Maraqlı qadağalar

 
Maraqlı qadağalar

Çox illər əvvəliydi. Zeynəb Xanlarovanın populyar bir mahnısı dillər əzbəriydi onda - “Olmaz” adlı.
Bu dağdan aşmaq olmaz,
Narıncı başmaq olmaz.
Bir quru sözdən ötrü,
Yarla savaşmaq olmaz”.

Və sonra da ancaq “olmaz” sözündən ibarət bir nəqərat. Adam o illərdə o mahnıya qulaq asanda heç vaxt düşünə bilməzdi ki, gün gəlib, dövran yetişəcək və dünya üzərində “olmaz” sözü bu qədər yayılacaq, yasaqlar bu dərəcədə populyarlaşacaq. İndi oturub dünya ölkələrinin qayda-qanunlarını vərəqləyirsən və ortaya elə əcaib-qəraib yasaqlar çıxır ki... Əslində bizim üçün qəribə görünür, onlar üçünsə, yəqin ki, normal haldır.
Özü də maraqlıdır ki, bu yasaqların qoyulmasının xüsusi səbəbi-filan da olmur. Olmaz, olmaz... Zülümov dedi, qurtardı...

Danimarka dəmiryolunda öpüşmək olmaz!

Təsəvvür edirsiniz ki, uzaqdan baxanda demokratiya, insan azadlıqları, hüquq bərabərliyi kimi normaları əldə rəhbər tutan bəzi ölkələr öz sərhədləri daxilində hansı qadağaları tətbiq edir? Oxuyanda təəccüblənəcəyiniz yasaqlardan gedir söhbət.
Başlayaq dünyanın demokratiya beşiyi adlandırılan ölkələrdən. Məsələn, Danimarkada hökumət insanların dəmiryolunda öpüşməsini yasaqlayıb. Bundan başqa, həmin ölkədə əgər sürücü maşınının altında kiminsə və ya hansısa heyvanın qaldığını görürsə, onu işə sala bilməz. Özü də maşını işə salmaq üçün yatmış adamı (maşının altında yatanlar da olurmuş bu ölkədə-A.) və ya heyvanı oyatmaq, qovmaq yasaqdır. Maşının qabağına at arabası çıxarsa, sürücü mütləq maşınını kənara çəkməyə məcburdur.

Kanadada bazar günü dondurma yemək, ağaca dırmaşmaq olmaz!

Keçək Fransaya. Burada da donuzlara “Napaleon” adını qoymaq yasaqdır. Bundan başqa, Fransada sərnişinlər taksi sürücüsünün yanındakı oturacağa əyləşə bilməz. Kanadada isə yağış yağanda ağacları sulamaq olmaz.
Kanadada qapı və pəncərələr ancaq çəhrayı rəngə boyanmalıdır. Kanadada ağaca dırmaşmaq yasaqdır. Bundan başqa, həmin ölkədə bazar günləri dondurma yemək də qadağan edilib. Kanadadakı daha bir əcaib yasaq isə ölü atlarla bağlıdır. Həmin atları bazar günü sürümək olmaz.
Çində intellektual səviyyəyə malik olmayanları kollecə qəbul etmirlər.

İtaliyada yubka geyən kişilər, Şotlandiyada sərxoş inək sahibləri həbs olunur

İngiltərə deyəndə adamın ağlına və gözünün qabağına azad insanlar, demokratiya gəlir, elə deyilmi? Amma bu ölkədə elə qəribə “olmaz”larla rastlaşırsan ki. Məsələn, İngiltərədə qadınlar ictimai nəqliyyat vasitələrində şokalad yeyə bilməzlər. Niyəsi? Çünki elə həmin nəqliyyat vasitələrində bunu almağa imkanı olmayan hamilə qadınlar və balaca uşaqlar ola bilər. Amma İngiltərədə qadınlara məntiqli yasaqlar da var. Məsələn, onlar ictimaiyyətə açıq olan yerlərdə yarıçılpaq vəziyyətdə gəzə bilməzlər.

Keçək digər qadağalara. İtaliyada yubka geyən kişilər həbs olunur.
Şotlandiyada bazar günləti balıq ovuna çıxmaq olmaz. Bundan başqa, Şotlandiyada inək sahiblərinin sərxoş olması qadağandır. Amma… daha əcaib bir yasaq. Şotlandiyada qapını döyüb, ayaqyolundan istifadə etmək istəyən istənilən adama “yox” demək olmaz. Bu, insan haqlarına hörmətsizlik kimi qəbul oluna bilər.

Amerikada teatra gedənlər sarımsaq yeyə, müttəhimlər hakim qarşısında ağlaya bilməz!

