Həqiqi sevgi və mübaliğə

 
Həqiqi sevgi və mübaliğə


Peyğəmbərimizin məqsədi bir möminin öz sevgisini, səmimiyyətini, öz mömin qardaşına bildirərək, ortada qardaşlıq hissini gücləndirməsini təmin etməkdir. Amma qardaşlıq heç də o demək deyil ki, sən hər bir işdə qardaş dediyin insanın arxasında dayanacaqsan, müsəlmanlar bir-birinə qan qohumluğundan daha çox əqidə, iman qardaşlığı ilə bağlanırlar.

Yəni sənin doğma qardaşın belə haqsız olsa, sən onun deyil, haqlının tərəfini tutmalısan, çünki İslamda ədalət prinsipi insanlar arasındakı sevgidən, səmimiyyətdən ucadır. Müsəlmanın öz sevgisini müsəlman qardaşına bildirməsi, həm də, arada şəkk-şübhənin, sui-zənnin yaranmasına imkan vermir. Bu baxımdan müsəlmanların öz qardaşlıq hisslərini bir-birinə açıqlamaları Peyğəmbərimizin də buyurduğu kimi çox gözəldir.

***

Birisinə öz sevgisini, ehtiramını ifadə edərkən, sünilikdən, bayağılıqdan uzaq durmaq, hər şeyi olduğu kimi ifadə etmək çox əhəmiyyətlidir. Hər məsələdə olduğu kimi bu mövzuda yanılmaz və yanıltmaz rəhbərimiz olan Həzrəti Məhəmmədin bizə miras qoyduğu ölçülər var:

Bir səhabə Peyğəmbərimizin hüzurunda başqa bir səhabəni üzünə qarşı çox parlaq ifadələrlə mədh edir.

Rəsulullah öyən şəxsə belə deyir:

- Sən dostunun boynunu qırdın, həm də Allah Rəsulu bu sözü 3 dəfə təkrar edir, ardınca da belə deyir:

- Əgər bir kimsə, illah da, öz qardaşını öyəcəksə: “Mən filankəsin belə olduğunu zənn edirəm, ancaq işin iç üzünü, həqiqəti Allah bilir, mən heç bir kimsənin Allah qarşısında təmiz, günahsız olduğunu iddia edə bilmərəm, - desin”, - buyurdu.

Heç şübhəsiz, insanların yaxşı və pis, seviləcək və sevilməyəcək tərəfləri var. Tərifləyəndə gərək obyektivlik meyarını qaçırmayasan. Tənqid edəndə də məhv eləməyəsən.

***

Bir bəndə Allah-Təalanı (s.ə.s) və Rəsulullahı (s.ə.s.) sevirsə, onun bu sevgisi Allah-Təalanın ona ən böyük lütfüdür. Çünki hər kəs öz sevdiyinə qovuşmaq istər. Sevdiyinə qovuşmağın da yolu sevgilinin buyruqlarını yerinə yetirməklə mümkün olur. Rəsulullah buyurur ki, qiyamət günü hər kəs öz sevdikləri ilə birlikdə olacaq. Yəni Mövlanı sevən mövlanın, Leylanı sevən Leylanın yanında olacaq.

***

Ərzurumlu İbrahim Həqqi deyir:

Təqdirini dərk eylə,
Tədbirini tərk eylə.
Mövla görəlim neylər,
Neylərsə gözəl eylər.


Yəni bəndənin Allaha nə qədər güvənməsi onun imanının dərəcəsi ilə bağlıdır. İnsan inanmalıdır ki, Allah-Təala onun haqqında hər zaman xeyirli olanı təklif edir. İnsan əldə etdiyi bütün uğurları Allahdan bilməlidir, yəni mən qazanmadım, O lütf etdi. Yaşadığı uğursuzluqları da özündən bilməlidir. Düşünməlidir ki, yaşadığı bu sıxıntı hansısa xətasının nəticəsi kimi başına gəlir. Niyə? - Çünki Allah ən böyük dostdur. O, bəndəsini ananın övladın sevdiyindən də çox sevir və heç zaman onun zərərə uğramasını istəməz. Amma bir insan israrla başını bəlaya soxmaq istəyirsə, bu da onun öz seçimidir və məsuliyyətini də özü daşıyır.

***

Möhtəşəm bir söz:


Dost istərsən, Allah yetər; həmdəm istərsən, Quran yetər; ibrət istərsən, ölüm yerət.

Allah-Təala öz bəndəsinə o bəndənin boynunun şah damarından da yaxındır, amma bu heç də o mənaya gəlməz ki, bəndə də Allahına o qədər yaxındır.

Allah-Təala öz bəndəsi ilə dost olmaq istər və bunun üçün öz şərtlərini də ortaya qoyub. Allahla dost olmaq istəyən o şərtləri yerinə yetirsin və arzu elədiyi məqama yetişsin.

