Toydağıdan "xınayaxdı": bu kimə lazımdır?

 
Toydağıdan "xınayaxdı": bu kimə lazımdır?

Xınayaxdı mərasimi adət çərçivəsindən kənar biznesə çevrilir.
Bu yaxında yeni ailə quracaq qızla oğlanın ailələri arasında problem yaşanıb. Bu problem normalda eşitdiyimiz məsələlərdən deyildi. Məsələnin kökündə dəbdəbəli xınayaxdı mərasiminin keçirilməsi idi. Oğlan adamları çox pul tələb edən xınayaxdı mərasiminin keçirilməsinə qarşıydı, qız tərəfinin planları isə aşıb-daşırdı. Nəticədə iki tərəf arasında əməli-başlı qarşıdurma baş verdi. Oğlan tərəf toy etməkdən vaz keçdi.

Dəbdəbəli xına mərasimini keçirmək üçün narazıçılıq yaratmağa dəyərmi?

“Xına ilə bəzək vurmaq Hindistandan gəlib”

Azərbaycanlı toyunun qədim, həm də maraqlı adət-ənənələri var. Elçilikdən başlayan xeyir iş nişan, qız toyu, xınayaxdı mərasimi və oğlan toyu ilə yekunlaşır. Toyun ardı olaraq qızgördü, ayaqaçdı kimi maraqlı tədbirlərin də özünəməxsusluğu var. Bu toy adət-ənənələri müxtəlif bölgələrdə bir qədər fərqli keçirilir.

Xınayaxdı mərasiminın yaşı uzaq keçmişə gedib çıxır. O zamanlar bu mərasim çox sadə keçirilirdi. Mərasim adət üzrə oğlan toyundan bir neçə gün qabaq təşkil olunardı. Xınayaxdıda oğlan evinin gətirdiyi xına əvvəlcə gəlinin, sonra isə qız-gəlinlərin əllərinə yaxılardı. Şirinlik, xonçalar da öz yerində. İndinin özündə də bölgələrdə sadə xınayaxdı mərasimləri keçirilir. Şəhərdə isə belə tədbirlərin keçirilməsində yeni qanun-qaydalar, adətlər meydana çıxıb. İndi qızlar ən dəbdəbəli və bahalı xına mərasimi keçirmək üçün yarışa giriblər. Bu barədə bir az sonra.

Folklorşünas Təranə xanımın sözlərinə görə, xınayaxdı mərasimi ta qədimdən keçirilən adətlərimizdən maraqlısıdır. İndi bir qədər sadə olan mərasimlər böyük qız toyuna çevrilib. Əslində gəlinin və qonaqların milli geyimdə olması, bayatılar və “haxışda” (Naxçıvanda halaysayağı rəqs) deməsi sevindiricidir. Bu bizim folklorumuzun zənginliyini göstərir. Çünki əyləncəli mərasimdə səslənən bayatılardakı fikirlər maraqlı olur. Misal üçün, mərasimdə qız evi oğlan evinə (və ya əksinə) bayatılar ünvanlayır. Əvvəllər xınayaxdı deyiləndə, qonaqlar xınanı əlin içinə və barmaqlarına yaxardılar. Gənc qızlar isə əlinin iç hissəsinə öz istəklisinin baş hərfini yazardılar. İndi isə mərasimlər daha dəbdəbəli keçirildiyi kimi gəlinlərin də əli və biləyinə xına ilə bəzəklər çəkilir.

Bəzəklərin edilməsi adəti Hindistandan götürülüb. Burada bəy də xınalanır. Hindistanda toyqabağı gəlinlə bəy ayaqları xınalı öz otağına daxil olur. Bu izlər uzun müddət qalır. Fikir versəniz, ərəb ölkələrində də xınayaxdı dəb halını alıb. Burada xanımlar tək toy günü deyil, həm də bayramlarda xınalı gəzirlər. İslam dinində xınadan istifadə savab iş sayılır. Qədim Misirdə də xına ilə dəri üzərində rəsmlərin işlənməsi sənəti mövcud olub. Burada həm də xınadan müalicə üsulu kimi istifadə ediblər. Bizə gəldikdə, xınayaxdı mərasimini keçirmək və el adətlərini yaşatmaq yaxşı haldır. Amma bahalı mərasimlər təşkil etmək, bunun üçün əlavə xərclər tökmək bir qədər doğru deyil. Xınayaxdı studiyalarının çoxalması da qadınlar üçün yeni iş yerləridir. Amma bu xidmətlərdən istifadə (bahalı məclislər) qız və oğlan evi üçün toyqabağı maddi yükdür. Pulu olan üçün problem deyil. Amma ərə gedəcək qızlar arasında da seçilmək kimi xoş olmayan vəziyyət yaradır”.

