Sev ki, sevən mərd olar

 
Sev ki, sevən mərd olar

Sevgiyə nə mane olur?

Müasir zamanda gənclər daha sərbəstdirlər. İstədikləri insanla tanış olur, ailə qururlar. Amma təəssüf ki, çox vaxt da belə ailələrin ömrü uzun sürmür. Psixoloqların fikrincə, çox vaxt cütlüklər evliliyin ilk 5 ilinə adaptasiya ola bilmir və ayrılırlar. Psixoloq Jalə Həmidlinin sözlərinə görə, müasir dövrdə gənclər daha çox sərbəstlik qazansalar da, ünsiyyətlə bağlı problemləri artır. "Belə ki, daha çox sosial şəbəkələrdə və kompüter qarşısında vaxtlarını keçirən gənclər ünsiyyətə olan tələbatlarını bu cür ödəyirlər. Nəticədə gerçək ünsiyyət onlar üçün maraqsızlaşır və bir-birindən soyuyurlar. İstər-istəməz internet vasitəsilə əks cinsin üzvləri ilə də söhbət edir və bəzən də bu söhbət yeni tanışlığa və sevgi hisslərinin yaranmasına gətirib çıxarır", - deyən psixoloq əlavə edib ki, ünsiyyət qurmaq, bir-birini başa düşmək sevgi münasibətlərinin davamlı olması üçün çox önəmlidir: "Odur ki, hisslərini ifadə edə bilməyən insanlar da tədricən sevdiyi insanı itirirlər. Bəzən insanlar yanlış olaraq qarşısındakının onun nə hiss etdiyini anladığını düşünürlər. Lakin bu, heç də həmişə belə olmur. Ona görə də bu haqda danışmaq çox önəmlidir. Belə ki, qarşı tərəfin diqqətə, qayğıya, sevgi etiraflarına ehtiyacı ola bilər. O, bunu tapmadıqca başqa yerdə və başqa istiqamətlərdə axtarmağa başlayacaq. Xüsusilə də, qadınlar daim sevildiklərini bilmək istəyirlər. Onların xoşbəxt olması üçün sevildiyini anlamaları çox önəmlidir". Müsahibimizin sözlərinə görə, əksər cütlüklər məhz hiss etdiklərini ifadə edə bilmədiklərindən ayrılırlar: "Bəzi insanlar isə qarşı tərəfin hansısa davranışını bəyənmədikdə, bu haqda susur və bunu deməyi özlərinə sığışdırmırlar. Halbuki vaxtında sakit və mülayim tərzdə deyilən "Sən mənə az diqqət ayırırsan", "Bunu deməyin xətrimə dəyir", "Evə gec gəlməyin məni çox üzür", "Səliqəsiz və baxımsız görünüşün məni səndən uzaqlaşdırır" sözləri bir çox cütlüklərin ayrılmasının qarşısını ala bilər. "Elə də insanlar var ki, münasibətlərində yaranan hansısa xoşagəlməz halı aydınlaşdırmaq əvəzinə susmaqla qarşı tərəfi cəzalandırmaq istəyirlər. Bu cür davranış həm kişilər, həm də qadınlar üçün xarakterikdir. Onlar belə edərək qarşı tərəfin narahat olmasına və özünü günahkar hiss etməsinə çalışırlar". Psixoloq bildirir ki, qadınlar çox vaxt küskün üz ifadəsini qəsdən alırlar. Kişilər isə qürurlarına sığışdırıb nədən incidiklərini deyə bilmirlər. Demədikdə isə qarşı tərəfə nəyisə anlatmaq çətin, bəzən də mümkünsüz olur. J.Həmidlinin dediyinə görə, ümumiyyətlə, münasibəti qorumaq çox çətindir. Hətta hiss etdiyini sözlə belə ifadə etdikdə, qarşı tərəfi başa salmaq mürəkkəbdir. Həmsöhbətimiz qeyd edib ki, bir-birini dəyişməyə cəhd də sevgi hisslərini tədricən öldürür: "Hər bir insanın öz vərdişləri var ki, onları dəyişmək onun üçün çətin prosesdir. Əksər hallarda isə insan öz vərdişlərini, davranışını dəyişmək istəmir. Bunu davamlı tələb edən qarşı tərəf isə onu qıcıqlandırmağa başlayır". Sevgiyə qarşı tərəfin təhqir olunması da mane ola bilər. Belə ki, başqalarının yanında sevdiyi insanı təhqir etmək onun ürəyini qıra bilər. Psixoloq məsləhət görür ki, başqaları yanında mübahisə etməyə dəyməz: "Xüsusilə də, oğlanın dostları yanında dava salmaq, onu təhqir etmək münasibətə son qoya bilər. Belə ki, oğlanlar üçün dostlarının fikri, ona hörmət etməsi çox önəmlidir. Və o, təhqir olunmağını sizə bağışlamaya bilər. Bu cür hərəkətlərə qətiyyən yol verməyin". Nə qədər qəribə olsa da, hədsiz səmimiyyət də sevgiyə mane olur. Həmidlinin sözlərinə görə, bir-birinizə olan marağı itirməmək üçün hər şeyi danışmayın: "Qoy sizin də sirləriniz, bəlli olmayan tərəfləriniz qalsın. Əks halda münasibətiniz darıxdırıcı ola bilər. Çox yaxın və səmimi olmaq münasibətin ilkin mərhələsində insanı xoşbəxt etsə də, tədricən qıcıqlandırmağa başlayır. Tərəflər getdikcə əhəmiyyətsiz səbəblərə görə də mübahisə edir və arada olan pərdəni götürürlər. Bütün bunlar insana yenilik axtarmağa çağırır. Hədsiz bir-birinə qarşı açıq olmaq sevginin dostluğa çevrilməsinə gətirib çıxarır ki, bu heç də yaxşı hal deyil". Müsahibimizə görə, əvvəllər boşanmış insanlar həm ailə üzvləri və qohumları, həm də kənar insanlar tərəfindən çox qınanılırdı. Çox vaxt qadınlar boşanmaqdan qorxur və "məni barmaqla göstərəcəklər" deyirdilər. İndi isə vəziyyət dəyişib. Çox vaxt ər və arvadın valideynləri onların ayrılmağını dəstəkləyir və "Ondan sənə arvad olmaz!", "Ərin sənə gün verməyəcək!" deyirlər. Əvvəllər isə adətən ataları qızlarına "Ər evinə getdinsə, ordan bir də qayıtmayacaqsan" deyirdilər: "Əgər yaşlı xanımların ailə və həyat yoldaşları barədə söhbətlərinə fikir versəniz, onların necə əziyyətlərə dözərək gəlin getdiyi ailədə yaşadığını və ata evinə qayıtmadığını görəcəksiz. Bu gün isə ictimai qınağın azlığı gənclərin daha səbirsiz olmağına gətirib çıxarıb. Hətta iki-üç uşaqları olan ailələr belə dağılır. Buna görə isə ən çox uşaqlar stress keçirir. Əksər də boşanmalar evliliyin 5 il - adaptasiya olma ilinə qədər baş verir. Boşanan cütlüklər gənc olduqları üçün yenidən ailə qurmağa çalışırlar. Bəzi belə cütlüklər uşaqlarını nənələrinə himayəyə verir və yeni şəxsi münasibətə başlayırlar". Onun dediyinə görə, maddi problemlər də sevgiyə mane ola bilər: "Tərəflərdən biri bədxərc, birisə qənaətcildirsə, pula görə aralarında söz-söhbət olacaq. Pulun azlığından şikayət də sevginin azalmasına gətirib çıxarır. Eləcə də, bir-birinə qarşı olan inamsızlıq və şübhələr də sevgini məhv edir


