Orqanizminiz hazırdırmı?

 
Orqanizminiz hazırdırmı?


Mövsüm dəyişikliyi insanlarda müxtəlif dəyişikliklər yaradır. Payız və qış aylarında yazın əksinə olaraq ağacların yarpaqlarının tökülərək saralması, günəş işığının yerini buludlara verməsi müşahidə edilir. Təbiətin canlılığını itirdiyi payızda insanlarda sanki hisslər zəifləyir, pessimistlik artır. Baharda yaranan ümidlər bir anda yerini ümidsizliyə verir. Mövsüm dəyişikliyi nəticəsində insanlar yaz-yay fəsillərində alışdığı mühitdən başqa bir mühitə düşürlər. Tətilə gedən, əylənən insanlar artıq evdə oturmağa qərar verir. Səhərlər buludlu hava insanların yataqdan qalxmasına sanki imkan vermir. Qidalanma rejimi dəyişir ki, payızda insanlar daha çox qidaya ehtiyac hiss edir, nişastalı, karbohidratlı, şirniyyatlara üstünlük verilir və üstəlik hərəkətsizlik çəkinin artmasına gətirib çıxarır. Mövcud vəziyyət nəticəsində insanlar həyatdan zövq almaq imkanını itirirlər.

Mövsümi xəstəliklərdən insan gərək özü-özünü qorusun

Azərbaycan Dövlər Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Ubadulla Ağayev bildirdi ki, yoluxucu xəstəliklərin müxtəif qrupu mövsümlə bağlıdır: “Payız fəslində havaların soyuması ilə əlaqədar olaraq qrip xəstəliyi təhlükəsi var. Ümumiyyətlə, insanın təşəkkül tapdığı gündən bu günə qədər yoluxucu xəstəliklər var və bundan sonra da olacaq. Hazırda ölkə ərazisində heç bir yoluxucu xəstəliklə bağlı təhlükə yoxdur. Bütün infeksiyaların hamısı Səhiyyə Nazirliyinin nəzarətindədir. Yəni elə xəstəliklər var ki, SN-in müvafiq idarələri tərəfindən bunlar vaxtında yerinə yetirilir. Amma qrip qədim xəstəliklərdən biridir və insan mövcud olduğu gündən soyuqdəymə, müxtəlif sətəlcəmlər, hamısı var. Qrip xəstəliyi də mövsümü xarakter aldığına görə, hazırda ölkəmizdə onun epidemiyası yoxdur, hələ ki, dünyada da pandemiyası yoxdur”.

Baş epidemioloq deyir ki, bununla yanaşı, ayrı-ayrı müəssisələrdə, kollektivlərdə xəstələnmə halları olur, yaxud evlərdə ailə üzvlərindən biri xəstədirsə, digərlərindən tədric olunmursa, mütləq xəstələnəcək: “Həmçinin iş yerində işçilərdən biri xəstə halda işə gəlirsə, mütləq digərini də yoluxduracaq. Qripin törədicisi viruslardır. Müxtəif yoluxucu xəstəliklərdən qorunmaq üçün üsullar, eləcə də yoluxucu xəstəliklərin müxtəlif qrupu var. Qrip xəstəliyində bu, hava-damcı infeksiyalarına aid olduğu üçün yayılması daha tez baş verir. Ona görə də insanlar ondan qorunmaq üçün hərarəti qalxıbsa, asqırma sayı artıbsa, göz yaşarırsa, burun sulanırsa, demək, qrip əlamətləridir. Bundan qorunmaq üçün mütləq isti geyinmək, qoruyucu maska taxmaq, evdə qab-qacağını ayırmaq, qrip əleyhinə müxtəlf dərmanlardan istifadə etməlidir. Bundan başqa bizim qədim türkəçarə üsulu olan müxtəlif mürəbbələrdən, o cümlədən zoğaldan isti çayla istifadə edib yoluxmanın qarşısını almaq olur”.

