Həyatın ən böyük seçimi

 
Həyatın ən böyük seçimi

İki gənc oğlan iki qıza onların həyat yoldaşı olmağını təklif edir. Biri deyir:
- Mən ancaq öz ürəyimi təklif edə bilərəm. Ürəyimə mənimlə çətin yolu bərabər getməyə razı olacaq qız girə bilər. O biri isə dedi:
- Mən öz həyat yoldaşımla həyatın sevinclərini böyük sarayda bölmək istəyirəm.
Qızlardan biri fikirləşib cavab verdi:
- Sənin təklif etdiyini ürək mənə çox dar gəlir. O, mənim ovcumun içində yerləşə bilər. Ancaq mənə xoşbəxtlik və səadət gətirəcək yer geniş və işıqlı olmalıdır. Mən sarayı seçirəm və ümid edirəm ki, orda dar və darıxdırıcı olmayacaq. Deməli, çoxlu xoşbəxtlik olacaq.
Saray təklif edən oğlan qızın əlindən tutub dedi:

- Sənin gözəlliyin mənim sarayıma layiqdir. O, qızı öz gözəl sarayına apardı. İkinci qız isə əlini ona öz ürəyini təklif edən oğlana uzadıb dedi:
- Dünyada insan ürəyindən isti və rahat yer yoxdur. Heç bir böyük saray bu müqəddəs məskənlə müqayisə oluna bilməz.
Onların yolu çox çətin oldu. Çox çətinliklərlə, sınaqlarla üzləşdilər. Ancaq sevdiyi insanın ürəyində ona hər zaman isti və rahat idi. Xoşbəxtlik heç vaxt onları tərk etmirdi. O ürəkdə ona heç vaxt dar olmurdu. Çünki sevgidən ürək daha da geniş olurdu və hər bir canlıya orda yer var idi. Yolun sonunda, zirvədə onlar böyük bir xoşbəxtliyə nail oldular və anladılar ki, insan xoşbəxtliyinin yolu yalnız ürəkdən keçir.
Gözəl sarayı seçmiş gözəl isə oranın genişliyindən və gözəlliyindən çox zövq almadı. Az müddətdən sonra o anladı ki, saray nə qədər böyük olsa da, onun sərhədləri var. Ona görə də ora ona qızıl qəfəsi xatırlatmağa başladı. O qəfəsdə nəfəs almaq çox çətin idi. Qız pəncərədən bayıra baxırdı, sarayın içində o tərəf-bu tərəfə gedirdi. Lakin ordan çıxmağa yer tapa bilmirdi. Hər şey onu sıxır, boğur, incidirdi. Ancaq saraydan kənarda gözəl və əlçatmaz nə isə vardı. Sarayın gözəlliyi ətrafın işığı və genişliyi ilə heç cür müqayisə oluna bilməzdi. Qız anladı ki, heç vaxt belə xoşbəxtliyi hiss edə bilməz. O, sona qədər xoşbəxtliyə gedən yolun hardan keçdiyini anlamadı. Qız kədərləndi. Kədər isə onun ürəyini qəmə boyadı. Gözəl quş özü üçün seçdiyi qızıl qəfəsdə kədərdən öldü.

İnsanlar quş olduqlarını unudub. İnsanlar uça bildiklərini unudub. İnsanlar unudub ki, heç vaxt batmayacaqları sonsuz dəryalar var.

Seçim etməmişdən əvvəl soyuq, hissi olmayan beyni yox, ürəyi dinləmək lazımdır.
İnsanlar unudub ki, rahat, yaxında olan xoşbəxtlik olmur. Onun arxasınca uzun, ağır və çətin yolla getmək lazımdır. İnsan həyatının mənası da məhz bundadır.


Geri dön

Ulya

  • 16 fevral 2011 11:53
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol

Made_In_Bakinka

  • 2 fevral 2011 02:12
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
hmm maraqlidir tesekkurler

L_SimuS

  • 24 yanvar 2011 22:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

NaRka

  • 23 yanvar 2011 23:49
  • Məqalə: 3
  • Şərh: 266
  • Bal:
{awards}
cox maragliydi feel
tawakur

Jasmin gulu

  • 23 yanvar 2011 19:21
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
maraqli hekayedi muellife minnetdaram

JISTEN TIMBERLAND

  • 23 yanvar 2011 18:51
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
gigi kiz twk _______I AM DOG

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

Cici-Kiz

  • 23 yanvar 2011 18:22
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
[b]Mənali hekayə idi, urəyin gucu hətta qolun gucundən də coxdu. Coox sag olun![/b]

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

YazYamuru

  • 23 yanvar 2011 17:09
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Seçim etməmişdən əvvəl soyuq, hissi olmayan beyni yox, ürəyi dinləmək lazımdır
belay BAŞ ÜSTƏ

--------------------



İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}