İslam mənşə etibarilə nəyi ifadə edir?

 
İslam mənşə etibarilə nəyi ifadə edir?


Quran və Sünnəyə bu prizmadan baxınca mövzu ilə əlaqəli bir çox ayə və hədis tapmaq mümkündür. Bir insan bir az səy göstərsə, bir az diqqətlə Quran ayələrinə göz gəzdirsə, bu mövzuya əsas ola biləcək bir çox ayə tapa bilər. Şəxsən mən iddialı olmağı sevmirəm.. yarım-yarımçıq da hafizliyim var.. buna baxmayaraq müsamihə, əfv, dialoq və hər kəsə könül açmaqla əlaqəli bir çox ayəni dalbadal deyə bilərəm. Məhz bu cəhət İslam dininin ümumbəşəri xüsusiyyətini, yəni universallığını göstərir.

Qaldı ki, “İslam” mənşə etibarilə silmi (barışıq, sülh, asayiş), təslim olmağı, təhlükəsizliyi, etibarı ifadə etmirmi? Elə isə, bu dəyərləri təbliğ və təmsil etmədən həqiqi müsəlman olmağımız qeyri-mümkündür. Bəli, İslam adının mənaları altında hər kəsə qucaq açmaq, hər kəsə və hər şeyə sevgi ilə yanaşmaq vardır. Lakin əgər ona bu prizmadan nəzər yetirməsək və buna görə yaxınlaşmasaq, nə İslamı anlamış, nə də təbliğ və təmsilini edə bilmiş sayılarıq. Hərçənd ki, Qurani-Kərimdə baş qaldıran insanlara qarşı müəyyən cəza üsulları var. Bu üsulları nəzərə alaraq Həzrəti Əbu Bəkir, Ömər, Osman, Əli Əfəndilərimiz, Əməvi, Abbasi, Səlcuqlu və Osmanlı dövrlərində aparılan bir çox tarixi tətbiqlərdən bəhs etmək olar. Lakin biz o tətbiqləri bağlı olduqları tarixi cizgidən qopararaq qiymətləndirməyə çalışsaq, səhv qənaətlərə gələrik. Elə isə, siyak-sibak (əvvəli və sonu etibailə) münasibətini nəzərə alaraq, o hadisələrə baxmaq və hər şeyi bu prizmadan qiymətləndirmək şərtdir. Bəli, deyə bilərik ki, İslamda sülh, sevgi, əfv, müsamihə əsas, sair şeylər isə arizidir (ikinci dərəcəli, nisbi). Digər yandan da, ata-babaların: “əvvələn və bizzat” (birinci və bilavasitə) dediyi, mükəlləflər üçün ön planda olan mövzuları önə çıxarmaq lazımdır.

Məsələn, Cənabi-Haqq sevgiyə önəm verir, Onu sevəni sevdiyini bildirir, ən çox sevdiyi insana Allahı sevən mənasına gələn “Habibullah” adını verir. Elə isə, biz də buna əsasən ona üstünlük verməliyik. Münafiqlərə qarşı cihad, kafirlərə qarşı sərt davranmaq.. kimi hökmlər yenə atalarımızın ifadəsi ilə “saniyən və bill arez”dir (İkinci dərəcəli və dolayısilə). Qaldı ki, onlara sərt davranmaq, mübarizə aparmaq və lazım olduğu yerdə öldürmək müxtəlif səbəblər daxilində mümkündür. Əgər bu səbəblər mövcud deyilsə, hökmlər də tətbiq edilə bilməz . Zahidi-Kövsərinin uzun-uzun bəhs etdiyi misalla mövzunu bir az da açaq: “Qurani-Kərimdə zəkatın veriləcəyi yerlər izah edilərkən, qəlbləri İslama isindiriləcək şəxslər (müəlləfəi-qulub) də zikr edilir. Allah Rəsulu (s.ə.s.) həyatı boyu bu hökmü həmişə tətbiq etmişdir.

