Niyə İmam Hüseyn (ə) yaddan çıxmır‎?

 
Niyə İmam Hüseyn (ə) yaddan çıxmır‎?

İmam Hüseynin (ə) həyat tarixi, bəşər tarixində ən çox iz buraxan bir hadisə idi. Bu, elə bir hadisədir ki, indiyə qədər də səs-sədası əzadarlıq mərasimlərinin əmələ gəlməsinə səbəb olur. Maraqlısı budur ki, təhrikedici bir qüvvə yoxdur, ancaq pak dini və insani sevgidən qaynaqlanır. Bu böyük mərasimlərin səbəbi bu hadisəni əziz tutmaqdır. Heç bir təbliğata ehtiyacı yoxdur. Ancaq çoxları üçün hələ aydın olmayan bir məsələ vardır ki, bu hadisəyə niyə bu qədər əhəmiyyət verilir?
Bu hadisə həqiqətdə iki məktəb olan fərdi və əqidə məktəbinin mübarizəsidir. Bu hadisənin alovu hələ də sönməmişdir. Bu mübarizə bütün peyğəmbərlərin (ə) və saleh bəndələrin mübarizəsinin davamıdır. İslam Peyğəmbəri (s) dövrünün bütpərəstliyinə və xürafatına qarşı çıxmış və mübarizə aparmışdır. Məzlumları və zülm görmüşləri ətrafında toplayıb, bütpərəstlərə qarşı qiyam etmişdi. Onların başında Əbu Süfyan dururdu. Nəticədə İslam dininin əzəməti qarşında əyilib, təslim oldular. Əlbəttə onların təslim olmağı məhv olmaq demək deyildi. Onlar fəaliyyətlərini pərdə arxasına salıb, tədricən hərəkət etməyə başladılar.
Bəni-Uməyyə Həzrət Peyğəmbərin (s) dünyasını dəyişməsindən sonra insanları İslamdan əvvəlki vəziyyətə qaytarmağa çalışırdı və müsəlmanlar hər nə qədər İslamdan uzaqlaşırdısa, onlar üçün daha fürsətli bir zaman yaranırdı. Onlar cahiliyyət dövrünün çox sayda sünnətlərini canlandırdılar. Cahiliyyət dövrünün qiyamı üçün hazırlaşdılar. Məgər İmam Hüseyn (ə) pik nöqtəsinə çatan bu əqidələri qəbul edə bilərdimi? Məgər onun sükutunu Allah və Peyğəmbər (s) bəyənərdimi? O, ya gərək susub bu cahiliyyət dövrünün əqidələrini qəbul etməli, ya da öz pak qanı ilə tarixə yaddan çıxmayan bu hadisəni yazmalıydı. Bəli, İmam (ə) ikinci yolu seçdi. O, ən böyük risalətini yerinə yetirdi. İslam tarixinin yolunu dəyişdirdi. O, Əməvilərin zalım səylərini puç etdi və onlara böyük bir zərbə vurdu. Bəli, bu İmam Hüseyn (ə) qiyamının həqiqi siması idi. Buradan başa düşmək olar ki, bu qiyam niyə tarix boyu yaddan çıxmır. O, bir əsr və bir zamana aid bir məsələ deyildi. Hədəfi cavidandır.
Əziz İmam (ə)-Allah və İslam yolunda, haqq və ədalət yolunda, insanlara nicat vermək yolunda, bəşəri dəyərlərin dirçəldilməsi yolunda şəhid oldu. Belə bir sual verirlər ki, əgər İmam Hüseyn (ə) qələbə çalıbsa, niyə matəm keçiririk? Bu göz yaşı o cür böyük hadisəyə layiqdir. Bu sualı verənlər əzadarlığın fəlsəfəsini bilmirlər.
İnsanın ağlaması dörd cür olur:
1. Şövqə gəlib, ağlamaq. Övladını neçə il bundan qabaq itirmiş və yeni tapmış ananın göz yaşlarıdır. Əsgərlikdən sağ-salamat qayıdan oğlunu qarşılayan atanın kövrəlməsidir. Kərbəla hadisəsinin bir çox hissələri məhz şövqdən qaynaqlanan göz yaşlarıdır. Bu göz yaşı məğlub olmağa dəlalət edə bilərmi?
2. Sevgi göz yaşları. İnsanın sinəsində yerləşən üzv qəlbdir. Bu qəlb bir çox sevgi bağlarını təcəssüm edir. İnsan soyuq qış günündə anasının qucağında can verən yetimi görən zaman necə göz yaşlarını saxlasın?! Bu qəlbdir, daş deyil. Bir körpənin ata qucağında can verərək, əl-ayaq atmasını müşahidə etmək necə göz yaşlarına mane ola bilər ki? Bu zəiflik əlaməti deyildir, bu qəlbin diri olmasına dəlalət edir.
3. Hədəfə çatmağın göz yaşları. Bəzən göz yaşları hədəfə çatmağın əlamətidir. Bəzən insanlar şüar verir və bu hadisə haqqında şeirlər qoşurlar. Ancaq gözlərindən bir damcı belə yaş gəlmir. Bu, saxta bir sevgidir. O kəs ki, İmam Hüseyn (ə) hadisəsinə həqiqətən ürəkdən yanırsa, bu hadisənin haqqında şeir və ya şüar eşidən zaman göz yaşları axmağa başlayar. Çünki bu göz yaşları qəlbin aynasıdır. Onun sadiq olduğunu göstərir. Bu göz yaşları İmamın (ə) hədəfinə vəfardar olduğunu elan edən göz yaşlarıdır.
4. Zillət və məğlubiyyət göz yaşları. O kəslər ki, öz hədəflərinə çatmamışdır, irəli getmək üçün şücaətləri yoxdur, bu cür göz yaşları tökürlər. Onlar zəif insanlardır. Heç bir zaman İmam (ə) üçün belə göz yaşı tökmə, çünki İmam bu cür göz yaşına nifrət edir. İmam (ə) üçün əzadarlıq keçirməklə yanaşı İmam Hüseyn (ə) məktəbi və tərəfdaşları ilə tanış olsaq yaxşı olar. O Həzrət (ə) kimi pak yaşamağa və pak düşünməyə və düzgün əməllər etməyə çalışaq.


