Əsl sevgi və "sevgi"

 
Əsl sevgi və "sevgi"

Sevgi insanın sahib ola biləcəyi ən böyük, ən gözəl nemətdir. Çünki xoşbəxliyin sirri sevgidə gizlənib. Xoşbəxt olmaq da insanın yaradılış fitrətinə uyğun olaraq həyatda tək istəyəcəyi şeydir. Hər kəs xoşbəxt olmaq istəyir. Həyatdan almaq istədiyimiz çox şey olsa da hər birimiz bilirik ki, bizim xoşbəxtliyimizin açarı sevgidir. Bizi xoşbəxt edəcək tək şey budur. Bunun üçün hər birimiz axtarışdayıq. Hər birimiz axtarırıq və tapırıq. Lakin bəzilərimizin tapdığı əsl sevgi olur, bəzilərimizinki isə “sevgi”. Müxtəlif səbəblərə əl atırıq. Məsələn, götürək evlənmək anlayışını. Bununla sevgini, yəni bizi xoşbəxt edəcək tək şeyi əldə edə biləcəyimizi zənn edirik. Evlənmək insanın həyatında ən mühüm hadisələrdən biridir. Bu mərhələ gənc qadın və kişinin müəyyən yaş həddinə çatması ilə başlayır. Evlənərkən insanlar müxtəlif səbəblərə sarılırlar. Təbii ki əsas səbəblərin önündə xoşbəxt olmaq, yəni insanların tək yaşlanmaq istəməmələri, gözəl ailə sahibi olmaları, valideyni razı salmaq, cəmiyyət və ailə qarşısındakı borc dayanır. Bunlar çox gözəl səbəblərdir. Bəs evlənəcəyimiz insanları necə seçirik? Biri ilə evləniriksə, onun hansı xüsusiyyətləri bizi cəlb edir ki, bütün həyatımızı onunla paylaşmaq istəyirik?!

Məsələn, bəzi qadınlar var, onların evlənəcəyi vaxt müxtəlif meyarları olur. İlk əvvəl pul, bəli, birinci dərəcəli şey puldur. Sonra təhsil, yaxşı mövqe, maşın, ev... Bunlar hamısı bir kişidə varsa, deməli bu kişiyə ərə getmək olar. Bu meyarları axtaranda isə Allahın ona verdiyi sevda hissini insan istifadə edə bilməz. Evlənər, amma xoşbəxt olmaz. Evi olar. Amma ev sadəcə ona bomboş karvansara kimi gələr. Maşını da olar. Amma ki sadəcə onu bir yerdən başqa yerə aparan metal yığını kimi olar. Pul belə insanlarda bədbəxtlik, narahatçılıq və durğunluq yaradır. Çünki pulu qorumaq üçün daha çox tədbir almalıdır. Məsələn, “çeklərim ödənmədi”, - deyir, onun üçün ürəyini sıxır, pulunu banka qoyur, “birdən bank iflas etsə, nə edərik”, - deyir, yastığın altına qoyur, yenə olmur. “Birdən tapsalar” narahatçılığı ilə hüzurunu pozur. Mənim fikrimcə, insan yalnız Allah sevgisi ilə hüzur tapa bilər, təvəkkülü və rahat olar. İnsanın ruhu qaralıbsa, onsuz da heç nədən zövq ala bilməz. Məsələn, bir gözəllik, çiçəyin gözəlliyi, meyvənin gözəlliyi, qadının gözəlliyi onun üçün texniki gözəlliyə çevrilər. Yəni bu insanlarda sevginin dərinliyi, ruhdakı "şiddətli" həzz olmaz. Bu da çox böyük bir bəladır.

Səmimi sevgi ilə “sevgi”nin arasında çox böyük fərq var. Filmlərdə çox görürük. İnsanlar sevgi təqlidi edirlər. Filankəs filankəsə aşiq oldu, amma növbəti aylarda problemlər başlayır. “Bir-birlərini başa düşmədiklərini” anlayırlar. Bunların hamısı sevgi təqlididir. Heç biri əsl sevgi deyil. Hamısı mənfəətə əsaslanan, təqlidə əsaslanan romantizm təqlidli oyunlardır.

