Eşq, sirrli bir qəfəs
Sevgidə səhv olmaz,
Sularsan çiçək solmaz.
Bütün məkanlar dolar da,
Sənsiz bu ürəyim dolmaz.
Eşq, sirrli bir qəfəs,
Yol tapıb uça bilməzsən.
Tutmağa çatmaz nəfəs,
Qaçsan da qaça bilməzsən.
Sevda nələr yazdırar,
Eşqi ürəyə qazdırar,
Dayanmayan bu yaranı,
Baxışların azdırar.
Eşq, sirrli bir qəfəs,
Yol tapıb uça bilməzsən.
Tutmağa çatmaz nəfəs,
Qaçsan da qaça bilməzsən.
Bu eşq bitməz söz ilə,
Təmas etdin göz ilə,
Səni gördüm görəli
Ürəyim doldu köz ilə.
Eşq, sirrli bir qəfəs,
Yol tapıb uça bilməzsən.
Tutmağa çatmaz nəfəs,
Qaçsan da qaça bilməzsən.
Eşqdə əziyyəti daddım,
Dünyanı geri satdım,
Sarıldım xəyallara,
Gözlərim açıq yatdım.
Eşq, sirrli bir qəfəs,
Yol tapıb uça bilməzsən.
Tutmağa çatmaz nəfəs,
Qaçsan da qaça bilməzsən.
Eşq, ağır bir hecadır,
Günü görməz gecədir.
Nə gedər, nə qovuşar,
Hicranla iç içədir.
Eşq, sirrli bir qəfəs,
Yol tapıb uça bilməzsən.
Tutmağa çatmaz nəfəs,
Qaçsan da qaça bilməzsən.
Mustafa Hoşoğlu
Sevgidə səhv olmaz,
Sularsan çiçək solmaz.
Bütün məkanlar dolar da,
Sənsiz bu ürəyim dolmaz.
Eşq, sirrli bir qəfəs,
Yol tapıb uça bilməzsən.
Tutmağa çatmaz nəfəs,
Qaçsan da qaça bilməzsən.
Sevda nələr yazdırar,
Eşqi ürəyə qazdırar,
Dayanmayan bu yaranı,
Baxışların azdırar.
Eşq, sirrli bir qəfəs,
Yol tapıb uça bilməzsən.
Tutmağa çatmaz nəfəs,
Qaçsan da qaça bilməzsən.
Bu eşq bitməz söz ilə,
Təmas etdin göz ilə,
Səni gördüm görəli
Ürəyim doldu köz ilə.
Eşq, sirrli bir qəfəs,
Yol tapıb uça bilməzsən.
Tutmağa çatmaz nəfəs,
Qaçsan da qaça bilməzsən.
Eşqdə əziyyəti daddım,
Dünyanı geri satdım,
Sarıldım xəyallara,
Gözlərim açıq yatdım.
Eşq, sirrli bir qəfəs,
Yol tapıb uça bilməzsən.
Tutmağa çatmaz nəfəs,
Qaçsan da qaça bilməzsən.
Eşq, ağır bir hecadır,
Günü görməz gecədir.
Nə gedər, nə qovuşar,
Hicranla iç içədir.
Eşq, sirrli bir qəfəs,
Yol tapıb uça bilməzsən.
Tutmağa çatmaz nəfəs,
Qaçsan da qaça bilməzsən.
Mustafa Hoşoğlu
tərcümə etdi:so_sad