Leninin cəsədi mavzoleydən çıxarılacaq?

 
Leninin cəsədi mavzoleydən çıxarılacaq?


Rusiyanın hakim "Vahid Rusiya" partiyasının rəsmi saytında Vladimir Leninin cəsədinin Qızıl meydandakı mavzoleydən çıxarılması və torpağa tapşırılması məqsədəuyğunluğu haqda məqalə yerləşdirilib.

Bu mövqeyin müəlifi Duma deputatı Vladimir Medinskidir. O bildirir ki, bu onun şəxsi fikridir, ancaq hakim partiyadan olan bir çox deputatlar onu dəstəkləyir.

Bu arada kommunistlər özlərinin sərt mənfi reaksiyasını veriblər. Bəzilərinə görə isə, indi hakim partiya cəmiyyətdə məsələyə müsbət münasibətini görüb bundan istifadə etmək istəyirlər.
Son rəy sorğuları rusiyalıların əksəriyyətinin Leninin torpağa tapşırılmasının tərəfdarı olmasını göstərir.

Vladimir Leninin mavzoleydəki cəsədiylə bağlı mübahisələr onun ölümünün növbəti ildönümünə təsədüf edir.
Oktyabr inqilabının, bəzilərinin zənnincə isə, oktyabr çevrilişinin rəhbəri düz 87 il əvvəl dünyasını dəyişib.

O zamandan bəri Leninin cəsədi Moskvanın mərkəzindəki mavzoleydə yerləşdirilib.
Yeri gəlmişkən, bir müddət bu mavzoleydə Leninlə birlikdə İosif Stalin də olub, ancaq onun cəsədi mavzoleydən çıxarılaraq Kreml divarı yanında torpağa tapşırırlıb.

Indi Vladimir Leninlə də bağlı oxşar şeyi təklif edirlər. Düzdür, onun dəfni üçün ən məqbul yer kimi Peterburqdakı qəbirstanlıq bildirilir, burada Vladimir Lenin öz anası yanında dəfn edilə bilərdi.

Göstərilir ki, Vladimir Lenin son dərəcə mübahisəli tarixi fiqurdu və onun ölkənin ürəyindəki mavzoleydə olması yersizdir.

"Vahid Rusiya" partiyasından Duma deputatı Vladimir Medinski habelə deyir ki, onun təşəbbüsü adi insanların işə münasibətini ayırd etməyə və onlara vəziyyəti izah etməyə yönəlib:
"İnsanlara xeyirin nə olması, şərin nə olması izah olunmalıdır. Bütpərəst bir qəbirstanlıq yaradıblar.

Kommunistlər Qızıl meydandakı bu reklam löyfəyə bərk ilişiblər. Onlar qəbir üstündə çıxış etməyə öyrəşiblər.
Qoy Allah haqda fikirlərşsinlər. Onlar Leninin xatirəsini yad etmək istəyirlərsə gəlin onu insan kimi torpağa tapşıraq, onlar da onun üstünə gül gətirsinlər.

Axı çox xoşagəlməz bir vəziyyət yaranır, turistlər qəbri ziyarət edirlər, nə bilim burada meydanda yaxınlıqda rok konsertlər keçirilir. İnsana yaraşan şeylər deyil.

Lenini mavzoleyə yerləşdirənlər onun qardaşı, arvadı, bacısının fikrinə məhəl qoymayıblar.

Onlar ondan büt yaratmaq istəyirdilər, ondan yeni din yaradırdılar. Bu da alinmadı", deyir cənab Medinski.

Öz növbəsində Rusiya Kommunist partiyasının Mərkəzi Komitəsindən İvan Nikitçuk hesab edir ki, hakim partiya Leninin cəsədi məsələsini ölkədə olan real problemlərdən gözü yayındırmaq istəyirlər:
"Leninin mavzoleyə yerləşdirilməsi qərarını bizim ata babalarımız çıxarıb. Leninin muasirləri xalq adından bu qərarı çıxarıblar. Onların qərarına hörmət etmək lazımdır. İndi nədir "Vahid Rusiya" partiyasının başqa problemləri yoxdur. Qoy bu partiya korrupsiya, işsizlik və başqa başqa problemlərlə məşqul olsun. Bu probler elə bu partiyanın siyasətinin nəticəsidir", deyir cənab Nikitçuk.

Vladimir Leninin mavzoleydən çıxarılması məsələsi Sovetlər dağılandan sonra 20 ildir ki, dəfələrlə qaldırılıb.
Hələ Boris Yeltsin dövründə bu reallaşa bilərdi.
Ancaq onda hələ vaxt çatmayıb fikri üstün gəldi. Rusiyalı politoloq Yaroslav Qrekova görə, bu dəfə işin reallaşması daha mümkün görünür:

"Məncə, indi "Vahid Rusiya" partiyası üçün insanların diqqətini artıq çoxdan yetişmiş bu məsələyə yönəltmək xeyirlidir.

Kommunistlər üçün də bu məsələylə məşqul olmaq xeyirlidir. İşin reallaşmasına qaldıqda isə, məncə, hər şey yaxın vaxtlarda bitə bilər.
Birincisi, son sorğular insanların Leninin torpağa tapşırılması tərəfdarı olmasını göstərir.
İkincisi isə, hazırkı hakimiyyət yəqin özündə bu işi bitirmək üçün həm iradə həm qətiyyət görür. Amma gülməlisi odur ki, biz indiyə kimi Leninin vəsiyyətləriylə yaşayırıq, bizdə idarə edən və irəli aparan partiya yenə də təkdir. Baxmayaraq ki, o kommunist partiyası deyil", deyir Yaroslav Qrekov.


Geri dön

MiLeyla

  • 29 sentyabr 2011 23:06
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
hmmmmmmmm

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

nilayka

  • 6 may 2011 21:00
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
TWK MARAQLO XEBER UCUN MEN NESE PIS OLDUM

--------------------

Ulya

  • 5 fevral 2011 19:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

-=EFSANE-XANIM=-

  • 25 yanvar 2011 01:20
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
O MENIM BABAM OLUB EEEEEEE

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

L_SimuS

  • 24 yanvar 2011 23:33
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

lenin olub ki?))

Ucube_cocuk

  • 24 yanvar 2011 19:23
  • Məqalə: 19
  • Şərh: 508
  • Bal:
{awards}
belay fellow fellow

--------------------
ALLAH insana “onun istədiyini” deyil, “ona lazım olanı verir”. Buna görə də “niyə görə” deyə soruşmayın, “nəyə görə” barəsində düşünün...

YazYamuru

  • 23 yanvar 2011 23:28
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
recourse no belay

--------------------



BeAuTy_LaDy

  • 23 yanvar 2011 22:54
  • Məqalə: 9
  • Şərh: 621
  • Bal:
{awards}
Men mavzaleyde olmuwam .... Deyilene gore lenini basdiracaqlar oranida muzey edecekler...

--------------------
BeAuTy_LaDy...... =>Dediklerimnen cox demediklerimde gizliyem!<=

,,kepenek,,

  • 23 yanvar 2011 22:34
  • Məqalə: 0
  • Şərh: 579
  • Bal:
{awards}
oooo belay

--------------------
[IMG]http://s019.radikal.ru/i623/1203/52/895b25c52cbe.jpg[/IMG]

sevgim

  • 23 yanvar 2011 22:33
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
biy ilahi bu ne danisir? belay

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Cici-Kiz

  • 23 yanvar 2011 21:43
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
Əslində məzari acmaq olmaz. Cox gunahdi.

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 450
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}