"Göbələk" tam müalicə olunur

 
"Göbələk" tam müalicə olunur


Elə xəstəliklər var ki, onlar insanları narahat etməklə yanaşı, olduqca çirkin də görünür. Üstəlik elə qəribə və ağılagəlməz yollarla insanı yoluxdurur ki, bir anlıq insan özünü xəstəliyin məngənəsində çabalayan kimi görür. Belə olan halda, müalicə, müayinə və sağlamlıq üçün təşvişə düşülür.

Gündəlik həyatımızda fikir vermədiyimiz bir çox hallar bizi müalicəsi asan olmayan və yorucu bir proses olan xəstəliklərə yoluxdura bilər. Belə xəstəliklərdən biri də göbələklərdir. Göbələk dedikdə insanın ağlına birinci növbədə ayaqlar gəlir. Lakin göbələk tək ayağa məxsus xəstəlik deyil. Bədənin istənilən nahiyəsində yarana və yayıla bilən bu xəstəlikdən bu gün Azərbaycanda əziyyət çəkən kifayət qədər insan var. Ayaqda göbələk infeksiyaları çoxlarını narahat edən problemdir. Bu xəstəlik çox geniş yayılıb və yaranma mənbəyi də natəmizlikdir. Qulluq olmayan, natəmiz saxlanılan ayaqlar birbaşa xəstəlik mənbəyidir.

Göbələk xəstəliyi el arasında sağalmaz xəstəlik kimi də məşhurdur. Bir dəfə bu xəstəliyə yoluxan insan zaman-zaman yenidən xəstəliyə yoluxma təhlükəsi ilə üz-üzə qalar deyə bir düşüncə mövcuddur. Lakin dermatoloqlar bu fikirdədir ki, düzgün müalicə ilə göbələkdən qurtulmaq mümkündür. Üstəlik bir daha yoluxmamaq üzrə.

Dermatoloq Sahib Rzayevin sözlərinə görə, göbələk xəstəliyinə yoluxmamaq üçün olduqca təmiz, gigiyenik və sağlam həyat tərzi sürmək lazımdır. Göbələk xəstəliyinin insana yoluxması çox asandır. Buna görə də, diqqətli olmaq əsas şərtdir: "Göbələklər müxtəlifdir. Heyvandan, insandan, torpaqdan, əşyalardan keçmə qabiliyyətinə malikdir. Heyvandan insana, eləcə də insandan insana keçən göbələklər iki insanın eyni əşyadan istifadə etməsi zamanı da yoluxa bilər. Xüsusən, harasa qonaq gedəndə verilən ev başmaqlarından, əl-üz dəsmallarından, kafelərdə, yaxud idman zallarında olan dəsmallardan, ümumi oyun yerlərində ayaqqabı dəyişmə tələbi olduğu zaman verilən xüsusi ayaqqabılardan, ümumi hamam və saunalardan, dəyişik düşən corablardan göbələyin keçməsi mümkündür. Buna görə, mümkün qədər diqqətli olmaq, ailə üzvləri olsa belə onlarla eyni geyim, yaxud dəsmallardan istifadə etməmək lazımdır".

Həmsöhbətimiz deyir ki, göbələk yerləşməsinə görə bədənin müxtəlif nahiyələrində ola bilər və yerləşməsindən asılı olaraq görünüşü də dəyişər. Uşaqlara nisbətən böyüklərdə rast gəlinən göbələklər ən çox ayaq və qulaqda yerləşir. Uşaqlarda isə əllərdə, barmaq aralarında və baş dərisində olur. "Uzun müddətli müalicə olsa da effekt verir və göbələk tamamilə sağalır".

Göbələyin ilkin göstəricisi qaşıntıdır. Qaşıntı olan bölgədə böyük ehtimalla göbələyin yayılması baş verir. Halqa formasında, iç-içə olan suluqlu yaralar, dərinin tökülməsi, ətin büzüşməsi göbələyin varlığının göstəricisidir. İlkin mərhələdə sadəcə qaşınma və qızarma olaraq nəzərə çarpan göbələk vaxtında müalicə olunmadıqda daha da ağırlaşır və bir növ dərini çürütməyə başlayır. Ayaqlara düşən göbələklər dırnağın qalınlaşmasına, formasını itirməsinə, sərtləşməsinə, pul-pul tökülməyinə səbəb olur. Göbələyin ən çox yayıldığı yer isə ayaqlar, dırnaqlar, barmaq araları və ayaq dabanıdır.