Əfəndimiz (s.ə.s) vəfat edənə qədər də bu hökmün nəshinə (Şəriətin bir qanununun başqa bir şəriət qanunu ilə hökmünü ləğv etmək) dair hər hansı bir sənəd yoxdur. Halbuki, Həzrəti Ömər (r.a.) xilafəti dövründə bu məqsədlə yanına gələnlərə verilən şeyləri təsdiqləməz, təsdiqləmək bir yana, əllərindəki fərmanı cırıb atır. Arxasınca da: “Əvvəllər İslam zəif idi, bu gün isə müsəlmanlar qüvvətli və güclüdür. Belə bir şeyə ehtiyac yoxdur”, -deyib onları uzaqlaşdırır. İndi siz Həzrəti Ömərin (r.a.) Əfəndimizin tətbiq etdiyi bir hökmə belə qarşı çıxmasını ağılınıza sığışdıra bilməyə bilərsiniz. Lakin İslami elmlər yönündən məsələyə baxılsa, Həzrəti Ömər (r.a.) Qurandakı bu hökmün səbəbini qavramış və buna görə hökm vermişdir. Quran isə bu köməyi qəlblərin təlifinə bağlamışdır.

Qurani-Kərimdəki ölüm, sürgün, müharibə kimi hökmlər belə müxtəlif səbəblərə bağlanmışdır. Buna bənzər səbəblər mövcud deyilsə, görüləsi yeganə iş “vəzu-nəsihətdir”, “əmri-bil mərufdur” (yaxşılığı yaymaq), “qövli-leyyindir” (yumşaq dil, üslub) və “tövri-leyyinlə” (yumşaq, nazik davranış İslamın gözəlliklərini yaymaqdır. Bu səbəbləri nəzərə almadan Quranı “Zahiri”lərin anladığı kimi anlayıb vurub, qırıb, döyən insanlar təəssüf ki, nə hökmü, nə hökmün mənbəyini və nə də İslamı anlaya biliblər.

Lakin səbəblər təsdiqlənəndə, əlbəttə, o hökmlərə, hökmün çərçivəsi içində əməl edilməlidir. Məsələn, siz Allahın adını ucaldarkən edərkən, sizi öldürməyə cəhd etdilər və ya müxtəlif səbəblərlə vətəninizə hücum etdilər. Onda siz onlara müharibə elan etməyəcəksinizmi? Çanaqqalada etdikləri kimi “kimi hindi, kimi yamyam, kimi bilməm nə bəla” toplanıb üzərinizə gəlsələr, siz bir küncdə səssiz oturub: “Nə yaxşı gəldiniz?” -deyəcəksiniz? Yoxsa, canınızı bu yola qoyaraq mübarizəmi edəcəksiniz?

Bir baxın dünyanın halına!.. Bu yaxınlarda bir qəzetin verdiyi xəbərə görə, dünyanın 56 yerində müharibə gedirmiş. Bu əsrin sonlarında dünyaya demokratiya ixrac edən və humanizmi bayraq edən ABŞ Viyetnamda, Körfəzdə həmişə müharibə apardı. Sudanı, Liviyanı terrorist elan etdi. Üstəlik həmişə bunları demokratiya naminə etdiyini söylədi. Sadəcə ABŞ-mı? Əlbəttə, xeyr. Ruslardan, serblərə, fransızlardan ingilislərə qədər uzanan cizgidə hələ də müharibə gedir. Elə isə, müharibəyə qarşı çıxmaq bəşəri reallıqlara qarşı çıxmaq deməkdir. Buna görə də, demokratik haqq və azadlığımıza təcavüz edilsə, əlbəttə, özümüzü müdafiə edəcək və lazım olanda vuruşacağıq. Lakin başda da ifadə etdiyim kimi, bütün bunlar ikinci dərəcəli məsələlərdir. İslamda əsas olan sülhdür, barışdır, insanlığı sevgi ilə qucaqlamaqdır

Məsələnin bir başqa yönü, dialoqda olduğumuz insanlarla “fəsli-müştərək”ləri (müştərək cəhətləri) artırmaq və bunların ətrafında söz açmaq lazımdır. Hətta söhbət etdiyiniz, görüşdüyünüz bu insanlar yəhudi və xristian belə olsa, yenə bu düşüncə ilə hərəkət edilməli və müvəqqəti bizi bir-birimizdən ayıracaq xüsuslar barədə bəhs edilməməlidir. Məsələn, siz onlarla Allah, axirət mövzularında razılaşa bilmədinizsə, onlara Əfəndimizi (s.ə.s.) izah etmənin bir mənası yoxdur. Əfəndimiz (s.ə.s.) bizim canımızdır.. Onsuz (s.ə.s.) bir həyat yerin dibinə batsın! Belə ki, Ondan (s.ə.s.) bəhs edərkən, zaman çox yaxşı müəyyən edilməlidir.

