Təsəllimizin toplandığı nöqtə

 
Təsəllimizin toplandığı nöqtə


İnsan varlıq aləmində Cənabi-Haqqın isimlərinin nöqteyi-mihraqiyəsidir (İlahi isimlərin təcəllisinin toplandığı nöqtə).
O hər bir İlahi ismin əzəmətli təcəllisinə məzhər olan mükəmməl varlıqdır. Güllü, çiçəkli, bağlı, bağçalı yer üzü, aylı, günəşli, kəhkəşanlı səma insan mahiyyəti ilə müqayisədə çox sönükdür. M. Akifin ifadəsi ilə aləmlər insan mahiyyətində mətvidir, yəni dürülmüşdür. Bəli, aləmlər bir föhristtək insanın mahiyyəti ilə ifadə edilir. Deməli Allah (cəllə cəlaluhu) insanın xilqətinə xüsusi əhəmiyyət vermiş, onu Hakim isminin təcəllisi ilə hikmət abidəsinə çevirmişdir. Başqa sözlə, kainatı bir kitab, insanı da onun föhristi kimi tənzimləmişdir.

Əgər belə bir mahiyyətə malik varlıq ölümdən sonra dirildilməsə, bu, ehtimamla, həssaslıqla, mükəmməl şəkildə xəlq edilən insana laqeydlik olar ki, Cənabi-Haqq belə əbəs işdən münəzzəh və mübərradır. Bəli, insan öldükdən sonra diriləcək və həqiqi dəyərini də məhz o zaman tapacaqdır.

Bu həqiqəti belə də ifadə edə bilərik: Cənabi-Haqq kainatda camalını və kamalını göstərmək üçün daim isim və sifətləri ilə təcəlli edir. Hətta kainat bu təcəllilərin təcəssümündən ibarətdir. Məhz bu təcəllilərin daha dar dairədə hər kəsin görüb anlaya biləcəyi, mələklərin rahatca sezə biləcəyi, cin tayfasının, ruhanilərin mütaliə edəbiləcəyi kiçik kitab şəklində yazılmış forması insandır. Bəli, buna görə də insan böyük əhəmiyyətə malik varlıqdır. Qaldı ki, Cənabi-Haqq hər il bir çox şeyə “bəsu-bədəl-mövt”lə (öldükdən sonra dirilmək) yenidən həyat bəxş edir. Ən kiçik, az faydalı şeyləri yenidən dirildən, hətta ən adi bir toxuma belə yeni həyat bəxş edən Allah-Təalanın insan kimi böyük məna daşıyan, mühüm bir varlığa laqeyd yanaşması... dünyada isim və sifətlərinin güzgüsü olan insanı o biri aləmdə də eyni mahiyyətdə isim və sifətlərinə aynadarlıq etdirməsi heç mümkündürmü? Xeyr bu, hər işində külli hikmət olan Cənabi-Haqqın icraatlarına ziddir. Hər şeyi hikmətlə yaradan və heç bir əbəs işi olmayan Allah (cəllə cəlaluhu) insanı bu qədər hikmətlərlə süslədikdən sonra heç çürüdərmi?

Rəbbimiz nöqteyi-nəzərindən öldükdən sonra dirilişin zəruruliyi haqqında (həşr risaləsinə baxmaq olar) çox şey demək olar. Bəli, kainatdakı mövcud olan digər növlər növ kimi dirildiləcək; insan isə fərd-fərd dirildiləcək və özünəxas xarakter, duyğu, lətifələri ilə üxrəviliyin bütün xüsusiyyətlərini əks etdirən İlahi qüdrətin bir möcüzəsi olaraq yenidən xəlq ediləcək.

Bu mövzunun bizə aid yönünə gəlincə; ictimai həyatın nizam-intizam və ahəngi, ailə səadəti, fərdin hər yaşda xoşbəxtliyi ölümdən sonra diriliş həqiqətinə inanmaqdan asılıdır. Bəli, belə bir əqidəsi olmayan toplumda fərd qətiyyən hüzur tapa bilməz. Qısaca, “inanmayanlar da hüzur tapa bilməz” deyə bilərik. Həmçinin bünövrədə belə əqidəyə malik olmayan cəmiyyət də... Bəli, həşr əqidəsi - yenidən diriliş, Allah hüzurunda hesab vermə, dəftəri sağ əldən alıb cənnətə girmə, Rəbbin camalını görməyə namizəd olma kimi xüsuslar ümid və hüzur dolu həyat üçün vacib əsaslardır. İnsan bu üxrəvi əsaslara inanırsa, həm Rəbbin xoşnud olduğu istiqamətdə yaşayacaq, həm də daim hüzurlu olacaq. Belə ki, insan qəlbən buna inanırsa və bu istiqamətdə əməlləri varsa, o axirətdə yeni əbədi bir gənclik qazanacaq, dünyada inkişaf etdirdiyi hisslər qaytarılacaq, Rəbbi yolunda göstərdiyi bütün cəhd və səylər çeşid-çeşid cənnət nemətləri şəklində önünə səriləcək. Bu, “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!” (“Nəcm” surəsi, 53/39) ayəsinin tam mənası ilə zühuru deməkdir.