Dermatoloqun dediyinə görə, göbələyin daha çox ayaqda yaranmasının səbəbi ayağın digər bədən üzvəri ilə eyni şəraitdə olmamasıdır. Ayaqların daim bağlı qalması, ayaqqabıların hava keçirməməsi, ayağın tərləməsi və nəmli qalması göbələk üçün şərait yaradır. Ayaq barmaqları arasında kök salan göbələk şiddətli qaşınma və suluqlar yaradır. Ayağı qaşıdıqda isə vəziyyət daha da gərginləşir: "Ayaqda göbələk varsa, üstəlik təmizliyə riayət edilmir və digər mikroblar da bulaşarsa, vəziyyət daha da pis olur. Göbələyin yaranmaması üçün bədəni daim quru saxlamaq lazımdır. Başqa insanların əşyalarından istifadə etməmək, alanəm corablar geyinməmək, ayaqları mütləq qurulamaq lazımdır. Göbələk nəmli mühitləri sevdiyi üçün mümkün qədər bədəni quru saxlamaq vacibdir".

S.Rzayevin bildirdiyinə görə, göbələyinn müalicəsindən əvvəl klinikada onun növü müəyyənləşdirilməlidir. Göbələk olan hissədən qazıma yolu ilə nümunə götürülür və mikroskopda baxılır. Göbələyin növü müəyyən olunduqdan sonra müalicəyə başlanılır: "Göbələyin yeri və növü müəyyən olunduqdan sonra müalicə yazılır. Uzunmüddətli müalicədir, lakin müalicəni yarıda kəsmək effekt vermir. Sağaldıqdan sonra da bir müddət davam etmək lazımdır. Müxtəlif dərmanlar və mazlarla müalicə olunur. Ən az 3 ay davamlı və diqqətli müalicəni aparmaq azımdır. Dərinliyindən asılı olaraq 1 ilə qədər də müddəti uzana bilir. Göbələk xəstəliyi müalicə olunmadıqda bütün bədənə yayıla bilər. Nəticədə bütün bədən çox çirkin bir görünüş almış olacaq. Müalicədən sonra isə kəskin izlər yaranacaq. Odur ki, göbələk yarandığı və narahat etdiyi andan müalicə etmək vacibdir".

Elə göbələk xəstəlikləri də var ki, onların törədiciləri, yəni maya göbələkləri bütün insanların dərisində, selikli qişalarda olur, lakin orqanizm zəiflədikdə, əsasən antibiotiklərin nəzarətsiz qəbulu və gigiyenik qaydalara düzgün riayət edilmədikdə baş qaldırır. Bu zaman dəri və selikli qişalarda qızartılar, qabıqlanma və qaşınma müşahidə olunur. Əgər bu əlamətlər kimisə narahat edirsə, mütləq həkimə müraciət etmək, başqaları ilə yaxından təmasda olmaqdan çəkinmək lazımdır.


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 1 dekabr 2013 21:06
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
tewekkurler....

Samir_Wuvalan

  • 28 noyabr 2013 01:08
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
{awards}
MeLuMaT uCuN TeSeKuLLeR..

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 20 noyabr 2013 19:58
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Мüəllifə təşəkkürlər...

--------------------

Samir_Wuvalan

  • 20 noyabr 2013 00:05
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
{awards}
məqaləyə görə çox sağ olun .

--------------------

Samir_Wuvalan

  • 14 noyabr 2013 00:19
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
{awards}
meslehetler ucun tewekkuR..

--------------------

Roya_____

  • 11 noyabr 2013 17:15
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
teşekkürler.

Samir_Wuvalan

  • 11 noyabr 2013 13:08
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
{awards}
Twkler meqaleye gore...

