Sən bu gün çox gözəlsən! Bəs sabah?

 
Sən bu gün çox gözəlsən! Bəs sabah?

Bu gün plastik cərrahiyyə tibbin aktual və tələb olunan sahəsinə çevrilib. İnsanlar bu növ cərrahiyyəyə həm anadangəlmə qüsurları, həm də sonradan yaranan qüsur və ya deformasiyaları aradan qaldırmaq üçün müraciət edirlər. Psixoloqlar hesab edirlər ki, plastik əməliyyatlara daha çox mükəmməlçi insanlar üz tuturlar.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, mükəmməlçi insanlar mükəmməl xarici görünüşə can atır və plastik əməliyyatlardan sonra alınan nəticələrlə kifayətlənə bilmirlər. Düzdür, bir sıra hallarda, plastik və estetik əməliyyat həm insanın psixi durumuna, həm də şəxsi həyatına müsbət təsir edir. Lakin istənilən əməliyyat kimi plastik əməliyyatlar da pasientə narahatlıq gətirir. "Belə ki, əməliyyatlardan sonra əməliyyat olunmuş nahiyələrdə şişkinlik özünü göstərir. İnsanın fiziki aktivliyi ağrılara görə azalır, xüsusi korsetlər geyinməli olur. Əməliyyatdan sonra reabilitasiya üçün müəyyən vaxt tələb olunur".A.Qurbanova bildirib ki, qadınlar adətən vaxtında gözəlliklərinin qeydinə qalmaq əvəzinə, asan üsul axtarır və plastik əməliyyat etdirməyi qərara alırlar: "Qadınlar plastik və estetik cərrahiyyəyə arxalanır və gözəlliklərində hansısa bir əskiklik yarandığı zaman plastik əməliyyatla aradan qaldırmağa çalışırlar. Bu isə onlarda müəyyən müddətdən sonra vərdiş halını alır və bəzən gözəlləşmək niyyətində olan qadın zamanla simasını itirir və bundan özü də narahat olmağa başlayır. Cərrahiyyə üsulu geri dönüşü olmayan üsuldur. Onun nəticələri ilə plastik əməliyyatların qurbanları barışmalı olurlar".Bəs nəyə görə qadınlar plastik cərrahiyyəyə üz tutmaq qərarına gəlirlər? Məlumdur ki, zamanla cildimiz dəyişir və müxtəlif əzalarımızda boşalma, sallanma kimi əlamətlər yaranır. Yaş artdıqca dərimiz elastikliyini itirir. Dəri büzüşür və qırışır. Bununla isə xüsusilə də qadınlar çətin barışır. Yaşlanmanın əlamətləri qadınların narahatlığına səbəb olur, onlar tək çıxış yolunu plastik və estetik əməliyyatlarda görürlər. Əlbəttə, bu üsulla cavanlaşmaq və gözəlliyi bərpa etmək mümkündür. Bu da çox vaxt xanımların həm fiziki sağlamlığına, həm də əhval-ruhiyyəsinə təsir edir, insan dəyişir. Amma plastik əməliyyatlardan sonra fəsadlar və əməliyyatlardan psixoloji asılılığın yaranması halları kifayət qədərdir.Qeyd edək ki, adətən özünü sevən və özünə güvənən xanımlar kifayət qədər plastik və estetik əməliyyat və prosedurlara müraciət edib. Bu cür özünə güvənən qadınlar nə istədiyini bilir və ifrata yol vermirlər. Onlar vaxtında dayana bilirlər. Lakin şəxsi həyatında böyük problemləri olan, cəmiyyət içində özünü təsdiqləməkdə çətinlik çəkən, səmimi hisslərini çox vaxt gizlədən, daim stress keçirən və ruhu ilə daim savaşda olan, özünə inamı az olan xanımlar dəyişilmək üçün bir sıra estetik prosedurlar tətbiq edir və əksər hallarda plastik əməliyyatların nəticələrindən razı qalmırlar.