Məlumat üçün deyim ki, xına Afrikadan Şərqi Hindistana, oradan da Avropaya yayılıb. Bu gün tatu (tatirovka) sənətinin bir növü olan “mendi” Hindistandan gəlib. “Mendi” təbii boyalarla, əsasən də xına ilə (dəri zədələnmədən) bədənə naxış və bəzəklərin vurulması sənətidir.

Xınayaxdı mərasiminin qiyməti 500-6000 arasında dəyişir

Hər bir valideyn öz övladının xeyir işini ürəyincə təşkil etmək istəyər. İndiki vaxtda dəbdəbə, şan-şöhrət xatirinə keçirilən mərasimlərə xərclənən pullar çox vaxt borc dəftərinə yazılır. Düzü, yeni ailənin qurulması özü böyük maddi vəsait tələb edən tədbirlər zənciridir. Nişan mərasimində belə qız evinə (yemək-içmək, ziyafətin təşkili) düşən yük oğlan tərəfinin xərcindən az olmur. Bazara baxsaq, xonçaların qiyməti 30 -150 manat arasında dəyişir. Bu məsələdə də iki ailənin bir-birini başa düşməsi və “cibinə” hörmətlə yanaşması rol oynayır. Təəssüf ki, çox halda bu anlaşma qarşılıqlı olmur. Qız evinin “nazı”, kobud desək, “yekəbaşlıq”la əvəz olunur, oğlan evi isə əksilməmək üçün dəridən-qabıqdan çıxır. Sözsüz, belə ucuz söhbətlərin arxasınca gedənlər “xoşbəxlik”lə oyun oynayırlar.

Tanınmışların xına yaxması gəlini xoşbəxt edə bilərmi?

İndi xınayaxdı mərasimləri təşkil edən çoxlu studiyalar fəaliyyət göstərir. Belə bir xidmət üçün bacarıqlı qadının yüngül sərmayəsi bəs edər. Xınayaxdı mərasiminin keçirildiyi əsas məkan üçün xüsusi pavilyonun təşkili gərəkdir. Bu zaman milli atributları əks etdirən əşyalar-samovar, buta fiqurlu aksesuarlar, bəzəkli döşəkçələr, qırmızı tüllə bəzədilmiş çadır, güzgü, şamdanlar və s. gərəkdir. Studiyanın fəaliyyəti üçün ofis də lazım deyil. Çoxu səyyar şəkildə fəaliyyət göstərir. Xidmətin bir neçə əməkdaşı olur. Xınayaxdı mərasiminin təşkili müxtəlif qiymətlərə başa gəlir. Həmin studiyalardan birinin rəhbəri Xəyalə xanım bu barədə məlumat verir.

“Artıq beş ildir ki, fəaliyyət göstəririk. Əvvəllər işimiz daha sadə idi, indi isə xeyli irəliləyiş əldə etmişik. Sifarişçi bütün xidmətlərdən istifadə etməyə məcbur edilmir. Misal üçün, imkanı olan xınayaxdını restoranda keçirir, bu kiçik qadınlardan ibarət toya bənzəyir. Bəzən bizə yalnız xınayaxdını keçirmək işi sifariş olunur. Biz də öz dəstəmiz ilə gəlirik və qız və oğlan evinə təlimat veririk. Məclisi biz idarə edirik. Çox vaxt tanınmış aktrisa, müğənnilər də bura dəvət olunurlar. Bunu biz özümüz də təşkil edirik. Belə mərasim 5000-6000 manat pul tələb edir. Mərasim iştirakçıları özü də milli paltarlar geymək istəyirlər. Belə geyimin biri 30-50 manat arasında kirayəyə verilir. Xüsusi fotosesiya da edilir. Bu da yenə maddi vəziyyətə baxır. Əsas odur ki, nəticədə səadət əldə olunsun.”

Milli geyimlərdən istifadə, maraqlı xonçaların qurulması, xınayaxdı mərasiminin dəbdəbəli keçirilməsi məqbul sayıla bilər. Mərasimə dəvət olunmuş məşhurların orada iştirakı, qızın əlinə xına yaxması nəyi dəyişir? Görəsən, bu da bizimkilərin “əlidüşərli olmaq” məsəlindənmi qaynaqlanır? Həmin məşhur şəxsin xına yaxması gəlini xoşbəxtmi edəcək? Əsas məsələ bundadır. Çoxu “pulum var, özüm bilərəm” cavabını verir. Məgər belə bahalı mərasim şan-şöhrətlikdən xəbər vermirmi? Desinlər ki, “filankəsin xınayaxdısı əla keçdi”, “gəlinin əlinə filankəs xına yaxdı”. Zənnimcə, bütün pullar məhz bu təəssürat üçün tökülür. Halbuki bahalı xınayaxdının təşkil olunması yeni namizəd gəlinlər arasında da “yarış”a səbəb olur. Qızlarımız həm öz ailəsi, həm də oğlan evi qarşısında yeni tələblər qoyurlar. Bu da yeni əvvəldə qeyd etdiyim söz-söhbətlərə gətirib çıxarır.

