Aforizmlər

 
Aforizmlər

MÜHARİBƏ-QƏLƏBƏ-MƏĞLUBİYYƏT HAQQINDA

1. Məğlubiyyətin oyatmadığı insan heç vaxt qalib gələ bilməz!
2. Qalib xatirələrlə, məğlub intiqam hissi ilə yaşayır!
3. Məğlub etdiyin rəqibi düşmənə çevirmək qələbəni əldən verməkdir!
4. Qələbə yalnız güclülərə yox, həm də səbrli və bacarıqlı olanlara qismət olur!
5. Revanşa cəhd etməyən ikiqat məğlubdur!
6. Çox nəhəng qələbələrin ağırlığı bə’zən qalibləri məhv edir!
7. Öz-özünə qalib gəlməyi bacaran başqasına məğlub olmaz!
8. Döyüşə gedəndə məğlubiyyət haqqında düşünmə, məğlub olandan sonra isə yadından çıxarma!
9. Məğlubiyyət qaçılmaz olanda yalnız axmaqlar ondan qaçmağa cəhd edər!
10. Məğlubiyyəti döyüşə-döyüşə qəbul etmək - yarımçıq qələbədir!
11. Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur!
12. Hansı ad altında başlanmasından asılı olmayaraq son nəticədə müharibə sadəcə insan qırğınıdır!
13. Sülh vaxtı adam öldürmək cinayət, müharibə vaxtı qəhrəmanlıq sayılır!
14. Heyvanlar müharibə etməyi bacrasaydılar ilk müharibələri insanlara qarşı olardı!
15. Güc nisbətdən bilinir. Qarışqa çox kiçik olsa da, bədən nisbətinə görə fildən güclüdür!
16. Güc həqiqətə qalib gələ bilər, amma onu diz çökdürə bilməz!
17. Bəladan qaçmağa gecikəndə onu qarşılamağa tələsməliyik!
18. İgid insan təhlükədən qoxrmayan yox, təhlükəyə qalib gəlmək istəyən adamdır!
19. Cəsur xalqlar məvh olur, amma kölə olmur!
20. Ağılsız igid həmişə hiyləgər qorxaqa məğlub olur!
21. Müharibələr zorla başlayır ağılla qutarır!
22. Müharibəni axmaqlar başlayır, igidlər davam edir, ağıllılar qurtarır!
23. Sülhün dəyəri onun əhəmiyyətindədir!
24. Qəhrəmanlıq yegənə insani hərəkətdir ki, onu məşq etmək mümkün deyil!
25. İnsanın həqiqi gücü biləyində yox, diləyindədir!
26. Düşməni yaxından tanımaq insanı qələbəyə yaxınlaşdırır!


HİSS VƏ HƏYACANLAR HAQQINDA

1. Yaşamaq yeganə əzabdır ki, insan ondan doymur!
2. Əzab ilahi sınaqdır, bütün peyğəmbərlər əzabdan keçdikdən sonra peyğəmbərliyə çatıb!
3. Zəhmət tənbəl üçün əzab, əməkçi üçün həzdir!
4. Həyatdan zövq ala bilməyənə ölümdən zövq almaq qalır!
5. İnsan yalnız qazananda yox, bə’zən itirəndə də sevinir!
6. Zəhmətkeş adamın əli özünə ucaltdığı abidədir!
7. Sevinc də kədər kimi insanı məhv edə bilər!
8. Gözü ağlayanın dodaqlarının gülməsi xeyirxahlıq əlamətidir!
9. Hər bir xoşbəxtlik bədbəxtliyə, hər bir bədbəxtlik isə xoşbəxtliyə aparır!
10. Sevinc bahar mehi kimi, kədər qışın çovğunu kimidir, həm də hər ikisi gəldi gedərdir!
11. Kədərli anlarda sevinci yaxın buraxmayan adam, müttəfiqin imtina edən döyüşçü kimidir!
12. Qüssəli adam buludlu hava kimidir, yağıb yağmayacağı bəlli olmaz!
13. Sevincinin bir hissəsini gizlətməyi bacarmayan hörmətinin hamısını itirə bilər!
14. Varlının pulu, kasıbın arzusu çox olar!
15. Arzu ilə ağıl tərs mütanasibdir. Ağıl artıqca arzu azalır!
16. Hər bir insan yalnız özü üçün, sevənlər isə həm də sevdikləri üçün arzulayırlar!
17. Arzu şərab kimidir, çox olduqca insanı sərxoç edib reallıqdan qoparır!
18. Böyük arzular insanı öz gözündə, böyük əməllər başqalarının gözündə böyük göstərir!
19. Sonuncu xoşbəxtlik əvvəlki bədbəxtliklə qonşudur!
20. Biz həyatda üç şeyə heyfslənirik: yaxşı adamın ölümünə, pis adamın varlanmasına,
gücsüzün qalib gəlməsinə. Amma bu üç hal Allahın ədalətindən xəbər verir.
Belə ki, yaxşı adamların ölümünü pislərə göstərir ki, hətta yaxşılar da ölür, pis adama var-dövlət ona görə verilir ki,
pisliyinə kasıbçılıqla bərayət qazanmasın, gücsüzə ona görə qələbə qismət edir ki, güclülər qudurmasın!
21. Zövq həzzə, həzz sevincə, sevinc-nəşəyə aparır.
Eyni ilə qüssə kədərə, kədər əzaba, əzab-iztiraba sürükləyir. İstər xoş, istər bəd hisslər sonunda bizi ölümə aparır