Professor onu da qeyd etdi ki, digər tərəfdən insanlar havaların soyuması ilə əlaqədar olaraq geyiminə də diqqət etməlidir, qalın geyinməlidir: “Əgər xəstəliyin kəskin dövrüdürsə, işə çıxmasın. Yaşadığı ərazinin poliklinikasına müraciət etsin və 2-3 gün evdə olması lazımdır. Qrip elədir ki, həddindən artıq dərman preparatlarını istifadə etməyin heç bir faydası yoxdur. Qidalanmaya diqqət etsinlər, balla qarışdırılmış süd içsinlər, tez-tez otağın havasını dəyişsinlər və ən mühümü idmanla məşğul olsunlar. Mövsümi xəstəliklərdə insan gərək özü-özünü qorusun. Burada həm müasir tibbin nailiyyətlərindən, həm də türkəçarədən istifadə etmək lazımdır. İnsan xəstələndikdə də immunitet zəifləyir. Hazırda meyvə boldur, bazarlarda alma, gavalı, üzüm çoxdur, xurmanın mövsümü başlayır, bu meyvələrdən yesinlər immunitetləri zəifləməsin. Hər bir insan öz sağlamlığını qorumalıdır”.

Ətrafınıza pozitiv baxsanız, nə payız, nə də qışda depressiya sizə qalib gələ bilməz

Bu mövsümdə insanlarda ən çox müşahidə edilən problemlərdən biri depressiyadır.

Psixoloq Humay Axundzadənin sözlərinə görə, belə bir tendensiya məlumdur ki, payız aylarında günəş işığının azalması, təbiətdə gedən dəyişikliklər insanların orqanizmində gedən fizioloji proseslərə təsir göstərir: “Bu isə, öz növbəsində, onların psixoloji durumuna da öz təsirini göstərir. Müəyyən depressiv vəziyyətlər, xüsusilə də günəşin görünmədiyi günlərdə olması mövcuddur. İlk növbədə, deyərdim ki, insanlar özlərini tədric etməsinlər. Düşünməsinlər ki, hava tez qaralacaq, saatlar çəkiləcək, ötənilki əhval-ruhiyyəsini fikirləşəcək. Özlərinə neqativlər təlqinlər etməsinlər. Digər tərəfdən fəaliyyət vasitəsilə belə halların qarşısını almaq olar. İnsan nə qədər passivliyə qapılırsa, fəaliyyətsiz qalırsa, o zaman belə hallar arta bilər”.

Psixoloq deyir ki, ona görə insanlar həm iş, həm də fiziki aktivlik baxımından sağlamlıqlarına diqqət yetirsinlər. Həmçinin qarşılarına bir məqsəd qoysunlar, iradə, səy olan yerdə artıq depressiyaya heç bir yer qalmayacaq.

Psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Mehmanqızı isə bildirdi ki, bu fəsildə insanların təxminən hər 5 nəfərindən biri özlərinə qapanaraq müxtəlif psixoloji hallar yaşayırlar: “Depressiya vəziyyəti hər kəsdə, hətta uşaqlarda da müşahidə olunur. Depressiya vəziyyətində olan insanın bütün maraqları itir, öz həyat tərzindən, yaxud işindən zövq almır. Özünü qiymətləndirməsi aşağı olduğundan, özünü günahkar və köməksiz hiss edir. İnsanlarda “mən heç nəyə qadir deyiləm” kimi özünə münasibət qərar qəbul etməkdə ona mane olur. Depressiya vəziyyətində olan insan ətraf aləmə və əhatəsində olan insanlara heç bir əhəmiyyət vermir, psixi və fiziki aktivlik zəifləyir, iştahası belə, zəifləyir, yuxusuzluq, yaxud həddən artıq çox yatmağa meyl, kövrəklik, dalğınıqlıq, əhval-ruhiyyənin tez-tez dəyişməsi ilə təzahür edilir. Hətta güclü depressiya vəziyyətində insan səbəbsiz yorğunluq halında saatlarla bir yerdə otura bilər”.