Əsl sevgidə dərinlik var. İnsan birini Allahın təcəllisi olaraq gördüyü üçün ruhunda təsvir edilə bilməyən çox şiddətli bir həzz duyar. Sevgi deyirlər ürək işidir. Amma bu, insanda iman və ağıl gücü ilə bağlı olaraq dayanılmaz dərəcəyə gələ bilər. Ruhunu çox şiddətli - yaxşı mənada sarsan bir zövqə çevrilə bilər. Biz buna sevda deyirik. İnsanların bunu yaşaya bilməsi böyük nemətdir. Yalnız inancla, səmimiyyətlə və dərinliklə belə gözəl duyğuya qovuşmaq olar. Ancaq hər kəsə nəsib olmur. Çünki insanlar Allahı unudublar, Darvinin tərbiyəsi ilə tərbiyələniblər. Kişi evləndiyi qadını bir meymun növü olaraq görür, yəni meymundan təkamülləşmiş bir heyvan, yox olub gedəcək bir heyvan. Başında bir az saçı olan, əli-ayağı düz bir meymun. O da - qadın da kişini elə görür. Yəni daha inkişaf etmiş, daha fərqli, elmli-bilikli meymun kimi bir-birlərini qəbul edirlər. “İki meymun bir evdə yaşayır”, düşünürlər. Yəni necə mağaralarda meymunlar daha əvvəllər yaşayırdılarsa, "biz də evdə yaşayırıq" deyirlər, onlardan daha inkişaf etmişik.

İndi düşünün ki, bu vəziyyətdə sevgi, dərinlik ola bilərmi? Yəni mümkündürmü bu? Adamın beyni dumanlanır. Baxırsan ki, sütun kimi dəliqanlı gəncdir, ancaq robort təsiri bağışlayır. Ya maniken kimi qadınlar... Çox gözəl, çox cazibəli. Amma gözlərində ən kiçik bir dərinlik parıltısı, sevgi parıltısı görünmür. "Gəl evlənək",- deyirlər, "peşən nədir?" soruşur. "Budur" deyir, "çox gözəl" deyir. "Maşının var? Var." Birdən-birə içində bir sevgi hiss etdiyini söyləyir ona. Deyir ki, saxtakarcasına, “təsvir edə bilməyəcəyin bir eşq yaranıb ürəyimdə”. Malın gücü artdıqca sevginin dərinliyi də artır. “Dəlicəsinə sevda oldu mənimki”, - deyir. Kişi, “iflas elədim”, - deyir. Üç gün sonra qadın deyir ki, “bəlkə ayrılaq? Biz anlaşmırıq.”

Belədir də.. Malla gələn malla gedir. Ətlə gələn ətlə gedir. Məsələn, tipinə görə evlənir. Başqa tipi, daha münasib birini tapır. Bunla da bitir. Pulu üçün evlənir. Daha varlı biri ona bir az göz qırpır, əvvəlkini atıb ona gedir. Peşəsi üçün deyir, məsələn kişi mühəndisdirdə, baş mühəndis olur, daha da inkişaf edir, qadın ona ərə gedir. Onun üçün əsl sevgi yaranmır. Sevgi olmadan da dünyanın mənası yoxdur. Geriyə qalan sürünmə olur. Yəni yemək yeyəcək, televizora baxacaq, yatacaq, oyanacaq, duş qəbul edəcək, yenə yemək yeyəcək, yenə yatacaq, hamama girəcək, işinə gedəcək və s. İş yerləri də adətən onun üçün həbsxana kimi olur. Kiçik beton yığını, məsələn, ofis, altı var, üstü var, sağı-solu beton. Qarşısına da bir komputer qoyurlar. Səhər səkkizdən axşam altıya, yeddiyə qədər işləyir. Sonra evə gəlir, başqa bir betonun içinə girir, orada da yeməyini yeyir, qabları yuyur, paltarları yuyur, ailəsi ilə sözü çəpləşir. Mübahisə edirlər. Səhər olur, yenə həmin şeylər... Yeməyini yeyir, işləyir. Pul qazanır. Bu, otuz il belə davam edir. Sonra təqaüdə çıxır. Təqaüdə çıxandan sonra da tək beton yığınının içinə girir. Bu həyatdırmı ki? Buna görə gəldik biz dünyaya? Bu sürünmədir, yaşamaq deyil. Sevgi varsa həyat var, yaşamaq var, yoxdursa yoxdur.


