Təşnə olduğumuz hənirlər

 
Təşnə olduğumuz hənirlər


Çox şey eşitdik. Çox şey gördük və neçə-neçə hadisələrin mərkəzinə dalıb təlatümlər yaşadıq. Lakin kədəri üstümüzdən atıb mənəvi rahatlığa qovuşa bilmədik. Duyğularımızla dolub boşala bilmədik. Çünki ehtiyaclarımız başqa, o ehtiyacları təmin etmək üçün bizə verilən şeylər tamamilə başqa idi.

Biz müqəssir və günahkara əl uzadacaq; qırıq qəlblərlə inləyərək həvari gözləyirdik. Sözü təsirli, ruhu hərarətli, ifadələri son dərəcə ciddi həvari...

Bizə təqdim edəcəyi təsəlliləri əminliklə içə biləcəyimiz, səmimiyyətlə könül dərinliklərimizi ona aça biləcəyimiz iman və irfanı dağlar kimi möhkəm bu həqiqət ərlərini illərlə gözləyib durduq. Aclıqlar, xəstəliklər və qorxular üst-üstə üzərimizə şığıyarkən, ən utandırıcı səfalətlər ruhumuzu gəmirib, iradəmizi aşındırarkən, işıldayan ümidlərimizlə həmişə onun şəfalı hənirtisini qulaqlarımızın dibində duyduq və ümidlə dirçəldik.

Əgər bu günə qədər duyub hiss etdiklərimizi tapa bilsəydik və tapdıqlarımıza inana bilsəydik; çox çatlar qapanmış, çox aşılmazlar da aşılmış olacaqdı. Amma biz min dəfə bir yerə gəldik, min dəfə ümidlərlə dolduq, min dəfə bəzmə (söhbət məclisi) girməyə hazırlandıq və min dəfə əhdü-peymanımızı pozduq; çünki axtardıqlarımızı tapa bilmir, tapdıqlarımızda da axtardıqlarımızı görə bilmirdik!

Şəfqətə və sevgiyə susamış könüllərimiz vardı. İnsanlıq istəyirdi; mürüvvət istəyirdi. Əfsuslar olsun! Ruhlarımıza səfalət içirilir və könüllərimiz min bir qabalığa alışdırılmaq istənirdi. Məzlum, zərər görmüş və boynu bükük halda sağdan sola, soldan sağa itələnib qaxılır və bitib tükənmək bilməyən sıxıntılar içində öz-özümüzü yeyib bitirirdik. “Təgəllüblər (zorla qəsb etmə), əsarətlər, təhəkkümlər (məhkum etmə), məzəllətlər (alçaqlıq); müxtəlif ibtilalar (düçar olma, giriftar) və müxtəlif xəstəliklər”lə səfil və ağlanacaq halımıza baxmayaraq, dayanmadan istismar edilir və doymaq bilməyən ehtiraslara alət olurduq.

Bunun üçün də artıq hər kəsə inana bilmir və hər könülə dilbəstə ola bilmirik. Gül istəyəndə budağını da, su istəyərkən yanında qabını da gözləyirik. Taparıq və ya tapa bilmərik; can hayında olan bizlər artıq saflıq istəyirik, səmimiyyət istəyirik və bu sevdalılar yolunda hasbilik (heç bir mənfəət gözləməmə) istəyirik.

Bu qədər laqeydlik və hətta xəyanət gördükdən sonra şübhələrimizi məğlub etmək, qarşımıza çıxanları müsamihə (xoş davranış) ilə qarşılamaq bizə qəflət kimi görünür. Bəli, bütün gözəl niyyət və xoşgörüşlü olmağımıza baxmayaraq, bu xüsusdakı tərəddüdlərimizi aşa bilmir və ədəmi-etimad (etimad etməmə) atmosferinin xaricinə çıxa bilmirik.

Bizi inandırmaq və şübhələrimizi aradan qaldırmaq qəhrəmanlarımızın səmimiyyət dolu hərəkətlərinin davamlılığına bağlıdır. Onların bu inandırıcı hərəkətləri sayəsində, illərlə çiynimizdə daşıdığımız güvənməmə və etibar etməmə günahından xilas olmuş olacağıq.

Bizlər, sözlərlə edilən çağırışlardan, davranışlardakı ölçüsüzlükdən; qazanılmış zəfərlərə bağlı saxta qəhrəmanlıqlardan; yaşama arzusu ilə yanıb alovlanmalardan; gözəl həyat qurma ehtirasından və mövqe qazanma arzusundan bezdik. Bizlər öz qəhrəmanlarımızdan Qaf dağından su gətirəcək iradə; davranışlarında inandırıcı dayanıqlılıq; zəfərlərində göz nuru və əl əməyi ilə yoğuruculuq; yaşatma arzusu ilə maddi-mənəvi füyuzat (feyzlər) hisslərindən fədakarlıq, könüllülük və qədirbilənlik gözləyirik.

Düşüncələri dumduru və hamar; yolları ziqzaqsız və dümdüz olsun. Düşünsün, yaşasın, yaşadığına tərcüman olsun, izah etsin. İkiüzlü olmasın və bizi aldatmasın!..

Üzündə minlərlə əzab və iztirabın cizgiləri olsun! Gözü yaşlı, bağrı yanıq, vicdanı oyanıq olsun! Xanəgah əhlinin məsuliyyət və soyluluğunu; məktəbin məntiq və mühakiməsini; qışlanın (kazarma) intizam və itaətini mənimsəsin və bununla öz mükəmməliyini bizlərə ifadə etsin!..

