Çaxoxbili (Gürcü Yeməyi)

 
Çaxoxbili (Gürcü Yeməyi)



Qamarcoba !
Bu gün qonşu ölkə Gürcüstana ləzzət səyahətinə çıxırıq. Çox ləzzətli toyuq yeməyiylə. Adı Çaxoxbilidir. Həyatımda yediyim toyuq yeməklərindən ən ləzzətlilərindən biridir. Bir qədər bizim toyuq çığırtmasını hatırladır, amma yenə də özünə məxsus fərqi və ləzzəti var. Dadını yazmaqla izah etmək çox çətindir. Bişirin görün.

Uşaqlıqda Balakən rayonuna nənəmgilə getdiyimizdə, bir neçə dəfə qohumlar yığışıb Balakənlə sərhəd olan Gürcüstan şəhəri Laqodexiyə getmişdik. O xatirələr unudulmazdır. Düzdür, orada çaxoxbili yeməmişdik.Ama reseptini anam öyrənib , tez-tez evdə hazırlayırıq !
Çaxoxbili əslində qırqovuldan hazırlanır. Amma müasir Gürcü mətbəxində toyuq ilə əvəz olunur. Qırqovulla çaxoxbilinin hazırlanması eyniylə aşağıdakı kimidir. Nuş Olsun!

6-8 porsiya üçün nəzərdə tutulub

2 qaşıq ərinmiş kərə yağı və ya duru yağ
1 toyuq (təxminən 1 kg 500 q) - 10 tikəyə bölün (mən burada hərdən sümüksüz bud ətindən istifadə edirəm)
4 ədəd orda boy soğan - doğrayın
8 ədəd orta boy pomidor - soyun və iri-iri doğrayın
3 diş sarımsaq - soyun və xırda-xırda doğrayın
təxminən yarım stəkan doğranmış göyərti qarişığı (keşniş, cəfəri, tərxun, reyhan, şüyüd)
bir çimdik qırmızı acı toz-bibər (zəruri deyil, mən istifadə etmirəm)
duz
istiot

1. Yağı iri tavada əridin. Toyuğu əlavə edib yağda hər tərəfini bir az qızardın (çox qızarmasın). Soğanı tavaya əlavə edib, 10 dəqiqə hərdən qarışdıra-qarışdıra bişirin.

2. Pomidoru əlavə edib, qapağını örtün və 30 dəqiqə ərzində, yaxud toyuq bişənə qədər bişirin.

3. Sarımsaq, göyərti, acı bibər, zövqə görə duz-istiotu əlavə edin. Qapağı yenidən örtün və 5 dəqiqə də bişirin. Yemək hazırdır. Çörəklə süfrəyə verin


Geri dön

NELLY19

  • 2 avqust 2011 15:02
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
Maraqli melumata gore cox sag ol

_RONALDO_

  • 11 mart 2011 00:34
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
dadli yemeye oxwayir

--------------------

Ulya

  • 16 fevral 2011 11:53
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
fellow

only-girl

  • 12 fevral 2011 12:22
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
təşəkkür

--------------------

Deyzi

  • 4 fevral 2011 21:29
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
hmmmm :) maraqlidir

L_SimuS

  • 24 yanvar 2011 22:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
aleykum qamarcoba))

tewekkur eziyyete gore

Jasmin gulu

  • 23 yanvar 2011 19:17
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
muellife minnetdaram eleyecem gorek nece cixacaq

JISTEN TIMBERLAND

  • 23 yanvar 2011 18:50
  • Məqalə: 10
  • Şərh: 440
  • Bal:
{awards}
gigi kizz twk

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

Cici-Kiz

  • 23 yanvar 2011 17:07
  • Məqalə: 38
  • Şərh: 654
  • Bal:
{awards}
Bəh-bəh əinəm ki cox dadı yeməkdi. Gürcülərin yeməklərindən dadmısa cooox bəyənmisə. Yazıb goturəcə, təsəkkurlər!

Bəh-bəh əminəm ki cox dadlı yeməkdi. Gürcülərin yeməklərindən dadmısam cooox bəyənmisəm. Yazıb goturəcəm, təsəkkurlər!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

YazYamuru

  • 23 yanvar 2011 17:05
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
HƏƏƏ QƏŞŞƏNG GÖRSƏNİR YƏQİN DADIDA QƏŞƏNG OLAR smile

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 57
Cəmi: 75

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 21
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}