Psixoloq deyir ki, hazırda ehtiyacımız olan öz real tələbatımızı düşünməli, bütün güclə günəşin azlığını konpensasiya etməliyik: “Vaxtınızın çoxunu işıqlı məkanda keçirin. Axşamlar evdə televizor qarşısında oturmayın, havada gəzməyə çıxın. Evdə, xüsusilə iş yerində əhval-ruhiyyəni qaldırmaq üçün mavi, çəhrayı rənglərdən müxtəlif fon yarada bilərsiniz. Depressiyaya düşməməyin ən yaxşı yolu daim işlə məşğul olmaqdır. Hər gün eyni vaxtda yatıb, eyni vaxtda qalxmaq ən əsası, öz bioloji saatınızı dəyişməməkdir. Depressiyanın ilk əlamətlərini özünüzdə müşahidə etdikdə banan, pendir, şokolad yemək, çaxır içmək məsləhətdir. Əgər sizə heç nə kömək etmirsə, depressiya halının gündən-günə artdığını müşahidə edirsinizsə, onda psixoloqa müraciət etmək lazımdır. Bütün bunlara baxmayaraq, payız, ilin gözəl fəsillərindən biridir. Çalışın ki, ətrafınıza pozitiv nəzərlə baxasınız. Belə olduqda nə payız, nə də qışda depressiya sizə qalib gələ bilməz”.

İlk növbədə dərinizi canlandırın

Payız mövsümünün gəlməsilə insanların kosmetoloji amillərə də diqqət yetirməli olduqlarını deyən həkim-kosmetoloq Səbinə İsgəndərova bildirdi ki, yayda günəşin zərərli təsirlərinə məruz qalan dəridə nəmlənmə tarazlığında azalma, günəş ləkələri, incə qırışıqlar meydana gəlir: “Bunun üçün ilk olaraq dərini canlandırmaq lazımdır. Həm üz, həm də bədən üçün pilinqlərdən istifadə etmək olar. Eləcə də yay aylarında gözlərin qıyılması nəticəsində göz ətrafında qırışlar əmələ gəlir ki, onu aradan qaldırmaq lazım gəlir. Dəniz, hovuz suyundan davamlı istifadə və hədsiz isti hava və nəm təsiriylə dərinin nəmlilik tarazlığı pozulur. Dəri isti yay günlərində günəşin quruducu təsirinə qarşı hədsiz tərlədiyindən yağ ifrazını artırır. Eyni zamanda əgər dəri lazımi məhsullarla təmizlənməsə, uyğun olmayan kosmetikadan istifadə edilərsə, yaxud yağ tərkibi dəriyə artıq təsir edən günəş qoruyuculardan istifadə edilərsə, qara nöqtələr, sivilcələr yarana bilər. Yaranan bu dəri problemlərini aradan qaldırmaq üçün ilk olaraq dəri təmizlənməsi aparılmalıdır”.

Kosmetoloq deyir ki, nizamlı qaydada dəri baxımı ilə dərinin nəm tarazlığını qorumaq mümkündür. Bunun üçün professional baxımla yanaşı, evdə də dərinin gündəlik təmizliyi və nəmləndirilməsi təmin edilməlidir. Onun fikrincə, dəriyə uyğun düzgün məhsullar seçilməlidir: “Yay aylarında istifadə edilən nəmləndiricilərlə fərqlənməlidir. Günəşin təsiriylə daha da quruyan dərinin üst səthinin müdafiə mexanizmi azaldığından tökülməyə məruz qalır. Payızda hava dəyişiklikləri səbəbilə dərinin pozulan funksiyaları nəmləndirici ilə təmin edilir”.


