İnsan fitri olaraq ictimai xəlq edilmişdir. İnsanın bir dosta və həmsöhbətə ehtiyacı bundan qaynaqlanır. Bir dost insanın xoşbəxt və ya bədbəxt olmasına təsir edər. Bədbəxt dost insanı bədbəxt edər, xoşbəxt dost isə xoşbəxt. Ona görə də bu aləmin bir oyuncaq olduğu söylənilir. İnsanın xoşbəxt və ya bədbəxt olması üçün səbəb və nəticə lazımdır. (Tebyan)
İki dost bir-biri ilə ünsiyyət saxlayan zaman əgər söhbətlərinin əslində maddiyyat durursa, bu, istər-istəməz onların ruhlarını bir-birinə qarışdırar. Bu dostun ruhu o birisinə təsir qoyar. Hər bir insanın rəftar və davranışı başqasına təsir qoyar. Get-gedə əqidələri, arzuları da bir olar. Ona görə də övladının dostu olmuş vaideynlər onların fikilərinə və əqidələrinə təsir edirlər. Ancaq bir evdə yaşayıb, bir-birinin dostu olmayan ərlə arvad, övladla valideynlər bir-birinə təsir qoya bilmirlər.
“Əgər onlar sizə hakim olsalar, sizin (ən qəddar) düşmənlərinizə çevrilərlər və sizə pisliklə əllərini və dillərini uzadar və həmişə istərlər ki, siz kafir olasınız”. (“Mumtəhənə” 2).
Ona görə də iradədən sonra insan şəxsiyyətini formalaşdıran amillərdən biri də dost və yoldaşdır. Çünki fikirlərinin və əxlaqının mühüm hissəsini bu yolla əldə etmiş olur. Dostun kamal və naqis cəhətləri insan ruhuna o qədər təsir edər ki, insanı həmin dosta bənzədər.
İmam Əli (ə) buyurur: “Kiminlə dost olduğunu söylə, sənə kim olduğunu deyim”.
O kəs ki, səninlə olar, gününün çox hissəsini səninlə keçirdər, sənin dostun olar. Ata, ana, bacı, qardaş - bir-birinin həqiqi dostlarıdır. Ancaq bu gün elmin inkişaf etməsi ilə insanlar üzünü görmədikləri çox sayda dostlar əldə edirlər. Ancaq çox təəssüf ki, bu dostluqlardan yanlış istifadə etmək bir çoxlarını ziyana salır. Onlara ruhi və psixologi zərər vurar.
Quran hər birimizə kimlərlə dost olub-olmadığımızı bəyan edir. Bizlərə həqiqi dostun nişanələrini verib, bu insanlarla yaxın olmağımızı tövsiyə edir. “Şeytanın addımlarına tabe olmayın ki, həqiqətən o, sizin açıq-aşkar düşməninizdir”. (“Ənam” 142).
“Ey iman gətirənlər, Mənim düşmənimi və öz düşməninizi dost tutmayın!”. (“Mumtəhənə” 1).
“Onun hökmranlığı (və əmri) ancaq onu dost və başçı tutan kəslər və ALLAHa şərik qoşanlar üzərində (keçərli)dir”. (“Nəhl” 100).
Bəli, şeytan insanın dostu deyil, düşmənidir. Bizi nurdan zülmətə tərəf aparar. Get-gedə bütün həyatımızı zülmətli edər.
ALLAH Özünü və Məsum İmamları (ə) isə ən yaxşı dost kimi tanıtmışdır: “ALLAH pənahına tərəf gedin, O, sizin mövlanızdır. Necə də gözəl Mövla və necə də gözəl Yavərdir”.
O, elə bir dostdur ki, bizi ən pis anlarımızda belə tək buraxmaz. Bizi irəliyə aparar və qəm-qüssəminizi aradan aparar. Sirrimizi ifşa etməz, abırımızı aparmaz. Biz xata işlədən zaman günahımızı bağışlayar. Bəli, O, günahları bağışlayandır. İstəklərimizi yerinə yetirəndir. O, bizin ALLAHımızdır.