Yuxu çatışmazlığının uşaqlar üçün yaratdığı fəsadlar

 
Yuxu çatışmazlığının uşaqlar üçün yaratdığı fəsadlar

Təhsil sahəsində araşdırmalar aparan beynəlxalq ekspertlər qrupunun gəldiyi rəyə əsasən, yuxu çatışmazlığı şagirdlərin məktəbdə geriləməsinin əsas səbəblərindən biridir. Bu məsələ xüsusən mobil telefon və kompüterlərin geniş yayıldığı inkişaf etmiş ölkələrdə ciddi problemə çevrilib. Yuxu ekspertləri problemi məktəblilərin hətta yataqda olarkən belə mobil telefon və kompüuterdən istifadə etmələrilə bağlayırlar.

Alimlər şagirdlərin riyaziyyat, ədəbiyyat və fiziki tərbiyə üzrə nailiyyətlərini, həmçinin onların neçə saat yatmalarını təhlil ediblər.
Daha az yatan uşaqların daha aşağı, yuxusu normasında olan uşaqların isə daha yükcək nailiyyətlər əldə etdiyi məlum olub.

Eyni zamanda yuxu sahəsində ekspertlər bildirirlər ki, yatmazdan öncə mobil telefon və kompüterlərdən istifadə edilməsi yuxunun keyfiyyətini və gümrahlıq dərəcəsini xeyli aşağı salır.

Yuxu çatışmazlığı o dərəcədə ciddi problemə çevrilib ki, araşdırmaya əsasən, yuxu çatışmazlığı keçirən şagirdlər üçün məktəb dərslərinin sadələşdirilməsi ehtiyacı yaranıb.

Yuxu çatışmazlığı - dərs çatdırmasına əngəldir

Boston Kolleci tərəfindən aparılmış beynəlxalq tədqiqatın nəticələrinə əsasən, ABŞ yuxu çatışmazlığından əziyyət çəkən tələbələrin sayına görə dünyada ən irəlidə gedən ölkədir – burada 9 yaşlı şagirdlərin 73%-i və 10 yaşlı şagirdlərin 80%-i müəllimlər tərəfindən bu problemdən əziyyət çəkənlər siyahısına aid edilib.

Bu göstərici isə dünya ölkələri üzrə ortalanmış müvafiq rəqəmlərdən xeyli yüksəkdir.

Azərbaycan

ABŞ-dan sonra yuxu çatışmazlığı cədvəlində yerləri tutan ölkələr Yeni Zelandiya, Səüdiyyə Ərəbistan, Avstraliya, İngiltərə, İrlandiya və Fransadır. Təhsildə kifayət qədər yüksək səviyyə nümayiş etdirən Finlandiya da tələbələri yuxu çatışmazlığından əziyyət çəkən ölkələr sırasındadır.

Yuxu çatışmazlığından ən az əziyyət çəkən ölkələr sırasında Azərbaycan, Qazaxıstan, Portuqaliya, Çex Respublikası, Yaponiya və Malta kimi ölkələrin adı çəkilir.

Amma yuxunun lazımı dərəcədə alınması eyni zamanda təhsildə yüksək nəticə göstərməyən ölkəni təhsil qabaqcılına da çevirmir.

Misal üçün şagirdlərinin yuxu çatışmazlığı əmsalı ən az olan Azərbaycan təhsildə yuxu çatışmazlığından əziyyət çəkən Finlandiya şagirdlərindən nəzərə çarpacaq dərəcədə geri qalır.

Araşdırma gənclərin nə səbəbdən yuxularını ala bilmədiklərini və texnoloji cəhətdən daha çox inkişaf etmiş ölkələrdə bu problemin nəyə görə daha kəskin olduğu sualına cavab vermir.

Təhsil üçün ciddi əngəl

Ekspertlər yuxu çatışmazlığına gətirən əsas səbəblər arasında gənclərin dostlarıyla gecə saatlarınadək internet və SMS vasitəsilə yazışmalarını göstərir.

