Ölüdən diri çixaran Allah

 
Ölüdən diri çixaran Allah


“De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir?” Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?” (Yunus, 31).

Qurani-kərimin bu ayəsini təfsir edən alimlərin əksəriyyəti “ölüdən diri, diridən də ölü çıxarmaq” ifadəsini kafir atadan mömin oğul, mömin valideyndən də kafir övlad hasilə gətirmək kimi izah ediblər. Həqiqətən, tarixdə bu cür hallar kifayət qədərincə baş verib. Buna ən gözəl nümunələrdən biri Hənzələ “qəsilül-məlaikə”dir.

Hənzələ İslamdan əvvəl də hənif dinində idi, bütlərə tapınmırdı. Amma atası Əbu Amir xaçpərəst əqidəsində idi, üstəlik, müsəlmanların qatı düşməni kimi tanınırdı. Hənzələ gənc yaşlarında iman gətirmiş, müsəlmanlarla bir sırada Mədinəyə hicrət etmişdi. Əbu Amir isə Məkkədə qaldı, müşriklərin başçısı Əbu Süfyanın sağ əli oldu.

Hənzələ Mədinənin Övs qəbiləsinin böyüklərindən olan Abdullah ibn Übeyyin qızı Cəmilə ilə ailə qurdu. Öz münafiq atasından fərqli olaraq, Cəmilə də mömin qadın idi. Onların toyu Ühüd savaşından bir gün əvvələ təsadüf etmişdi. Müsəlmanlar Həzrət Mühəmməd Peyğəmbərin (s) başçılığı altında Mədinə yaxınlığındakı Ühüd təpəsinin ətəyində mövqe tutmaq üçün bir gün əvvəl şəhərdən çıxmışdılar. Hənzələ öz toyunda iştirak etmək üçün Peyğəmbərdən bir günlük möhlət aldı və sabah özünü qoşuna çatdıracağına söz verdi. Qurani-kərimin aşağıdakı ayəsi də bu münasibətlə nazil oldu: “...Əgər onlar bəzi işləri üçün səndən izn istəsələr, onlardan özün istədiyinə (yanından getməyə) izn ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Nur, 62).

Hənzələ həmin gecəni öz həyat yoldaşı ilə keçirdi. Səhər yuxudan ayılanda artıq cənabət qüslü almaq üçün vaxtı yox idi. Çünki tezdən özünü Ühüdə çatdıracağına söz vermişdi. Vidalaşıb gedərkən Cəmilə onu ayaq saxlamağa məcbur etdi, şəhərdə qalmış müsəlmanlardan dörd nəfərini çağırtdırıb xahiş etdi ki, onların toyuna və kəbinli halda bu gecəni keçirdiklərinə şahid olsunlar. Cəmilədən niyə belə etdiyini soruşanda cavab verdi: “Bu gecə yuxuda gördüm ki, göydə buludlar aralandı, Hənzələni səmaya qaldırdılar, sonra buludlar yenə bitişdi. Ürəyimə damıb ki, Hənzələ bu savaşda şəhid olacaq. İstəmirəm ki, əgər bu gecə boynuma övlad düşübsə, onun haqqında şayiələr yayılsın”.

Hənzələ dediyi vaxt Ühüdə gəlib çatdı. Döyüş başlayanda şücaətlə meydana atıldı. Onun gözləri düşmən səflərində Əbu Süfyanı axtarırdı. Nəhayət, Əbu Süfyanı tapdı, üzərinə şığıyıb bir zərbə ilə onu atdan yerə saldı. Əbu Süfyan vəziyyətin çətin olduğunu görüb haray çəkdi: “Ey Qüreyş böyükləri! Mən Əbu Süfyanam! Dadıma yetin!” Məkkə qoşununun ən adlı-sanlı cəngavərləri Hənzələnin üzərinə yeridilər. Bu arada dağ keçidini qorumağa təyin edilmiş bir dəstə müsəlman öz mövqeyini buraxıb qənimət yığmaqdan ötrü döyüş meydanına endiyi üçün, müşriklər arxadan hücum edib müsəlmanları sıxışdırmışdılar. Ona görə də Hənzələyə yardım edən olmadı. Arxadan vurulan bir nizə zərbəsi onun həyatına son qoydu. Cənabət qüslünü almağa imkan tapmamış təzə bəy şəhid oldu.

Həzrət Mühəmməd Peyğəmbər (s) savaşdan sonra səhabələrinə belə buyurdu: “Bilin ki, indi mələklər Hənzələnin cəsədinə qüsl verirlər ki, cənabətli halda Allahın hüzuruna getməsin”. O gündən Hənzələnin xatirəsini “qəsilül-məlaikə”, yəni “mələklərin qüsl verdiyi” ləqəbi lə anmağa başladılar.