Geri dön

★KaRaMeLKa★

  • 3 dekabr 2013 11:15
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
sevgi bowdur

Samir_Wuvalan

  • 26 noyabr 2013 01:00
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
Müasir zamanda gənclər daha sərbəstdirlər. İstədikləri insanla tanış olur, ailə qururlar. Amma təəssüf ki, çox vaxt da belə ailələrin ömrü uzun sürmür. Psixoloqların fikrincə, çox vaxt cütlüklər evliliyin ilk 5 ilinə adaptasiya ola bilmir və ayrılırlar. Psixoloq Jalə Həmidlinin sözlərinə görə, müasir dövrdə gənclər daha çox sərbəstlik qazansalar da, ünsiyyətlə bağlı problemləri artır...

--------------------

winxclub_bloom

  • 23 noyabr 2013 15:49
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
maraqliydi

--------------------

melek_19

  • 22 noyabr 2013 23:12
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
tewekkur meqale ucun

--------------------

Samir_Wuvalan

  • 22 noyabr 2013 23:04
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
Muelife TeSeKuLLeR...

--------------------

Elza Hüseynli

  • 22 noyabr 2013 22:59
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Superrrr beyendim tewekkurlerr

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 22 noyabr 2013 22:28
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər..

--------------------

Samir_Wuvalan

  • 22 noyabr 2013 18:05
  • Məqalə: 62
  • Şərh: 12317
  • Bal:
{awards}
Tesekkurler

--------------------

Axilli qiz

  • 22 noyabr 2013 17:57
  • Məqalə: 15
  • Şərh: 1399
  • Bal:
{awards}
Tesekkurler

--------------------
reklam etmek olmaz

Emma

  • 22 noyabr 2013 17:49
  • Məqalə: 0
  • Şərh: 458
  • Bal:
{awards}
Tewekkurler..............

мυsLiмαηκα

  • 22 noyabr 2013 17:29
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Oxumuşdum vununu yenede chox saolun...

Nara Neznakomka

  • 22 noyabr 2013 16:29
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
sevgiyə nə mane olur?

Müasir zamanda gənclər daha sərbəstdirlər. İstədikləri insanla tanış olur, ailə qururlar. Amma təəssüf ki, çox vaxt da belə ailələrin ömrü uzun sürmür.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

jasmin022

  • 22 noyabr 2013 15:52
  • Məqalə: 1
  • Şərh: 3180
  • Bal:
{awards}
Esl sevginin zemanesi olmur

--------------------
INSAN YALNIZ KALBIYLE SEVMEZKI UNUTMAYA ILK ORDAN BASLASIN

✰ ♥..Золушка..♥ ✰

  • 22 noyabr 2013 15:24
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
meqaleye gore sagol..

✵Дорогой✵

  • 22 noyabr 2013 15:07
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Twkler meqale ucun..

EmİcKa

  • 22 noyabr 2013 15:06
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
tewekkurler

--------------------

sonzeng2015

  • 22 noyabr 2013 14:30
  • Məqalə: 449
  • Şərh: 7099
  • Bal:
{awards}
Sitat: DUYGULARIM
bunu dunen oxudum axi Shokki_Mokki meqalesinde vermiwdi

Roya_____

  • 22 noyabr 2013 14:01
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
coxsagol üreimm

ღNəmLi kiprikღ

  • 22 noyabr 2013 13:53
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler meqale ucun.......

ShคмKiʀKค

  • 22 noyabr 2013 13:52
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
cox sag ol:)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}