Bu arada qeyd edim ki, xınayaxdı mərasiminin adı da müxtəlif çür səslənir. Şəkidə-gəlinin ziyarəti, Masallı və Lənkəranda - qızlar yığıncağı, Bakı kəndlərində - xınanane, bəzi yerlərdə “qız məclisi”, “məsləhət məclisi” kimi adlandırılır.

Bir də bizdə, xınayaxdı mərasimini oğlan toyunda təşkil etmək kimi adət də meydana gəlib. Toy məclisində üzərlik yandırmaq, xına yaxdırmaq çox halda bu yolla pul qazanmağa xidmət edir. Bunu da çoxumuz yaxşı bilirik.

Toy-düyünümüz əksik olmasın!


Geri dön

Banned456

  • 9 dekabr 2013 19:00
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
məqaləyə görə təşəkkürlər

✰ ♥..Золушка..♥ ✰

  • 7 dekabr 2013 22:00
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
meqaleye gore sagol...

คşк łคfтคɴ คɴłคмคz ❤

  • 5 dekabr 2013 21:52
  • Məqalə: 694
  • Şərh: 18821
  • Bal:
{awards}
tewekkurler

✰ ♥..Золушка..♥ ✰

  • 3 dekabr 2013 18:59
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
meqaleye gore sagol..

Axxilli qiz

  • 2 dekabr 2013 10:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Toy-düyünümüz əksik olmasın!

★KaRaMeLKa★

  • 1 dekabr 2013 12:54
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
Toy-düyünümüz əksik olmasın!

Roya_____

  • 1 dekabr 2013 11:23
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
tewekkurlerr

^^KuKuLKa^^

  • 1 dekabr 2013 02:01
  • Məqalə: 770
  • Şərh: 11383
  • Bal:
{awards}
Dəbdəbəli xına mərasimini keçirmək üçün narazıçılıq yaratmağa dəyərmi?

--------------------

melek_19

  • 30 noyabr 2013 17:18
  • Məqalə: 42
  • Şərh: 14549
  • Bal:
{awards}
Tewekkur meqale ucun

--------------------

AyliN BunyaminovA

  • 30 noyabr 2013 17:02
  • Məqalə: 469
  • Şərh: 5091
  • Bal:
{awards}
Twkler.......

--------------------






Samir_Wuvalan

  • 30 noyabr 2013 13:37
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
MEQALE UCUN SAGOLUN

мυsLiмαηκα

  • 30 noyabr 2013 11:31
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
Teşekkürler...

Gun--ka

  • 30 noyabr 2013 11:31
  • Məqalə: 3
  • Şərh: 3016
  • Bal:
{awards}
Toy-düyünümüz əksik olmasın!

Amiiin

--------------------

BƏZƏN deyirəm ki ÇıXıM gedim buralardan sonra fikirləşirəmki hara qacib getsəmdə yenə özümdən qaça bilmərəmki(((((((

Samir_Wuvalan

  • 30 noyabr 2013 00:56
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Toy-düyünümüz əksik olmasın!

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 29 noyabr 2013 23:14
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
Xınayaxdı mərasiminin qiyməti 500-6000 arasında dəyişir

--------------------

winxclub_bloom

  • 29 noyabr 2013 22:18
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
sade oldu besdi de

--------------------

^^Nazlı Şeytan^^

  • 29 noyabr 2013 21:58
  • Məqalə: 254
  • Şərh: 8532
  • Bal:
{awards}
teewekkurler

Elza Hüseynli

  • 29 noyabr 2013 21:58
  • Məqalə: 0
  • Şərh: 6076
  • Bal:
{awards}
Maraqli idi tewekkurler beyendimmmm

EmİcKa

  • 29 noyabr 2013 20:51
  • Məqalə: 15
  • Şərh: 3011
  • Bal:
{awards}
tewekkurler

--------------------

ShคмKiʀKค

  • 29 noyabr 2013 20:41
  • Məqalə: 74
  • Şərh: 5547
  • Bal:
{awards}
cox sga ol)))))))))))))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 51
Cəmi: 68

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 146
 
ραყιȥ
Xəbərləri: 46
Cəmi: 126
 
NIGAR
Xəbərləri: 40
Cəmi: 784
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 27
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}