Baxın Qurani-Kərim kitab əhlinə olan münasibətlə deyir ki: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin!” O hansı sözdür? “Allahdan başqasına ibadət etməyək.” (Ali-İmran, 3/64). Çünki həqiqi azadlıq başqalarına qulluq etməkdən xilas olmaqla reallaşa bilər. Allaha qul olan başqalarına qul olmaqdan xilas olar. Gəlin bu mövzu üzərində birləşək, bütünləşək. Və yenə: “Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” (Ali-İmran, 3/64) -deyir Quran. Diqqət edin! Bu çağrışda “Muhammədun Rasulullah” yoxdur. Başqa bir ayədə: “(Ya Peyğəmbər!) İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını (özü) versin deyə, Allahın (əzab) günlərindən qorxmayanları (əzab günlərinə, qiyamətə inanmadıqları üçün gözləməyənləri) bağışlasınlar!” (Casiyə, 45/14). Yəni axirətə və öldükdən sonra dirilməyə inanmayanları bağışlasınlar. Çünki “Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pislik etsə, zərəri özünə olar! Sonra siz öz Rəbbinizə doğru qaytarılacaqsınız.” (Casiyə, 45/15). Yəni cəzalandıracaqsa, onları Allah cəzalandırar və bu məsələyə biz müdaxilə edə bilmərik.

Bu mövzuda başqa bir misal: Əfəndimiz (s.ə.s) Uhud döyüşünün axırında Məkkəli müşriklərə qarğış etmiş, başqa bir rəvayətdə də bəzən səhər namazında səsli olaraq bəzi Ərəb qəbilələrinin adlarını sayaraq onları Allaha həvalə etmiş.. Zəif rəvayətə görə də “Biri-Maunə” hadisəsində səhabələrini şəhid edən qəbilələrə 30-40 gün boyunca qarğış etmişdir. Arxasınca da: “(Ya Rəsulum!) Bu işdə sənə dəxli olan bir şey yoxdur. (Allah) ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər, çünki onlar, həqiqətən, zalım kimsələrdir.” (Al-İmran, 3/128) ayəsi nazil olmuşdur ki, anlayana görə burada mülayim bir xəbərdarlıq da var.. Bəli, rəqiq (incə) Peyğəmbərin (s.ə.s.) rəqiq qəlbini incitmədən edilən bir sərzəniş (eyham vurmaq). Yəni: “Sən səninlə bağlı olmayan mövzulara niyə girirsən? Halbuki, bunlar səni maraqlandırmayan şeylərdir.”

Bura qədər verdiyimiz misallarda da göründüyü kimi, dialoqda ən əhəmiyyətli məsələ, fəsli-müştərəklər üzərində cəmləşmə və bunun ətrafında müzakirələr aparmaqdır.

Yeri gəlmişkən, illər əvvəl dinlədiyim bir xatirəni sizlərə anlatmaq və bununla mövzuya bir az daha aydınlıq gətirmək istəyirəm. Mövlana Xalid Bağdadi Həzrətləri xəlifələrini dünyanın hər bucağına göndərir. Bunlardan -Şeyx İsmət Əfəndi ola bilər- bir müridi də İspartaya gəlir. O, camaata nəsihət verərkən, hahamlar (yəhudi rahibləri) və keşişlər də gəlib dinləyirlər. Bir gün o camaata elmi həqiqətlərin dili ilə Allahın varlığını izah edir. Məsələn deyir ki: “Bir hüceyrədə 40 min atom var.
Təxmini hesablamalara görə belə ola bilməsi üçün 10 üstü filan qədər sıfır olmalıdır ki, bunu oxumağımız qeyri-mümkündür”
və ya “Günəşdə saniyədə filan qədər hidrogen atomu helyuma çevrilir və söhbətin axırında “Bu bizə Allahın varlığını göstərməzmi, hahambaşı?” -deyir. Hahambaşı da onu təsdiq edir. Başqa vaxt eyni şeyi keşişə soruşur. Keşiş də: “Haqlısınız, xoca əfəndi” cavabını verir. Nəhayət, bir dəfə Həzrəti Məhəmməddən (s.ə.s.) bəhs edincə haham da, keşiş də: “Xoca əfəndi, etiqadımızı pozma”, -deyə dərhal etiraz etmişlər. Bəli, Əfəndimiz (s.ə.s.) bizim canımızdır, ruhumuzdur. Onsuz (s.ə.s.) həyat batsın və yerin dibinə girsin! Amma Onun naminə nəsə ediriksə, yenə Onun xatirinə yeri və zamanı yaxşı müəyyən etməliyik, nəyi, harada və nə vaxt söyləyəcəyimizi çox yaxşı təyin etməliyik. Xülasə, fəsli-müştərəklər ətrafında dönmək dialoq adına diqqət ediləsi ən əhəmiyyətli məsələlərdən biridir.