Hənzələnin atası Əbu Amir isə öz küfründə qaldı. Məkkə fəth olunduqdan sonra Əbu Amir şəhərdən qaçıb Taifə sığındı, Taif də müsəlmanların əlinə keçəndə Əbu Amir Şama (Suriyaya) qaçıb Bizansın himayəsinə sığındı. Oradan Mədinə münafiqləri ilə əlaqə saxlayıb onlara təlimatlar verirdi. Mədinədə nifaq yuvası kimi tikilən, sonra isə Peyğəmbərin əmri ilə sökülüb yerlı-yeksan edilən Zirar məscidinin tikilmə ideyasını da o vermişdi.

Hənzələ ilə Cəmilənin bircə gecəlik ailə həyatından Abdullah adlı oğul doğuldu. Abdullah da atasının şəhadət ənənəsini davam etdirdi. Kərbəla faciəsindən sonra mədinəlilər İmam Hüseynin (ə) intiqamını almaq şüarı ilə Yezid ibn Müaviyənin əleyhinə qiyam qaldırdılar. Bu qiyama Abdullah ibn Hənzələ başçılıq edirdi. Xilafət qoşunu ilə qeyri-bərabər döyüşdə Hənzələ və silahdaşları qəhrəmanlıqla döyüşüb şəhid oldular. 663-cü ildə baş vermiş bu hadisə tarixdə “Hərrə faciəsi” adı ilə məşhurdur.


islam.az


Geri dön

AyliN BunyaminovA

  • 7 dekabr 2013 15:10
  • Məqalə: 482
  • Şərh: 5101
  • Bal:
məqaləyə görə təşəkkürlər

--------------------

Samir_Wuvalan

  • 29 noyabr 2013 02:52
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Müəllifə təşəkkürlər

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 noyabr 2013 17:07
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
Müəllifə təşəkkürlər...

--------------------

^^KuKuLKa^^

  • 14 noyabr 2013 16:20
  • Məqalə: 771
  • Şərh: 11386
  • Bal:
{awards}
“De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir?” Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?” (Yunus, 31).

--------------------

EmİcKa

  • 13 noyabr 2013 15:10
  • Məqalə: 15
  • Şərh: 3011
  • Bal:
{awards}
teşekkürler

--------------------

^^KuKuLKa^^

  • 11 noyabr 2013 17:14
  • Məqalə: 771
  • Şərh: 11386
  • Bal:
{awards}
“De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir?” Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?” (Yunus, 31).

--------------------

Samir_Wuvalan

  • 11 noyabr 2013 14:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

“De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan kimdir?” Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?” (Yunus, 31).

Gül Əliyeva

  • 11 noyabr 2013 00:10
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}


Shokkimmmmmm ayyyy shokkimmmmm tesekkur tongue


Elza Hüseynli

  • 10 noyabr 2013 21:30
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
Allah Razı Olsun

winxclub_bloom

  • 10 noyabr 2013 17:28
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Axxilli qiz

  • 10 noyabr 2013 16:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler

Banned456

  • 10 noyabr 2013 14:34
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
ALLAH razi olsun Siirnim cox sagol

ღNəmLi kiprikღ

  • 10 noyabr 2013 14:24
  • Məqalə: 235
  • Şərh: 7674
  • Bal:
{awards}
Twkler meqaleye gore:)

✵Дорогой✵

  • 10 noyabr 2013 13:04
  • Məqalə: 726
  • Şərh: 7296
  • Bal:
{awards}
Allah razı olsun

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 10 noyabr 2013 12:57
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
Allah razı olsun bacı

--------------------

Samir_Wuvalan

  • 10 noyabr 2013 12:56
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

★Angelocka★

  • 10 noyabr 2013 12:11
  • Məqalə: 118
  • Şərh: 8772
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Her aşk bir gün bitermiş. Onlar daha Galatasaray aşkını görmemiş.

Emma

  • 10 noyabr 2013 11:58
  • Məqalə: 0
  • Şərh: 457
  • Bal:
{awards}
Allah razi olsun..........

melek_19

  • 10 noyabr 2013 11:12
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

BaKiNsKi_QiZ

  • 10 noyabr 2013 11:02
  • Məqalə: 6
  • Şərh: 345
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
♥ S ♥ -sen
♥ A ♥ -ALLAH'a
♥ L ♥ -layiq olsan
♥ A ♥ -ALLAH'da sene
♥ M ♥ -merhemet ede

Nazi_Odi

  • 10 noyabr 2013 10:56
  • Məqalə: 36
  • Şərh: 5417
  • Bal:
{awards}
Allah razi olsun

baki-nochka

  • 10 noyabr 2013 10:09
  • Məqalə: 0
  • Şərh: 60
  • Bal:
{awards}
allah razi olsun

^^Nazlı Şeytan^^

  • 10 noyabr 2013 10:09
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
Allah razi olsun

Roya_____

  • 10 noyabr 2013 09:40
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun şirinim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 70
Cəmi: 91

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 59
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 57
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 53
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 24
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 22
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}