Köhnə Simit pulları ilə cənnəti satın almaq

 
Köhnə Simit pulları ilə cənnəti satın almaq


Günün son dərsinin sonuna gəlinmişdi. Şagirdlər çıxmaq üçün səbirsizlənirdi. Dəftər və kitablarını çantalarına qoydular. Zəng çalar çalmaz, çölə çıxmaq üçün hazır idilər. Tək, Əli hazırlanmamışdı. Gecikmək üçün də əlindən gələni edirdi. Nəhayət zəng çaldı. Şagirdlər bir anda qapıya yönəldi. Əli, yerindən qalxmadı. Ağır ağır əşyasını yığdı. Bir tərəfdən göz ucuyla müəlliməinə baxır, bir tərəfdən də yoldaşlarının getməsini gözləyirdi. Müəlliməsi, onun bu halını gördü:

— Xeyir ola Əli, dedi. Evə getməyəcəksənmi? Əli, son yoldaşının da çıxdığını görüncə cavab verdi:
— Sizinlə danışmaq istəyirdim müəllimə. — Yaxşı, dedi müəlliməsi. Nə söyləyəcəksən baxaq? — Əhməd yoldaşım var ha… -Bəli, nə olub Əhmədə? — Vəziyyətləri çox yaxşı deyil yəqin. Anası, bəslənmə çantasına yaxşı şeylər qoymur. — Həə, nə olsun? — Ona kömək etmək istəyirəm. Amma mənim yardım etdiyimi bilsə kədərlənər.

Gündə bir simit pulu yığıb hər həftə sizə versəm, siz də ona versəniz? Cibindən bir ovuc köhnə pul çıxarıb müəllimənin masasının üzərinə qoydu. Sevinc müəllimə, pula toxunmadı. Stuluna oturub düşündü. Əli haqqındakı məlumatlarını yoxladı. Bildiyi qədəriylə ailəsinin vəziyyəti yaxşı deyildi. Bu çalışqan və sevimli şagirdi, nə qədər də yaxşı niyyətli və düşüncəli idi. Zəngin bir ailənin uşağı deyildi. Buna baxmayaraq yardım etmək istəyirdi. Üstəlik kömək etdiyinin bilinməsini istəmirdi. Sevinc Müəllimə: — Dayan baxaq Əli, dedi. Bildiyim qədəriylə sizin də maddi vəziyyətiniz yaxşı deyil. Səhvmi bilirəm? — Doğru bilirsiniz müəllimə. Atam fəhlədir.

Çox vaxt iş tapa bilmir. Amma mən də işləyir, pul qazanıram. — Harada işləyirsən? — Simit satıram. Sevinc Müəllimə yenə dayanıb düşündü. Yaxşılığın bu qədərinə nə deməli idi indi? Bunun reallaşması çətin idi. Onu, bundan imtina etdirmək üçün bir əlac tapmalı idi. Bunu edərkən, sevimli şagirdini də qırmamalı idi. Onunla bir az daha danışsa, bəlkə bir yolunu tapardı. Sevinc Müəllimə, Əliyə tərəf döndü: — Böyüyüncə nə olmaq istəyirsən, deyə soruşdu. — Çox zəngin bir işadamı… — Nə üçün? – İnsanlara daha çox kömək etmək üçün… — Gözəl, dedi Sevinc Müəllimə. Bax indi Əli, Əhmədin ailəsinin vəziyyəti çox yaxşı deyil, bu doğrudur. Amma sizinki də bundan çox fərqli deyil. İstəsən tələsmə.

Çox zəngin olduğun zaman insanlara kömək edərsən. Olmazmı?
— Olmaz, dedi Əli. İndi etməliyəm. — Niyə olmaz? — Üç səbəbdən ötrü olmaz. Birincisi: Bu pul onsuz da mənim deyil. Yaxşılıq etdiyim üçün Allah, məni insanlara sevimli göstərir. İnsanlar da bundan təsirlənir, daha çox simit alırlar. Bu sayədə gün boyu işləyənlərdən belə çox simit satıram. Hələ məhəllədə Həsən əmi var, hər gün iki simit alıb göyərçinlərə verir. İkincisi: ‘Ağac yaş ikən əyilər.’ deyilir. İndidən yaxşılıq etməyi öyrənməsəm böyüyəndə heç edə bilmərəm. İndidən yaxşılıq etməyib bunu zənginlik günlərimə təxirə salsam, zəngin olduğum günlərdə də daha zəngin olduğum günlərə təxirə salar özümü aldatmış olaram. Üçüncüsü isə daha əhəmiyyətldi: Böyüdüyüm zaman çox zəngin bir işadamı olmaq istəyirəm.