Və son bir məsələ: münasibətdə olduğumuz şəxslərlə edəcəyimiz söhbətləri əvvəlcədən çox yaxşı təyin etməliyik. Məsələn, bir ateistə Allahın varlığını onun anlaya biləcəyi bir dil və üslubla.. qədər haqqında şübhə və tərəddüdləri olan və ya İnsanlığın İftixarının (s.ə.s.) “xatəmi-divani-nübüvvət” olduğu mövzusunda şübhəsi olanla da o mövzulara çox yaxşı bələd olaraq və vaxtını yaxşı təyin edərək izah etmək lazımdır. Yəni hər kəsin nəbzini tutma və nəbzə görə şərbət vermə əsas olmalıdır.

Ancaq mən, yaşadığımız dövr etibarilə əqidə ilə əlaqəli məsələləri müzakirə etmə kimi bir problemin olmadığı qənaətindəyəm. Onsuz da, bütün dünyada dinə bir yönəliş var. Bu baxımdan, indilərdə təmsilin çox daha əhəmiyyətli olduğunu düşünürəm. Bəli, bu gün, iffətli, təmkinli, tədbirli, səmimi, ixlaslı, çalıb-çapmayan, özünü çox düşünməyən, hasbi, yaşatma həzzi ilə yaşamaqdan imtina etmiş, dünyəvi arzuları olmayan Haqq ərlərinə ehtiyac var. Əgər cəmiyyət bu xüsusiyyətlərlə bəzənmiş insanları tapa bilsə, təmiz vicdanlar onlara doğru yönələcək və dinə sarılacaqdır. Son dövrdə bu cür insanlara göstərilən təvəccöhün arxasında bu mülahizənin olduğunu zənn edirəm. Rəbbim sırati-müstəqimdən ayırmasın! Amin!


Geri dön

Samir_Wuvalan

  • 14 dekabr 2013 03:00
  • Məqalə: 62
  • Şərh: 12314
  • Bal:
[Allah razi olsun.../b]

Samir_Wuvalan

  • 29 noyabr 2013 02:10
  • Məqalə: 62
  • Şərh: 12314
  • Bal:
{awards}
CoX DeYeRLi MeQaLeDi ALLAH RAZI OLSUN.

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 noyabr 2013 16:53
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Müəllifə təşəkkürlər...

--------------------

Samir_Wuvalan

  • 18 noyabr 2013 01:21
  • Məqalə: 62
  • Şərh: 12314
  • Bal:
{awards}
xeber ucun tesekkur

ღNəmLi kiprikღ

  • 16 noyabr 2013 14:44
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}

Twkler meqaleye gore:)


AyliN BunyaminovA

  • 16 noyabr 2013 01:04
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkürlər

--------------------
ܨܓܓܨܓܓ✍

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 15 noyabr 2013 17:13
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Allah razı olsun omyumnen

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 15 noyabr 2013 16:32
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkurler....

^^KuKuLKa^^

  • 15 noyabr 2013 12:22
  • Məqalə: 766
  • Şərh: 11549
  • Bal:
{awards}
“Qurani-Kərimdə zəkatın veriləcəyi yerlər izah edilərkən, qəlbləri İslama isindiriləcək şəxslər (müəlləfəi-qulub) də zikr edilir. Allah Rəsulu (s.ə.s.) həyatı boyu bu hökmü həmişə tətbiq etmişdir.