Zənnimcə sevginin gücü imanın dərinliyə ilə bağlıdır. Məsələn, qadın hər şeydən əvvəl Allaha hörmət eləməlidir. Yəni yaradıcısına. Allahı çox sevməlidir. Bağlanmalıdır Ona. Quran əxlaqına qarşı həssas olmalıdır. Namuslu, iffətli olmalıdır. Belə qadında Allah xüsusi nur, cazibə yaradır. Yəni onun ruhunda bir qadın gücü vardır, bu ortaya çıxır. Qadın əti ilə, sümüyü ilə qadın olmaz. Yəni ət yığını kimi olar. Başqa heç nə olmaz. Amma gözəl əxlaqı ilə, dərinliyi ilə, Allaha olan yaxınlığı ilə Allah onun ruhundakı qadını ortaya çıxarar. O ağlı başında, eyni özünə xas xüsusiyyətləri daşıyan, Allaha hörmət edən kişi ilə qarşılaşanda ruhları bir-birini cəzb edir. Çünki Allah, kişini də xüsusi olaraq ondan çox təsirlənəcək şəkildə yaratmışdır. Allah ağıllı kişidə də xüsusi kişi ruhu ortaya çıxarır və qadında ona qarşı qeyri-adi təsirlənmə duyğusu yaradır. Biz də buna əsl sevgi deyirik. Yoxsa ki kişi də ətlə, sümüklə kişi olmaz. Yəni kişi nəhəng bir ət kütləsi olar. Qəssabda da nəhəng ət kütlələri olur. Kişinin ondan fərqi olmaz.

İnsan gözəl əxlaqı ilə, dərinliyi ilə, Allah sevgisi ilə insan olur. Belə olanda isə onların, yəni imanlı, ağıllı qadın və kişinin ruhundakı əsl cazibəni Allah bir-birləri ilə qarşılaşdırır. Qadın da, kişi də heyrət edəcəkləri təsirlənmə gücünə girirlər. Yəni təsvir edilə bilməyən bir 6-cı hissin içinə girirlər. Hər kəs bu duyğunu bilmir. Məsələn, Allahı tanımayan bir insana bunu danışsan da heç bir şəkildə anlamaz. Amma ki bu, bütün insanlarda instinkt kimi vardır. Ona görə filmlərdə həmişə sevgidən danışırlar, amma demək olar ki, əksəriyyəti sevgini heç anlamır. Axtarar, cəhd edər, lakin tapmaz. Beynində gizli heyranlıq duyar bu duyğuya, amma nə olduğunu heç vaxt bilməz. Ya da nə vaxtsa sevgini tapdığını zənn edər. Qarşındakının füsunkar gözəlliyi onu heyran edər. Ya da varı-dövləti. Evlənər bəlkə də. Amma ki malı üçün evlənən malından məhrum olar, gözəlliyi üçün evlənən gözəlliyindən. Bir gün qrip olar, gözəlliyi xəstəliklə solarsa, bir anda bundan diksinə bilər. İnsan heç ummadığı şeydən də diksinə bilər. Məsələn, onun aciz vəziyyətini görər, xəstələnib möhtac vəziyyətə qaldığını. İyrənər bundan. İnsan zəif varlıqdır. Amma Allah sevgisi ilə sevəndə, Allahın təcəllisini sevdiyi üçün, Allah da sonsuz böyük güc olduğu üçün və sonsuz gözəllik olduğu üçün o sonsuz gözəlliyə, sonsuz mükəmməliyə qarşı heyranlığının bir təcəllisi olaraq insana qiymət verdiyi üçün əsla sarsılmayan bir sevgiyə və getdikcə dərinləşən bir sevdaya sahib olar. Bununla insan xoşbəxt ola bilər və bununla çox şiddətli təsirlənər. Bunun xaricində ev də çox iyrənc gələr insana, maşın da, qadının gözəlliyi də, hamısı - evlənən insana mənasız gələr. Bu hisslər əvvəllər olmasa da sonralar bu duyğulardan qurtula bilməz. Bu Allahın qoyduğu qanundur. Ona tərəf yönələn əsl həyat tapar, yönəlməyən də batar. Süni ləzzətlər yaratmağa çalışarlar. Alınmaz təbii ki. “Ölürəm, ürəyim gedir sənin üçün”, - deyib evlənirlər. “Sevgi budur”, - deyirlər... Birdən kişi iflas edir. Vəziyyət tam əksinə dəyişir. Bir anda sevgisi alt-üst olur qadının. Başqasının göstərdiyi var-dövlətə tərəf gedir. Amma bu tam vicdansızlqdır. İnsan sevdiyini ölənə qədər buraxmaz. Əsla. Ən çətin anlarda belə buraxmaz. Bu, çünki vəfasızlıqdır. Amma “tiplər” də var ki, qadını bir dəfə makyajsız halı ilə görür, onunla da hər şey bitir. Yəni sevgisi bu qədər bəsitdir. Xəstələnir, halsız vəziyyətini görür, hər şey bitir. Qadın uşaq dünyaya gətirir, bu da onun xarici görkəmini bir az dəyişdirir. Təbii ki, əvvəlki gözəlliyi bir az solur.

