Məhşər fikirləri insana nə qazandırır?

 
Məhşər fikirləri insana nə qazandırır?


Həyatı tənzim edib bir nizama qoymaq, bəşər övladının cəmiyyət halında xoşbəxtliyini təmin etmək Allaha imandan sonra həşrə, yəni ölümdən sonrakı həyata inanmağa bağlıdır.

Əməllərinin hesabını verəcəyinə inanmayan bir adamın həyatının doğru-düzgün olduğunu düşünmək mümkün deyildir. Bunun əvəzində, atdığı hər addıma görə o biri dünyada Allaha hesab verəcəyi fikrini başından çıxarmayan, hər davranışı bir hesabın ifadəsi olan, hər dediyi və eşitdiyi sözü, qəlbinin hər titrəyişini o biri aləmdə Allaha hesab vermə havasına görə həssaslıqla ölçüb-biçən adamın həyatı isə olduqca nizam-intizamlı bir şəkil alar.

“Nə işdə olsanız, Qurandan nə oxusanız və nə iş görsəniz, biz mütləq içinə daldığınız an üzərinizdə şahidik (nə iş gördüyünüzü görürük). İstər yerdə, istər də göydə zərrə qədər də olsa ağırlığı olan bir şey, Rəbbin(in bilgisin)dən uzaq deyildir. Nə bundan kiçik, nə də böyük heç bir şey yoxdur ki, hamısı apaçıq bir kitabda (Allahın bilgisinin nəqş edildiyi yazıldığı Lövhi-Məhfuzda) (1) olmasın... (Allahın bilgisi hər şeyi əhatə etmişdir. Onun bilgisindən kənarda qalan heç bir şey yoxdur. Hər hadisə ancaq Onun bilgisi və icazəsi ilə olur.)” (Yunis, 10/61)

Yəni bütün davranışlar və hərəkətlər kərim mələklər tərəfindən təsbit edilir. Böyük, kiçik, gizli və açıq olsun, bizim kiçik, Allahın böyük gördüyü, yaxud əksinə, bizim böyük, Allahınsa kiçik gördüyü, - necə hesab edirsiniz-edin, - hər əməlimiz qeydə alınır, hər şeyimiz əməllərimizi izləyən gözətçilər, onları yazanlar və hər əməlimizin haqq-hesabını tələb etmək üçün DƏYYAN (2) olan Allah hazır və nazirdir.

Belə bir ruh və şüur içərisində yaşanan həyat müstəqimdir (3), bu ruh və şüur içində yaşayan fərdlərin təşkil etdiyi cəmiyyət xoşbəxtdir və yenə də bu ruh və şüur içində olan ailə ocağı, cənnət bağçalarından bir bağçaya çevirmiş ailədir. Bəli, bəşər övladının çılğınlıqlarını tərgidə bilməsinin yeganə bir yolu vardır ki, o da öldükdən sonra diriləcəyinə inanmasıdır. Gəncliyin çılğınlıqlarının, çirkin əməllərinin qarşısını alacaq, yavaş-yavaş ölümə doğru gedərkən hər addımda yeni bir çətinliklə qarşılaşan və ümidini itirən ixtiyarlara ümid qaynağı olacaq, hər an səadət çırağını və şölələrini alovlandıraraq uşaqların müqavimətsiz qəlblərinə işıq salacaq bir vasitə varsa, o, yalnız həşrə iman, öldükdən sonra diriləcəyinə inamdır.

Cavandan qocaya, qadından kişiyə, adildən zalıma, hamıya həşrə inanmaq içdiyi su, tənəffüs etdiyi hava qədər ehtiyacdır.

“Həşrə iman” deyilən bu şərbəti içmək, eyni zamanda xoşbəxtliyi də qurtum-qurtum içmək deməkdir. Buna görə də, bəşər övladının sülh və əmin-amanlığı üçün çalışan və ona səadət bəxş etməyi özünə qayə edən bütün fikir adamlarının məsələni bu baxımdan qiymətləndirməsi lazım gəlir.

Fərdin, ailənin, cəmiyyətin və bütövlükdə bəşəriyyətin həqiqi rifah, səadət və xoşbəxtliyə qovuşa bilməsi ancaq və ancaq böyüklü-kiçikli bütün əməllərinin haqq-hesabının çəkiləcəyi bir axirət yurdunun varlığına inanmasına bağlıdır.

