Ruhumuzun sevgiyə ehtiyacı var, nifrət ilə özümüzə zülm etməyək

 
Ruhumuzun sevgiyə ehtiyacı var, nifrət ilə özümüzə zülm etməyək


Ruhumuzun sevgiyə ehtiyacı var, nifrət ilə özümüzə zülm etməyək

Bütün insanlar fitrətən sevgi ilə bərabər doğulurlar. Allah sevməyi və sevilməyi sevdiyi üçün bizi də sevgi ilə yaradıb. İnsan dünyaya gəldikdə fitrətində sevgi olduğu üçün tərtəmiz və məsum olur. Uşaqlara diqqət etdikdə bunu daha yaxşı anlayırıq. Kin, nifrət nədir, qəzəb nədir bilmirlər. Sadəcə ətrafa sevgi saçırlar. Böyüdükcə isə insan nifrəti, zülmü, önmühakiməni, kini, düşmənçiliyi öyrənir. İnsana zərər verən, ruhunu qaraldan bu hissləri ona öyrədən şeytandır.

İnsanlara diqqət etdikdə, həyat tərzlərinə, düşüncələrinə, davranışlarına fikir verdikdə onların böyük əksəriyyətinin narahat və hüzursuz yaşadığının şahidi oluruq. Problem də odur ki, insanlar bu həyat tərzini özləri seçirlər. Onlar hisslərinə təslim olaraq şeytanın nifrət toxumlarını əsl həyat zənn edir, sevgi ilə xoşbəxt, hüzurlu yaşamaq əvəzinə, nifrətə üstünlük verirlər. Sevgi fitrəti ilə yaradıldığını unudur, kin bəsləyərək, müxtəlif səbəbləri özünə düşmən edir, problemlərini xeyir və gözəlliklə həll etmək əvəzinə, şikayətçi üslubla özlərinə zülm sistemi yaradırlar. Onlara görə yaşadıqları sıxıntılı və narahat güzəranın günahkarı isə insanlar, mühit, hadisələr kimi səbəblərdir. Hətta bəzi insanlar Allah’ı (Allah’ı tənzih edirəm) məmnun qalmadığı həyatın günahkarı kimi görürlər. Nəfsini şeytanın təlqinlərinə təslim edən insan əlbəttə zülm içində olar. Bu zülmdən qurtulmağın yolu Allah’ın bizdən istədiyinə əməl etməkdir. Allah bizdən sevgi istəyir. Sevgi ilə həyatımızı gözəlləşdirməyimizi istəyir. Bu gözəl seçimi qoyub, şeytanın istəyinə tabe olmaq, nifrətlə həyatımızı məhv etmək həqiqətən də şüursuzluqdur. Şeytan insanın açıq-aşkar düşmənidir. İnsanı məhv etmək, fitrətindəki gözəl duyğuları pis ilə əvəz etmək üçün min bir üsula əl atır. Əgər insan Allah’ın bəyəndiyinin əksini tətbiq edirsə şeytanın tələsinə düşəcək.

Şeytan o qədər hiyləgərədir ki, insan istəməsə də, diqqətli olmadığı təqdirdə onun hiyləsinə qurban olar. Ona görə də özünü qorumaq üçün Allah’ın tərəfdarı olaraq düşünməlidir. Allah’ın sevgini sevdiyini, sevgini yaşamaq üçün cəhd etməyin vacib olduğunu unutmamalı, Allah'ı sevməli, yaradılmış bütün varlıqlara da bu sevgi ilə baxmalıdır. Ətrafınızda gördüyünüz gözəllikləri düşünün. Çox gözəl qadınlar, quşlar, çiçəklər, günəş, su. Bu gözəllikləri Yaradan var bizim üçün. Bu qədər nemətin içində sevgisiz qəlblə, nifrətlə yaşamaq olarmı?

Zaman su kimi axıb gedir, başımıza hər cür hadisə gəlir. Sevgisiz isə, sürətlə ötüb keçən zaman insan üçün dəyərini itirir. Sevgini yaşamayan insanın robotdan fərqi olmur. Gözəllikdən zövq ala bilmir. Qısqanclıq, həsəd, qəzəb, kin, qəddarlıq kimi nə qədər mənfi xüsusiyyətləri varsa hamısı üzə çıxır. Hətta insanın get-gedə şüuru da qapanır. İnsan bədbəxtləşir, tənhalaşır, ağlını itirir.


Sevgiyə meyilli olan insana isə Allah öz köməyi ilə dəstək olur. Həyatı boyu nə qədər ağır, sıxıntılı görüntü ilə qarşılaşsa da, özünü mənən çox güclü hiss edir. Ruhundakı o gözəllik üçün heç vaxt hüzursuzluq və sıxıntı yaşamır. Sevgi ilə ruhunu qidalandırır. Bədəni, üzü, hətta hüceyrələri o sevginin verdiyi enerji ilə canlanır. Nifrətin gətirdiyi qaranlıq, qorxu və dəhşətdən uzaq olur. İnsanlara həyat tərzini və düşüncəsini dəyişmək çətin gəlir. Amma əsl çətin olan nifrət və kindir. Biz asan olanı seçmək məcburiyyətindəyik. Allah’ın istədiyini etməli, sevgi insanları olmalı, sevgini yaşamalıyıq. Allah’dan bizi seçməsini istəməli və dünyaya sevgi gətirməliyik. Belə olan təqdirdə Allah həm bu həyatımızı, həm də axirətimizi gözəlləşdirər.


