Uşaqlarımız niyə ağlayırlar?

 
Uşaqlarımız niyə ağlayırlar?

Körpənin gülümsəməsi, məmnun olması hər bir valideynin ən böyük arzusudur. Amma körpə gülümsəməkdənsə, daha çox ağlayır. Körpənin ağlaması təbii olsa da, xüsusilə də gənc valideynlər bunu həyəcanla qarşılayırlar.

Uşaq psixoloqu Nailə Vəliyevanın sözlərinə görə, uşaqlar səbəbli və ya səbəbsiz ağlayır və analar da onları necə sakitləşdirəcəyini bilmirlər. Körpənin ağlaması valideynlər arasında mübahisələrə də səbəb olur. Bir qayda olaraq, ana bu prosesə cəlb edilir, ata isə nəticəni gözləyir və burada hər bir valideyn ayrı-ayrılıqda məsuliyyət daşıyır. Bu baxımdan da uşaq ağlayarkən valideynlərin keçirdiyi hisslər fərqli olur. Onlar uşağın ağlamağının səbəbini də fərqli qəbul edirlər. Bəzən isə uşaq sakitləşməyəndə ailə üzvləri günahı anada görürlər.

N.Vəliyeva bildirib ki, yeni doğulan körpənin emosional həyatında ağlama reaksiyası əsas yer tutur. Ağlama prosesi təbii və təəccüb doğuran fenomendir. Ağlama təkamül prosesində valideynin əsəb sisteminə effektiv "zərbə" yolu ilə diqqətin cəlb edilməsi kimi çox intonasiya ilə təzahür edir. Körpə beşikdən belə anaya tez çatan, ona ehtiyac duyduğunu göstərən tembri seçə bilir. Sadəcə, bunu deməyi körpə hələ bacarmır. Onun ağlaması öz ehtiyacları və arzuları haqqında valideynlərə xəbərin verilməsi üsuludur.

Körpənin ağlaması təbii tənəffüs gimnastikasıdır: "Amma bu gimnastika ilə həddindən artıq çox məşğul olmasın deyə ona qayğı göstərmək lazımdır. Yeni doğulan körpə bir yaşına kimi çağalıq dövrünü yaşayır. Məhz bu dövrdə uşaqlar daha çox ağlayır. Təbii ki, bu yaş dövründə uşaqlar nə istədiklərini başa sala bilmədikləri üçün valideynlər də uşağın nəyə görə ağladığını bilmir və onları sakitləşdirməkdə çətinlik çəkirlər".

Həmsöhbətimizin dediyinə görə, çağalar müxtəlif səbəblərdən - acıyanda, altını batıranda, ətrafdakı səs-küydən narahat olanda, harasısa ağrıyanda - ağlayırlar. Həyatının ilk günlərində çağanın ağlamağı hər dəfə eyni cür görünür: "Sizə elə gələ bilər ki, o, acıyanda da, altını batıranda da, narahat olanda da eyni cür ağlayır. Lakin diqqət etsəniz, əslində uşaqların müxtəlif səbəblərə görə fərqli ağladığını görərsiz. Əgər körpəniz təkidlə və dayanmadan ağlayırsa, deməli, o, acıyıb və ya altını batırıb. Əgər qışqırıq kimi səslə ağlayırsa, deməli, harasısa ağrıyır və ya qazı var. Səs-küydən narahat olursa, onda inilti şəklində ağlayacaq. Körpənizin ağlamağına fikir versəniz, onun nə istədiyini müəyyənləşdirə bilərsiz".

Onun sözlərinə görə, körpəni sakitləşdirməyin ən asan yolu səsli oyuncaqlardı: "Mümkün olduqca səsli və işıqları olan oyuncaqlar alın. Uşağınızı yelləyərək də sakitləşdirə bilərsiz. Çağanızı sol qolunuzun üstünə qarnı üstdə uzadıb yavaşca belini sığallayın. Çünki bu vəziyyətdə uşaq anasının iyini daha yaxşı hiss edir və anasının yanında olduğunu başa düşüb rahatlaşır".

