Mühərrəm ayının ilk gününün müstəhəb əməlləri

 
Mühərrəm ayının ilk gününün müstəhəb əməlləri

Mühərrəm hüzn və kədər ayıdır. Böyük Füzulinin dediyi kimi, “Mahi-mühərrəm oldu, məsərrət həramdır, Matəm bu gün şəriətə bir ehtiramdır”.

Məsum imamlarımız mühərrəm ayı girəndə matəmə qərq olar, İmam Hüseynə (ə) əza saxlayardılar. İmam Rza (ə) buyurub ki, mühərrəm ayı girəndən atamın güldüyünü görən olmazdı. Ona görə də hər şeydən əvvəl möhtərəm oxuculardan xahiş edirik ki, bu müqəddəs ayın və onun ardınca gələn səfər ayının ehtiramını gözləsinlər, şadlıq və şənlikdən çəkinsinlər, Peyğəmbərin, Fatimənin və 12 imamın (ə) ruhunu incidəcək hərəkətlərə yol verməsinlər. Bu iki ayda toy, nişan, ad günü və şadlıq məclisləri keçirmək, belə məclislərdə iştirak etmək, şən musiqiləri dinləmək günahdır.

Ümumiyyətlə, mühərrəm ayının ilk doqquz gününü oruclu halda yaşamaq müstəhəbdir. Amma aşura günündə oruc tutmaq məkruhdur (bəyənilməzdir; bu məsələ şiə məzhəbindədir).

Mühərrəm ayının birinci gecəsi müstəhəb niyyətlə namaz qılmağın savabı var. Dua kitablarında mühərrəmin birinci gecəsi üçün bir neçə cür namaz qeyd etmişlər. Məsələn, bu gecə 100 rükət namaz qılmaq müstəhəbdir. Namazlar qoşa rükətlər şəklində sübh namazı kimi qılınır, hər rükətdə Fatihə və İxlas surələri oxunur. İkinci növ namaz iki rükətdən ibarətdir. Hər rükətində bir dəfə Fatihə və 11 dəfə İxlas surələri oxunur. Peyğəmbər buyurub ki, hər kim bu namazı qılsa və ertəsi gün (yəni mühərrəm ayının 1-də) oruc tutsa, bütün il ərzində xeyir əməllər etmiş adam kimi sayılar və o il ərzində amanda olar. Əgər bu ilin içində ölsə belə, cənnətə gedər inşaAllah. (Əlbəttə, bu mükafat həmin ibadətləri səmimi niyyətlə, ixlasla, qaydasına uyğun şəkildə yerinə yetirən, il ərzində bu ibadəti günahla bulaşdırmayan adama aiddir). Nəhayət, üçüncü növ müstəhəb namaz da iki rükətlikdir. Birinci rükətdə Fatihə və Ənam surələri, ikinci rükətdə isə Fatihə və Yasin surələri tilavət edilir. Bu namazda oxunan surələr uzun olduğu üçün, bunları əzbər bilməyənlər o biri namazları qılsalar məsləhətdir. Mühərrəm ayının ilk gecəsini oyaq qalmaq (ehya saxlamaq), ibadət və dua ilə məşğul olmaq, Kərbəla faciəsi haqqında düşünmək, İmam Hüseynin (ə) qatillərinə lənət demək də savabdır.

Mühərrəm ayının birinci günündə oruc tutmaq müstəhəbdir. İmam Rza (ə) buyurub ki, hər kim bu gün oruc tutub Allahı çağırsa (yəni dua etsə), Allah-təala onun duasını Zəkəriyya Peyğəmbərin (ə) duası kimi müstəcab edər. Yenə İmam Rza (ə) buyurub ki, Həzrət Mühəmməd Peyğəmbər (ə) mühərrəmin birinci günündə iki rükət namaz qılar, sonra əllərini qaldırıb dua edərdi. Peyğəmbərin “Allahümmə əntəl-ilahül-qədim” cümləsi ilə başlayan duası “Məfatihül-cinan” kitabında bütöv verilib.

Bundan əlavə, mühərrəm ayının 3-ü də mübarək gündür. Həzrət Yusuf Peyğəmbər (ə) həmin gün zindandan azad olub. O gün oruc tutan adamın çətin işlərini Allah asan edər, qəm-qüssəsini uzaqlaşdırar və duasını yerinə yetirər.

Aşura gecəsinin və aşura gününün müstəhəb əməlləri ayrıca məqalə şəklində diqqətinizə təqdim ediləcək.


Geri dön

Samir_Wuvalan

  • 29 noyabr 2013 03:00
  • Məqalə: 62
  • Şərh: 12315
  • Bal:
Müəllifə təşəkkürlər...

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 noyabr 2013 17:32
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Müəllifə təşəkkürlər...

--------------------

Samir_Wuvalan

  • 11 noyabr 2013 14:30
  • Məqalə: 62
  • Şərh: 12315
  • Bal:
{awards}
Cox Sagolun ALLAH Razi Olsun..

AyliN BunyaminovA

  • 10 noyabr 2013 02:29
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Cox Sagolun ALLAH Razi Olsun

--------------------
ܨܓܓܨܓܓ✍

Elza Hüseynli

  • 9 noyabr 2013 23:21
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı olsun

PSIXOPATKA

  • 9 noyabr 2013 14:16
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Bundan əlavə, mühərrəm ayının 3-ü də mübarək gündür. Həzrət Yusuf Peyğəmbər (ə) həmin gün zindandan azad olub. O gün oruc tutan adamın çətin işlərini Allah asan edər, qəm-qüssəsini uzaqlaşdırar və duasını yerinə yetirər.

Aşura gecəsinin və aşura gününün müstəhəb əməlləri ayrıca məqalə şəklində diqqətinizə təqdim ediləcək.

--------------------

melek_19

  • 8 noyabr 2013 16:35
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 8 noyabr 2013 16:00
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

✵Дорогой✵

  • 8 noyabr 2013 15:53
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Allah razi olsun.

PSIXOPATKA

  • 8 noyabr 2013 13:46
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Cox şsagolun. . .

--------------------

^^Nazlı Şeytan^^

  • 8 noyabr 2013 13:44
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
Allah razi olsun

ღNəmLi kiprikღ

  • 8 noyabr 2013 13:34
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Ümumiyyətlə, mühərrəm ayının ilk doqquz gününü oruclu halda yaşamaq müstəhəbdir. Amma aşura günündə oruc tutmaq məkruhdur (bəyənilməzdir; bu məsələ şiə məzhəbindədir).

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 8 noyabr 2013 13:07
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

женя

  • 8 noyabr 2013 12:55
  • Məqalə: 0
  • Şərh: 423
  • Bal:
{awards}
Allah razi olsun...!

--------------------
-Bəs niyə məhz mən? -Bunu anandan soruş.
Dünyanın ən gözəl qızını dünyaya o gətirib.

TAYNA VOSTOKA

  • 8 noyabr 2013 12:50
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Tewekkurler Allah razi olsun

--------------------

ヅ Sevimli_qiz ヅ

  • 8 noyabr 2013 11:37
  • Məqalə: 82
  • Şərh: 857
  • Bal:
{awards}
Allah razı olsun...!

Emma

  • 8 noyabr 2013 10:51
  • Məqalə: 0
  • Şərh: 458
  • Bal:
{awards}
Allah razi olsun ..............

Roya_____

  • 8 noyabr 2013 10:34
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun bıdenem

Bash Belası

  • 8 noyabr 2013 10:31
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah razı olsun...!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 26
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}