Geri dön

Samir_Wuvalan

  • 28 noyabr 2013 01:10
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
MeLuMaT uCuN TeSeKuLLeR

Samir_Wuvalan

  • 11 noyabr 2013 13:16
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
teşekkurler

^^KuKuLKa^^

  • 5 noyabr 2013 15:06
  • Məqalə: 764
  • Şərh: 11543
  • Bal:
{awards}
Mövsümi xəstəliklərdən insan gərək özü-özünü qorusun

--------------------

Roya_____

  • 2 noyabr 2013 12:16
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
teşekkurler

^^KuKuLKa^^

  • 2 noyabr 2013 00:58
  • Məqalə: 764
  • Şərh: 11543
  • Bal:
{awards}
Mövsümi xəstəliklərdən insan gərək özü-özünü qorusun

--------------------

Samir_Wuvalan

  • 1 noyabr 2013 23:59
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
Psixoloq deyir ki, ona görə insanlar həm iş, həm də fiziki aktivlik baxımından sağlamlıqlarına diqqət yetirsinlər. Həmçinin qarşılarına bir məqsəd qoysunlar, iradə, səy olan yerdə artıq depressiyaya heç bir yer qalmayacaq.

Nara Neznakomka

  • 1 noyabr 2013 22:47
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Mövsümi xəstəliklərdən insan gərək özü-özünü qorusun

Azərbaycan Dövlər Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Ubadulla Ağayev bildirdi ki, yoluxucu xəstəliklərin müxtəif qrupu mövsümlə bağlıdır:

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 1 noyabr 2013 22:34
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
təşəkkürlər hər birinizə

--------------------

Elza Hüseynli

  • 1 noyabr 2013 21:00
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Meqale üçün tewekkurlerrrrr

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 1 noyabr 2013 16:00
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
şərhlərə görə tşk

--------------------

^^KuKuLKa^^

  • 1 noyabr 2013 15:26
  • Məqalə: 764
  • Şərh: 11543
  • Bal:
{awards}
Mövsümi xəstəliklərdən insan gərək özü-özünü qorusun

--------------------

ღNəmLi kiprikღ

  • 1 noyabr 2013 14:34
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler seytankam:)

Roya_____

  • 1 noyabr 2013 12:39
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurler wekerım

Qaska_Quli

  • 1 noyabr 2013 09:50
  • Məqalə: 28
  • Şərh: 13412
  • Bal:
{awards}
tshkkkkkkkkkkkk

--------------------

мυsLiмαηκα

  • 1 noyabr 2013 07:32
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
teşekkürler....

Banned549678

  • 1 noyabr 2013 07:04
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkürlər OmruSum=)

melek_19

  • 1 noyabr 2013 01:15
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
meqale ucun tewekkur

--------------------

AyliN BunyaminovA

  • 1 noyabr 2013 01:13
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
ܨܓܓܨܓܓ✍

Samir_Wuvalan

  • 1 noyabr 2013 01:13
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
Psixoloq deyir ki, ona görə insanlar həm iş, həm də fiziki aktivlik baxımından sağlamlıqlarına diqqət yetirsinlər. Həmçinin qarşılarına bir məqsəd qoysunlar, iradə, səy olan yerdə artıq depressiyaya heç bir yer qalmayacaq.

✵Дорогой✵

  • 1 noyabr 2013 00:46
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkürlər

ღ★Yağmur★ღ

  • 31 oktyabr 2013 23:43
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Faydalı xəbərə görə çox sağ ol bacı

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

Samir_Wuvalan

  • 31 oktyabr 2013 23:29
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
Məlumata görə təşəkkürlər....

ღ★Yağmur★ღ

  • 31 oktyabr 2013 23:28
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Məlumata görə təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

PSIXOPATKA

  • 31 oktyabr 2013 23:09
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Tewekkur.. .

--------------------

Samir_Wuvalan

  • 31 oktyabr 2013 22:55
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
Mövsümi xəstəliklərdən insan gərək özü-özünü qorusun

✰ ♥..Золушка..♥ ✰

  • 31 oktyabr 2013 22:12
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkurler

Qaranliqda_tek

  • 31 oktyabr 2013 22:08
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
twkler..........

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

ღ★Yağmur★ღ

  • 31 oktyabr 2013 22:06
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
İlk şərh məndən

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 37

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}