Nuridə Nuriyeva


Geri dön

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 2 noyabr 2013 18:09
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
məqaləyə görə tşk

--------------------

^^KuKuLKa^^

  • 2 noyabr 2013 11:57
  • Məqalə: 766
  • Şərh: 11549
  • Bal:
{awards}
Zaman su kimi axıb gedir, başımıza hər cür hadisə gəlir. Sevgisiz isə, sürətlə ötüb keçən zaman insan üçün dəyərini itirir. Sevgini yaşamayan insanın robotdan fərqi olmur. Gözəllikdən zövq ala bilmir. Qısqanclıq, həsəd, qəzəb, kin, qəddarlıq kimi nə qədər mənfi xüsusiyyətləri varsa hamısı üzə çıxır. Hətta insanın get-gedə şüuru da qapanır. İnsan bədbəxtləşir, tənhalaşır, ağlını itirir.

--------------------

-Kralica-

  • 1 noyabr 2013 18:24
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tewekkrler

--------------------




Roya_____

  • 1 noyabr 2013 13:08
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
teşekkurler

Qaska_Quli

  • 1 noyabr 2013 12:47
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkk

--------------------

AyliN BunyaminovA

  • 1 noyabr 2013 02:12
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Teshekkurler

--------------------
ܨܓܓܨܓܓ✍

melek_19

  • 29 oktyabr 2013 22:42
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
meqale ucun tewekkur

--------------------

Samir_Wuvalan

  • 29 oktyabr 2013 22:39
  • Məqalə: 62
  • Şərh: 12314
  • Bal:
{awards}
meqale ucun tesekkur

PSIXOPATKA

  • 29 oktyabr 2013 21:16
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Cox gözeldi. Tewekkur.

--------------------

-Kralica-

  • 29 oktyabr 2013 19:27
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
meqale ucun tesekkur

--------------------




Elza Hüseynli

  • 29 oktyabr 2013 19:22
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Nemmmmmmm bele da orta...tewekkurler....

Samir_Wuvalan

  • 29 oktyabr 2013 19:18
  • Məqalə: 62
  • Şərh: 12314
  • Bal:
{awards}
Ruhumuzun sevgiyə ehtiyacı var, nifrət ilə özümüzə zülm etməyək
men hec kime nifret etmemiwem lap mene min pisliyi deysin bele amma heyatimdan kenarlasdirmiwam en boyuk ceza budu

Renesme

  • 29 oktyabr 2013 19:10
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
{awards}
Meqaleye gore tewekkurler

--------------------

ღ★Yağmur★ღ

  • 29 oktyabr 2013 18:49
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Sevgiyə meyilli olan insana isə Allah öz köməyi ilə dəstək olur. Həyatı boyu nə qədər ağır, sıxıntılı görüntü ilə qarşılaşsa da, özünü mənən çox güclü hiss edir. Ruhundakı o gözəllik üçün heç vaxt hüzursuzluq və sıxıntı yaşamır. Sevgi ilə ruhunu qidalandırır. Bədəni, üzü, hətta hüceyrələri o sevginin verdiyi enerji ilə canlanır. Nifrətin gətirdiyi qaranlıq, qorxu və dəhşətdən uzaq olur.

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Roya_____

  • 29 oktyabr 2013 18:48
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
teşekkurler=)

✰_DeLNoLiNi_✰

  • 29 oktyabr 2013 18:35
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
usde sekil insana musbet geliR.

--------------------

✵Дорогой✵

  • 29 oktyabr 2013 18:25
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Tewekkurler

EmİcKa

  • 29 oktyabr 2013 18:10
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
tesekkurler bacim

--------------------

Nara Neznakomka

  • 29 oktyabr 2013 17:50
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Gun--ka

  • 29 oktyabr 2013 17:36
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
Sevgiyə meyilli olan insana isə Allah öz köməyi ilə dəstək olur. Həyatı boyu nə qədər ağır, sıxıntılı görüntü ilə qarşılaşsa da, özünü mənən çox güclü hiss edir. Ruhundakı o gözəllik üçün heç vaxt hüzursuzluq və sıxıntı yaşamır. Sevgi ilə ruhunu qidalandırır. Bədəni, üzü, hətta hüceyrələri o sevginin verdiyi enerji ilə canlanır. Nifrətin gətirdiyi qaranlıq, qorxu və dəhşətdən uzaq olur. İnsanlara həyat tərzini və düşüncəsini dəyişmək çətin gəlir. Amma əsl çətin olan nifrət və kindir. Biz asan olanı seçmək məcburiyyətindəyik. Allah’ın istədiyini etməli, sevgi insanları olmalı, sevgini yaşamalıyıq. Allah’dan bizi seçməsini istəməli və dünyaya sevgi gətirməliyik. Belə olan təqdirdə Allah həm bu həyatımızı, həm də axirətimizi gözəlləşdirər.


Allah her kese sevgi dolu gunlar nesib etsin inwAllah....

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 26

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}