Kömpüter ekranının yaxın məsafədən üzə işıq salması nəticəsində yuxunun qaçdığı qeyd olunur.

Illinoysda Northwestern Universitetinin yuxu tədqiqatçısı Karrie Fitzpatrick qeyd edir ki, kompüter və mobil telefonlar yuxuya getmək istəyən adamın beynini ayıq saxlayır.

Ekspertlər yuxu çatışmazlığının təhsil prosesi üçün ciddi əngələ çevrilə biləcəyini qeyd edirlər.

"Yuxusuzluq təhsillə bağlı bütün mərhələlərdə yaddaş və təhsil üçün ciddi problemdir", Surrey Universiteti Yuxu Araşdırmaları Mərkəzinin əməkdaşı Derk-Jan Dijk deyir.

Yuxu çatışmazlığı şəraitində məlumatın qavranması və yadda saxlanması xeyli çətinləşir.

Bununla belə ekspertlər qeyd edir ki, yuxusuzluğun fəsadlarını əksər hallarda aradan qaldırmaq mümkündür, bunun üçün yuxu normasını gözləmək kifayət olur.


Geri dön

Emma

  • 7 noyabr 2013 16:56
  • Məqalə: 0
  • Şərh: 458
  • Bal:
Tewekkurler ..............

^^KuKuLKa^^

  • 5 noyabr 2013 12:51
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
Yuxu çatışmazlığı o dərəcədə ciddi problemə çevrilib ki, araşdırmaya əsasən, yuxu çatışmazlığı keçirən şagirdlər üçün məktəb dərslərinin sadələşdirilməsi ehtiyacı yaranıb.

--------------------

ღNəmLi kiprikღ

  • 4 noyabr 2013 18:44
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler meqale ucun...

AyliN BunyaminovA

  • 4 noyabr 2013 17:25
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Twkler xeber ucun

--------------------
ܨܓܓܨܓܓ✍

Elza Hüseynli

  • 3 noyabr 2013 22:53
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Xeber üçün tewekkurlerrrrrrr

✰ ♥..Золушка..♥ ✰

  • 3 noyabr 2013 20:25
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
meqaleye gore sagol...

winxclub_bloom

  • 3 noyabr 2013 20:11
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
maraqliydi,,twk

--------------------

Nara Neznakomka

  • 3 noyabr 2013 19:35
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Alimlər şagirdlərin riyaziyyat, ədəbiyyat və fiziki tərbiyə üzrə nailiyyətlərini, həmçinin onların neçə saat yatmalarını təhlil ediblər.
Daha az yatan uşaqların daha aşağı, yuxusu normasında olan uşaqların isə daha yükcək nailiyyətlər əldə etdiyi məlum olub.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

ღNəmLi kiprikღ

  • 3 noyabr 2013 18:51
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Təhsil üçün ciddi əngəl

Ekspertlər yuxu çatışmazlığına gətirən əsas səbəblər arasında gənclərin dostlarıyla gecə saatlarınadək internet və SMS vasitəsilə yazışmalarını göstərir.

Kömpüter ekranının yaxın məsafədən üzə işıq salması nəticəsində yuxunun qaçdığı qeyd olunur.

^^Nazlı Şeytan^^

  • 3 noyabr 2013 18:40
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
saat 7-den qalxiram ee ama neysede uwaq deyilem ki:)

melek_19

  • 3 noyabr 2013 18:37
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
hmmmmmmmm xeber ucun tewekkur

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 3 noyabr 2013 18:30
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə tşk

--------------------

Roya_____

  • 3 noyabr 2013 17:49
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
teşekkurler..

-Kralica-

  • 3 noyabr 2013 17:48
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
ttwwwwwkkkkkkkkk

--------------------




ღNəmLi kiprikღ

  • 3 noyabr 2013 17:44
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler xeber ucun:)

ShคмKiʀKค

  • 3 noyabr 2013 17:41
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
TEWEKKURLER^^

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 21
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}