Sifati tövhid nədir?

 
Sifati tövhid nədir?


Tövhidin ikinci dərəcəsi sifati tövhiddir. Yəni Allah-təalaya məxsus olan bütün sifətlərin Onun zatından ayrı olmadığını və zatına əlavə edilmədiyini qəbul etməkdir.

Məlumdur ki, insan şüuru Allahı yalnız Onun bəzi sifətləri və yaratdıqları əsasında dərk edə bilər. Ümumiyyətlə, biz hər şey barəsində onun sifətləri əsasında mülahizə yürüdürük. Hər bir əşyanın ölçülərini, rəngini gözümüzlə, dadını ağzımızla, qoxusunu burnumuzla, materialını əlimizlə hiss edirik. İnsanın xasiyyətini əməllərindən və sözündən öyrənirik. Ayrı-ayrı informasiya fraqmentləri bir yerə toplanaraq, həmin əşya haqqında bizdə təsəvvür yaradır. Bununla belə, biz yenə də hər şeyin mahiyyətini anlamaqda acizik. Bəzən əldə etdiyimiz təsəvvürlər yanlış olur, bəzən tam olmur, bəzən isə tanışlıq zamanı əldə etdiyimiz informasiyaları bir-birinə “bitişdirib” analiz edəndə səhvə yol veririk. Hətta burada da uğur qazansaq, yenə bir çox məsələlərin kökünü, səbəbini, yaranma qaydasını öyrənə bilmirik. Yəni hər şey haqqında təsəvvürümüz şüurumuza uyğundur. Təsadüfi deyil ki, zaman keçdikcə bəzəriyyətin elm səviyyəsi də yüksəlir, dünən hakim olan nəzəriyyənin yanlışlığı bu gün aşkara çıxır.

Allahı dərk etməyimiz də belədir. Biz Onun yaratdıqlarına baxıb qüdrəti, elmi, hikməti, mərhəməti haqqında təsəvvür əldə edirik. Onun zatını dərk etmək isə heç vaxt insana müyəssər olmayacaq.

Allahın sifətləri Onun zatına əlavə deyil. Əks halda Allahın zatının hissələrdən ibarət mürəkkəb varlıq olduğunu qəbul etməlıyik ki, bu da Onun qeyri-cism və qeyri-məhdud olması ilə ziddir. Əgər sifət zatdan ayrı olsa, deməli, zatın özündən başqasına – yəni sifətə ehtiyacı var. Və ya əksinə, sifətin özünü nümayiş etdirməsi üçün zata ehtiyac yaranar. Bu halda Allahı necə saməd (ehtiyacsız) qəbul edə bilərik?

Əgər Allahın öz sifətlərini yaratdığını qəbul etsək, bir zaman Onun bu sifətlərsiz olduğunu etiraf etməliyik. Yəni Allah həyatı yaratmazdan əvvəl ölü, elmi yaratmazdan əvvəl cahil, qüdrəti yaratmazdan əvvəl zəif olmalı idi. Bu da Allahın kamal sifətlərinə ziddir. Deməli, Allahın sifətləri Onun zatı ilə eynidir, Onun zatına əlavə deyil, Onun zatından ayrıla bilməz. Allah bütün zatı ilə görür, eşidir, bilir, ruzi verir, yaradır, öldürür və s. və i.a. Bunun üçün Allaha heç bir vasitə və alət də lazım deyil. O, gözsüz görür, qulaqsız eşidir, beyinsiz bilir, əlsiz yaradır. Çünki bu proseslərin heç biri Onda bizim başa düşdüyümüz şəkildə getmir. Biz gözsüz görməyin nə demək olduğunu anlamırıq. Həm də bizim görməyimiz üçün əvvəlcə hadisə baş verməli, sonra biz onu görməliyik. Allah-təala üçün zaman məhdudiyyəti yoxdur. O, hər bir hadisəni baş verməzdən əvvəl bilir, görür və eşidir. Çünki həmin hadisənin həm səbəblərini, həm də özünü yaradan Odur. Allah üçün əvvəl-sonra anlayışı yoxdur, bu anlayış bizdən ötrüdür.

Allahın sifətləri Onun zatı ilə bütöv bir tam əmələ gətirir. Sifətlər özləri də bir-birindən ayrı və əlavə deyil. Əks halda yenə Allahın zatı hissələrdən ibarət olardı. Bu, Allahla sair varlıqları fərqləndirən əsas cəhətlərdən biridir. Allahdan başqa hər şeyin sifətləri onun zatına, vücuduna əlavədir. Bu sifət həmin əşyada (və ya canlıda) ola da bilər, olmaya da bilər. Məsələn, insan bir müddət görüb sonra kor ola bilər, bir müddət cahil olub sonra elmlənə bilər, bir müddət cavan olub sonra qocalar. Həmçinin, insanda bir sifət varsa, o birinin olması mütləq deyil. Məsələn, çox savadlı bir alim çox çirkin də ola bilər. Gözəl səsi olan müğənninin bədənində şikəstlik olması da mümkündür. Amma Allah bunlardan uzaqdır. Çünki Onda heç bir nöqsan sifət yoxdur. Bütün gözəl sifətləri daşıyan, amma eyni zamanda zalım olan Allahı təsəvvür etmək mümkündürmü? Yaxud ola bilərmi ki, Allah nəyi isə bilsin, nəyi isə yox?

Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin ilk xütbəsində Allahın sifətləri haqqında buyurur: “Onun sifətləri üçün heç bir hədd və dəyişiklik yoxdur”. Allahın ad və sifətləri qeyri-məhduddur, çünki Onun zatı da qeyri-məhduddur. Bütün gözəl sifətlər Ona aiddir, bütün nöqsanlar Ondan uzaqdır. Biz Allahın yalnız bəzi sifətlərini tanıyır və ayırd edirik, onları “əsmaül-hüsna” şəklində sadalayırıq. Əslində Allahın gözəl adlarının sayı bundan qat-qat çoxdur, daha dəqiq desək, sonsuz qədərdir. Elə buna görə bəzi alimlər deyiblər ki, əslində Allahın bircə sübutiyyə sifəti var, o da bütün kamal xüsusiyyətlərinə malik olmasıdır. Eləcə də, Allahın cəmi bircə səlbiyyə sifəti var ki, bu da bütün nöqsan və əskik sifətlərdən uzaq olmasıdır.


Geri dön

Samir_Wuvalan

  • 29 noyabr 2013 03:02
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
Müəllifə təşəkkürlər...

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 noyabr 2013 17:37
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Müəllifə təşəkkürlər...

--------------------

Samir_Wuvalan

  • 11 noyabr 2013 14:36
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
{awards}
Məqaləyə Görə Təşəkkürlər..

AyliN BunyaminovA

  • 10 noyabr 2013 02:47
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Məqaləyə Görə Təşəkkürlər

--------------------
ܨܓܓܨܓܓ✍

✰ ♥..Золушка..♥ ✰

  • 8 noyabr 2013 16:14
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkurler

Roya_____

  • 8 noyabr 2013 10:41
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

Emma

  • 8 noyabr 2013 09:43
  • Məqalə: 0
  • Şərh: 458
  • Bal:
{awards}
Allah razi olsun ........

Banned549678

  • 8 noyabr 2013 09:14
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Cox SaGolun serhlercun^^

ALLAH razi olsun

ღNəmLi kiprikღ

  • 8 noyabr 2013 07:15
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Allahı dərk etməyimiz də belədir. Biz Onun yaratdıqlarına baxıb qüdrəti, elmi, hikməti, mərhəməti haqqında təsəvvür əldə edirik. Onun zatını dərk etmək isə heç vaxt insana müyəssər olmayacaq.

Banned1

  • 8 noyabr 2013 00:33
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Dunyalar sirinem Allah razi olsun

Samir_Wuvalan

  • 7 noyabr 2013 23:33
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
{awards}
Allahı dərk etməyimiz də belədir. Biz Onun yaratdıqlarına baxıb qüdrəti, elmi, hikməti, mərhəməti haqqında təsəvvür əldə edirik. Onun zatını dərk etmək isə heç vaxt insana müyəssər olmayacaq.

PSIXOPATKA

  • 7 noyabr 2013 23:30
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Cox sagolun. . .

--------------------

^^KuKuLKa^^

  • 7 noyabr 2013 22:26
  • Məqalə: 766
  • Şərh: 11558
  • Bal:
{awards}
Tövhidin ikinci dərəcəsi sifati tövhiddir. Yəni Allah-təalaya məxsus olan bütün sifətlərin Onun zatından ayrı olmadığını və zatına əlavə edilmədiyini qəbul etməkdir.

--------------------

Qaranliqda_tek

  • 7 noyabr 2013 21:48
  • Məqalə: 31
  • Şərh: 2559
  • Bal:
{awards}
tewekkurler

--------------------
╔╗──♥╔══╗♥╔══╗╔══╗♥╔══╗♥
║║──♥║╔╗║♥╚╗─╚╝─╔╝♥║═╦╝♥
║╚═╗♥║╚╝║♥─╚╗──╔╝─♥║═╩╗♥
╚══╝♥╚══╝♥──╚══╝──♥╚══╝♥

BaKiNsKi_QiZ

  • 7 noyabr 2013 21:46
  • Məqalə: 6
  • Şərh: 349
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
♥ S ♥ -sen
♥ A ♥ -ALLAH'a
♥ L ♥ -layiq olsan
♥ A ♥ -ALLAH'da sene
♥ M ♥ -merhemet ede

ღNəmLi kiprikღ

  • 7 noyabr 2013 21:28
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler meqaleye gore...

^^Nazlı Şeytan^^

  • 7 noyabr 2013 21:15
  • Məqalə: 254
  • Şərh: 8643
  • Bal:
{awards}
Allah razi olsun

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 7 noyabr 2013 21:14
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

DUYGULARIM

  • 7 noyabr 2013 21:07
  • Məqalə: 106
  • Şərh: 1008
  • Bal:
{awards}
Tövhidin ikinci dərəcəsi sifati tövhiddir........

--------------------

Mən olmasamda,həyat davam edəcək...

✵Дорогой✵

  • 7 noyabr 2013 20:49
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAh razi qalsin

Elza Hüseynli

  • 7 noyabr 2013 20:47
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsunnnn

Roya_____

  • 7 noyabr 2013 20:36
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

melek_19

  • 7 noyabr 2013 20:35
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

ღNəmLi kiprikღ

  • 7 noyabr 2013 20:35
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler meleyim ellerine sagliq:)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}