Sobada Pirojki

 
Sobada Pirojki

Bu pirojkini həm kartof həm də ətli iç ilə hazırlaya bilərsiniz. Aşağıda verilən reseptdə hər ikisinin necə hazırlanması haqqında məlumat var. İstədiyiniz içi seçib, bu ləziz pirojkilərdən bişirin. Və ya hər içdən yarım porsiya bişirib, həm kartoflu, həm ətli pirojkidən zövq alın.

SOBADA PIROJKI - KARTOFLU VƏ YA ƏTLİ
22-25 pirojki üçün

Ərzaqlar

Xəmir Üçün

½ stəkan (125ml) ilıq su
1 paket (7g) quru maya
3 stəkan (470g) əla növ buğda unu
1 ½ çay qaşığı duz
2 xörək qaşığı şəkər tozu
½ stəkan (125ml) süd
1 yumurta+ 1 yumurtanın ağı (sarısını üstü üçün ayırın) - qeyd: yumurtalar otaq hərarətində olmalıdır
½ stəkan (125ml) duru yağ

İçi Üçün

Kartoflu İç:
3 xörək qaşığı duru yağ
1 baş xırda doğranmış soğan
4 ədəd orta boy kartof
1/3 stəkan xırda doğranmış şüyüd (və yaxud keşniş ya da cəfəri)
zövqə görə duz
zövqə görə istiot


Ətli İç:
3 xörək qaşığı duru yağ
1 baş xırda doğranmış soğan
400 g çəkilmiş mal əti
zövqə görə duz
zövqə görə istiot


1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün mayanı ilıq suda əridin. İri dərin qabda un, duz və şəkər tozunu qarışdırın. Üstünə mayalı suyu, südü, yumurta və duru yağı əlavə edib, əlinizlə yaxşıca qarışdırın, sonra isə təxminən 5-6 dəqiqə ərzində xəmir yoğurun. Xəmir elastik və zərif olmalı, ələ yapışmamalı amma çox bərk də olmalalıdır. Xəmiri dərin qaba geri qoyub, üstünü örtün və 1 ½ -2 saat ərzində isti yerdə gəlməyini gözlərin


2. Xəmir gəlməyə davam etdiyində, istədiyiniz içdən birini seçib hazırlayın.

Kartofulu İçin hazırlanması: Kartofu suda bişirib, qabığını soyun və pöre halına gələnədək əzin. Bir tavada yağı qızdırıb, soğanı bu yağda bir az rəngi dönənə kimi qızardın. Soğanı, göyərtini kartofa əlavə edin. Zövgə görə duz və istiot vurub, qarışdırın.

Ətli İçin hazırlanması: Tavada yağı qızdırın. Söğanı bu yağda yumuşalanadək qızardın. Çəkilmiş əti əlavə edib soğanla bərabər, tez-tez qarışdıraraq qızardın. Zövgə görə duz və istiot vurub, qarışdırın. Bu qarışığı ət maşınından bir dəfə keçirin - bu, için lopa lopa olmaması, və narın olması üçün edilir.

3. Xəmiri 22-25 kündəyə ayırın. Hər kündənin diametri təxminən 4 cm olmalıdır.

4. Kündələri bir əlinizə götürün, o biri əlinizlə bir az yastıladıb 10 cm dairələr əldə edənə kimi kənarlarını çəkin (aşağıdakı şəkildəki kimi). Hər dairənin içinə təxminən 1 xörək qaşığı içlik qoyun, və dairənin kənarlarını bir yerə gətirərək, dairəni bağlayın.


5. Pirojkiləri tikişi aşağı olmaq şərtilə yağlanmış soba listinə aralı-aralı düzün və 15 dəqiqəliyinə kənara qoyun. Bu müddət ərzində pirojkilər bir az şişəcək.

6. Sobanı 180Cdək istidin.

7. Pirojkilərin səthinə yumurta sarısı sürtüb, sobada təxminən 25 dəqiqə ərzində üstləri qızaranadək bişirin. Nuş Olsun!


Geri dön

pervin33

  • 16 may 2011 13:56
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
çox sag olun. bişirecem inş

Inciciceyi

  • 31 mart 2011 10:33
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkkkk maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

_RONALDO_

  • 6 mart 2011 20:59
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
COX SUPERDI TWK

--------------------

ZEHRA

  • 28 fevral 2011 19:50
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
təşəkkür

Ulya

  • 16 fevral 2011 12:00
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
bilirem bunu

only-girl

  • 12 fevral 2011 12:20
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
təşəkkür

--------------------

NaRka

  • 25 yanvar 2011 20:19
  • Məqalə: 3
  • Şərh: 266
  • Bal:
{awards}
tawakur
mamiya deyerem biwirsin lol

L_SimuS

  • 24 yanvar 2011 21:52
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
keks kimi olmasin)))

tewekkurler

YazYamuru

  • 24 yanvar 2011 04:10
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
YEMİŞƏM BU YAXINLARDA BUNDAN QƏŞŞƏNGDİR DADLI winked smile

--------------------



Sama 0929

  • 23 yanvar 2011 16:41
  • Məqalə: 0
  • Şərh: 8
  • Bal:
{awards}
Man bu peraskidan hazirlamisam cox dadli olur.

runo888

  • 23 yanvar 2011 14:09
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
cox sagolun

Cici-Kiz

  • 23 yanvar 2011 13:43
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Reseptini gorurəcəm, cox sag olun!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

nilayka

  • 23 yanvar 2011 13:34
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
LEZZETLI TARIF UCUN COX SAG OL

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 28
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}