Zamanında sərmayə qoymayanlar böyük işadamı ola bilməzlər. Sevinc Müəllimə, qarsısında böyük biri varmış kimi dinləyirdi: — Bu sonuncusunu yaxşı anlaya bilmədim, dedi. — Açıqlayım müəllimə, dedi Əli. İndi, çox zəngin olmadığım üçün, ancaq gündə bir simit pulu qədər kömək edə bilirəm. Bundan çoxunu verə bilmərəm. Allah, Cənnəti gücü qədər yaxşılıq edənə verir. İndi gücüm bu olduğuna görə, Cənnətin qiyməti bir neçə simit pulu qədərdir. Əgər zəngin olmadan ölsəm bir neçə simit puluyla Cənnətə girə bilərəm. Bundan daha qazanclı bir sərmayə olarmı? Sevinc Müəllimənin gözləri dolmuşdu. Başını ‘Bəli’ mənasında yelləyərkən

Əlini evinə göndərdi. Sinifə geri dönərkən məktəbin boşaldığını gördü. Əşyalarını yığmaq üçün masasına döndüyündə Əlinin buraxdığı pulların masa üstündə qaldığını gördü. Kürsüsünə qeyri ixtiyari oturdu və pulları əlinə aldı. Heç bir pul ona bu qədər qiymətli gəlməmişdi. Sanki əlində dünyanın ən qiymətli incilərini, yaqutlarını, almazlarını tuturdu. Hətta bu pullar onlardan belə qiymətli idi. Bu pullar, bu köhnə simit pulları, Cənnəti satın ala biləcək pullar idi. Sanki heç buraxmaq istəməyən bir duyğu ilə sıx anladı bu köhnə simit pullarını. Oturduğu yerdən qalxa bilmədi Sevinc Müəllimə. İçinin dolduğunu, tərif edilə bilməyən duyğulara boğulduğunu hiss etdi.

Birdən boşalan güclü yağışlar kimi ağlamaya başladı. Ağladı… Ağladı… Ağladı. Özünə gəldiyində axşam olmuşdu. Yavaş addımlarla sinifdən çıxıb məktəbdən ayrılarkən gözətçi Sadiq ‘Köhnə Simit pulları ilə cənnəti satın almaq… Köhnə Simit pulları ilə cənnəti satın almaq’ deyə Sevinc müəllimənin sayıqladığını eşitdi. Gözətçinin heyrətlər içində, ‘Nə dediniz müəllimə?’ deməsini belə eşitməyən Sevinc müəllimə, gözətçinin çaşmış baxışları altında axşamın alaqaranlığına qarışmışdı...


Geri dön

Samir_Wuvalan

  • 8 dekabr 2013 18:58
  • Məqalə: 62
  • Şərh: 12320
  • Bal:
MaRaQLi HeKaYeYe GoRe TeSeKuLLeR....

--------------------

AyliN BunyaminovA

  • 7 dekabr 2013 03:20
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

--------------------
ܨܓܓܨܓܓ✍

✰ ♥..Золушка..♥ ✰

  • 3 dekabr 2013 20:51
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkurler...

nuray sirinova

  • 29 noyabr 2013 16:03
  • Məqalə: 52
  • Şərh: 4163
  • Bal:
{awards}
təşəkkürlər=)

Samir_Wuvalan

  • 28 noyabr 2013 01:17
  • Məqalə: 62
  • Şərh: 12320
  • Bal:
{awards}
HeKaYeYe GoRe CoX SaGoLuN..

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 23 noyabr 2013 17:33
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə tşk

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 20 noyabr 2013 17:58
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
müəllifə təşəkkürlər...

--------------------

Samir_Wuvalan

  • 20 noyabr 2013 00:41
  • Məqalə: 62
  • Şərh: 12320
  • Bal:
{awards}
Hekayeye göre tewekkurlerrr

--------------------

Elza Hüseynli

  • 18 noyabr 2013 22:39
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Hekayeye göre tewekkurlerrrr

winxclub_bloom

  • 18 noyabr 2013 11:58
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
melumat uchun teshekkurler

--------------------

^^KuKuLKa^^

  • 18 noyabr 2013 00:39
  • Məqalə: 774
  • Şərh: 11593
  • Bal:
{awards}
Twkler məqaləyə görə

--------------------

Samir_Wuvalan

  • 17 noyabr 2013 23:50
  • Məqalə: 62
  • Şərh: 12320
  • Bal:
{awards}
Tewekkur hekaye ucun

--------------------

melek_19

  • 17 noyabr 2013 21:50
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Tewekkur hekaye ucun

--------------------

Samir_Wuvalan

  • 17 noyabr 2013 21:25
  • Məqalə: 62
  • Şərh: 12320
  • Bal:
{awards}
Twkler məqaləyə görə

--------------------

ShคмKiʀKค

  • 17 noyabr 2013 19:29
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
cox sag ol..............

✵Дорогой✵

  • 17 noyabr 2013 18:22
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Тщклер мəяалəыə гöрə

-Kralica-

  • 17 noyabr 2013 18:15
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
twwwwwwwkkkkkkkkkkk

--------------------




EmİcKa

  • 17 noyabr 2013 18:12
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
tewekkurler

--------------------

ღNəmLi kiprikღ

  • 17 noyabr 2013 18:11
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler meqis ucun...

Roya_____

  • 17 noyabr 2013 18:02
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
hekaye ucun tewekkur oxuyacam^^

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}