Dua, onun fəziləti və qəbul olma vaxtları

 
Dua, onun fəziləti və qəbul olma vaxtları


Rəhmli və Mərhəmətli Allahin adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Hər bir insan həyatının hər anında Uca Allaha möhtacdır və bu ehtiyacdan doğan ən zəruri əməl də məhz duadır. Duanın insan həyatında, onun bu dünyada və axirətdəki halının müəyyən edilməsi baxımından rolu çox böyükdür.

Hər bir kəs çətinliyə düşdükdə, hər hansı bir şeyə ehtiyacı olduqda Allaha dua edərək düşdüyü sıxıntıdan qurtulmağı Uca Allahdan istəyir. Dua möminin silahı adlanır.

O, ən əzəmətli ibadətlərdən sayılır. Dua Allah və qul arasında olan bir bağlantıdır. Uca Allah kəramətli olduğu üçün insanların istədiklərini onlara verir. Uca Allah buyurur: «Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm». (əl-Bəqərə 186)

Təkəbbürlülük üzündən Allaha dua etməyənə, Ondan istəməyənə Uca Allahın qəzəbi tutar. Uca Allah buyurur: «Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər.”» (əl-Ğafir 60)

Duanın fəziləti

Duanın çoxlu və əzəmətli faydaları vardır. Bunlardan;

1. Dua Allaha itaət, və Onun əmrini yerinə yetirməkdir.

Uca Allah buyurur: «Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər.”» (əl-Ğafir 60)

2. Dua ibadətdir.

Nu`mən ibn Bəşir (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Həqiqətən dua ibadətdir.» (Sunənu Əbu Davud, hədis 1479, Sunən ət-Tirmizi, hədis 2969, 3247. Albani hədisin «Səhih» olduğunu bəyan etmişdir)

3. Allah üçün ən əziz əməldir.

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Uca Allaha duadan əziz şey yoxdur.» (Sunən ət-Tirmizi, hədis 3370, Sunənu İbn Macəh, hədis 3829. Albani hədisin «Həsən» olduğunu bəyan etmişdir). Başqa hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Sizin Rəbbiniz həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmaqdan utanır.» (Sunənu Əbu Davud, hədis 1490 , Sunənu İbn Macəh, hədis 3998. Albani hədisin » Həsən» olduğunu bəyan etmişdir).

4. Dua insanı Allahın qəzəbindən qoruyan ən mühüm səbəbdir. Kim Allahdan istəməzsə Uca Allahın ona qəzəbi tutar.

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Kim Allahdan istəməzsə Allahın ona qəzəbi tutar.» (Sunən ət-Tirmizi, hədis 3373, Musnədu Əhməd 2/442 . Albani hədisin «Həsən» olduğunu bəyan etmişdir).

5. Dua sahibini acizlikdən qurtarır.

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «İnsanların ən acizi dua etməkdə aciz olanıdır. İnsanların ən paxılı isə salam verməyə paxıllıq edəndir.» (Səhih İbn Hibban, hədis 1939. Albani hədisin «Səhih» olduğunu bəyan etmişdir). İnsanlar arasında ən bədbini, gələcəyinə ümidlə baxmayanı və ən acizi isə ən az dua edən kimsədir. Çünki dua insana qüvvət və fayda verir.

6. Bəla gəlməzdən əvvəl ondan qorumaq üçün ən böyük səbəbdir.

Səubən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Qədəri yalnız dua dəyişir.» (Sunənu İbn Macəh, hədis 90, Musnədu Əhməd 5/277. Albani hədisin «Səhih» olduğunu bəyan etmişdir).

Duanın qəbul olma vaxtları

Uca Allah bəzi vaxtları duaların qəbul olması üçün daha fəzilətli etmişdir. Yəni bu o demək deyil ki, başqa vaxt edilən dualar qəbul olmur. Edilən dua istənilən halda və zamanda qəbul olunur. Sadəcə ilin, ayın, həftənin yaxud da günün elə vaxtları vardır ki, bu vaxtlarda edilən dualar həm Allah tərəfindən qəbul olunmasında, həm də savabına görə başqa vaxtlarda edilən dualardan üstündür. Bu vaxtların hər birinə Quran ayəsində və mötəbər hədislərdə dəlillər vardır.

1. Qədr gecəsi.

Aişə (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) “Qədr gecəsinin hansı gecə olduğunu bildikdə necə dua edim?” – deyə soruşduqda, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) «Allahım, Sən Bağışlayan, kərəm Sahibisən, bağışlamağı sevirsən, məni bağışla» – deyə cavab verdi. (Sunən ət-Tirmiz 3513, Albani hədisi səhihləşdirmişdir)

2. Gecənin son üçdə birində edilən dua.

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Bizim Rəbbimiz hər gecənin axır üçdə biri yer səmasına enərək “Mənə dua edən varmı, duasını qəbul edim?! Məndən istəyən varmı istədiyini verim?! Məndən bağışlanma diləyən varmı onu bağışlayım?!” – deyir.» (Səhih əl-Buxari 1145, Səhih Muslim 758)

3. Azan və iqamə arasında edilən dua.

Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Azan və iqamə arasında edilən dua qəbul olunur, (bu vaxtı) dua edin!» (Sunəni Əbu Davud 52. Albani hədisi səhihləşdirmişdir)