Psixoloq məsləhət görür ki, plastik və estetik əməliyyatlar etmək əvəzinə vaxtında düzgün həyat tərzi sürmək lazımdır. Halbuki çox böyük ehtiyac olmasa, əməliyyat əvəzinə sağlam həyat tərzi, düzgün yuxu rejimi, idman və yoqa ilə məşğul olmaqla, sağlam qidalanmaqla uzun illər boyu gənc və gözəl qalıb zamana meydan oxumaq olar. Həm də böyük maddi vəsait tələb edən bu tip əməliyyatlardan düzgün həyat tərzi sürmək daha sərfəlidir. Təəssüflər olsun ki, bir çox hallarda öz komplekslərinə məğlub olan qadın və ya kişi, asan üsulla problemləri aradan qaldırmağa meylli olur. Lakin psixoloqların dəstəyi ilə motivasiya, bu iradəsizliklə mübarizədə xeyli fayda verən bir üsuldur. Belə ki, vaxtında daxili konflikt və stresləri yox etməyiniz, xoşagəlməz nəticələrdən sizi qoruyacaq, daha sərbəst, rahat, sağlam həyat sürməyinizə kömək edəcək. Nəzərə alsaq ki, genetik olaraq ruhi xəstəliklərə və psixi pozuntulara meylli insanlar əməliyyatdan sonra bu problemlərin qabarması və üzə çıxması ilə rastlaşırlar. Yaxşı olar ki, hətta əməliyyat etməyə qərar verənlər əvvəlcə mütləq psixoloqa müraciət etsinlər.Plastik əməliyyat tam psixi sağlam olan insanları da stress vəziyyətinə salır. Əməliyyatdan əvvəl pasiyentlər sakit olmalı, həyacan keçirməməlidirlər. Sakit psixoloji durumları əməliyyatdan sonraki ağrılarla mübarizə aparmağa və yeni görkəmə adaptasiya olmağa kömək edəcək. Xüsusilə də, stress keçirən insanlar, misal üçün, boşanan, yaxınlarını itirənlər bir müddət özlərinə gələnə qədər plastik əməliyyat etdirməməlidirlər. Onlar yalnız psixoloji durumunda stabillik hiss etdikdən sonra əməliyyata qərar verə bilərlər.Plastik əməliyyatdan sonra yaranan psixoloji problemlərin ağırlığı əməliyyatın ağırlığı ilə bağlıdır. Məsələn, üzün bütünlükdə dartılması əməliyyatı 6-7 saat davam edir. Bu cür əməliyyatdan sonra ilkin nəticə üzün şişkin olmasıdır. Bir neçə həftədən sonra yaraların sağalması və üzün daha cavan görünməsi pasiyenti şok vəziyyətinə sala bilər. Pasiyent yeni görkəmini qəbul etməyə hazır olmalıdır.Ola bilsin ki, əməliyyat edən insanın dəyişilməsini ətrafdakılar elə də hiss etməsinlər. Və sadəcə "Sən bu gün çox gözəl görünürsən", "Səndə nəsə dəyişib" kimi komplimentlər deyə bilərlər. Lakin bəzi insanlar əməliyyatın tətbiq olunduğunu anlaya bilərlər. Bu zaman da pasiyent narahatlıq keçirə bilər. Əməliyyatdan sonra ilk günlər həm fiziki, həm də psixoloji baxımdan ağır olur. Ona görə də yaxınları əməliyyat keçirmiş insana qarşı çox diqqətli və qayğıkeş olmalıdırlar


Geri dön

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 17 noyabr 2013 01:12
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
çox sağ olun məqaləyə görə

--------------------

ღNəmLi kiprikღ

  • 3 noyabr 2013 18:07
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
Twkler gozel hemise cozeldi smile

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 2 noyabr 2013 18:24
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
məqaləyə görə tşk

--------------------

^^KuKuLKa^^

  • 2 noyabr 2013 10:04
  • Məqalə: 771
  • Şərh: 11386
  • Bal:
{awards}
Ona görə də yaxınları əməliyyat keçirmiş insana qarşı çox diqqətli və qayğıkeş olmalıdırlar

--------------------

ღNəmLi kiprikღ

  • 1 noyabr 2013 22:50
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
Twkler xebere gore...

AyliN BunyaminovA

  • 30 oktyabr 2013 23:50
  • Məqalə: 488
  • Şərh: 5102
  • Bal:
{awards}
Meqaleye Gore Twkler......

--------------------

Roya_____

  • 30 oktyabr 2013 08:01
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
super meqale canım elıne saglıq:*

Samir_Wuvalan

  • 30 oktyabr 2013 00:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
. Ona görə də yaxınları əməliyyat keçirmiş insana qarşı çox diqqətli və qayğıkeş olmalıdırlar

BaKiNsKi_QiZ

  • 29 oktyabr 2013 23:54
  • Məqalə: 6
  • Şərh: 345
  • Bal:
{awards}
TEWEKKUR MEQALE UCUN CANIM

--------------------
♥ S ♥ -sen
♥ A ♥ -ALLAH'a
♥ L ♥ -layiq olsan
♥ A ♥ -ALLAH'da sene
♥ M ♥ -merhemet ede

卐✵ aGaLi ✵卐

  • 29 oktyabr 2013 23:08
  • Məqalə: 4
  • Şərh: 135
  • Bal:
{awards}
Əməliyyatdan sonra ilk günlər həm fiziki, həm də psixoloji baxımdan ağır olur. Ona görə də yaxınları əməliyyat keçirmiş insana qarşı çox diqqətli və qayğıkeş olmalıdırlar

PSIXOPATKA

  • 29 oktyabr 2013 22:35
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
Tewekkur. . .

--------------------

Samir_Wuvalan

  • 29 oktyabr 2013 22:10
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekuller cox sagolun

Xanim Zehra

  • 29 oktyabr 2013 22:09
  • Məqalə: 19
  • Şərh: 3238
  • Bal:
{awards}
tewekkurlerrrr

✵Дорогой✵

  • 29 oktyabr 2013 21:39
  • Məqalə: 732
  • Şərh: 7130
  • Bal:
{awards}
Tewekkurler

melek_19

  • 29 oktyabr 2013 21:25
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
meqale ucun tewekkur

--------------------

женя

  • 29 oktyabr 2013 20:56
  • Məqalə: 0
  • Şərh: 414
  • Bal:
{awards}
tewekkurler

--------------------
-Bəs niyə məhz mən? -Bunu anandan soruş.
Dünyanın ən gözəl qızını dünyaya o gətirib.

Milyonerkaa

  • 29 oktyabr 2013 20:46
  • Məqalə: 43
  • Şərh: 5069
  • Bal:
{awards}
tewekkurler

--------------------
gűиdűzłєr ңєr қєsi gűłdűrєи sözűм söңpєтім, axsнамłar özűмü agładаи dєяdім vаr мєиiм ..

_Awka Padnowka_

  • 29 oktyabr 2013 20:35
  • Məqalə: 0
  • Şərh: 764
  • Bal:
{awards}
Hmmmm tskr. ILK SEHR ))

--------------------
Agilli ol Wekerim :*
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 67
Cəmi: 97

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 146
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}