Qur’an-i Kərim: “Artıq kim zərrə ağırlığı qədər xeyir iş görmüşsə, əvəzində onu görər və kim də zərrə ağırlığı qədər şər iş görmüşsə, onu görər. (İnsana əməli göstərilər, insan əməlini görər.)” (“Zilzal,” 99/7-8) deyərək, zərrə qədər xeyirli iş görənlərin öz mükafatını və zərrə qədər şər işləyənlərin də öz cəzasını alacağını elan edir, insanlara bu məsuliyyət duyğusunu aşılayır.

İnsanlar bu iman və inanca sahib olduqdan sonra artıq ona “istədiyini et!” deyə bilərsən. Çünki hadisə və reallıq görülən hər əməlin əvəzini eyni ilə görəcəyi qətiyyətini ifadə edir. Belə anlayışa sahib olan insanın alnı açıq, üzü ağ olacaqdır, çünki o, onu o biri aləmdə peşman və başıaşağı edəcək işlər görməyin lüzumsuz olduğunu hiss etmişdir.

Uşaq - o zəif, incə ruh sahibi olan varlıq öz həyatında ancaq həşrə iman ilə xoşbəxtlik tapa bilər. Hər kəs öz uşaqlığını bu baxımdan tədqiq etsə və xəyalən uşaqlıq anlarına getsə, bu hökmü təsdiq edəcəkdir.

Bəli, uşaq incə bir qəlbə sahibdir, eyni zamanda da hələ hadisələrin mahiyyətini təhlil etməklə nəticəyə varacaq bir zəkaya sahib deyildir. Bir yandan da o, böyükləri kimi başını əyləncəyə qatmaqla ölümü unuda da bilmir. Ona görə də ölüm qorxusunu yaşlılara nisbətən daha dərindən hiss edir. Onu əhatə edənlərin hər an bu dünyanı tərk edib getməsi özləri ilə bərabər onun daxili aləmindən də bir parça qoparıb aparırlar. Anası, atası vəfat edən bir uşağın dünyası isə tamamilə dağılır. Belə birisində onun ruh aləminə işıq salan bütün ulduzlar sönür və vıcdanının səması qaranlığa qərq olur. Bütün bunları vicdanı olan hər kəsin hiss etdiyini demək olar.

Uşaqlıq vaxtımda bir qardaşım ölmüşdü. Hər dəfə onun məzarı başına gedəndə əllərimi açar, “Allahım, nə olar, onu dirilt də, onun gözəl üzünü bir dəfə də görüm!” - deyib yalvarardım. İndi bu halətdə olan, mən və mənim kimi minlərlə başqalarının qəlbindəki öldükdən sonra dirilmə inamını silsən, könlündən bu imanı çıxarıb atsan, bu yanan qəlbə və fəqan edən könülə nə ilə dərman edəcək, bu yanğını necə söndürəcəksən? Xeyr, xeyr, heç bir şeylə onun dərdinə dərman olmanız və atəşini söndürməniz mümkün deyildir. Bu böhranlar və sıxıntılar arasında qıvranan uşağın qəlbini yalnız Həşr əqidəsi sakitləşdirər, ona rahat nəfəs aldırar.

Bəli, yaxınlarının bir-bir həyatdan getməsini görə-görə, yalnız onların Cənnətə getdiklərinə inamın var olması körpə uşağa təsəlli verər, onu bu dözülməz dərddən azad edər. Kiçik yaşda olsa da, alışdığı, müsahiblik etdiyi bir yaxın adamını, valideynlərindən birinin, yaxud onsuz heç nə edə bilməyəcəyi başqa bir yaxınının dünyadan köçüb getməsi onun nazənin qəlbində sağalmaz yaralar açır. Bu elə bir yaradır ki, ona yalnız bu düşüncələr məlhəm ola bilər: “Buradan getdi, yaxud buradan aparıldı, lakin orada Allah ona Cənnət qapılarını açdı. İndi o, cənnət bağçalarında quşlar kimi qanad çalıb uçur. Əgər mən ölsəm, mən də onun kimi pərvaz edəcəyəm”.

Əgər vəfat edən böyüklərindən biridirsə, o zaman belə düşünəcəkdir: “O öldü, başqa bir aləmə getdi, amma orada da məni qucağına alıb oxşayacaq, başımı tumarlayacaqdır”.

Bəli, yalnız bu düşüncələr ölümün onda açdığı firqət və ayrılıq gədiyini örtür və onun qanayan yarasına məlhəm olur.