--------------------

ღNəmLi kiprikღ

  • 8 noyabr 2013 20:10
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler meqaleye gore

Banned549678

  • 7 noyabr 2013 17:48
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Cox SaGolun serhlerCun^^

Elza Hüseynli

  • 6 noyabr 2013 20:00
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Xebere göre tewekkurler

Axilli qiz

  • 6 noyabr 2013 18:47
  • Məqalə: 15
  • Şərh: 1399
  • Bal:
{awards}
e e oxumadim

--------------------
reklam etmek olmaz

Emma

  • 6 noyabr 2013 17:16
  • Məqalə: 0
  • Şərh: 458
  • Bal:
{awards}
Tewekkurler ...

AyliN BunyaminovA

  • 6 noyabr 2013 17:13
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Twkler....

--------------------
ܨܓܓܨܓܓ✍

✰_DeLNoLiNi_✰

  • 6 noyabr 2013 17:12
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
Göbələk xəstəliyi el arasında sağalmaz xəstəlik kimi də məşhurdur. Bir dəfə bu xəstəliyə yoluxan insan zaman-zaman yenidən xəstəliyə yoluxma təhlükəsi ilə üz-üzə qalar deyə bir düşüncə mövcuddur. Lakin dermatoloqlar bu fikirdədir ki, düzgün müalicə ilə göbələkdən qurtulmaq mümkündür. Üstəlik bir daha yoluxmamaq üzrə.

--------------------

melek_19

  • 6 noyabr 2013 17:09
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Wukurler olsun Allahima bele bir problemim yoxdur

--------------------

Roya_____

  • 6 noyabr 2013 16:33
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
xebere gore tesekkurler

winxclub_bloom

  • 6 noyabr 2013 16:17
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
melumat uchun teshekkurler

--------------------

Nara Neznakomka

  • 6 noyabr 2013 16:04
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
_Tewekkurler___ _ _

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

^^KuKuLKa^^

  • 6 noyabr 2013 15:14
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
Elə xəstəliklər var ki, onlar insanları narahat etməklə yanaşı, olduqca çirkin də görünür. Üstəlik elə qəribə və ağılagəlməz yollarla insanı yoluxdurur ki, bir anlıq insan özünü xəstəliyin məngənəsində çabalayan kimi görür. Belə olan halda, müalicə, müayinə və sağlamlıq üçün təşvişə düşülür.

--------------------

ღNəmLi kiprikღ

  • 6 noyabr 2013 15:01
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Dermatoloq Sahib Rzayevin sözlərinə görə, göbələk xəstəliyinə yoluxmamaq üçün olduqca təmiz, gigiyenik və sağlam həyat tərzi sürmək lazımdır. Göbələk xəstəliyinin insana yoluxması çox asandır. Buna görə də, diqqətli olmaq əsas şərtdir: "Göbələklər müxtəlifdir. Heyvandan, insandan, torpaqdan, əşyalardan keçmə qabiliyyətinə malikdir. Heyvandan insana, eləcə də insandan insana keçən göbələklər iki insanın eyni əşyadan istifadə etməsi zamanı da yoluxa bilər. Xüsusən, harasa qonaq gedəndə verilən ev başmaqlarından, əl-üz dəsmallarından, kafelərdə, yaxud idman zallarında olan dəsmallardan, ümumi oyun yerlərində ayaqqabı dəyişmə tələbi olduğu zaman verilən xüsusi ayaqqabılardan, ümumi hamam və saunalardan, dəyişik düşən corablardan göbələyin keçməsi mümkündür. Buna görə, mümkün qədər diqqətli olmaq, ailə üzvləri olsa belə onlarla eyni geyim, yaxud dəsmallardan istifadə etməmək lazımdır".

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 6 noyabr 2013 14:33
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə tşk bacı

--------------------

-Kralica-

  • 6 noyabr 2013 14:16
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
twwwwwwwwwwwkkkkkkkkkkkk

--------------------




ShคмKiʀKค

  • 6 noyabr 2013 14:08
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
tewekkurler^^

^^Nazlı Şeytan^^

  • 6 noyabr 2013 14:06
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}