4. Yağış yağan zaman edilən dua.

Səhl ibn Səd (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «İki vaxt dua rədd olunmur; azan vaxtı və yağış altında edilən dua.» (Sunənu Əbu Davud 3540 Albani hədisi həsənləşdirmişdir)

5. Fərz namazının sonunda edilən dua.

Əbu Uməmə əl-Bəhili (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) “Hansı dua daha çox eşidiləndir” – deyə soruşduqda O (Allahın ona salavat və salamı olsun): «Gecənin axır vaxtı və fərz namazının sonunda edilən dua» – deyə cavab vermişdir. (Sunənu ət-Tirmizi 2782)

6. Səcdə zamanı edilən dua.

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın.» (Səhih Muslim 482, Sunənu Əbu Davud 875)

7. Valideynin övladı üçün etdiyi dua, oruc tutanın və müsafirin duası.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Üç dua rədd olunmur; valideynin övladı üçün etdiyi dua, oruc tutanın duası və müsafirin duası.» (əl-Beyhəqi. Albani hədisi həsənləşdirmişdir)


Geri dön

Samir_Wuvalan

  • 14 dekabr 2013 02:51
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
məqaləyə görə təşəkkürlər
ALLAH razi olsuN...

--------------------

AyliN BunyaminovA

  • 4 dekabr 2013 03:20
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
meqaleye gore tsk

--------------------
ܨܓܓܨܓܓ✍

Samir_Wuvalan

  • 29 noyabr 2013 01:20
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
CoX DeYeRLi MeQaLeDi ALLAH RAZI OLSUN....

--------------------

Axilli qiz

  • 20 noyabr 2013 18:30
  • Məqalə: 15
  • Şərh: 1399
  • Bal:
{awards}
Tesekkurler

--------------------
reklam etmek olmaz

EmİcKa

  • 19 noyabr 2013 20:23
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
tewekkurler

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 noyabr 2013 16:42
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Müəllifə təşəkürlər...

--------------------

Roya_____

  • 19 noyabr 2013 12:39
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı qalsın

winxclub_bloom

  • 19 noyabr 2013 10:57
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

GULCIN_ROSE

  • 19 noyabr 2013 09:15
  • Məqalə: 2
  • Şərh: 1051
  • Bal:
{awards}
ALLAH razi qalsin

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

Samir_Wuvalan

  • 19 noyabr 2013 01:33
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 18 noyabr 2013 23:39
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

✵Дорогой✵

  • 18 noyabr 2013 22:31
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Üç dua rədd olunmur; valideynin övladı üçün etdiyi dua, oruc tutanın duası və müsafirin duası.» (əl-Beyhəqi. Albani hədisi həsənləşdirmişdir)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Üç dua rədd olunmur; valideynin övladı üçün etdiyi dua, oruc tutanın duası və müsafirin duası.» (əl-Beyhəqi. Albani hədisi həsənləşdirmişdir)

ღNəmLi kiprikღ

  • 18 noyabr 2013 21:14
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Rəhmli və Mərhəmətli Allahin adı ilə

Fatime_19

  • 18 noyabr 2013 20:37
  • Məqalə: 1
  • Şərh: 521
  • Bal:
{awards}
ureyim ALLAH razi olsun......

--------------------
HEDEFI OLMAYAN GEMIYE,HEC BIR RUZGAR YARDIM EDEMEZ!

qizildis

  • 18 noyabr 2013 20:26
  • Məqalə: 0
  • Şərh: 252
  • Bal:
{awards}
dua etmeye bawlamazdan evvel Subhaneke Allahumme ve Bihemdike deyin cunki qurani kerim bele buyurur

Gun--ka

  • 18 noyabr 2013 20:08
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Üç dua rədd olunmur; valideynin övladı üçün etdiyi dua, oruc tutanın duası və müsafirin duası.» (əl-Beyhəqi. Albani hədisi həsənləşdirmişdir)

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

men ve dunyam

  • 18 noyabr 2013 20:07
  • Məqalə: 93
  • Şərh: 3327
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN !

--------------------
MEN GETDIM .HAMINIZ UCUN DARIXACAM . . .

Elza Hüseynli

  • 18 noyabr 2013 20:01
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsun

Samir_Wuvalan

  • 18 noyabr 2013 19:45
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
O, ən əzəmətli ibadətlərdən sayılır. Dua Allah və qul arasında olan bir bağlantıdır. Uca Allah kəramətli olduğu üçün insanların istədiklərini onlara verir. Uca Allah buyurur: «Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm». (əl-Bəqərə 186)

--------------------

PSIXOPATKA

  • 18 noyabr 2013 19:23
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Allah razı olsun. . .

--------------------

Samir_Wuvalan

  • 18 noyabr 2013 18:59
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
Allah razı olsun

--------------------

Roya_____

  • 18 noyabr 2013 18:01
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

Samir_Wuvalan

  • 18 noyabr 2013 17:59
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
Duanın çoxlu və əzəmətli faydaları vardır. Bunlardan;

1. Dua Allaha itaət, və Onun əmrini yerinə yetirməkdir.

--------------------

sonzeng2015

  • 18 noyabr 2013 17:57
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
sag olun bele gozel meqaleye gore

✵Дорогой✵

  • 18 noyabr 2013 17:51
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Allah razi olsun

melek_19

  • 18 noyabr 2013 17:41
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

.:PaRiS:.

  • 18 noyabr 2013 17:40
  • Məqalə: 96
  • Şərh: 14
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 24

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}