Xoşbəxtlik axtarırsınız? Onu nə dörd bir yanda tüstüləyən zavod boruları ilə, nə də planetlərarası səfərlər təşkil etməklə qazana bilməzsiniz. Həqiqi səadət yalnız bu iman və inanca bağlı olan səadətdir. Bəli, yalnız öldükdən sonra dirilmə əsasları üzərində qurulmuş bir səadət həqiqi səadət olar.


Geri dön

Samir_Wuvalan

  • 14 dekabr 2013 02:28
  • Məqalə: 62
  • Şərh: 12314
  • Bal:
Alllah Razı OlsuN

Banned549678

  • 10 dekabr 2013 13:30
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkürlər

★KaRaMeLKa★

  • 2 dekabr 2013 18:22
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Sitat: Samir_Wuvalan
Allah razi olsun

✰ ♥..Золушка..♥ ✰

  • 2 dekabr 2013 16:13
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
meqaleye gore sagol...

AyliN BunyaminovA

  • 1 dekabr 2013 02:43
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Tewekkurler meqale ucun

--------------------
ܨܓܓܨܓܓ✍

Samir_Wuvalan

  • 25 noyabr 2013 23:27
  • Məqalə: 62
  • Şərh: 12314
  • Bal:
{awards}
Allah razi olsun

melek_19

  • 25 noyabr 2013 01:47
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun meleyim

--------------------

Samir_Wuvalan

  • 24 noyabr 2013 18:38
  • Məqalə: 62
  • Şərh: 12314
  • Bal:
{awards}
MueLiFe TeSeKuLLeR...

-Kralica-

  • 24 noyabr 2013 18:31
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tewekkurler

--------------------




askimin_aski

  • 24 noyabr 2013 16:36
  • Məqalə: 2
  • Şərh: 88
  • Bal:
{awards}

“Nə işdə olsanız, Qurandan nə oxusanız və nə iş görsəniz, biz mütləq içinə daldığınız an üzərinizdə şahidik (nə iş gördüyünüzü görürük). İstər yerdə, istər də göydə zərrə qədər də olsa ağırlığı olan bir şey, Rəbbin(in bilgisin)dən uzaq deyildir. Nə bundan kiçik, nə də böyük heç bir şey yoxdur ki, hamısı apaçıq bir kitabda (Allahın bilgisinin nəqş edildiyi yazıldığı Lövhi-Məhfuzda) (1) olmasın... (Allahın bilgisi hər şeyi əhatə etmişdir. Onun bilgisindən kənarda qalan heç bir şey yoxdur. Hər hadisə ancaq Onun bilgisi və icazəsi ilə olur.)” (Yunis, 10/61)

✰ ♥..Золушка..♥ ✰

  • 24 noyabr 2013 16:33
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkurler..

Sinmis_Urek

  • 24 noyabr 2013 16:15
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}

Həyatı tənzim edib bir nizama qoymaq, bəşər övladının cəmiyyət halında xoşbəxtliyini təmin etmək Allaha imandan sonra həşrə, yəni ölümdən sonrakı həyata inanmağa bağlıdır.

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 24 noyabr 2013 15:29
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
“Həşrə iman” deyilən bu şərbəti içmək, eyni zamanda xoşbəxtliyi də qurtum-qurtum içmək deməkdir. Buna görə də, bəşər övladının sülh və əmin-amanlığı üçün çalışan və ona səadət bəxş etməyi özünə qayə edən bütün fikir adamlarının məsələni bu baxımdan qiymətləndirməsi lazım gəlir.

--------------------

Axilli qiz

  • 24 noyabr 2013 15:29
  • Məqalə: 15
  • Şərh: 1399
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
reklam etmek olmaz

ღNəmLi kiprikღ

  • 24 noyabr 2013 15:23
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Həyatı tənzim edib bir nizama qoymaq, bəşər övladının cəmiyyət halında xoşbəxtliyini təmin etmək Allaha imandan sonra həşrə, yəni ölümdən sonrakı həyata inanmağa bağlıdır.

Elza Hüseynli

  • 24 noyabr 2013 15:21
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsun Tewekkurler

✵Дорогой✵

  • 24 noyabr 2013 14:38
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
Allah Razı olsun

EmİcKa

  • 24 noyabr 2013 14:37
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
tesekkurler

--------------------

Roya_____

  • 24 noyabr 2013 14:32
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah Razı olsun

ShคмKiʀKค

  • 24 noyabr 2013 13:56
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
cox sag ol:)

PSIXOPATKA

  • 24 noyabr 2013 13:54
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 24 noyabr 2013 13:38
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ilk şərh mənnən

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 55
Cəmi: 75

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}