır və əsla tam olaraq təmizlənmirik.
Bir atın samanı, bir inəyin çəməni sorğulaması kimi həyatı sorğulayırıq, özümüzü sorğulamadan.

Özümüzü haqlı çıxarmaqdır tək səyimiz.
Özümüzü haqsızlığa uğramış göstərməkdir tək çıxışımız.
Bu vaxt həyat dayanmır, biz olduğumuz yerdə sayırıq.
Günləri, saatları, dəqiqələri və anları sayırıq.
Bizə borcu olmayandan hesab soruşuruq ‘Niyə mən?' deyə...
Borcumuzun olduğunu görməməzlikdən gəlirik ‘yalnız mən' deyə...
Həyat gedir, həyat qaçır...
O, bizə aldırmadan axıb gedir səssizcə...
Bir yarpaq dənəsindən, bir qarışqa yuvasından götürməmiz lazım olan ibrətləri bir kənara buraxıb dəbdəbəli həyatlara qibtə edirik.
Yaşamaq üçün çalışırıq, çalışmaq üçün yaşayırıq.
Amma yaşayarkən ən az etdiyimiz şeydir çalışmaq.
Tək vəzifəmiz olan şükr və qənaətdən gedərək uzaqlaşırıq, həyata verdiyimizin on qatını ondan geri istəyirik.
Həyat qaçır, mənliklərimizə dövr mindirir.
Biz yalnız şikayətlənərək seyr edirik.
Əhəmiyyətli olanın çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaq olduğunu bilmədən...
Həyat dayanmır nəticədə, qaçır...
Mən də, siz də olduğumuz yerdə sayırıq, içimizdəki mənlik şeytanıyla saç saça, baş-başa...


Geri dön

Ulya

  • 21 fevral 2011 13:48
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol

Cici-Kiz

  • 21 yanvar 2011 12:06
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

L_SimuS

  • 21 yanvar 2011 00:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TEWEKKURLER

nilayka

  • 21 yanvar 2011 00:18
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
xebere gore twk

--------------------

YazYamuru

  • 21 yanvar 2011 00:12
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Özümüzü haqlı çıxarmaqdır tək səyimiz.
YƏƏƏƏƏƏƏƏƏƏƏNİİİİİİİ feel belay

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 22
Cəmi: 38

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}