Bəli, həşrə iman insanın yeganə hüzur mənbəyidir. Bunu dərk edən səhabeyi-kiram hüzurlu ömür sürmüş, ölümü də sevinclə qarşılamışdır. Məsələn, İslamiyyət uğrunda gedən böyük döyüşlərin birində bir səhabə xurma ağacına söykənib xurma yeyirdi. Birdən Peyğəmbərimizin ümid dolu səsi gəldi:”Bu gün kim savabı Allahdan umaraq ölərsə, cənnətə istədiyi qapıdan girə bilər”. Bunu eşidən səhabə əlindəki xurmaları tullayıb, “Bəh, bəh! Əgər bunların (kafirlərin) əli ilə cənnətə girəcəyəmsə, cana minnət” deyir.. Bəli, ölümü belə insana sevdirən həşr inancıdır. Bu, insanın əvəzolunmaz hüzur mənbəyidir. Gənclik və dəliqanlılıq dövründə insanın arzularına, tamahına sərhəd qoyan, nəfsini cilovlayan yalnız həşr inancıdır. Bu inamla o, “Hesaba çəkilmədən əvvəl nəfsinizi hesaba çəkin”ə əsasən nəfsini hesaba çəkər və səhv addım atmamağa səy göstərər. Bu isə həm şəxsin, həm ailəsinin, həm də mənsub olduğu cəmiyyətin əmin-amanlıq və hüzur içində olması deməkdir.

Bu məqamda Hz. Yusufun peyğəmbərlikdən əvvəl Züleyxanın təklifinin cavabında “Allaha sığınaram” deməsini xatırlatmaq, zənnimcə, kifayətdir.

Buna bənzər bir hadisə də Hz. Ömər dövründə baş vermişdir: Fəttan bir qadının oxlarına məruz qalan bir gənc yoldan sapma əsnasında, “Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar” (“Əraf” surəsi, 7/201) ayəsi şimşək kimi beyninə çaxır, silkələnib özünə gəlir və ayənin çulğaladığı həyəcanla da ürəyi dayanır və əbədi aləmə köçür.


Geri dön

Samir_Wuvalan

  • 14 dekabr 2013 02:56
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
məqaləyə görə təşəkkürlər
ALAH razi olsun

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 noyabr 2013 16:47
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Çox saol ömyüm

--------------------

Samir_Wuvalan

  • 18 noyabr 2013 00:59
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
Allah razı Olsun

Nara Neznakomka

  • 16 noyabr 2013 18:08
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Rəbbimiz nöqteyi-nəzərindən öldükdən sonra dirilişin zəruruliyi haqqında (həşr risaləsinə baxmaq olar) çox şey demək olar. Bəli, kainatdakı mövcud olan digər növlər növ kimi dirildiləcək; insan isə fərd-fərd dirildiləcək və özünəxas xarakter, duyğu, lətifələri ilə üxrəviliyin bütün xüsusiyyətlərini əks etdirən İlahi qüdrətin bir möcüzəsi olaraq yenidən xəlq ediləcək.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Roya_____

  • 16 noyabr 2013 17:47
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı Olsun

Nara Neznakomka

  • 16 noyabr 2013 17:19
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Bu həqiqəti belə də ifadə edə bilərik: Cənabi-Haqq kainatda camalını və kamalını göstərmək üçün daim isim və sifətləri ilə təcəlli edir. Hətta kainat bu təcəllilərin təcəssümündən ibarətdir,

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

ღNəmLi kiprikღ

  • 16 noyabr 2013 14:30
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Allah razi olsun gozel bacim..

winxclub_bloom

  • 16 noyabr 2013 11:37
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

EmİcKa

  • 16 noyabr 2013 07:41
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
teşekkurler meqaleye gore

--------------------

OnE DiReCtIoN_ZAYN

  • 16 noyabr 2013 00:10
  • Məqalə: 5
  • Şərh: 4457
  • Bal:
{awards}
TWK..............................................

--------------------

AyliN BunyaminovA

  • 15 noyabr 2013 23:44
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Məqaləyə görə çox sağolun

--------------------
ܨܓܓܨܓܓ✍

ღNəmLi kiprikღ

  • 15 noyabr 2013 19:53
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler meqis ucun:)

Gun--ka

  • 15 noyabr 2013 17:00
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
“Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar” (

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 15 noyabr 2013 16:47
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Allah razı olsun omyumnen))

--------------------

Emma

  • 15 noyabr 2013 16:20
  • Məqalə: 0
  • Şərh: 458
  • Bal:
{awards}
Allah razi olsun........

✰ ♥..Золушка..♥ ✰

  • 15 noyabr 2013 16:16
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkurler..

✵Дорогой✵

  • 15 noyabr 2013 16:12
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Allah razı olsun.

PSIXOPATKA

  • 15 noyabr 2013 15:57
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Allah razı olsun. . .

--------------------

-Kralica-

  • 15 noyabr 2013 15:38
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
twwwwwwwwwkkkkkkkkkk

--------------------




^^KuKuLKa^^

  • 15 noyabr 2013 15:16
  • Məqalə: 765
  • Şərh: 11543
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

melek_19

  • 15 noyabr 2013 15:14
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun meleyim smile

--------------------

Roya_____

  • 15 noyabr 2013 14:36
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

мυsLiмαηκα

  • 15 noyabr 2013 14:32
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Alah Razi olsun ilk serh menden ;P

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 47

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}