***

Bir zahid çöldə ibadətlə məşğul imiş. Məcnun gəlib onun qarşısından elə keçir, belə keçir. Zahid ibadətini dayandırır və Məcnuna qışqırır ki, gəlib qabağımda ora-bura niyə qaçırsan, görmürsən ki, Allaha ibadət edirəm?

Məcnun da nə desə yaxşıdır? - Mən Leylinin dərdi ilə çöllərə düşmüşəm. Gözüm ondan başqa kimsəni görməz. Nə bilim sən harada oturmusan və nə işlə məşğulsan. Əgər sən də mənim Leyliyə bağlandığım qədər öz Allahına bağlana bilsəydin, nəinki məni heç bu dünyanı gözün görməzdi.

***

İstər sevgi olsun, istər nifrət, hər şeyin təməlində Allahın rizasını qazanmaq niyyəti dayanmalıdır. Möminin qəzəbi də Allahın rizası üçün olmalıdır, sevgisi də. Əgər belə olmazsa, nə o sevgi öz ünvanına yetişər, nə də qəzəb. Ona görə də, bu cür həssas məsələlərdə hər şeydən öncə sənin duyğularının Haqqa, həqiqətə, ədalətə nə qədər uyğun olub-olmadığını araşdırmaq və bu mövzuda qərar vermək lazımdır.

***

Hər gün insanlar bir-birinə sevgilərini, nifrətlərini açıqlayırlar. Təbii ki, sənin də sevdiyin və hər görəndə əsəbiləşdiyin adamlar var. Öncə qəlbinə boylan, duyğularını araşdır, o sevginin və qəzəbin təməlində nə yatır, onu öyrənməyə çalış.


Geri dön

Samir_Wuvalan

  • 14 dekabr 2013 02:16
  • Məqalə: 62
  • Şərh: 12315
  • Bal:
Allah razi olsun.

Banned549678

  • 9 dekabr 2013 20:41
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

Roya_____

  • 1 dekabr 2013 18:37
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun

★KaRaMeLKa★

  • 1 dekabr 2013 16:45
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
cox saqolun

AyliN BunyaminovA

  • 1 dekabr 2013 02:18
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
tewekkurler

--------------------
ܨܓܓܨܓܓ✍

EmİcKa

  • 29 noyabr 2013 15:23
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
tewekkurler wink

--------------------

Samir_Wuvalan

  • 29 noyabr 2013 00:07
  • Məqalə: 62
  • Şərh: 12315
  • Bal:
{awards}
Möhtəşəm bir söz:

Dost istərsən, Allah yetər; həmdəm istərsən, Quran yetər; ibrət istərsən, ölüm yerət.

Allah-Təala öz bəndəsinə o bəndənin boynunun şah damarından da yaxındır, amma bu heç də o mənaya gəlməz ki, bəndə də Allahına o qədər yaxındır.

Allah-Təala öz bəndəsi ilə dost olmaq istər və bunun üçün öz şərtlərini də ortaya qoyub. Allahla dost olmaq istəyən o şərtləri yerinə yetirsin və arzu elədiyi məqama yetişsin.

Elza Hüseynli

  • 28 noyabr 2013 21:14
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Allah Razı Olsunnnn

ღNəmLi kiprikღ

  • 28 noyabr 2013 20:41
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Bir səhabə Peyğəmbərimizin hüzurunda başqa bir səhabəni üzünə qarşı çox parlaq ifadələrlə mədh edir.

Axilli qiz

  • 28 noyabr 2013 18:26
  • Məqalə: 15
  • Şərh: 1399
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
reklam etmek olmaz

мυsLiмαηκα

  • 28 noyabr 2013 16:29
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Allah razi olsun...

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 28 noyabr 2013 16:22
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Allah razı ömyümnən tongue

--------------------

PSIXOPATKA

  • 28 noyabr 2013 16:12
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Hər gün insanlar bir-birinə sevgilərini, nifrətlərini açıqlayırlar. Təbii ki, sənin də sevdiyin və hər görəndə əsəbiləşdiyin adamlar var. Öncə qəlbinə boylan, duyğularını araşdır, o sevginin və qəzəbin təməlində nə yatır, onu öyrənməyə çalış.

--------------------

winxclub_bloom

  • 28 noyabr 2013 15:29
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ShคмKiʀKค

  • 28 noyabr 2013 15:25
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
cox sag ol)))))))

melek_19

  • 28 noyabr 2013 15:24
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
Allah razi olsun bidenem

--------------------

-Kralica-

  • 28 noyabr 2013 14:46
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
***

Ərzurumlu İbrahim Həqqi deyir:

Təqdirini dərk eylə,
Tədbirini tərk eylə.
Mövla görəlim neylər,
Neylərsə gözəl eylər.

--------------------




Roya_____

  • 28 noyabr 2013 14:25
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
Allah razı olsun bacı

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}