Qadağa deyib, Amerikanı unutmaq olmaz. Amma xatırladaq ki, nəhəng Amerikada da yasaqlar bir deyil, beş deyil. Hər ştatın spesifik yasağı var və biri digərindən fərqlidir. Məsələn, ABŞ-ın Arkansas ştatında ərin öz arvadını ayda bir dəfə döyməsi normal sayılır. Amma ayda bir dəfədən artıq döyməsi qadağandır və ancaq bu halda qadın polisə müraciət edə bilər. İndiana ştatında isə teatr tamaşaçılarına qarşı əcaib yasaqlar var. Burada seansdan 4 saat öncəyə qədər tamaşaçıların sarımsaq yeməsi yasaqlanıb. Bu, həm digər tamaşaçılara, həm də sənətçilərə hörmətsizlik sayılır. Florida ştatında isə gözəllik salonları maksimum diqqətli olmalıdır. Çünki burada saç qurutma maşınının altında yuxuya dalan qadını da, salon sahibini də böyük məbləğdə cərimə gözləyir. Yəni, gözəllik salonunda yatmaq olmaz.
Hollivud ştatında isə qoyunların hüquqları qorunur. Əgər Hollivud Bulvarında 2 mindən artıq qoyun varsa, orada maşın sürmək qadağandır. Los Angelesdə isə müttəhim kürsüsündə ağlamaq olmaz. Texas əyalətində U dönüşü adlandırılan, nəqliyyatdakı vacib manevri etmək yasaqlanıb. İndiana ştatında evdə içki içməyə icazə yoxdur. İnsanlar ancaq bəlli məkanlarda – barlarda, restoranlarda bu ehtiyaclarını ödəyə bilər. Texasda diqqəti cəlb edən daha bir yasaq isə inək südü ilə bağlıdır. Əyalət sakinləri əsla başqasının inəyinin südünü içə bilməz. Təkcə inək südünümü? Texasda pivə içənlər üçün də əcaib yasaqlar var. Bu əyalətdə insanlar ayaq üstə pivə içmək arzusuna düşüblərsə, ancaq üç qurtum içə bilirlər. Dördüncü qurtum yasaqdır – onu ancaq oturaraq içmək olar.

Avstraliyada bazar günü çəhrayi şalvar geymək olmaz!

Görək başqa ölkələrdə nə var? İsveçrədə bazar günü paltar asmağa icazə yoxdur. Avstraliyada uşaqların siqarət çəkməsinə icazə olsa da, siqaret alması qadağandır. Sözügedən ölkədəki absurd yasaqlar bununla bitmir. Burada gənclərin əyləncə xatirinə əllərini yerə qoyub, təpəsi üstə gəzməsi də qanunla qadağan edilib. Daha bir maraqlı qadağa isə odur ki, Avstraliyada bazar günləri çəhrayı rəngdə şalvar geyinmək olmaz. Taylandda isə alt paltarı geyinmədən gəzənlər cəzalandırılır!.. Amma paltarla bağlı yasaqlar bununla bitmir. Taylandda maşın sürənlər mütləq köynək geyinməlidir.


Geri dön

only-girl

  • 3 aprel 2011 14:47
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
TEWEKKUR EDIREM

--------------------

Ulya

  • 16 fevral 2011 12:36
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur edirem

NaRka

  • 25 yanvar 2011 22:40
  • Məqalə: 3
  • Şərh: 266
  • Bal:
{awards}
thanks

EMKA-X

  • 23 yanvar 2011 16:42
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
maraqli idi tewekkur smile

--------------------
Emil

L_SimuS

  • 23 yanvar 2011 00:36
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur maraqli yazmisan))


YazYamuru

  • 22 yanvar 2011 20:14
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
feel feel MARAQLIDIR feel

--------------------



_PESSIMIST_SINDY_

  • 22 yanvar 2011 18:34
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
SOHBETE BAXE: " DORDUNCU QURTUM YASAQDIR-ONU ANCAQ OTURARAQ ICMEK OLAR" HM...ALLAH AGIL-FIKIR VERSIN.

--------------------
" NOTHING IS PERFECT "

Cant_Breathe

  • 22 yanvar 2011 18:04
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Sonra oxuyacam. Çox sağolun

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

Cici-Kiz

  • 22 yanvar 2011 17:47
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Tesekkurler, Olmaz olmaz de winked

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

Casper

  • 22 yanvar 2011 16:53
  • Məqalə: 47
  • Şərh: 656
  • Bal:
{awards}
thanks.bezileri cox maraqlidi)

--------------------
Only GODcan judge me!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 35
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}