Təcrübə hər kəsin öz xətalarına verdiyi addır.
Yer üzündə heç bir qida aclıq qədər ləzzətli deyil.

Keçmişdən çox gələcəyi düşünməliyik, çünki bundan sonra orada yaşayacağıq.

Döyüşdə yağan mərmi yağışı ondan qorxanları, ondan qorxmayanlardan daha çox isladır.

İnsan birini sevirsə,olduğu kimi sevər.Olmasını istədiyi kimi yox.

Sənin olmayan birini qısqanmaq o qədər bərbaddır ki....Nə qarışa bilirsən nə də əsəbləşə bilirsən...

Qışdır yoxsa yazdır, vecinə deyilsə, demək ki, xoşbəxtsən.

Mən heç vaxt qız və oğlan arasında olan dostluğa inanmamışam. Çünki gecə saat 2`də qıza zəng edib demək olmur ki, "məni təkləyiblər gəl kömək elə".
Ey könül, bir günah işləyərkən onun kiçikliyinə deyil, onu qadağan edənin böyüklüyünə bax...

Əgər biz tez-tez keçmişi düşünürüksə, deməli indiki zamanı doğru yaşamırıq.

Əgər istəyirsən ki, ürəyin güzgü kimi saf və təmiz olsun, oradan 10 ünsürü: acgözlüyü, ikiüzlülüyü, paxıllığı, söyüş söyməyi, qəzəbi, təkəbbürü, qanunsuzluğu, riyakarlığı, kini və yalanı çıxar at.

Gecələrini ibadətlə keçirib yatmayan neçə-neçə adam vardır ki, onların qazandığı şey yalnız yuxusuzluqdur; neçə-neçə oruc tutan vardır ki, qazandığı yalnız aclıq və
susuzluqdur. ( Hz. Muhamməd s.ə.v. )

Hamı kimi olmaq istəyirsənsə, heç kim ola bilməyəcəksən.

Güclü insanı zəifdən necə fərqləndirmək olar? Əgər güclü insan həyatından narazıdırsa,
o, iradları özünə yönəldir, əgər zəif insan həyatından narazıdırsa, onda onu şikayətləri
digər insanlardan olur.

Qəzəbindən qışqıran insan gülməli, incidiyi halda susan isə qorxuludur.

"Qadınlar parik taxırlar, qoyma kirpiklərdən istifadə edirlər, slikonla istədiklərini edirlər,
sonra isə artıq əsl kişi qalmayıb deyə şikayətlənirlər"
"Gözəl qadın insanın gözlərinə, gözəl xasiyyətli qadın isə ruhuna dinclik gətirir"

Bir qadının üzü güləndə bir kişinin cibi ağlayır...

Bəzən elə danışmalısan ki, qarşındakı cavab verə bilməsin. Bəzən də elə susmalısan ki,
qarşındakı danışmağa cəsarət edə bilməsin.

Olmursa məcbur etmə, ya xəyalların qırılar, ya da ürəyin. Özünü unutmuş kimi göstər.
Çünki gözəl şeylər onları heç gözləməyəndə reallaşır.

Biri gözlərini səndən qaçırırsa, əmin ol ki, o gözlərdə sənə aid nəsə var…

Od qarşısında korlanmayan qızıl, qızıl qarşısında korlanmayan qadın, qadın qarşısında korlanmayan kişi – keyfiyyətlidir.
Pulun öldürdüyü ruhlar qılıncın öldürdüyü bədənlərdən çoxdur.

Sevdiyiniz insanlara vaxt ayırın. Yoxsa vaxt sizdən sevdiklərinizi ayıracaq.

Yalançılıq artıq peşə kimi təsdiqlənməlidir,çünki mahir ustaları həddən artıq çoxdur.

Ya səhvlərinlə üzləşməli, ya da səhvlərinlə üzsüzləşməlisən. Cahillik başqa şeydir, əclaflıq başqa…

Kişi qadının qarşısında diz çökə bilər. Qadını isə ancaq mağazadakı alt rəflər diz çökdürə bilər...