Doğumdan sonrakı boşanmaların sayı günü-gündən artır. Ümumiyyətlə, boşanmalara diqqət etsək, görərik ki, əksəriyyəti doğumdan sonrakı dövrlərdə ya da qəzalardan sonra baş verir. Məsələn, üzünə bir şey olur. Sırf bu səbəbdən sevdiyini buraxmaq hansı vicdana sığar? O sənin bir parçandır. Allah sənə onu əmanət edib. Sonsuza qədər də buraxmayacaqsan. İnsan guya neçə il gözəl qala bilər ki... Çox gözəl qadın da nə vaxtsa yaşlanacaq. Qocalığın gözəlliyi gələcək, yəni qadınlıq vəsfi gedəcək, insani gözəlliyi gələcək üstünə. Onda o halı ilə sevəcəksən. Əksi zülm etməkdir. O da zəif varlıqdır. Sənə 24 saat gəlincik kimi bəzəkli necə görsənə bilər? Amma belə şeyi qətiyyən güzəştə getməzlər. Vəfasızlıq edərlər dərhal. Allah sevgisi ilə sevən onu hər halı ilə sevər. Çünki dərin sevgidir Allah sevgisi. Bitmək-tükənmək bilməyən bir sevgidir bu. Hər nə olursa olsun dəyişməz. Məsələn, əli, üzü yanar, daha da şəfqətlə sevərsən. Qolu sınar, daha şəfqətlə sevərsən.

Sevgidən hər kəs danışır, amma üslublarından sevgisiz olduqları dərhal anlaşılır. Çünki Allahdan heç bəhs etmirlər. Allahdan bəhs etmədən necə sevgi yaşaya bilərsən ki?

Görür ki, kişinin altında Bentley avtomobili var. Keçmiş dövrün qadınların şahzadələrinin ağ atı indi Bentley, Rangerover, Hummer ilə əvəz olunub. Bəli, kişi Hummer-dən düşür Bred Bitt kimi. Cibi də dollarla dolu. Qadın deyir: “Mən bu kişidən elektrik aldım.” Sonra başlayır ki, “Ay aman, bu sevgi öldürəcək məni. Qəlbimdə fırtınalar qopdu. Pərişan olmuşam. Saralıb-solmuşam eşqdən, filan-bəsməkan.” Sonra kişi avtomobil qəzası keçirir. Maşın da gedir. Əli, üzü yaralanır. Qadının sevgisi də bununla alt-üst olur. Çünki saxta sevgidir.

Səmimi insan əsl sevgini yaşayar. Ürəyində Allah sevgisi olan insan əsl sevgini yaşayar. Fədakar, səbirli insan əsl sevgini yaşayar ki bu duyğuya layiq olan da odur. Səmimiyyətsiz, içində Allah sevgisi olmayan, vicdansız insanlar isə özlərini dəyişmədikləri müddətcə elə “sevgi” yaşamağa davam etsinlər. Onlar da bu “sevgiyə” layiqdirlər.