Qəlbi ağlından ayrı salınmış, ruhu vicdanından məhrum edilən və yalnız müəyyən xüsusiyyətləri ilə həyatını davam etdirən insanımızı əsrlik böhranından qurtarıb onu öz təbiəti ilə birləşdirə bilsin!..

Haqqın xatirini uca tutsun; düşüncə və fəaliyyətlərində inhisarçılığa düşməsin və Allaha (c.c.) gedən yolların, məxluqatın nəfəslərinin sayı qədər olduğunu heç vaxt unutmasın!

Xidmətdə fədakar və ön sıralarda olsun; ödəniş və mükafatda yerinin ən arxada olduğunu unutmasın. Və heç olmasa, bir Katon (Müharibə dövründə ordusuna zəfərlər qazandıran, sülh zamanında tarlası ilə məşğul olan Kartacalı təvazökar bir sərkərdə) kimi, öz insanına qarşı mükəlləfiyyətlərini yerinə yetirdikdən sonra mövqedən, mənsəbdən sıyrılaraq bir kənara çəkilsin, ikinci bir məsuliyyət və vəzifə anını gözləsin!

Bu müqəddəslər dünyasının ilk həqiqət ərləri, onlara əmirlik təklif edilincə qaçmışlar. Və yüklənmə məcburiyyətində qalınca da təkrar-təkrar özlərinin layiq olmadığını dilə gətirmiş və başqa istedad və ləyaqətlilərin iş başına keçməsini istəmişlər...

Yeni bir diriliş lahiyəsini üzərinə alanların bu cizgidə olmaları şərtdir. Yoxsa sayca az olan mövqe və mənsəblər qarşısında, saysız və sərhədsiz həris gözlərin başladacağı qarışıqlıq, önü alınmaz və çox çətin olacaq. Hələ bir də bu ab-hava naşı və gənc həyəcanlara verilsə...

Bilmirəm, görəsən, həvari deyə gözlədiyimiz, səmimiyyət dolu bu insanları görə biləcəyikmi? Amma biz abi-həyat vəd edən bu nəfəslərə hava kimi, su kimi möhtac olduğumuzu bir daha vurğulayacaq və Uca Yaradandan, “Dəryada balığın, dağlarda ceyranın” dili ilə bizi çox gözlətməməsini diləyəcəyik.


Geri dön

Samir_Wuvalan

  • 14 dekabr 2013 02:26
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
Alllah Razı OlsuN..

Banned456

  • 10 dekabr 2013 12:58
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
tewekkurler

★KaRaMeLKa★

  • 2 dekabr 2013 17:48
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
Allah razi olsun

Samir_Wuvalan

  • 29 noyabr 2013 01:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
CoX DeYeRLi MeQaLeDi ALLAH RAZI OLSUN.

Allahi_Unutma

  • 27 noyabr 2013 19:48
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

★✰..BeLieBerKa..✰★

  • 26 noyabr 2013 00:33
  • Məqalə: 303
  • Şərh: 3598
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkürlər

Samir_Wuvalan

  • 25 noyabr 2013 22:57
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
meqaleye gore twk

Elza Hüseynli

  • 25 noyabr 2013 22:06
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
Allah Razı Olsun

EmİcKa

  • 25 noyabr 2013 15:55
  • Məqalə: 15
  • Şərh: 3011
  • Bal:
{awards}
tewekkurler wink

--------------------

PSIXOPATKA

  • 25 noyabr 2013 12:01
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
COOOOX SAGOLUN

--------------------

Axxilli qiz

  • 25 noyabr 2013 10:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun!

Roya_____

  • 25 noyabr 2013 10:05
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah Razı Olsun

^^Nazli^^

  • 25 noyabr 2013 08:59
  • Məqalə: 134
  • Şərh: 7629
  • Bal:
{awards}
Biz müqəssir və günahkara əl uzadacaq; qırıq qəlblərlə inləyərək həvari gözləyirdik. Sözü təsirli, ruhu hərarətli, ifadələri son dərəcə ciddi həvari...

--------------------

Samir_Wuvalan

  • 25 noyabr 2013 00:30
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun..

melek_19

  • 24 noyabr 2013 23:54
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun meleyim.ellerin dert gormesin bidenem

--------------------

love emo

  • 24 noyabr 2013 23:19
  • Məqalə: 30
  • Şərh: 2475
  • Bal:
{awards}
tewekkur edirem.

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

Samir_Wuvalan

  • 24 noyabr 2013 22:40
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Meqale ucun sagol

AyliN BunyaminovA

  • 24 noyabr 2013 22:34
  • Məqalə: 488
  • Şərh: 5102
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkürlər

--------------------

-chanel-

  • 24 noyabr 2013 22:32
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
_____________ALLAH RaZI oLSuN______________

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 24 noyabr 2013 21:30
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
təşəkkürlər..

--------------------

✵Дорогой✵

  • 24 noyabr 2013 21:28
  • Məqalə: 732
  • Şərh: 7130
  • Bal:
{awards}
ALLAH Razi Qalsin

мυsLiмαηκα

  • 24 noyabr 2013 20:57
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
ilk serh menden... :P

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 65

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}