Geri dön

Samir_Wuvalan

  • 14 dekabr 2013 02:51
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
məqaləyə görə təşəkkürlər
ALLAH razi olsuN....

Banned549678

  • 10 dekabr 2013 18:00
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər
ALLAH razi olsun

AyliN BunyaminovA

  • 4 dekabr 2013 03:29
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
təşəkkürlər.

--------------------
ܨܓܓܨܓܓ✍

Samir_Wuvalan

  • 29 noyabr 2013 01:21
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
{awards}
CoX DeYeRLi MeQaLeDi ALLAH RAZI OLSUN.

EmİcKa

  • 19 noyabr 2013 20:31
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
tewekkurler

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 noyabr 2013 16:43
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Müəllifə təşəkürlər...

--------------------

winxclub_bloom

  • 19 noyabr 2013 11:04
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Samir_Wuvalan

  • 19 noyabr 2013 01:43
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
{awards}
tWKLER MEQALE UCUN.

ღNəmLi kiprikღ

  • 18 noyabr 2013 21:25
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
tWKLER MEQALE UCUN.

Roya_____

  • 18 noyabr 2013 20:24
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

Elza Hüseynli

  • 18 noyabr 2013 20:10
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsunnn

PSIXOPATKA

  • 18 noyabr 2013 19:36
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Co o o x sagolun. . .

--------------------

Samir_Wuvalan

  • 18 noyabr 2013 19:16
  • Məqalə: 62
  • Şərh: 12316
  • Bal:
{awards}
Allah razi olsun

melek_19

  • 18 noyabr 2013 18:21
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Roya_____

  • 18 noyabr 2013 18:10
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

✵Дорогой✵

  • 18 noyabr 2013 17:59
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 60
Cəmi: 82

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}