Geri dön

✰ ♥..Золушка..♥ ✰

  • 25 dekabr 2013 22:46
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
meqaleye gore sagol...

Samir_Wuvalan

  • 22 dekabr 2013 17:25
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
SEVGI SOZLERINE GORE MUELIFE TESEKULLER.

Banned549678

  • 9 dekabr 2013 19:06
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
məqaləyə görə təşəkkürlər

вคɴค iкiмizi คɴlคт ❤

  • 5 dekabr 2013 21:56
  • Məqalə: 665
  • Şərh: 18421
  • Bal:
{awards}
tewekkurler

Axilli qiz

  • 2 dekabr 2013 11:00
  • Məqalə: 15
  • Şərh: 1399
  • Bal:
{awards}
Tesekkurler

--------------------
reklam etmek olmaz

★KaRaMeLKa★

  • 1 dekabr 2013 13:19
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Ürəyində Allah sevgisi olan insan əsl sevgini yaşayar.

Roya_____

  • 1 dekabr 2013 11:26
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurler ^^

✰ ♥..Золушка..♥ ✰

  • 30 noyabr 2013 19:17
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
meqaleye gore sagol..

AyliN BunyaminovA

  • 30 noyabr 2013 18:24
  • Məqalə: 385
  • Şərh: 5043
  • Bal:
{awards}
Ürəyində Allah sevgisi olan insan əsl sevgini yaşayar.

--------------------
ܨܓܓܨܓܓ✍

melek_19

  • 30 noyabr 2013 17:26
  • Məqalə: 42
  • Şərh: 14686
  • Bal:
{awards}
tewekkurler

--------------------

Samir_Wuvalan

  • 30 noyabr 2013 13:41
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
Səmimi insan əsl sevgini yaşayar. Ürəyində Allah sevgisi olan insan əsl sevgini yaşayar. Fədakar, səbirli insan əsl sevgini yaşayar ki bu duyğuya layiq olan da odur. Səmimiyyətsiz, içində Allah sevgisi olmayan, vicdansız insanlar isə özlərini dəyişmədikləri müddətcə elə “sevgi” yaşamağa davam etsinlər. Onlar da bu “sevgiyə” layiqdirlər.

мυsLiмαηκα

  • 30 noyabr 2013 11:40
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Teşekkürler...

ღNəmLi kiprikღ

  • 30 noyabr 2013 11:17
  • Məqalə: 235
  • Şərh: 7776
  • Bal:
{awards}
Twkler.......

Gun--ka

  • 30 noyabr 2013 11:16
  • Məqalə: 3
  • Şərh: 3128
  • Bal:
{awards}
Səmimi insan əsl sevgini yaşayar. Ürəyində Allah sevgisi olan insan əsl sevgini yaşayar. Fədakar, səbirli insan əsl sevgini yaşayar ki bu duyğuya layiq olan da odur. Səmimiyyətsiz, içində Allah sevgisi olmayan, vicdansız insanlar isə özlərini dəyişmədikləri müddətcə elə “sevgi” yaşamağa davam etsinlər. Onlar da bu “sevgiyə” layiqdirlər.

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

Samir_Wuvalan

  • 30 noyabr 2013 01:01
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
meqaleye gore sagol

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 29 noyabr 2013 23:20
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Səmimi insan əsl sevgini yaşayar. Ürəyində Allah sevgisi olan insan əsl sevgini yaşayar. Fədakar, səbirli insan əsl sevgini yaşayar ki bu duyğuya layiq olan da odur. Səmimiyyətsiz, içində Allah sevgisi olmayan, vicdansız insanlar isə özlərini dəyişmədikləri müddətcə elə “sevgi” yaşamağa davam etsinlər. Onlar da bu “sevgiyə” layiqdirlər.

