Xeyirli alver necə olmalıdır?

 
Xeyirli alver necə olmalıdır?


Bir gün məşhur səhabə Əbu Dərda özünə köynək almaq üçün bazara gedirdi. Yolda rastına Əbuzər Ğifari çıxır. Əbuzər Əbu Dərdanın hara getdiyini soruşur.

Əbu Dərda cavab verir ki, bazarda on dirhəmə bir köynək görmüşəm, indi onu almaq üçün gedirəm. Əbuzər bunu eşidəndə çox narahat olur. Çünki Peyğəmbərin tərbiyəsi ilə yetişmiş səhabələr sadə, zahidanə həyat sürür, israfdan qaçırdılar. O zamanlar on dirhəmlik köynək geyinmək varlılıq əlaməti sayılırdı, kasıblar daha ucuz geyim alırdılar. Əbuzər də Əbu Dərdanın bahalı köynək almaq istədiyini biləndə, onu Peyğəmbərin yolundan dönməkdə təqsirləndirir. Əbu Dərda təklif edir: “Madam ki, mənim fikrimi bəyənmirsən, onda gəl birlikdə bazara gedək. Mənim üçün köynəyi sən seçərsən”.

Hər ikisi bazara yola düşürlər. Əbuzər dörd dirhəmlik bir köynəyi bəyənir, Əbu Dərdaya məsləhət görür ki, bu köynəyi alsın. Əbu Dərda məsləhətə qulaq asıb köynəyi alır. Qayıdanbaş qarşılarına fəqir bir adam çıxır. Adamın əynindəki paltar o qədər köhnə idi ki, bədəninin ayıb yerlərini zorla örtürdü. Əbu Dərda aldığı köynəyi fəqirə verir, əvəzində onun duasını qazanır. Özü isə yenidən bazara dönür, həmin köynəkdən birini də alıb əyninə geyinir.

Bu dəfə bazarın içində küncə çəkilib ağlayan bir qız görürlər. Əbu Dərda qıza yaxınlaşıb nə üçün ağladığını soruşur. Qızcığaz cavab verir: “Mən filankəsin kəniziyəm. Məni bazara göndərmişdi ki, bir küpə yağ alım. Yağı alıb qayıdanda küpə əlimdən yerə düşüb sındı. İndi evə getməyə qorxuram. Ağam bilsə, məni döyəcək”. Əbu Dərda soruşur ki, yağ küpəsinin qiyməti nə qədərdir? Qız: “İki dirhəm” – deyə, cavab verir. Əbu Dərda cibindəki iki dirhəmə bir küpə yağ alır, qıza verir. Xeyirxahının məşhur səhabə Əbu Dərda olduğunu bilən qız xahiş edir: “Siz mənə yaxşılıq etdiniz. Amma nə olar, bu yaxşılığı axıra kimi edin. Mən evdən çıxanı xeyli vaxt keçib. Yəqin ki, ağam gecikdiyimə görə qəzəblənib. Evə çatan kimi yubandığıma görə məni döyəcək. Siz hörmətli adamsınız. Nə olar, mənimlə birlikdə gəlin, ağamdan xahiş edin ki, məni döyməsin”.

Əbu Dərda qıza qoşulub, onun xidmət etdiyi evə gəlir. Qapını döyür, qızın ağası qapını açır. Əbu Dərda ondan xahiş edir ki, qızcığaza qəzəblənməsin. Ev sahibi Əbu Dərdanı hörmətlə dinləyib cavab verir: “İndi ki, siz - Allah Rəsulunun böyük səhabəsi mənim qapıma gəlib bu kəniz üçün vasitəçilik edirsiniz, mən də sizin xatirinizə onu azad edirəm”. Ev sahibi kənizin azad olunması barədə sənədi tez hazırlayıb verir. Sevincindən özünə yer tapa bilməyən qızcığaz Əbu Dərdanı dualara qərq edir.

Əbu Dərda sonralar bu hadisəni xatırlayaraq deyirmiş: “Allah Əbuzərdən razı olsun. Bu cür xeyirli alver etməyimə o vasitə oldu. Mən əlimdəki pulla özümə cəmi bir köynək alacaqdım. Amma Əbuzərin məsləhəti sayəsində həm özüm köynək sahibi oldum, həm bir fəqiri geyindirdim, həm də bir kənizi azadlığa qovuşdurdum”.

(Qeyd edək ki, bəzi mənblərdə buna oxşar hadisəni Həzrət Əli (ə) ilə nökəri Qənbər haqqında yazmışlar).


Geri dön

Samir_Wuvalan

  • 14 dekabr 2013 02:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
məqaləyə görə təşəkkürlər..

Banned456

  • 9 dekabr 2013 22:30
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

★KaRaMeLKa★

  • 2 dekabr 2013 14:23
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
Tesekkurler xebere gore

Samir_Wuvalan

  • 29 noyabr 2013 00:56
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
CoX DeYeRLi MeQaLeDi ALLAH RAZI OLSUN..

winxclub_bloom

  • 28 noyabr 2013 14:24
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
maraqliydi,,,teshekkurler

--------------------

AyliN BunyaminovA

  • 28 noyabr 2013 02:21
  • Məqalə: 488
  • Şərh: 5102
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

--------------------

Samir_Wuvalan

  • 28 noyabr 2013 00:54
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
cox sag ol..

Samir_Wuvalan

  • 27 noyabr 2013 16:56
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah razi olsun

melek_19

  • 27 noyabr 2013 00:57
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Allah razi olsun bidenem.ellerine sagliq

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 26 noyabr 2013 23:19
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
təşəkkürlər TaTLı CaDıSın Ömyüüü tongue feel love

--------------------

✵Дорогой✵

  • 26 noyabr 2013 21:24
  • Məqalə: 732
  • Şərh: 7130
  • Bal:
{awards}
Allah razı olsun

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 26 noyabr 2013 20:36
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
Allah razı olsun canım bacımnan feel

--------------------

-chanel-

  • 26 noyabr 2013 20:11
  • Məqalə: 136
  • Şərh: 6136
  • Bal:
{awards}
.......................ALLAH RaZI oLSuN........................

Elza Hüseynli

  • 26 noyabr 2013 20:02
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
Allah Razı Olsun

мυsLiмαηκα

  • 26 noyabr 2013 19:58
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
Teşekkurler...

EmİcKa

  • 26 noyabr 2013 19:05
  • Məqalə: 15
  • Şərh: 3011
  • Bal:
{awards}
tewekkurler

--------------------

Roya_____

  • 26 noyabr 2013 18:48
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Allah razı olsun

ShคмKiʀKค

  • 26 noyabr 2013 18:43
  • Məqalə: 74
  • Şərh: 5547
  • Bal:
{awards}
cox sag ol:)

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 26 noyabr 2013 18:37
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
İlk şərh mənnən ömyümə tongue

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 67

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 42
Cəmi: 305
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 17
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}