Bir çox valideynlər uşaqlarının maşında gedəndə sakitləşdiyini deyirlər. Buna əsas səbəb uşağın ana bətnində uzun müddət mayenin içərisində olmasıdır. Ana tərpəndikcə uşaq mayenin içərisində sanki yellənir. Buna görə də uşaq doğulduqdan sonra bu şəraiti ona yaratdıqda o, sakitləşir: "Uşaq sakitləşsin deyə, çağanıza əmməsi üçün əmzik və ya sadəcə damağına sürtmək üçün rezin oyuncaq da vermək olar. Ağlayan uşağınızı qucağınıza aldığınız vaxt mütləq gözlərinə baxmağa və onunla danışmağa çalışın. Tez-tez kürəyini, əl və ayaqlarını masaj edin. Əgər adamların çoxluğundan narahat olursa, mütləq sakit yerə keçin. Çünki əgər bunu etməsəniz uşaq bütün günü ağlaya bilər. Ağlamağı kəsmirsə, onu təmiz havaya çıxarmağı çalışın. Uşağınızı yerə arxası üstdə uzadın. Qoyun ayaqlarını oynatsın. Bu onu rahatlaşdıracaq".

Ən əsası uşaq ağlayarkən valideyn sakit olmağa çalışmalıdır. Mütəxəssisə görə, körpə ilə ananın kontaktı o qədər güclü olur ki, ana əsəbi və narahat olduqda o da mütləq narahat olur. Buna görə də körpənizin sağlamlığı üçün neqativ vəziyyətlərdən uzaq olmağa çalışın.

Uşaqların həqiqi və manipulyativ ağladığını deyən psixoloq bildirib ki, təcrübəli valideynlər onları asan ayıracaqlar: "Əgər uşaq yıxılıb ağlayırsa, görünür ki, bu həqiqi ağlamadır. Əgər uşaq ənənəvi şəkildə ağlayıb qışqırmağa başlayırsa, deməli, nəsə onun xoşuna gəlmir və ona nəsə lazımdır. Göründüyü kimi bu manipulyativ ağlamadır. Bir qayda olaraq, ağlama tamamilə həqiqi hisslərdən başlayır, amma manipulyativ kimi davam edir".

Qeyd edək ki, kişilər uşağın manipulyasiya etməsindən şübhələnməyə daha meyllidirlər. Qadınlarsa uşağın həqiqətən ağladığını düşünürlər. Bu da valideynin uşaqla nə qədər vaxt keçirməsindən birbaşa asılıdır. Statistikaya görə, kişilər adətən vəziyyətə daha obyektiv baxırlar. Bu səbəbdən də əgər ata da uşaqla məşğul olursa, onda uşağın ağlamasının səbəbini daha düzgün müəyyən edir.


Geri dön

Emma

  • 7 noyabr 2013 12:14
  • Məqalə: 0
  • Şərh: 458
  • Bal:
Tewekkurler .............

AyliN BunyaminovA

  • 6 noyabr 2013 23:37
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------
ܨܓܓܨܓܓ✍

-Kralica-

  • 5 noyabr 2013 12:10
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tewekkurler

--------------------




^^KuKuLKa^^

  • 5 noyabr 2013 12:00
  • Məqalə: 764
  • Şərh: 11543
  • Bal:
{awards}
Körpənin gülümsəməsi, məmnun olması hər bir valideynin ən böyük arzusudur. Amma körpə gülümsəməkdənsə, daha çox ağlayır. Körpənin ağlaması təbii olsa da, xüsusilə də gənc valideynlər bunu həyəcanla qarşılayırlar.

--------------------

Bash Belası

  • 5 noyabr 2013 11:30
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Maraqlı xəbərə görə saoL aşkısı...)