--------------------

Elza Hüseynli

  • 29 noyabr 2013 22:03
  • Məqalə: 0
  • Şərh: 6147
  • Bal:
{awards}
Beyendim tewekkurlerrrr

✵Дорогой✵

  • 29 noyabr 2013 21:58
  • Məqalə: 727
  • Şərh: 7402
  • Bal:
{awards}
meqaleye gore sagol

PSIXOPATKA

  • 29 noyabr 2013 20:33
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
Səmimi insan əsl sevgini yaşayar. Ürəyində Allah sevgisi olan insan əsl sevgini yaşayar. Fədakar, səbirli insan əsl sevgini yaşayar ki bu duyğuya layiq olan da odur. Səmimiyyətsiz, içində Allah sevgisi olmayan, vicdansız insanlar isə özlərini dəyişmədikləri müddətcə elə “sevgi” yaşamağa davam etsinlər. Onlar da bu “sevgiyə” layiqdirlər.

--------------------

ayselaxundova1995

  • 29 noyabr 2013 19:06
  • Məqalə: 0
  • Şərh: 225
  • Bal:
{awards}
SEVe seve urekle oxudum sona kimi.ve neticede vuruldum meqalenize.bele xeberler cox olsa .cox sevinerem.insanda insanliq oyadar.xeberiniz.Cox sagolun.eliniz qolunuz agrimasin.
Amin,:)

Belədir də.. Malla gələn malla gedir. Ətlə gələn ətlə gedir. Məsələn, tipinə görə evlənir-bunu oxuyanda coxx guldumm.Allah sizi guldursunn:D

men ve dunyam

  • 29 noyabr 2013 18:49
  • Məqalə: 93
  • Şərh: 3327
  • Bal:
{awards}
Ürəyində Allah sevgisi olan insan əsl sevgini yaşayar. Fədakar, səbirli insan əsl sevgini yaşayar ki bu duyğuya layiq olan da odur. Səmimiyyətsiz, içində Allah sevgisi olmayan, vicdansız insanlar isə özlərini dəyişmədikləri müddətcə elə “sevgi” yaşamağa davam etsinlər. Onlar da bu “sevgiyə” layiqdirlər. smile

--------------------
MEN GETDIM .HAMINIZ UCUN DARIXACAM . . .

✰ ♥..Золушка..♥ ✰

  • 29 noyabr 2013 18:38
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
meqaleye gore sagol..

winxclub_bloom

  • 29 noyabr 2013 18:07
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
Ürəyində Allah sevgisi olan insan əsl sevgini yaşayar. Fədakar, səbirli insan əsl sevgini yaşayar ki bu duyğuya layiq olan da odur. Səmimiyyətsiz, içində Allah sevgisi olmayan, vicdansız insanlar isə özlərini dəyişmədikləri müddətcə elə “sevgi” yaşamağa davam etsinlər. Onlar da bu “sevgiyə” layiqdirlər.

--------------------

Samir_Wuvalan

  • 29 noyabr 2013 17:56
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
esl sevgi Allah sevgisidir:

Roya_____

  • 29 noyabr 2013 17:54
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
əsl sevgi tapmaq uje çox çetindi.

ShคмKiʀKค

  • 29 noyabr 2013 17:53
  • Məqalə: 74
  • Şərh: 5636
  • Bal:
{awards}
esl sevgi Allah sevgisidir:)))

Samir_Wuvalan

  • 29 noyabr 2013 17:51
  • Məqalə: 62
  • Şərh: 12312
  • Bal:
{awards}
Səmimi insan əsl sevgini yaşayar. Ürəyində Allah sevgisi olan insan əsl sevgini yaşayar. Fədakar, səbirli insan əsl sevgini yaşayar ki bu duyğuya layiq olan da odur. Səmimiyyətsiz, içində Allah sevgisi olmayan, vicdansız insanlar isə özlərini dəyişmədikləri müddətcə elə “sevgi” yaşamağa davam etsinlər. Onlar da bu “sevgiyə” layiqdirlər.

DUYGULARIM

  • 29 noyabr 2013 17:37
  • Məqalə: 106
  • Şərh: 1008
  • Bal:
{awards}
Sevgi insanın sahib ola biləcəyi ən böyük, ən gözəl nemətdir.

--------------------

Mən olmasamda,həyat davam edəcək...

EmİcKa

  • 29 noyabr 2013 17:33
  • Məqalə: 15
  • Şərh: 3054
  • Bal:
{awards}
tewekkurler

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 10
Cəmi: 25

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}