--------------------

-Kralica-

  • 15 noyabr 2013 11:47
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Ancaq mən, yaşadığımız dövr etibarilə əqidə ilə əlaqəli məsələləri müzakirə etmə kimi bir problemin olmadığı qənaətindəyəm. Onsuz da, bütün dünyada dinə bir yönəliş var. Bu baxımdan, indilərdə təmsilin çox daha əhəmiyyətli olduğunu düşünürəm. Bəli, bu gün, iffətli, təmkinli, tədbirli, səmimi, ixlaslı, çalıb-çapmayan, özünü çox düşünməyən, hasbi, yaşatma həzzi ilə yaşamaqdan imtina etmiş, dünyəvi arzuları olmayan Haqq ərlərinə ehtiyac var. Əgər cəmiyyət bu xüsusiyyətlərlə bəzənmiş insanları tapa bilsə, təmiz vicdanlar onlara doğru yönələcək və dinə sarılacaqdır. Son dövrdə bu cür insanlara göstərilən təvəccöhün arxasında bu mülahizənin olduğunu zənn edirəm. Rəbbim sırati-müstəqimdən ayırmasın! Amin!

--------------------




Bash Belası

  • 15 noyabr 2013 10:07
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah razı olsun bacım...

EmİcKa

  • 15 noyabr 2013 07:27
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
xeber ucun tesekkur

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 15 noyabr 2013 01:08
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Çox Dəyərli məqalədir,təşəkkür edirəm ömrüm


Allah razı olsun ömyümnən=)

--------------------

OnE DiReCtIoN_ZAYN

  • 15 noyabr 2013 00:27
  • Məqalə: 5
  • Şərh: 4457
  • Bal:
{awards}
Ancaq mən, yaşadığımız dövr etibarilə əqidə ilə əlaqəli məsələləri müzakirə etmə kimi bir problemin olmadığı qənaətindəyəm. Onsuz da, bütün dünyada dinə bir yönəliş var. Bu baxımdan, indilərdə təmsilin çox daha əhəmiyyətli olduğunu düşünürəm. Bəli, bu gün, iffətli, təmkinli, tədbirli, səmimi, ixlaslı, çalıb-çapmayan, özünü çox düşünməyən, hasbi, yaşatma həzzi ilə yaşamaqdan imtina etmiş, dünyəvi arzuları olmayan Haqq ərlərinə ehtiyac var. Əgər cəmiyyət bu xüsusiyyətlərlə bəzənmiş insanları tapa bilsə, təmiz vicdanlar onlara doğru yönələcək və dinə sarılacaqdır. Son dövrdə bu cür insanlara göstərilən təvəccöhün arxasında bu mülahizənin olduğunu zənn edirəm. Rəbbim sırati-müstəqimdən ayırmasın! Amin!

--------------------

ღNəmLi kiprikღ

  • 14 noyabr 2013 23:02
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Allah razi olsun melek bacim:)

^^KuKuLKa^^

  • 14 noyabr 2013 22:42
  • Məqalə: 766
  • Şərh: 11549
  • Bal:
{awards}
“(Ya Rəsulum!) Bu işdə sənə dəxli olan bir şey yoxdur. (Allah) ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər, çünki onlar, həqiqətən, zalım kimsələrdir.”

--------------------

Fatime_19

  • 14 noyabr 2013 22:39
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
ALLAH razi olsun!

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

BaKiNsKi_QiZ

  • 14 noyabr 2013 22:13
  • Məqalə: 6
  • Şərh: 349
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
♥ S ♥ -sen
♥ A ♥ -ALLAH'a
♥ L ♥ -layiq olsan
♥ A ♥ -ALLAH'da sene
♥ M ♥ -merhemet ede

✵Дорогой✵

  • 14 noyabr 2013 21:55
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Allah razi olsun

melek_19

  • 14 noyabr 2013 20:54
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elza Hüseynli

  • 14 noyabr 2013 20:53
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsun

winxclub_bloom

  • 14 noyabr 2013 20:45
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Roya_____

  • 14 noyabr 2013 20:32
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 46

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}