^^KuKuLKa^^

  • 5 noyabr 2013 01:24
  • Məqalə: 764
  • Şərh: 11543
  • Bal:
{awards}
Körpənin gülümsəməsi, məmnun olması hər bir valideynin ən böyük arzusudur. Amma körpə gülümsəməkdənsə, daha çox ağlayır. Körpənin ağlaması təbii olsa da, xüsusilə də gənc valideynlər bunu həyəcanla qarşılayırlar.

--------------------

^^Nazlı Şeytan^^

  • 4 noyabr 2013 21:17
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

Renesme

  • 4 noyabr 2013 21:16
  • Məqalə: 8
  • Şərh: 2272
  • Bal:
{awards}
Maraqli idi tewekkurler

--------------------

Elza Hüseynli

  • 4 noyabr 2013 20:19
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Maraqli idi tewekkurler

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 4 noyabr 2013 19:36
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
şərhlərə görə tşk

--------------------

^^KuKuLKa^^

  • 4 noyabr 2013 19:29
  • Məqalə: 764
  • Şərh: 11543
  • Bal:
{awards}
Körpənin gülümsəməsi, məmnun olması hər bir valideynin ən böyük arzusudur. Amma körpə gülümsəməkdənsə, daha çox ağlayır. Körpənin ağlaması təbii olsa da, xüsusilə də gənc valideynlər bunu həyəcanla qarşılayırlar.

--------------------

Samir_Wuvalan

  • 4 noyabr 2013 18:54
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
Körpənin ağlaması təbii tənəffüs gimnastikasıdır: "Amma bu gimnastika ilə həddindən artıq çox məşğul olmasın deyə ona qayğı göstərmək lazımdır. Yeni doğulan körpə bir yaşına kimi çağalıq dövrünü yaşayır. Məhz bu dövrdə uşaqlar daha çox ağlayır. Təbii ki, bu yaş dövründə uşaqlar nə istədiklərini başa sala bilmədikləri üçün valideynlər də uşağın nəyə görə ağladığını bilmir və onları sakitləşdirməkdə çətinlik çəkirlər"....

✰_DeLNoLiNi_✰

  • 4 noyabr 2013 18:08
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
Körpənin ağlaması təbii tənəffüs gimnastikasıdır: "Amma bu gimnastika ilə həddindən artıq çox məşğul olmasın deyə ona qayğı göstərmək lazımdır. Yeni doğulan körpə bir yaşına kimi çağalıq dövrünü yaşayır. Məhz bu dövrdə uşaqlar daha çox ağlayır. Təbii ki, bu yaş dövründə uşaqlar nə istədiklərini başa sala bilmədikləri üçün valideynlər də uşağın nəyə görə ağladığını bilmir və onları sakitləşdirməkdə çətinlik çəkirlər".....

--------------------

-Kralica-

  • 4 noyabr 2013 17:58
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Körpənin ağlaması təbii tənəffüs gimnastikasıdır: "Amma bu gimnastika ilə həddindən artıq çox məşğul olmasın deyə ona qayğı göstərmək lazımdır. Yeni doğulan körpə bir yaşına kimi çağalıq dövrünü yaşayır. Məhz bu dövrdə uşaqlar daha çox ağlayır. Təbii ki, bu yaş dövründə uşaqlar nə istədiklərini başa sala bilmədikləri üçün valideynlər də uşağın nəyə görə ağladığını bilmir və onları sakitləşdirməkdə çətinlik çəkirlər".

--------------------




ღNəmLi kiprikღ

  • 4 noyabr 2013 17:57
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}

Twkler xebere gore:)

Roya_____

  • 4 noyabr 2013 17:40
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurler bıdenem=)

winxclub_bloom

  • 4 noyabr 2013 17:39
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
melumat uchun chox sagol

--------------------

Banned549678

  • 4 noyabr 2013 17:38
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
OmrusUm xebere gore cox sagol men balacaligda cox aglagan olmusam ele indide(

melek_19

  • 4 noyabr 2013 17:36
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
ilk werh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}