KİŞİ-QADIN-SEVGİ HAQQINDA

1. Çox gözəl kişi anormal qadın kimidir!
2. Zəriflik qadında yaraşıq, kişidə eybəcərlik!
3. Göz yaşı qadının ən güclü silahıdır!
4. Kişiyə tabe olan qadın onun hökmdarına çevrilir!
5. Əksər kişilərin xoşladığı məşğuliyyət qadınlar haqqında söhbətdir!
6. Kişini hünəri, qadını əri qoruyar!
7. Kişilər sevəndə düşünə, düşünəndə sevə bilmirlər!
8. Kişilərə elə gəlirki qadınlar müxtəlif olur, qadınlara elə gəlirki, bütün kişilər eyni cürdür!
9. Yalnız sevilən qadınlar və bütün analar gözəl olurlar!
10. Qadın yeniyetməliyində gözəl, gəncliyində işgüzar, qocalığında vəfalı olsa yaxşıdır!
11. Orduların silahla məğlub edə bilmədiklərini çox vaxt qadınlar göz yaşlarıyla diz çökdürür!
12. Bəzək qadını, qadın isə dünyanı gözəlləşdirir!
13. Bütün müharibələr ərazi əldə etmək üçün, ərazilər sərvət toplamaq üçün, sərvət isə qadınlara sərf etmək üçün yığılır!
14. Sevgi insanverilmiş bir fürsətdir: ağıllılar onunla xoşbəxt, ağılsızlar bədbəxt olur!
15. Sevənlər bir-birində özlərini gördüklərindən qüsur tapmırlar!
16. Varlılar çox vaxt sevə, kasıblar isə sevdiklərinə çata bilmirlər!
17. Sevgi ilə nifrət bir medalın iki üzüdür!
18. Sevənlər arasında ilahi sevgi o qədər nadirdir ki, bəşəriyyət min illər ərzində bir - iki nağıl uydura bilib!
19. İnsanlar ilk sevirəm kəlməsini demək üçün illərlə düşünür, sonra isə sevirəm kəlməsini təkrarlamağa vaxt sərf etnək istəmir!
20. “Sevirəm” kəlməsi sevgi “cinayətinin” etirafıdır!
21. Qadının məhəbbəti gözündə, kişinin məhəbbəti dilindədir!
22. Sevgi yeganə haldır ki, insan keyfiyyələrindən ağıl ən sonunda qiymətləndirilir!
23. Bizim hər bir məhəbbətimiz Allaha olan məhəbbətdən doğulmuşdur!


Geri dön

Enerelen

  • 4 avqust 2011 16:40
  • Məqalə: 108
  • Şərh: 987
  • Bal:
maraqlidi tewekkurler

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.

milana-023

  • 24 fevral 2011 10:42
  • Məqalə: 0
  • Şərh: 958
  • Bal:
{awards}
qadinin sevgisi gozunde,kisinin sevgisi dilindedir. cox sag olun maraqli aforizmlerdi.

--------------------
hec kimle danismayacam ona gore eziyyet cekib yazmayin!!!!

L_SimuS

  • 22 yanvar 2011 23:36
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

YazYamuru

  • 22 yanvar 2011 20:43
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
SÖZLƏR SUPERDİ TŞK MÜƏLLİİFFF feel

--------------------



Just For Legend

  • 22 yanvar 2011 15:52
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Hemisheki kimi gozel xeberlerinle secilirsen,minnettaram

--------------------

R_O_M_A

  • 22 yanvar 2011 15:18
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
tew gozel yazilardir

--------------------

Made_In_Bakinka

  • 22 yanvar 2011 15:08
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
coox tesekkurler

Ulya

  • 22 yanvar 2011 15:04
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
19. Sonuncu xoşbəxtlik əvvəlki bədbəxtliklə qonşudur!
hamisi maraqlidi.twk

nilayka

  • 22 yanvar 2011 15:03
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
thank you smile

--------------------

FERID_HESENLI

  • 22 yanvar 2011 15:01
  • Məqalə: 1
  • Şərh: 678
  • Bal:
{awards}
XEBERRE GORE TESEKKUR

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 76
Cəmi: 93

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}