Uşaqlara Allahı Tanıtmağın Əhəmiyyəti

 
Uşaqlara Allahı Tanıtmağın Əhəmiyyəti


Allahı tanımadan, dinini öyrənmədən yetişən uşaq şübhəsiz ki, həyatında bir çox çətinliklə qarşılaşacaq. Allah sevgisi və Allah qorxusu əvvəldən ona öyrədilmədiyi üçün qarşılaşdığı bütün hadisələrdə nəfsi ilə hərəkət edəcək, yalan danışaraq özünü xilas edəcəyini zənn etdiyi üçün asanlıqla yalan danışacaq, haqsız yoldan mənfəət təmin etməyi normal qarşılayacaq, yardımsevər və mülayim olmaq əvəzinə üsyankar və eqoist olacaq. Hər şeydən əvvəl, dünyada daim zərərə uğrayacağı kimi, axirətini də itirəcək, Allahdan və dindən uzaq həyat sürdüyü üçün isə Cənnətə düşmək imkanını sonsuza qədər itirmiş olacaq.

Bu səbəbdəndir ki, valideynlərin uşağına edəcəyi ilk xeyirxah iş Allah sevgisini və Allah qorxusunu kiçik yaşda ikən ona öyrətməkdir. Uşağa əvvəlcə onu Allahın yaratdığını, bütün kainatın yaradıcısının Allah olduğu açıqlanmalı, Ondan başqa heç kimin heç bir şeyə güc çatdıra bilməyəcəyi, bütün gücün Allahdan olduğu, Onun hər şeyi gördüyü, bildiyi, eşitdiyi, bütün insanlara qarşı çox mərhəmətli və çox ədalətli olduğu, sahib olduğu hər şey üçün Ona şükr etməsi lazım olduğu, axirətin qəti həqiqət olduğu, bir gün ölüb Allahın hüzuruna gedəcəyi və dünyada göstərdiyi bütün davranışlar üçün hesab verəcəyi öyrədilməlidir. Uşaq ətrafında gördüyü hər bir canlını Allahın yaratdığını, rəngarəng çiçəkləri, heyvanları, bitkiləri, torpaqdan mükəmməl dad və qoxuya sahib bir şəkildə çıxan çiyələkləri, almaları, portağalları, narları, bananları Allahın yaratdığını, xəstələndiyi zaman ona şəfa verənin Allah olduğunu, Allahın onu çox sevdiyini, dualarını eşitdiyini öyrənməli, tək dostu və köməkçisinin Allah olduğunu ən kiçik yaşlarından etibarən bilməlidir.

Bundan əlavə uşaq Quranda təsvir edilən gözəl əxlaq üzrə yetişdirməlidir. Əslində Quranda əmr edilən gözəl əxlaqın yaşandığı bir evdə yetişən uşaq təbii olaraq gözəl əxlaqı mənimsəyəcək. Allah üçün sevməsi lazım olduğunu, sahib olduğu hər şeyi digərləriylə paylaşmağı, hər fürsətdə gözəl söz söyləməyi, kasıblara kömək etməyi, insanlarla lağ etməməyi, eqoist olmamağı, fədakar olmağı, təvazökar olmağı böyüklərindən görən uşaq, gözəl əxlaqı mütləq tətbiq edəcək.

Qısa şəkildə təkrar etsək, uşaqlara ediləcək ən böyük yaxşılıq, onlara bütün gücün Allaha aid olduğunu hiss etdirmək və Onunla dost olmağı təmin etmək olacaq. Əgər bir uşaq inanclı və təvəkküllü yetişdirilsə möhkəm bir xarakterə sahib olar. Amma bütün gücün Allahdan olduğunu bilməzsə, həyatı boyunca insanlardan qorxacaq, onlardan kömək umacaq. Digər tərəfdən uşaq imanlı və təvəkküllü yetişdirildiyi təqdirdə, bu, onun bütün həyatı boyunca rahat və dinc yaşamasına vəsilə olacaq. Belə olduqda uşaq nə qədər kiçik olursa olsun, yetkin mömin ağlına və əxlaqına sahib olacaq, qarşılaşdığı hadisələr qarşısında məyus olmayacaq, xoşuna gəlməyən bir şeylə qarşılaşdığında ağlamayacaq, şikayətlənməyəcək, hadisələrin həmişə Allahın idarəsində olduğunu biləcək, təvəkkül edəcək, gözəl rəftar göstərəcək. Unutmamaq lazımdır ki, dinimiz hətta adi bir uşağın anlayacağı qədər açıq və asandır. Bu səbəbdən uşaqlara mütləq Quranı oxumaq, ayələri onlara açıqlamaq, Peyğəmbərimizin (s.ə.v) gözəl əxlaqını izah etmək, hər şeyin həqiqi istiqamətini onlara öyrətmək lazımdır.


Geri dön

_RONALDO_

  • 11 mart 2011 00:34
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
maraqlidi twk

--------------------

Ulya

  • 16 fevral 2011 11:52
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah razi olsun

L_SimuS

  • 24 yanvar 2011 22:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

nilayka

  • 23 yanvar 2011 21:16
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
gozel movzularin mueliffine tewekkurler

--------------------

YazYamuru

  • 23 yanvar 2011 20:33
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
EEEEEEHHHHHHH belay

--------------------



sevgi_meleyim

  • 23 yanvar 2011 19:48
  • Məqalə: 4
  • Şərh: 107
  • Bal:
{awards}
Allah razi olsun. Yazan ellerin yorulmasin. Tsk

--------------------
Bezi insanlarin Allahi subut etmek istemelerine teeccublenirem. Allahin varligi sabitdir. Sen qullugunla subut etmeye chalish!

Jasmin gulu

  • 23 yanvar 2011 19:11
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
USAQLIQDA QAZANILAN BILIK DASA HEKK OLUNAN YAZIDIR
Muellife minnetdaram

Cici-Kiz

  • 23 yanvar 2011 19:08
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Əlbətdə İsla dini İnsanin tərbiyyəsində çox gözəl izlər salir. Yetərki dogru, durust asilansin usaqlara. Allaha həqiqətən urəkdən inanan insan basina gələcəkləri rahatliqla və səbrlə yoluna qoyur. Bu da ounu yaşamina cox gozəl təsir edir. Minnətdaram xəbərcun!

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

JISTEN TIMBERLAND

  • 23 yanvar 2011 18:47
  • Məqalə: 10
  • Şərh: 441
  • Bal:
{awards}
dweyerlidiiii

--------------------
Ümidsizlik və qorxaqlıq iş əzmindən məhrum kəslərə görədir

MuslimGirl

  • 23 yanvar 2011 18:46
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Deyerli ve ibretamiz movzudur. Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 51
Cəmi: 69

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 386
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}